Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İLAHİ PEYĞƏMBƏRLƏRİN HƏYATI 2
İsa(ə)

İsa (ə) böyük ilahi peyğəmbərlərdən biridir. Onun adı Qur‘anda çox çəkilmişdir. Onun adı ayələrin çoxunda fəzilət, əzəmət, Allahın bəndəsi, Allah kəlməsi, Allah ruhu, Ruhul-qudusla təyid olunmuş və başqa ləqəblərlə birlikdə zikr olunmuşdur.

Qur‘anda qırx beş yerdə İsanın (ə) adı vardır. On bir dəfə “Məsih” ləqəbilə Qur‘anda zikr olunmuşdur. Ümumiyyətlə, on üç surədə onun adı gəlmişdir.

İsanın anası Məryəmdir. Məryəm İmranın qızıdır. O, dünyanın ən bəyənilmiş və pak qadınlarından biridir. Allah taalanın ən yaxın və sevimli bəndəsidir. Allah yanında ibadət və etdiyi xidmətlər qəbul olmuşdur. Ona hesabsız və heç bir vasitə olmadan ruzi yetişirdi. İlahi mələklər və onların başçısı Cəbrayıl Məryəmin yanına nazil olub oğlu Məsihi ona müjdə verdi. Qur‘an qeyd etdiyimiz xüsusiyyətlərlə Məryəmi tanıtdırır. Rəvayətlərdə də Məhəmməd peyğəmbər (s) və İmamlar Məryəmi dörd müqəddəs qadınlardan biri kimi tanıyır. Onun üçün çoxlu fəzilətlər bəyan etmişdir. Onun malik olduğu böyük məqamı bilmək üçün, həzrət İsanın (ə) tarixindən qabaq anası Məryəmin əhvalat və fəzilətlərini az da olsa açıqlamaq lazımdır. Sonra isə görkəmli oğlu İsa (ə) haqda məlumat verəcəyik.

M Ə RY Ə M ( Ə )

Qabaqkı fəsillərdə həzrət Zəkəriyyanın əhvalatında qeyd etdik ki, İmran (Məryəmin atası) Süleyman ibni Davudun övladlarından və Bəni-İsrailin ən böyük şəxsiyyətlərindən idi. Hətta bir hədisdə onun peyğəmbər olduğunu da görürük.

İmranın atası haqda bir neçə söz vardır. Bəzi alimlər onun atasının adını Masan, bəziləri Əşhum və ya Yaşhumu onun atası bilirlər.

İmranın həyat yoldaşı Hənnə idi. O, illər boyu övlad arzusunda idi. Tədricən övladı olmaqdan məyus olmuşdu. Bir gün bir ağacın altında oturmuşdu. Gördü ki, bir quş öz balasına dimdiyi ilə yemək verir. Bu mənzərə yenidən Hənnənin yadına övlad dərdini saldı. Həsrətlə Allahdan övlad istədi. Dua edəndən sonra nəzir etdi ki, əgər övladım olsa onu Beytül-Müqəddəsdə xidmətçi qoyaram.

Allah taala Hənnənin duasını qəbul etdi və İmrana vəhy etdi ki, biz sənə mübarək bir övlad əta edəcəyik. Sənin övladın xora, dəri xəstəliyinə düşənlərə şəfa verəcək və Allahın izni ilə ölüləri dirildəcək. Biz onu Bəni-İsrailə peyğəmbər edəcəyik.

İmran həyat yoldaşı Hənnəyə bu müjdəni verdi. Bir müddət keçəndən sonra Hənnə hamilə olduğunu hiss etdi. Övlad arzusu onun gözlərini daha da işıqlandırdı. Qəlbi sevinclə doldu.

Hənnə İmranın ona verdiyi müjdədən sonra fikirləşdi ki, onun oğlu olacaq. Sevinirdi ki, nəziri də bununla uyğundur.

Uşaq olandan sonra Beytül-Müqəddəsdə xidmətçi qoyacaq. Bu ümid ilə gecə-gündüzünü keçirirdi. Uşaq dünyaya gəlməmiş İmran vəfat etdi. Hənnənin şad günləri qəm-qüssə ilə doldu. O, artıq həyat yoldaşını əldən vermişdi. Daha Hənnənin çöhrəsindəki sevinci heç kəs görmürdü.

Hamiləlik dövrü sona çatdı. Uşaq dünyaya gəldi. Hənnənin fikrinin əksinə olaraq qız uşağı dünyaya gəldi. Bu da dağ görmüş qəlbini qüssələndirdi. Çünki, o, nəzir etmişdi ki, uşağı xidmətçi etsin. Qız uşağının da bu işə ləyaqəti yox idi. Başqa bir tərəfdən də Allah taala İmrana vədə vermişdi ki, ona bir övlad verəcək və onu peyğəmbərlik məqamına yetişdirəcək. Həmin övladdan möcüzələr baş verəcək. Buna görə də Hənnə həsrətlə Allah dərgahına ərz etdi: -”İlahi, mən onu qız doğdum…” Lakin yenə də o, naümid olmadı. Qərara aldı ki, onu Beytül-Müqəddəsin ibadətgahında ruhanilərə versin. Bu münasibətlə də uşağın adını “Məryəm” qoydu. Məryəmin mə`nası, ibadətkar və xidmətçi qadın deməkdir.

Başqa bir tərəfdən isə Allahın İmrana verdiyi vədəyə görə naümid olmadı. Öz-özünə fikirləşdi ki, əgər Allahın bizə verdiyi müjdə, yəni peyğəmbər məndən dünyaya gəlməsə də, sonralar qızım Məryəmdən dünyaya gələcəkdir. Buna görə də Məryəmi və onun nəslindən dünyaya gələn uşaqları belə dua etdi: “İlahi! Mən Məryəm və onun övladlarını dərgahından qovulmuş şeytanın şərrindən sənə pənah gətirirəm.”

Allah taala Hənnənin duasını qəbul etdi və Məryəmi öz pənahı altında qoruyub saxladı. Allah taala “Ali-İmran” surəsində Məryəmin anasının duasından sonra buyurur:

-”Allah onu çox ali surətdə qəbul etdi. Onun paklıq və yaxşılığını inkişaf etdirdi. Zəkəriyyanı onun himayəsinə verdi. Zəkəriyya mehraba onun yanına gəldiyi zaman onun yanında ruzilər görürdü. Ona dedi:

-”Ey Məryəm, bu ruzi haradandır?” Dedi:

-”Allah tərəfindəndir. Allah istədiyi hər kəsə saysız-hesabsız ruzi verir.” (“Ali-İmran”i, ayə 37).

Hənnə Məryəmin adını qoyandan sonra ona dua edib Allahın vədəsinə və onun Məryəmi öz pənahında saxlayacağına ürək bağlayaraq uşağı ağ bir parçaya bükdü. Onu Beytül-Müqəddəsə gətirib ruhanilərə verdi. Zəkəriyya Məryəmi öz öhdəsinə götürdü. Bunu da biz Zəkəriyyanın əhvalatında yazdıq. İndi isə Məryəmin fəziləti haqda bir neçə cümlə yazırıq.

M Ə RY Ə M İ N B Ə Z İ F Ə Z İ L Ə TL Ə R İ

“Ali-İmran” surəsindəki iki ayədə xəbər verilir ki, mələklər Məryəmlə söhbət edirdi. Onlar Həzrət Məsihin (İsanın) dünyaya gələcəyini Məryəmə müjdə verirdilər.

“Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur.” («Ali-İmran» surəsi, ayə 42).

“Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfinən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır.” («Ali-İmran» surəsi, ayə 44).

Bu iki ayəyə görə Cəbrayıl insan surətində Məryəmin yanına nazil olub özünü ona tanıtdırdı. Sonra ona pak bir oğlan uşağı bağışladı.

Allah taala başqa bir ayədə buyurur:

“Kitabda (Qur’anda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytül-Müqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan qiyafəsində göründü. (Məryəm) dedi: -”Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqi isənsə (mənə toxunma)!” (Cəbrail:)”Mən sənə ancaq təmiz (mə’sum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!” -dedi. («Məryəm» surəsi, ayə 16).

Allah taala “Maidə” surəsində 74-cü ayədə Məryəmlə “Siddiqə” (çox-çox düz danışan) ləqəbini veribdir. “Mu`minun” surəsində də onu Allahın nişanəsi kimi tanıtdırıb… Nəhayət “Ənbiya” surəsində 16 nəfər böyük ilahi peyğəmbərlərin, o cümlədən Musa, Harun, İbrahim, Lut, İshaq, Yəqub və başqalarının adlarını çəkəndən sonra Məryəmin iffətli və pak qadın olduğunu deyib, İsanı anasının vasitəsilə tanıtdırıb.

Onu anası Məryəmlə birlikdə ilahi ayələrdən bir nişanə olduqlarını belə bəyan edibdir:

“İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et) ! Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir mö’cüzə etdik.” («Ənbiya» surəsi, ayə 91).

Bu ayəyə diqqət yetirməklə Məryəmin əzəmət, fəzilət və kamilliyi çox yaxşı aydın olur.

Şeyx Tusi “Məcməül-bəyan”da yazır ki, Məhəmməd (s) peyğəmbər buyurub: -”Çox kişilər kamilliyə yetişdilər. Lakin, qadınlardan yalnız dörd nəfər bu məqama çatdı. Onlar bunlardan ibarətdir: 1) Müzahimin qızı Asiya, Fir`onun həyat yoldaşı; 2) İmranın qızı Məryəm; 3) Xuveylidin qızı Xədicə; 4) Məhəmmədin (s) qızı Fatimə (s.ə).

Şeyx Səduq bir neçə sənədlə Məhəmməd (s) Peyğəmbərdən rəvayət edir. O həzrət buyurub: -”Cənnət qadınlarının ən yaxşısı dörd nəfərdir: İmranın qızı Məryəm, Xuvəylidin qızı Xədicə, Məhəmmədin qızı Fatimə (s) və Müzahimin qızı və Fir‘onun arvadı Asiya.

Başqa bir hədisdə buyurur: “Əzəmətli və Cəlil Allah dünya qadınları arasında dörd qadını seçdi: Məryəmi, Asiyanı, Xədicəni və Fatiməni (s).

Kuleyni “Rövzətül-kafi” kitabında İmam Sadiqdən (ə) belə rəvayət edir: “Məryəm paklıq və iffətdə elə bir məqama malikdir ki, Allah taala Qiyamət günündə onu başqa qadınlar üçün nümunə və höccət qərar verir. Allah taala Məryəmi başqaları üçün dəlil gətirir.”

İ SANIN ANADAN OLMASI

Məryəm Həzrət Zəkəriyyanın sərpərəstliyi ilə uşaqlıq dövrünü keçirirdi. O, həddi-buluq yaşlarına qədəm qoydu. Müfəssirlər deyirlər: -”Məryəm öz ehtiyaclarını ödəmək üçün bəzi vaxt Zəkəriyyanın evinə, xalasının yanına gedirdi. Bir gün o, Zəkəriyyanın evinin bir güncündə, yəni evin şərq hissəsində pərdə asıb bədənini yuyurdu. O, pərdənin dalında ikən birdən çox gözəl bir cavanı gördü. Cavan ona tərəf gəlirdi. Bu, ilahi böyük mələk Cəbrayıl idi. Cəbrayıl insan surətində Məryəmin yanına gəlib İsanın ruhunu ona üfürdü. Məryəm o günə qədər paklıqda və iffətdə yaşayır, gecə-gündüz ibadət edir və təqva toplayırdı. Öz xəlvət ürəyini həqiqi mə‘şuquna (Allaha) tapşırmışdı. Məryəm gözəl cavanın kim olduğunu bilmək istəmədən, onun adını və xüsusiyyətlərini soruşmadan Rəhman Allaha pənah apardı. Qısa və nəsihətli bir cümlə ilə cavana dedi ki, tez ondan uzaqlaşsın. Çox yaxşı olardı ki, bu hadisəni Allah taala və onun Qur‘anından eşidək. “Məryəm” surəsində buyurur:

-”Bu kitabda Məryəmi xatırla. Öz kimsələrinin Şərq tərəfindən kənara çəkildi, onların qarşısında pərdə çəkdi. Bu zaman biz öz ruhumuzu ona sarı göndərdik və onu tam insan yaranışı şəklində onun üçün zahir oldu. Məryəm dedi: “Əgər Pərvərdigarsansa Sənin əlindən Rəhman Allaha pənah aparıram.” O dedi: “Mən sənin Pərvərdigarının göndərişi ilə gəlmişəm ki, sənə pak bir oğlan əta edim...” («Məryəm» surəsi, ayə19-20).

Məryəm bu sözləri eşidərək xatircəm oldu ki, bu cavan bəşər deyil və pis məqsədi yoxdur. O, fikrə getdi ki, bir nəfər kişi ilə cinsi əlaqədə olmaya-olmaya necə övlad sahibi ola bilər. Buna görə də Məryəm təəccüblə soruşdu:

“(Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” («Məryəm» surəsi, ayə 21).

İlahi mələk Allahın qüdrətini Məryəmin yadına salıb bu cümlə ilə cavab verdi:

“Bəşər övladının mənim yanımda olmadığı və zinakar olmadığım bir halda mənim oğlumun olması necə mümkündür?”

İlahi mələk Allahın qüdrətini xatırladaraq cavabında bu cümləni dedi: -”Bəli, pərvərdigarın deyib ki, bu iş mənim üçün asandır. (Biz istəyirik) ki, onu öz tərəfimizdən əlamət və rəhmət göndərmişik və (bu) iş keçmişdə olub.” («Məryəm» surəsi, ayə 22).

Məryəm başa düşdü ki, Allahın qüdrəti öz işini görübdür. Uşağın atası olmadığı halda ona böyük və pakizə bir övlad verəcək. Bu da Allahın rəhmət və nişanəsidir. Ondan sonra Məryəmin vücudunda hamiləlik əlamətləri yarandı. Bir müddətdən sonra doğum vaxtı çatdı. Doğum əlamətlərini müşahidə edən Məryəm kənar və uzaq bir yerə getdi. O, özünü xurma ağacının yanına çatdırdı.

DO Ğ UM V Ə ONUN M Ü DD Ə T İ

İsanın necə dünyaya gəlməsi və ondan sonra baş vermiş hadisələr haqqında təfsirçilər arasında müxtəlif fikirlər vardır.

Məryəmin necə hamilə olmağı barədə bir dəstə müfəssirlər deyirlər: -”Cəbrayıl Məryəmin paltarının qolunu tutub ona üflədi. O an Məryəm hamilə oldu. Hamiləlik əlamətləri onda aşkar oldu.”

Başqa müfəssirlər isə deyirlər ki, Cəbrayıl Məryəmin paltarının boynunu tutub üflədi.

Bir hədisdə İmam Musa ibni Cəfər (ə) buyurur: -”Cəbrayıl Cənnətdən bir növ xurma gətirdi. Onu Məryəmə verdi. Məryəm həmin xurmadan yeddi dənə yedi və hamilə oldu.

Hamiləlik dövrünün müddəti haqqında da müxtəlif nəzəriyyələr söylənilibdir. İbn Abbas deyir: -”Hamiləlik dövrü bir saat çəkdi. Bir saat ərzində İsa doqquz aylıq uşaq kimi böyüdü.” Məqatil yazır: “Hamiləlik müddəti üç saat oldu.”

Başqa alimlər isə hamiləlik müddətini doqquz saat olduğunu deyirlər. İsanın (ə) ona bətnində hər bir saatı başqalarının bir ayına bərabər idi.

Bir neçə hədisdə İmam Sadiq (ə) və başqa imamlarımız (ə) buyurubdur: “Hamiləlik dövrü altı ay idi. İsa və Hüseyn ibni Əlidən (ə) başqa heç bir uşaq altı ayında dünyaya gəlməyibdir. Başqa hədisdə gəlibdir ki, diri qalmayıblar. Yəni əgər altı aylıq dünyaya gəlsə də yaşamayıb dünyalarını dəyişiblər.”

Bir tarixə əsasən İsa yeddi və ya səkkiz ayında anadan olubdur.

Hər bir halda, onun anadan olması ana bətnində olduğu kimi adi olmayıbdır. Həmçinin İsanın harada doğulması, Məryəmin xurma ağacının yanına getməsi və təzə xurmadan yeməsi barədə də fərqli fikirlər irəli sürülübdür.

Mötəbər tarixə görə İsa (ə) Beytül-Ləhmdə (Beytül-Müqəddəsin yaxınlığında) dünyaya gəldi. İndi də həmin şəhərdə bu adda əzəmətli və gözəl bina vardır. Dünya xristianları oraya ziyarətə gəlirlər.

Bəzi tarixçilərin nəzərinə görə, Məryəm Misirə, ya da Dəməşqə getdi. Bir neçə hədisdə də rəvayət olubdur ki, Məryəm “teyyül-ərzlə” İraqa - Neynəva şəhərinə, Fərat çayının kənarında və ya Bağdad şəhərinin yaxınlığında Burasa adlı yerdə İsanı dünyaya gətiribdir. Sonra həmin yolla İsa ilə Beytül-Müqəddəsə qayıdıb.

Bu işlərin hamısı xariqüladə, qeyri-adi yolla və möcüzə ilə olubdur. Bu heç də təfəkkürdən uzaq bir məsələ deyil. Xüsusilə, Allahın hədsiz qüdrəti, peyğəmbərlərin və ilahi övliyaların möcüzələri, Məryəmlə İsanın Allah yanındakı məqamına etiqadla yanaşı bunların hamısı mümkündür. Burada heç bir şəkk-şübhə ola bilməz. Həmçinin sonradan baş verən hadisələr, o cümlədən xurma ağacının yaşıllaşması, təzə xurmaların Məryəm üçün yetişməsi və yerə düşməsi Allahın möcüzəsidir.

Bəli, Məryəm gördü ki, əri olmaya-olmaya hamilə olubdur. Camaatın töhmətindən qorxduğu üçün hətta öz yaxın adamlarından belə uzaqlaşdı. Onun yanında heç kəs yox idi. Doğum vaxtı çatanda çarəsiz qalıb özünü xurma ağacının yanına çəkdi və orada öz mübarək övladını dünyaya gətirdi. Həmin halda ağır narahatçılıq keçirən Məryəm dedi: -”Ey kaş öləydim və bu çətinliyi görməyəydim.”

Allah taala buyurur:

“Doğuş ağrısı onu xurma ağacının gövdəsinə tərəf çəkdi və dedi: -”Ey kaş, bundan əvvəl öləydim və hamının unudulacağı alçaq bir şey olardım.” («Məryəm» surəsi, ayə 24).

Məryəmin dil yarası və camaatın töhmətindən nə qədər qorxduğunu həmin cümlədən başa düşmək olur. Doğrudan da, Məryəm kimi pak və iffətli bir qadına zina töhməti vurmaq onun üçün çox acı və çətin hadisə idi. Xüsusilə, qadınlarda məhəbbət və hissiyyat güclü olduğu üçün çətin hadisələr onları daha tez sarsıdır. Buna görə də həmin saatların nə qədər Məryəm üçün çətin keçdiyini hər bir insan başa düşə bilər. Amma Allah taala hər yerdə onu öz pənahı altında saxladığı kimi, bu dəfə də belə bir vəziyyətdə Məryəmi tək qoymadı. Ona ürək-dirək verdi.

Qur‘an buyurur:

“Bu zaman ayağının altından səs eşidildi: -”Qüssələnmə, Pərvərdigarın sənin üçün ayağının altından bulaq coşdurdu. Və xurma ağacının gövdəsini sən silkələ (ya öz tərəfinə sarı çək) sənin üçün təzə xurma tökülər. Ye-iç və gözün işıqlansın (yəni şad ol və sevin). Əgər adamlardan kimsəni görsən de ki, mən Allaha nəzir etmişəm və bu gün heç kimsə ilə söhbət etməyəcəyəm.” («Məryəm» surəsi, ayə25-28).

Bir neçə müfəssirlərin dediyinə görə, bu ürəkoxşayan səda Məryəmin oğlu İsadan eşidildi. Körpə uşaq dil açdı və bu sözləri anasına dedi. Məryəmin qəlbi təskinlik tapdı və qəm-qüssəsi aradan getdi. Çünki, o, yemək və içməyə olan ehtiyacını ödədi. Camaatla necə üzbəüz olduğunu da öyrəndi. Məryəm xurma ağacını tutub silkələdi. Ağac yaşıllaşdı və təzə xurma onun üçün yerə töküldü. İsa (ə) ayağını yerə vurdu və şəffaf sulu bulaq yarandı.

Məryəm öz əziz uşağını qucağına götürdü və qövmünün yanına qayıtdı. Məryəm fikirləşdiyi kimi onlar töhmət vuraraq dedilər:

-”Ey Məryəm təəccüblü bir şey gətirmisən?” («Məryəm» surəsi, ayə 29). Sonra danlaq sözlərlə dedilər: -”Ey Harunun bacısı! Atan pis kişi deyildi. Həmçinin anan zinakar olmayıb. Belə bir nəsil-nəcabətin ola-ola bu uşağı haradan gətirmisən? Ərsiz necə bu uşağa hamilə oldun?”

Məryəm əvvəlcə Allah taalanın verdiyi göstərişə əsasən belə bir hadisə və suala özünü hazırlamışdır. O, uşağa tərəf işarə etdi. Onları İsanın bələkdən dilə gəlib söhbət etməsilə hidayət etdi. Həmçinin uşağın söhbəti ilə özünün pak və iffətli olduğunu hamıya açıqladı.

Camaat təəccüblə dedilər:

-”Beşikdə olan uşaqla necə söhbət edək? Bu beşik körpəsi bizim sualımıza necə cavab verib, sənin iffətli olduğunu deyəcək?” Nagahan körpənin dil açıb belə söylədiyini gördülər: -”(Al­lah­dan bir mö’cüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O, mənə kitab (İncil) veri, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi töviyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar (və nəvazişkar) eti, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi! Doğulduğum gün də, öləçəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!” («Məryəm» surəsi, ayə32-35).

İ SANIN ( Ə ) U Ş AQLIQ D Ö VR Ü V Ə PEY ĞƏ MB Ə RL İ Y İ

Həzrət İsanın (ə) həyatı barəsində tarix kitablarında çoxlu ixtilaflar vardır. İslam tarixçilərinin sözləri dəyişdirilmiş İncillərin mətni ilə və onları bir-birindən ayırmaq da çətin işdir. Təəssüflər olsun ki, Əhli-beytdən (ə) də bizə məzmunca fərqli rəvayətlər çatmışdır. Əlbətdə bu rəvayətlərin sayı da azdır.

Ümümiyyətlə, götürsək tarixçilər yazırlar: İsa (ə) otuz yaşında öz peyğəmbərliyini aşkar etdi. Bu söz İncillərin bəziləri ilə uyğun gəlir. Bəzi tarixçilər də deyirlər: -”Otuz yaşında ona vəhy nazil oldu və peyğəmbərlik dövrü başlandı.” Lakin Əhli-beytin (ə) buyurduqları bəzi rəvayətlərdə o həzrətin yeddi, ya səkkiz yaşında peyğəmbərliyə çatdığı qeyd olunur. Kuleyni yazır ki, İmam Baqir (ə) belə buyurur: -”İsa yeddi yaşa çatanda Allah taala ona vəhy etdi və o öz risalət və nübuvvətini aşkar etdi. İmamın (ə) bu bəyanı ilə o həzrətin risalət və nübuvvət arasındakı dövrün fərqli olduğunu irəli sürən alimlərin fikirlərinə heç bir yer qalmır. Çünki, imam bu hədislə onun risalətinin ilk uşaq çağlarından başlandığını aşkar edir. Hətta imamlar İsa (ə) və Yəhyanın (ə) uşaqlıqda nübuvvətə çatmasını dahi imamlarımızın, o cümlədən İmam Cavadın (ə) uşaqlıqda imamətə çatması üçün dəlil gətirirlər. Necə ki, Kuleyni “Usulu-kafi” kitabında Xeyranidən, o da atasından bu hədisi nəql edir: “Mən Xorasanda səkkizinci imamın (ə) yanında durmuşdum. Bir nəfər imama (ə) dedi: -”Ağacan! Əgər bir hadisə baş versə (yəni əgər siz dünyadan getsəniz), biz kimə müraciət edək?”

Həzrət buyurdu: -”Oğlum Cavada.” İmam Cavadın (ə) yaşı az olduğu üçün təəccüb etdi. İmam Rza (ə) buyurdu: -”Allah taala İsa ibni Məryəmi risalət və peyğəmbərliyə seçdi. O, təzə şəriət gətirdi. Halbuki, İsanın yaşı Əbu Cəfərin yaşından da az idi.”

Qur‘ani-Kərim İsanın (ə) uşaqlıqda dediyi sözü hekayət edir:

“Mən, həqiqətən, Allahın quluyam. O, mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.” («Məryəm» surəsi, ayə 32).

Bu da İsanın (ə) uşaq çağı peyğəmbərlik məqamına çatmasına dəlildir. Həzrət İsanın (ə) otuz yaşında peyğəmbərliyə çatmasını iddia edən tarixçilərin Qur‘an və hədisdən heç bir dəlili yoxdur. Əksinə, Qur‘an və hədis onun peyğəmbərlik dövrünün uşaq vaxtında başlamasını təsdiqləyirlər. Bu haqda geniş məlumat almaq üçün təfsir kitablarına müraciə etmək olar. Həmçinin, tarixçilər yazırlar ki, həzrət İsa uşaq çağında da böyük istedada və dərrakəyə malik olubdur. O, fövqəladə istedada malik idi. Çox vaxt Bəni-İsrail alimlərinin məclislərində iştirak edirdi və onlarla məzhəbi məsələlər haqqında söhbət edirdi.

Əhli-beyt (ə) rəvayətlərində də İsanın (ə) uşaqlıq dövrü haqqında maraqlı hadisələrə rastlaşmaq olar. O cümlədən, Şeyx Səduq “Məniul-əxbar” kitabında bu rəvayəti nəql edir: Bir gün Məryəm (ə) o həzrəti bir boyaqçının (parça və paltar rəngləyən bir şəxsin) yanına aparıb ona tapşırdı ki, boyaqçılıq sənətini öyrənsin. Boyaqçı İsaya dedi: -”Bu qab qırmızı rəngi tökmək, bu sarı rəngi və o birisi qara rəngi tökmək üçündür.” İsa paltarların hamısını bir qaba tökdü. Boyaqçı onun üstünə qışqırdı. Lakin İsa buyurdu: -”Bunun heç bir eybi yoxdur. Sənin istədiyin kimi bu paltarları rəngləyəcəyəm. Hər birini öz rəngi ilə rəngləyəcəyəm.” Boyaqçı bu hadisəni görərək təəccüblə dedi: “Mənim ləyaqətim yoxdur sənin ustadın olam və sən mənim şagirdim olasan.”

İbni Əsir öz tarixində bu hadisəni geniş izah edərək deyir ki, həmin boyaqçı ondan sonra İsanın Həvariyyun dəstəsinə daxil oldu. Həmçinin nəql olub ki, Məryəm Hirudis adında padşahın qorxusundan İsanı Misirə apardı. On iki il orada qaldılar. Hirudis dünyadan getdi. Sonra onlar Şama qayıtdılar. Misirdə olarkən belə bir hadisə baş verdi:

“Məryəm bir kəndlinin evinə getdi. Bu evə fəqirlər gəlirdilər. Bir gün həmin kəndlinin evindən mal oğurlandı. Kəndli fəqirləri ittihamlandırdı. Məryəm çox narahat oldu. İsa gördü ki, anası qəmlidir. Anasına dedi: -”İstəyirsən oğrunu sənə göstərim?” Məryəm dedi : -”Bəli.” İsa dedi: -”O kor kişiylə şil kişi bir-birinə kömək edib malı oğurlayıblar. Kor kişi şili boynuna mindirib malı oğurlayıblar.” İsa bu sözü deyəndən sonra həmin korun yanına gəlib dedilər:

-”Bu şil kişini öz boynuna mindir! O dedi:

-”Mən bu işi bacarmıram.” İsa (ə) buyurdu:

-”Bəs dünən malı oğurlayanda onu necə boynuna mindirdin? Kor bu sözü eşidib öz işinə etiraf etdi və malı qaytardı.”

Bəli, on iki il Misirdə qalandan sonra Hirudisin ölüm xəbərini eşidib Şama qayıtdılar. “Narisə” adında kənddə qaldılar. İsanın otuz yaşı oldu. Həzrətə əmr olundu ki, öz peyğəmbərliyini aşkar etsin.

İbni Əsir deyir: -”İsa həmin “Narisa” kəndində peyğəmbərliyini aşkar etdiyi üçün onun tərəfdarlarına “Nəsara” adı verilibdir.”

Sələbi və başqaları da bu məsələni öz kitablarında qeyd ediblər.

İ SANIN M Ö C Ü Z Ə L Ə R İ

Böyük ilahi peyğəmbərlərdən biri olan İsa ibni Məryəmin vücudu və yaranışı Allahın nişanə və möcüzəsi idi. Hətta onun xilqətinin ilk başlanğıcı möcüzə olubdur. Həmçinin həyatının sonu da möcüzə ilə bitdi. O, atası olmadan Məryəmdən dünyaya gəlibdir. Həyata ilk qədəm qoyduğu saatdan onun möcüzələri baş verirdi. Məsələn, onun beşikdə anasıyla danışması, anasına ürək-dirək verməsi, bələkdə başqalarıyla danışması, qeybi xəbərləri gələcəkdən verdiyi xəbərlər və başqa möcüzələrini misal çəkmək olar. Onların bəziləri “Maidə” surəsində belə zikr olubdur ki, Allah İsaya buyurdu: -”Ey İsa ibni Məryəm, Mənim sənə və anana verdiyim ismətləri, səni Ruhul-Qudusla qüdrətli etdiyimiz zaman beşikdə və böyüklükdə camaatla söhbət etdin, kitab, hikmət, Tövrat və İncili sənə öyrətdiyimiz zaman, Mənim iznimlə gildən quş düzəldib üzünə üfürəndən sonra iznimizlə quş olduğu zaman, anadangəlmə koru və dəri xəstəliyini bizim iznimizlə ölümü xaricə çıxardığı (diriltdiyi) zamanı xatırla!” («Maidə» surəsi, ayə 109).

“Ali-İmran” surəsində Allah taala onun haqqında buyurur:

-”Allah ona kitab, hikmət, Tövrat və İncil öyrədir, O, Bəni-İsrail üçün peyğəmbər olsun və onlara desin: -”Mən sizin Pərvərdigarın möcüzəsi ilə sizin yanınıza gəlmişəm. Sizin üçün gildən

quş düzəldib Allahın izni ilə üzünə üfürüb quş etmişəm. Anadangəlmə koru və dəri xəstəliyinə şəfa verib Onun izni ilə ölünü dirildirəm. Sizin nə yeyib evinizdə nələr saxladığınızdan xəbər verirəm...” («Ali-İmran» surəsi, ayə43-44).

İsanın (ə) həyatının sonu da möcüzə ilə qurtardı. Allah taala onu düşmənlərin əlindən xilas edib möcüzə ilə asimana apardı.

İsanın (ə) ən mühüm möcüzələrindən onun ölüləri diriltməsi və əlacsız xəstələrə şəfa verməsi idi. Bunun səbəbini İmam Rza (ə) belə buyurubdur: -”Allah taala İsanı (ə) peyğəmbərlik məqamına çatdıran dövrdə xəstəliklər çox idi. İsa (ə) da bu münasibətlərlə elə möcüzələr gətirdi ki, dövrün təbibləri mat-məəttəl qaldılar. O, Allahın izni ilə ölüləri dirildir, anadan gəlmə kor və dəri xəstəliyinə düçar olmuş uşaqlara şəfa verirdi. Beləliklə öz höccətini camaata tamam etdi.”

İbni Əsir “Kamilut-təvarix” kitabında yazır: “Tibb elmi İsanın (ə) dövründə ən məşhur və inkişaf etmiş elm idi. İsa (ə) möcüzə ilə anadangəlmə kor və dəri xəstəliyinə düçar olmuş uşaqlara şəfa verirdi. O, ölüləri dirildirdi. Beləliklə, bütün məşhur təbiblər İsanın (ə) qarşısında diz çökdülər.”

Sonra İbni Əsir İsanın (ə) duası ilə dirilmiş bir neçə nəfərin, o cümlədən, Sam ibni Nuhun, Yəhyanın və başqalarının adını sadalayaraq qısa məlumat verir. Biz isə burada sizin üçün rəvayətlərlə onun geniş şərhini yazırıq.

Əyyaşi öz təfsirində bu hədisi nəql edir: “İsanın səhabələri ondan xahiş etdilər ki, bir ölünü diriltsin. İsa (ə) onları Sam ibni Nuhun qəbri üstə gətirdi. Sonra dedi: -”Ey Sam! Allahın izni ilə qalx ayağa!”

Bu vaxt qəbir açıldı. İsa (ə) ikinci dəfə həmin cümləni təkrar etdi. Sam hərəkət etdi. İsa (ə) üçüncü dəfə təkrar etdi. Sam yerindən durub qəbirdən çıxdı. İsa (ə) ona buyurdu: -”Dünyada qalıb yaşamaq istəyirsən, yoxsa yenidən öz yerinə qayıtmaq istəyirsən?” Sam dedi: -”Xeyr, ey Ruhullah! Qayıtmaq istəyirəm. Hələ də ölümün çətinlik və ağrısı məndən uzaqlaşmayıb və onun acılığını indi də hiss edirəm.”

İbni Əsir bu hadisəni belə nəql edir: “Həzrət İsa (ə) bir gün həvarilərlə idi. Onlar üçün Nuhun gəmisinin tarixini danışırdı. Həvarilər dedilər: -”Nə yaxşı olardı ki, həmin hadisədə olan bir şəxsi bizə göstərəydin.”

İsa (ə) bir təpənin yanına gəlib buyurdu: -”Bu Sam ibni Nuhun qəbridir.” Sonra dua etdi. Sam ibni Nuh da dirildi. Ayağa qalxıb fəryad çəkdi: -”Qiyamət bərpa olubmu?” İsa (ə) buyurdu: -”Xeyr, amma mən dua etdim və Allah səni diriltdi.”

Daha sonra həvarilər Nuhun dövründəki camaat və gəminin tarixini ondan soruşdular. Sam ibni Nuh onlar üçün həmin hadisəni izah edəndən sonra yenidən dünyadan getdi.

Kuleyni “Rövzətul-Kafi” kitabında yazır ki, İmam Sadiqdən (ə) soruşdular: -”İsa (ə) elə bir adamı diriltdi ki, yemək yesin, yaşasın və övlad sahibi olsun?”

İmam buyurdu: -”Bəli, İsanın bir dostu var idi. O, İsanın din qardaşı hesab olurdu. İsa (ə) onun yanına gəl-get edirdi. Bir müddət ondan uzaq yaşadı. Bir gün dostunun hal-əhvalını bilmək üçün onun evinə gəldi. Dostunun anası İsaya (ə) dedi:

-”Ey Allahın rəsulu! O, dünyadan getdi.” İsa buyurdu:

-”Onu görmək istəyirsən?” Ana dedi:

-”Bəli.” İsa (ə) buyurdu:

-”Sabah sənin yanına gəlib oğlunu Allahın izni ilə dirildəcəyəm.” Bir gün keçəndən sonra İsa (ə) həmin qadının yanına gəlib buyurdu:

-”Məni oğlunun qəbri üstə apar.” Qadın İsa ilə oğlunun qəbri üstə gəldi. İsa (ə) Allahın dərgahına dua etdi. Qəbir açıldı. Onun oğlu dirilib qəbirdən çıxdı. Ana-bala bir-birini görən kimi ağladılar. İsanın (ə) onlara ürəyi yandı. Üzünü dostuna tutub buyurdu: -”Ananla bu dunyada yaşamaq istəyirsənmi” O dedi: -”Ey Allahın peyğəmbəri! Bu dəfə yaşasam ruzim və müəyyən müddət yaşayacağam, yoxsa bunlarsız?” İsa (ə) buyurdu: -”Ruzi və təyin olunmuş müddətdə yaşayacaqsan. İyirmi il yaşayacaqsan. Evlənib övlad sahibi olacaqsan.” Dostu dedi: -”Belə olsa istəyirəm.” İsa (ə) onu anasına tapşırdı və getdi. O, yenidən iyirmi il yaşadı və arvad-uşaq sahibi oldu.

Təbərsinin “Məcməul-bəyan” və İbni Əsirin “Kamilut-təvarix” kitabında, İsanın (ə) diriltdiyi həmin kişinin adı “Azir” yazılıbdır.

Həmçinin, İsa (ə) Yəhya ibni Zəkəriyyanı da diriltdi. Biz bunu Yəhyanın əhvalatında yazdıq.

Bir gün Bəni-İsrail həzrət İsaya dedi:

-”Əzizi bizim üçün dirilt, yoxsa səni diri-diri yandırarıq! İsa (ə) Allah dərgahına dua edib Əzizi diriltdi. Bəni-İsrail Əzizə dedi:

-”Nə sözün vardır?” Əziz dedi: -”Şəhadət verirəm ki, İsa Allahın bəndəsi və peyğəmbəridir.”

Həzrətin möcüzələrindən biri su üstə yol getməsidir. Kuleyni “Usulu-Kafi”də bu haqda yazır ki, Davud Rəqi imam Sadiqdən (ə) özü eşitdiyi bu hədisi nəql edir: “Allahdan qorxun! Bir-birinizə paxıllıq etməyin! Həqiqətən, İsa (ə) şəhərləri gəzir və təbliğ edirdi. Bir dəfə səfərlərindən birində o həzrətin dostlarından biri olan qısa boy kişi də onunla idi. Həmən kişi İsa (ə) ilə bir yerdə çox olardı. İsa ibni Məryəm (ə) dəryaya çatdı. Yəqinliklə “Bismillah” deyib suyun üstündə yola düşdü. Qısa boy kişi İsanın suyun üstündə yol getdiyinin görüb o da yəqinliklə “Bismillah” deyib suyun üstündə yola düşdü. O, tez-tez gedib İsaya çatdı. Lakin o qururlandı. Öz-özünə dedi: -”Bu, suyun üstündə gedən İsa Ruhullahdır. Mən də suyun üstündə onunla yol gedirəm. Bəs, onun məndən nəyi üstündür?”

İmam Sadiq (ə) buyurur: -”O, bu fikri edən kimi suya batdı. İsaya yalvarıb ondan kömək istədi. İsa (ə) onu sudan çıxardıb buyurdu: -”Ey qısa boy kişi, sən nə dedin?” Cavab verdi: -”Mən öz-özümə dedim ki, su üstündə gedən Ruhullahdırsa mən də bu işi bacarıram. Beləliklə, mən qururlandım.” İsa (ə) buyurdu: -”Allahdan qorxun və bir-birinizə paxıllıq etməyin!”

S Ü FR Ə N İ N NAZ İ L OLMASI

Həzrət İsanın (ə) möcüzələrindən biri onun üçün Maidənin (süfrənin) nazil olmasıdır. Allah taala bunu Qur‘ani-Kərimin beşinci surəsində bəyan etmişdir. Elə həmin münasibətə görə, surənin adı “Maidə” (süfrə) adlanıbdır. Allah taala buyurur:

Həvarilər dedilər: -”Ey İsa ibni Məryəm! Sənin Pərvərdigarın bizim üçün göydən süfrə göndərə bilərmi? İsa dedi:

-”Həqiqətən də imanınız varsa, Allahdan qorxun”. Onlar dedilər:

-”Biz ondan yeməklə qəlb yəqinliyinə çatmaq, biz düzgün deyib-deməməyini bilmək istəyirik. İsa dedi:

-”Pərvərdigara bizim üçün göydən süfrə göndər ki, buradakılar və gələcəkdəkilərimiz üçün bayramlıq və Sənin tərəfindən bir əlamət olsun. Bizə ruzi ver, Sən ən yaxşı ruzi verənsən.” Allah taala buyurdu:

-”Mən o süfrəni sizin üçün nazil edirəm. Lakin ondan sonra (ona) kafir olan hər kimə əzab verəcəyəm. Elə bir əzab ki, heç bir nəslə elə əzab verməmişəm.” («Maidə» surəsi, ayə113-114).

Əlbəttə, bu ayədə və həvarilərin istəyi haqda çoxlu sual-cavab vardır. Müfəssirlər bu barədə geniş söhbət açıblar. Məsələn, bu sual qarşıya çıxır ki, həvarilər İsadan necə belə bir şey istədilər? “Sənin Allahın bizim üçün maidə nazil edə bilərmi?” cümləsini İsanın həvariləri deyə bilərmi? Onlar Allaha olan böyük imanları ilə belə bir sual edə bilərdilərmi? Allahın qüdrətinə onların şəkk-şübhəsi var idimi? Yoxsa İsanın peyğəmbərliyinə şübhələri var idi? Halbuki, İsanın çoxlu möcüzələrini görmüşdülər. Ümumiyyətlə, həvarilərin İsadan möcüzə istəməsi mə`nasız idi. Çünki, peyğəmbərə imanı olmayan şəxs ondan möcüzə istəyə bilər. Çünki, belə bir şəxs möcüzə yolu ilə onun peyğəmbər olub-olmadığını bilmək istəyir.

Onların İsaya verdikləri sualın cavabı nə ola bilərdi? İstəyirdilər bilsinlər ki, İsa belə bir şeyi Allahdan istəyə bilərmi? Ya bu sualı verəndə hələ həvarilərin imanları və mərifətləri möhkəm deyildimi? Yoxsa bilmək istəyirdilər ki, İsa belə bir şeyi Allahdan xahiş etsə, onun duasını qəbul edəcəkmi? Yaxud belə bir sual qarşıya çıxır ki, Allah taala təhdid edərək buyurdu: -”Hər kəs ona kafir olsa, ona elə əzab verəcəyəm ki, heç kəsə elə əzab verməmişəm.” Bunun səbəbi nə idi? Halbuki, İsa ümmətindən qabaqkı ümmətlər də öz peyğəmbərlərinə buna oxşar suallar verirdilər. Lakin, belə təhdid olunmurdular. Bunun səbəbi onların sual tərzində ədəbə riayət etməməsi idimi? Ya həvarilər heç bir ehtiyac olmadan yalnız nəfs üzündən belə möcüzə istədilər? Çünki həqiqət hər bir nöqteyi-nəzərdən onlar üçün aşkar olmuş və höccət onlara tamamlanmışdı. Artıq belə istək ilahi ayələri oyuna tutmaq və əylənməkdən başqa bir şey ola bilməz. Belə işlər ilahi insanlar üçün sox böyük günah sayıldığına görə ilahinin belə təhdidi ilə üzləşdilər.

Bu və buna oxşar sual-cavabları təfsir alimləri həmin ayənin izahında açıqlayıblar. Bu haqda məlumat toplamaq istəyənlər təfsir kitablarına müraciə edə bilərlər. Hər halda ayənin məzmunundan başa düşmək olur ki, həvarilər belə bir istəklə İsanın nübüvvət və məqamına, ilahi nişanələrə olan imanlarının dərəcəsini artırmaq istəyirdilər. Məqsədləri daha da öz yollarında sabit qədəm olmaqları idi. Bu sual, şəkk və inad üzündən deyildi. Ola bilsin ki, onlar sual tərzinə düzgün riayət etməyiblər. Təbərsi İbni Abbasdan nəql edir ki, ondan qabaq da İsaya belə istəklə müraciə etmişdilər. İsa (ə) Bəni-İsrailə buyurdu: -”Otuz gün oruc tutun. Sonra hər nə istəyirsiz Allahdan alınca istəyin.” Onlar otuz gün oruc tutdular. Sonra İsaya dedilər: -”Ey İsa! əgər biz bir nəfər üçün iş görsəydik, o bizə yemək verərdi. Biz oruc tutub ac qalmışıq. İndi Allahdan istə ki, bizim üçün göydən süfrə nazil etsin.”

Həzrət İsa (ə) gördü ki, onlar belə bir möcüzəni görmək üçün çox təkid edirlər. Ona görə də başqa bir ünvanla onların istəyini Allahın dərgahına təqdim edərək dedi:

-”...Pərvərdigara, bizim üçün göydən süfrə (maidə) göndər ki, buradakılar və gələcəkdəkilərimiz üçün bayramlıq olsun...” («Maidə» surəsi, ayə 115).

Bəzi müfəssirlərin nəzərinə görə maidə bazar günü nazil oldu. Elə buna görə də Nəsara (xristianlar) həmin günü bayram etdilər.

MA İ D Ə N Ə İ D İ

Maidənin nə olduğu barədə çox söz deyilibdir. İmam Baqir (ə) bir hədisdə buyurur: -”Onda yeddi balıq və yeddi çörək var idi.”

Bəzi təfsirçilərin nəzərincə süfrədə ət və çörək olubdur. Başqaları isə deyir ki, çörək və ətdən başqa hər şey var idi. Əta deyir ki, ət və balıqdan başqa süfrədə hər şey var idi. Ətiyyə Ufi isə deyir ki, süfrədə balıq var idi. Həmin balıqda bütün yeməklərin dadı toplanmışdı. Qutadə isə onun Cənnət meyvəsi olduğunu iddia edir.

Salman Farsidən rəvayət olunur ki, həvarilər İsadan maidənin nazil olmasını istədilər. Həzrət yun paltar geyinib ağlayaraq Allahın dərgahına dua etdi. İki buludun arasında qırmızı rəngli süfrə nazil oldu. Süfrə aşağı enərək onların qarşısında yerə sərildi. İsa (ə) ağlayıb dedi: -”Ey Əziz Allah! Məni öz dərgahına şükür edənlərdən et. Bu süfrəni bərəkətli et və axırını cəza ilə qurtarma!”

Yəhudilər də süfrəyə tamaşa edirdilər. Hələ süfrədə olan şeydən yaxşı iy hiss etməmişdilər. İsa (ə) ayağa qalxıb dəstəmaz aldı. Sonra dedi: “Bismillihi xəyrir-raziqin.”

Onlar gördülər ki, balıq bişib və qızardılıbdır. Balıqdan yağ damır, baş hissəsində bir az duz və quyruğunda üzüm sirkəsi, ətrafında isə sarımsaqdan başqa hər cür göyərti düzülmüşdür. Həmçinin süfrədə çörək qoyulmuşdu. Onlardan birinin üstündə zeytun, o birisində bal, üçüncüsündə yağ, dördüncüsündə pendir və beşincisinin üstündə bişmiş ət var idi.

Şəmun maidəni görən kimi dedi: -”Ya Ruhullah! Bu dünya yeməklərindəndir, ya axirət yeməyidir? İsa (ə) buyurdu: -”Gördüyünüz bu yemək nə dünya, nə də axirət yeməyidir. Bu yeməyi Allah taala öz Qahir qüdrətiylə düzəldibdir. İstədiyiniz bu yeməyi yeyin, təki Allah öz ruzisini sizin üçün artırsın.” Ondan sonra həvarilər İsaya dedilər: -”Ya Ruhullah! Əvvəl siz yeyin, sonra biz də yeyək.” İsa buyurdu: -”Bu xörəyi istəyən birinci ondan yeməlidir.”

Həvarilər yeməyə əl vurmayıb ondan yeməyə qorxdular. Bu vaxt İsa (ə) fəqirləri, mübtəlaları, xəstə və şil adamları dəvət edib dedi: -”Bu xörəkdən yeyin. Sizin üçün nuş və başqaları üçün bəladır.”

Min yüz nəfər fəqir, mübtəla, xəstə kişi və qadın o süfrədə yemək yedilər. Hamısı doydu. Sonra süfrə göyə qalxdı. Həmin süfrədə xörək yeyən hər bir şil və xəstə şəfa tapdı. Onda yemək yeyən hər bir fəqir varlandı. Həvarilər və süfrədə yemək yeməyən başqa insanlar peşman oldular.

Maidə sonralar da nazil olur və varlılar, fəqirlər, kiçik-böyüklər onun başına toplaşırdılar. Bunu görən İsa (ə) onlar üçün növbə qoydu.

Maidə bir gündə günortadan nazil olur və əsrə qədər qalırdı. Sonra göyə qalxırdı. Nəhayət İsaya vəhy oldu ki, maidə yalnız fəqirlər üçün nazil olur. Bu da varlılara ağır başa gəldi. Şəkk-şübhəyə bais oldu. Onlar başqalarını da şəkkə saldılar. Allah taala İsaya vəhy etdi: “Mən əvvəldə şərt kəsmişdim ki, hər kəs maidəni təkzib etsə əzaba düçar edəcəyəm. İndiyə qədər dünya əhlindən heç kəs belə bir əzaba düçar olmayıbdır.”

Ondan sonra onların arasında 313 nəfər kişi donuz sifətinə düşdülər. Üç gündən sonra da həlak oldular.

Əta ibni Əbi Rubahın Salman Farsidən nəql etdiyi hədisin xülasəsi bura qədərdir.

Burada qeyd etmək lazımdır ki, onların donuz surətinə düşüb əzab olunması ixtilaflı məsələdir. Bəzi tarixçilər deyirlər ki, Bəni-İsrail və həvarilərdən heç kəs maidəyə kafir olmadı. Lakin, qeyd olunduğu kimi Əhli-beytin rəvayətləri də bir dəstənin maidəyə kafir olmasına dəlalət edir. Kafir olandan sonra onlar donuz surətinə düşdülər.

Maidənin nazil olub-olmamasında da ixtilaf vardır. Həsən və Mücahid deyirlər ki, maidə nazil olmadı. Çünki, İsanın (ə) qövmü onun kəsdiyi şərti eşitdilər. İsa (ə) dedi ki, əgər hər kəs maidəyə kafir olsa, ən çətin əzablara düçar olacaq. Onlar qorxub öz xahişlərini geri götürdülər. İsaya dedilər: -”Bizim o maidəyə ehtiyacımız yoxdur.” Buna görə də maidə nazil olmadı.

Lakin, mərhum Təbərsi və başqa alimlərin dediyinə görə onların bu nəzəriyyəsi düzgün deyil. Çünki, Allah taala maidənin nazil olmasına vədə verdi.

“Biz maidəni sizə nazil edəcəyik.”

Allah taala da öz vədəsindən boyun qaçırmaz. Bundan əlavə peyğəmbərimizdən, imamlardan və onların səhabələrindən nəql olunmuş çoxlu rəvayətlər də maidənin nazil olduğunu təsdiqləyir.

İ SANIN ( Ə ) Ə NTAK İ YY Ə D Ə K İ N Ü MAY Ə ND Ə L Ə R İ

Müfəssirlər “Yasin” surəsinin 13-cü ayədən 27-ci ayəyə qədər təfsirində İsanın Əntakiyyədəki nümayəndələrinin başlarına gələn hadisələri müxtəlif formada nəql ediblər. Biz həmin hadisəni Əli ibni İbrahimin təfsirindən İmam Baqirin (ə) dilindən nəql edirik. Hədisin ravisi Əbu Həmzə Sumalidir. O, deyir: -”Bu ayələrin təfsirini İmam Baqirdən (ə) sual etdim.” Həzrət buyurdu: -”Allah taala iki nəfəri Əntakiyyə camaatının hidayəti üçün göndərdi.” O iki nəfər təbliğə başladılar. Lakin, onların sözləri camaata acıq gəldi. Buna görə də camaat onlarla kobud rəftar etdilər və onları tutub bütxanada həbs etdilər. Allah taala o iki nəfərdən sonra üçüncü şəxsi təbliğ üçün oraya göndərdi.

Elə ki, şəhərə daxil oldu padşahın evini soruşdular. Onu padşahın evinə gətirdilər. Evin qapısı ağzında durub dedi: -”Mən səhralarda ibadətlə məşğul idim. İndi Allah taalaya ibadət etmək istəyirəm.” Bu sözləri padşaha çatdırdılar. Padşah hökm verdi ki, onu bütxanaya salsınlar. O, bir il iki dostu ilə bütxanada qaldı. Sonra dostlarına dedi: -”Nə üçün camaatla yola getmədiniz və onlarla ağır rəftar etdiniz?” Daha sonra padşahın yanına gəldi. Padşah onu görüb dedi: -”Eşitdim ki, sən mənim Allahıma (bütə) ibadət edirsən. İndi mənim qardaşımsan, hər nə hacətin var istə!” O, dedi: -”Mənim heç nəyə ehtiyacım yoxdur. Lakin bilmək istəyirəm ki, bütxanada gördüyüm iki nəfər kimdir və nə üçün həbs olunublar?” Padşah dedi: -”Bu iki nəfər məni din və ayinimdən ayırmaq istəyirlər. Onlar məni başqa bir Allaha ibadət etməyə dəvət edirdilər!”

O, dedi: -”Ey padşah! Bu çox maraqlı bir mübahisədir. İndi isə o iki nəfəri bura çağırtdır və biz onlarla mübahisə edək. Əgər haqq onlarla olsa biz tabe olarıq, əgər biz haqlı olsaq onlar bizim dinimizi qəbul edərlər.”

Padşah o iki nəfəri çağıtdırıb məclis qurdu. Həmin kişi onlara üzünü tutub dedi: -”Siz nə üçün gəlmisiniz?” Dedilər: -”Camaatı tək olan Allaha ibadət etməyə çağırırıq. Bir olan Allah yerin-göyün yaradanıdır. Uşağı ana bətnində necə istəsə yaradır. Ağacları bitirir, meyvələri yetişdirir və yağış yağdırır.”

Soruşdu: -”Camaatı pərəstişinə dəvət etdiyiniz Allah anadan gəlmə kora şəfa verə bilərmi?” Dedilər: -”Bəli.”

Üzünü padşaha tutub dedi: -”Anadan gəlmə bir kor gətizdir.” Koru gətirəndən sonra onlara dedi: -”Allahınızdan bu kora şəfa istəyin.” Onlar namaz qılıb dua etdilər. Kor şəfa tapdı.

O, dedi: -”Ey padşah! Başqa bir kor gətir.” Başqa bir koru gətirdilər, o özü səcdəyə getdi. Başını səcdədən qaldıranda kor da şəfa tapdı. Bu vaxt padşaha dedi: -”Dəlil qabağında dəlil.” Yəni bu iki nəfər öz iddialarını sübut etmək üçün dəlil gətirdilər. Mən də dəlil gətirdim. İndi isə hökm ver ki, şil adam gətirsinlər. Şil gətirəndən sonra yenidən o iki nəfər namaz qılıb dua etdilər. Şil şəfa tapdı və yol getməyə başladı. Üçüncü kişi dedi: -”Başqa bir şili gətirin.” Elə ki, şili gətirdilər, o, səcdəyə getdi. Səcdədən başını qaldıranda, o da sağaldı və yola düşdü. Sonra padşaha dedi: -”Bunlar iki dəlil gətirdilər, biz də iki dəlil gətirdik. İndi isə bir iş qalıbdır. Əgər bacarsalar mən onların dinini qəbul edəcəyəm. Eşitmişəm padşahın bir oğlu var idi. O da dünyadan gedibdir. Əgər bunların Allahı sənin oğlunu dirildərsə, mən onların dinini qəbul edəcəyəm.” Padşah dedi: -”Mən də onların dinini qəbul edəcəyəm.”

Sonra onlar dedilər: -”Yalnız bu iş qalıbdır. Padşahın oğlu dünyadan gedib. Siz Allahınızdan istəyin onu diriltsin.” O iki nəfər səcdəyə getdilər. Səcdədə çox qaldılar. Sonra səcdədən baş qaldırıb dedilər: -”İndi isə bir nəfəri oğlunun qəbri üstünə göndər. Sən görəcəksən ki, o dirilib və qəbirdən çıxıbdır.”

Camaat padşahın oğlunun qəbri üstə getdilər. Gördülər ki, o dirilib və başının torpağını təmizləyir.

Onu atasının yanına gətirdilər. Padşah soruşdu: -”Ey oğul! Sənin halın necə idi?” Oğlu dedi: -”Mən ölmüşdüm. Birdən iki nəfəri gördüm ki, mənim Allahımın dərgahında səcdə edirlər. Onlar Allahdan istəyirdilər ki, məni diriltsin. Allah da məni diriltdi.” Padşah soruşdu: -”Oğul can! Əgər iki nəfəri görsən tanıyarsanmı?” Dedi: -”Bəli.” Camaatı səhraya apardılar. Hamı tək-tək padşahın oğlunun yanından keçirdi. Padşah dedi: -”Bunlara bax, gör o iki nəfər hansıdır?” Camaatın çoxu onun yanından keçib getdi. Sonra o iki nəfərdən biri gəlib keçəndə dedi: -”Bu o iki nəfərdən biridir.” Yenə də bir dəstə camaat onun qarşısından keçdi. Nəhayət ikinci nəfər də gəldi. Padşahın oğlu dedi: -”Bu da ikinci nəfərdir.”

Üçüncü şəxs dedi: -”Mən bu iki nəfərə iman gətirdim. Onların dedikləri haqdır.” Padşah dedi: -”Mən də o iki nəfərə iman gətirdim.” Camaat da dedi: -”Biz də onların Allahına iman gətirdik.”

H Ə VAR İ YYUN

Qabaqkı söhbətlərimizdə İsanın həvariləri haqqında danışdıq. İndi də bu barədə geniş mə‘lumat vermək istəyirəm. Birinci məsələ onların nə üçün “Həvari” adlanmasıdır. Bu haqda bir neçə nəzəriyyə vardır. Bə‘zi alimlər deyir ki, Həvarilər kəlməsinin kökü “Hur da” -xalis ağ deməkdir. Onların işi paltar təmizləmək olduğu üçün bu adı alıblar. Həvarilər ona görə, bu işi seçdilər ki, hər vaxt acırdılar İsaya deyirdilər. İsa (ə) da onlar üçün yerdən, dağdan və daşdan çörək çıxardıb verirdi. Hər vaxt susayırdılar, İsa (ə) əlini yerə vururdu və su çıxırdı. Onlar da su içirdilər. Nəhayət, bir gün İsaya dedilər: -”Ey Ruhullah! Kim bizdən üstün ola bilər? Hər vaxt yemək istəyirik doyuzdurursan, hər vaxt susayırıq sirab edirsən. Sənə iman və mə‘rifətimiz də vardır.” İsa buyurdu: -”Öz zəhmətiylə çörək qazanıb yeyən şəxs sizdən üstündür. “

Onlar bu sözü eşidəndən sonra camaatın paltarlarını yuyur və pul qazanıb yemək yeyirdilər.

Başqa alimlər isə bu kəlmənin onların qəlbinin pak və saf olmasına kinayə olduğunu bildiriblər.

Şeyx Səduq rəvayət edir ki, Həsən ibni Fəzzal deyir: -”İmam Rzadan (ə) soruşdum ki, nə üçün Həvarilərə “Həvariyyun”(həvarilər) deyirlər? Həzrət buyurdu: -”Camaatın yanında səbəbi bu idi ki, onlar paltarları yuyurdular. Bizim yanımızda isə səbəbi budur ki, onlar özləri pak insanlar idilər. Camaatı da moizə və öyüd-nəsihətlə günaha mürtəkib olmaqdan qoruyurdular.

“Həvari” kəlməsinin lüğətdə başqa bir mə`nası da vardır. O, da yavər və köməkçi deməkdir. Onlar İsanın də`vətini qəbul etdikləri və ona kömək etdiklərinə görə, həvarilər adlanıblar.

H ə varil ə rin say ı v ə onlar ı n adlar ı

Onlar on iki nəfər olublar. İslam rəvayətlərində onların adı yoxdur. Yalnız imam Rza (ə) Casəliqlə mübahisədə buyurub: -”Həvariyyun on iki nəfər idi. Onların ən savadlısı Luqa olubdur. “

Məta İncilində (onuncu fəsildə) onların adlarını belə zikr ediblər: 1) (Petrus adıyla şöhrət tapmış) Şəm‘un; 2) (Şəm‘unun qardaşı) Anderyas; 3) Yə‘qub ibni Zubdi; 4)( Qardaşı) Yuhənna; 5) Filipis; 6) Bertulma; 7) Tuma; 8) Məta; 9) Yə‘qub ibni Həlfi; 10) Qibi; 11) Şəm‘un Qanuy; 12) Yəhuday İsxeryuti. O, İsanı yəhudilərə satmışdı.

Bernaba İncilində İsanın həvarilərinin adı belə gəlmişdir; 1. Anderus. 2. (Qardaşı) Petrus (balıqçı) 3. Bernaba. 4. Məta (vergi yığan). 5. Yuhənna. 6. Yəqub (hər ikisi Zebdinin oğlanları idilər). 7. Tedavus. 8. Yəhuda. 9. Bertolomas. 10. Filips. 11. Yəqub. 12. Yəhuda İsxeryuti (xain).

Gördüyünüz kimi Luqanın adı heç birində gəlməyib. Bu islami rəvayətlərin İncillərlə olan ixtilaflı yerlərindən biridir. Əgər qeyd etdiyimiz hədisin sənədi mötəbər olsa əlbəttə ki, biz onu təhrifə uğramış İncillərdən üstün tutacayıq. Öncə qeyd etdiyimiz kimi tarixdə və islami

rəvayətlərdə həvarilər haqqında kifayət qədər məlumat yoxdur. Təkcə rəvayətlərdə İsanın həvarilərlə müəyyən söhbətləri, onlarla etdiyi səfərlər və onlara etdiyi öyüd-nəsihətlər bizlərə irs çatmışdır. Bunlardan ad çəkdiyimiz üçün və daha faydalı olduğundan onların bir neçəsini burada gətiririk.

1. Kuleyni mərfu sənədli hədisində İsanın həvarilərinə belə buyurduğunu yazır: -”Mənim sizdən bir istəyim var. Mən onu mənim üçün yerinə yetirmənizi istəyirəm”. Dedilər: -” İstəyini yerinə yetmiş bil”. İsa ayağa qalxıb onların ayaqlarını yudu. Həvarilər dedilər: -”Ey Allahın ruhu, biz buna layiq idimik?”. İsa dedi: -”Allahın ən layiqli bəndəsi alim insanın xidmətində duran şəxsdir. Mən sizə qarşı təvazö etdim, siz də mənim kimi camaata təvazö edəsiniz.” Sonra belə buyurdu: -”Hikmət, təvazö və nəfsi sındırmaqla ələ gələr, nəinki, təkəbbürlə. Necə ki taxıl düz yerdə yetişər, nəinki dağ-daşda.”

2. Şeyx Səduq “Xisal” kitabında imam Sadiqdən(ə) belə nəql edir ki, bir gün həvarilər İsaya belə dedilər: -”Ey xeyir və yaxşılıq öyrədən, bizə öyrət görək ən çətin şey dünyada nədir?” İsa buyurdu: -”Ən çətin şey Allahın qəzəbidir. “Soruşdular: -”Necə Allahın qəzəbindən sapınmaq olar?” Buyurdu: -”Qəzəblənməməklə.” Dedilər: -”Qəzəbin əvvəli və sonu nədəndir?” Həzrət buyurdu: -” Təkəbbür, nəfsin tuğyan etməsi və camaatı kiçik saymaqdandır”.

3. “Əmali” kitabında imam Rzanın(ə) belə buyurduğu nəql olunur: -”İsa ibni Məryəm öz həvarilərinə buyurdu ki, ey Bəni-İsrail, dininiz sağlam olan zaman əldən çıxmış dünya üçün təəssüflənməyin. Çünki dünyapərəst insanlar dünyaları sağlam və yaxşı olan halda əldən çıxmış dinləri üçün təəssüflənmirlər. “

4. Şeyx Səduq “Xisal”da imam Zeynulabidindən(ə) belə nəql edir ki, bir gün İsa həvarilərə belə buyurdu: -”Dünya körpüdən başqa bir şey deyil. Sadəcə olaraq ondan keçin, onu düzəltməyə başınızı qatmayın. “

5. “Əmali”də Tusi imam Sadiqdən(ə) belə nəql edir ki, bir gün İsa öz həvarilərinə belə buyurdu: -”Dünya üçün işləyirsiz, halbuki dünyada işsiz və zəhmətsizdə sizə ruzi yetişir. Axirət üçün çalışmırsınız, halbuki orada zəhmətsiz heç kitə heç nə vermirlər. Ey pis alimlər(nalayiq işlərlə məşğul olan alimlər), əlmuzdu alırsız, amma heç bir iş görmürsünüz. Az qalıb iş tapşıran öz işini istəsin! Hələ sizin qaranlıq qəbrə getməyiniz tezdir. Necə elm əhlisiniz ki, dünya axirətə doğru gedir, siz isə dünyaya üz döndərmisiniz. Ziyanı olan şeyə xeyri olan şeydən daha maraqlısınız. “

6. Vərram ibni Əbu Faris “Tənbihul-xəvatir”də nəql edir ki, İsa öz həvarilərinə belə buyurdu: -”Ey həvarilər, mən dünyanı sizin üçün üzü üstə yerə yıxdım. Elə olmasın ki, məndən sonra onu yenidən qaldırasınız. Dünyada Allahı itaətsizlik etmək onun alçaqlığındadır. Onun alçaqlığındandır ki, axirət onu tərk etməməklə ələ gəlmir. Dünyanı özünüzə keçid sayın, onu abad etməyə çalışmayın. Bilin ki, hər bir səhvin əsası dünyaya məhəbbətdəndir. Çox şəhvətlər və istəklər insana uzunmüddət qəm-qüssə gətirmişdir. “

7. Başqa yerdə buyurur: -”Mən sizin üçün dünyanı əldən saldım, siz isə ona mindiniz. Sizinlə onun uğrunda mülk sahibləri və qadınlardan başqa heç kim mübarizəyə qalxmaz. Mülk sahibləri və şahlar, dünyanı onlara versəniz sizinlə işləri olmayacaq, amma qadınlarla oruc tutub namaz qılmaqla onlardan (onların şərrindən) uzaq ola bilərsiniz. “

8. Həmişə həvarilərə buyurardı: -”Ey həvarilər, günahkarların və itaətsizlərin vasitəsi ilə ilahi dərgahın məhəbbətini qazanın. Onlardan uzaqlaşmaqla Allahın dərgahına yaxınlaşın. İlahi sevinci və razılığı onların qəzəbində axtarın!”.

9. Kuley