Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İLAHİ PEYĞƏMBƏRLƏRİN HƏYATI 2
Yəhya (ə)

Yəhyanın anadan olması və onun bəzi əhvalatları haqqında Zəkəriyyaya aid olan fəsildə qısa da olsa söhbət açdıq. O həzrətin adı da Qur‘anda daha çox atası Zəkəriyyanın əhvalatlarında zikr olunubdur. O cümlədən “Ali-İmran”, “Ənam”, “Məryəm” və “Ənbiya” surələrində. Yalnız “Məryəm” surəsində ayrıca olaraq onun fəzilətlərindən söz açılıbdır. Orada Yəhyaya bəxş olunan ilahi nemətlərdən ad aparılıbdır. “Ali-İmran” surəsində də Zəkəriyyaya oğlu Yəhyanın müjdəsini verərkən onun fəzilətlərindən bir neçəsi zikr olunubdur. Və bunlar: (Zəkəriyyanın əhvalatında dediyi kimi) O həzrətin İsaya (ə) imanı və onu təsdiq etməsi, Yəhyanın ağalıq və alicənablığı, onun evlənməkdən pərhiz etməsi və peyğəmbərlik məqamıdır.

“Ali-İmran” surəsində Allah taala buyurur:

“Allah sənə özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasına) ağa, nəfsinə hakim və əməli salehlər cərgəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir.”

“Məryəm” surəsindəki ayələr bundan ibarətdir:

“Ey Yəhya, bu kitabı (Tövratı) möhkəm tut. Hikmət və elmi uşaqlıqdan ona verdik. Mehr-məhəbbəti və paklığı öz tərəfimizdən ona əta etdik. O, pəhrizkar və ata-anasına xeyir verən idi. O, tərs və nadinc deyildi. Bizim salamımız (yəni salamatçılıq və əmin-amanlığımız) onun dünyaya gəldiyi gündən ölümünə və yenidən dirildiyinə qədər onunladır.” (“Məryəm” surəsi, ayə14-16).

İbn Abbas “Və atəynahul hukmə səbiyya” cümləsinin təfsirində deyir: -”Yəhya üç yaşında peyğəmbərlik məqamına çatdı.”

Əhli-Beyt (ə) rəvayətlərində Yəhyanın böyüklüyü və hikmətli şəxs olduğu barədə yazılır ki, onun yaşında olanlar dedilər: -”Gəl gedək oynamağa!” Yəhya onlara cavab verdi: -”Biz oynamaq yox, böyük işlər görmək üçün yaranmışıq.”

Əbu Həmzə Sumali “Və hənanən min lədunna” cümləsinin təfsirində yazır ki, İmam Sadiq (ə) buyurdu: -”Bu cümlədən məqsəd Allahın Yəhyaya lütf və mərhəmətinin nə qədər olmasıdır. Əbu Həmzə deyir ki, mən imamdan Allahın ona nə qədər məhəbbət bəsləməsi barədə soruşanda o, belə buyurdu: -”Allahın ona o qədər mərhəməti var idi ki, Yəhya “ya Rəbb” deyəndə, Allah onun cavabında “Ləbbeyk ya Yəhya” (hazıram ey Yəhya) buyurardı.

“Vələm yəkun cəbbarən əsiyya” cümləsinin təfsirində şiə və sünni mühəddisləri Məhəmməd (s) Peyğəmbərdən bu rəvayəti nəql edirlər: “Yəhya heç vaxt ömründə günah etmədi.”

Şeyx Səduq “Uyun” və “Xisal” kitablarında yazır ki, İmam Rza (ə) “Və səlamun ələyhi yəvmə vulidə və yəvmə yəmutu və yəvmə yub`əsu həyya” ayəsinin təfsirində belə buyurub: -”İnsanların ən vəhşətli və qorxulu vaxtları üç yerdədir. Birincisi, anadan olub bu dünyaya qədəm qoyan gün, ikincisi, ölüm günü və üçüncüsü Qiyamət gününün çətinlikləri. Allah taala bu şərif ayədə həmin üç vaxtda Yəhyanın salamat və rahatçılıqda olacağını xəbər verir. Necə ki, həzrət İsanı (ə) da həmin vəhşətlərdə rahat olacağını xatircəm edir. “Məryəm” surəsində buyurur:

“Doğulduğum gün, öldüyüm gün və Qiyamət günü mənə salamatçılıq ver.” (“Məryəm” surəsi, ayə 33).

MARAQLI B İ R H Ə D İ S

“Mən la yəhzurul-fəqih” kitabında İmam Sadiqdən (ə)n rəvayət olunur:

Bir kişi İsa ibni Məryəmin yanına gəldi və dedi: -”Ey Allahın peyğəmbəri! Mən zina etmişəm. Məni paklaşdır!” İsa (ə) hökm verdi ki, bu kişini paklaşdırmaq üçün camaatı bir yerə toplasınlar. Camaat bir yerə toplaşdılar. Həmin kişi öz cəzasına çatmaqdan ötəri onun üçün qazılıb hazırlanmış yerdə durdu. O, uca səslə dedi: -”Hər kəsin boynunda mənim kimi Allahın təyin etdiyi hədd (cəza) vardırsa, mənə hədd vurmasın (məni cəzalandırmasın.)”

Camaat onun sözünü eşidib hamısı getdi. Yalnız Yəhya ilə İsa orada qaldı. Bu zaman Yəhya ona yaxınlaşıb dedi: -”Ey günahkar kişi! Mənə moizə et!” Həmin kişi dedi: -”Heç vaxt nəfsinlə onun istəyi arasında azadlıq qoyma, yoxsa səni həlak edər!”

Yəhya ona dedi ki, başqa bir nəsihətli söz de. Dedi: -”Heç vaxt xətakar adamı etdiyi xətasına görə danlama!”

Yəhya yenə də ondan nəsihətli söz istədi. O dedi: -”Heç vaxt əsəbləşmə!”

Yəhya buyurdu: -”Bu sözlər mənim üçün kifayətdir!”

Y Ə HYANIN İ BAD Ə T İ V Ə Z Ö HD Ü

Deyləmi “İrşadül-qulub” kitabında yazır: Yəhyanın paltarı lifdən (xurma ağacının qabığından) və yeməyi çox sadə idi.

İbni Əsir “Kamilüt-təvarix” kitabında yazır: Yəhya öz yeməyini səhrada bitən bitkilər və ağac yarpaqlarından hazırlayırdı. Bəzi tarixçilərin sözünə əsasən Yəhya arpa çörəyi yeyir və kürk geyinirdi. Onun dirhəmi və dinarı yox idi. Özü üçün yaşamağa ev də tikməmişdi. Hər yerdə gecə olurdusa orada da gecəni başa çatdırırdı. Kuleyni yazır ki, İmam Musa Kazim (ə) bir hədisdə buyurur: -”Yəhya həmişə ağlayır və gülmürdü.”

Yəhyanın ağlamağı və ibadəti haqqında çoxlu rəvayətlər yazılıb. Bir hədisdə İmam Sadiq (ə) buyurur: -”Yəhya o qədər ağladı ki, yanaqlarının əti əridi. Atası Zəkəriyya ona dedi:

-”Oğlum! Mən Allah taaladan övlad istədim. Allah taala da səninlə mənim gözümü işıqlandırdı.” Yəhya dedi:

-”Ata can! Odlu cəhənnəmlərin üstündə olan uçurumlardan Allah qorxusundan ağlayanlardan başqa heç kəs keçə bilmir. Mən də qorxuram ki, oradan keçə bilməyim.” Bu vaxt Zəkəriyya huşdan gedənə qədər ağladı.

Y Ə HYANIN Ş EYTANLA DANI Ş I Ğ I

Şeyx Tusinin “Əmali”kitabında İmam Rza (ə) öz ata-babasından Yəhya ilə şeytanın danışığı barədə nəql etdiyi hədis yazılıbdır. Hədisin xülasəsi bundan ibarətdir:

Şeytan Adəm peyğəmbərin dövründən İsa (ə) dövrünə qədər peyğəmbərlərin yanına gəlir və onlarla söhbət edirdi. Hamıdan çox Yəhya ilə danışırdı. Bir gün Yəhya onda soruşdu:

-”Səndən bir şey istəyirəm.” Şeytan dedi:

-”Sənin hörmət və məqamın mənim yanımda o qədərdir ki, hər nə istəsən yerinə yetirərəm. Yəhya dedi:

-”Adəm övladlarını saldıqların tələləri mənə göstər!” Şeytan onun təklifini qəbul etdi. Başqa bir gün xüsusi formada, çoxlu vasitələrlə və cürbəcür rənglərlə Yəhyanın yanına gəldi. Həmin vasitələlər və rənglərin mahiyyətlərini Yəhya üçün izah etdi. Yəhya ona buyurdu:

-”İndiyə qədər mənə güc gəlib qələbə çalmısanmı? “Şeytan cavab verdi:

-”Xeyr. Lakin səndə olan bir xasiyyəti mən çox sevirəm.” Yəhya soruşdu:

-”Hansı xasiyyəti?” Şeytan dedi:

-”Doyunca yemək yeyirsən və bu da sənin bəzi namazlarına, gecə ibadətlərinə mane olur.” (Bu da mənim sevinməyimə səbəb olur.) Yəhya bu sözü eşidəndən sonra dedi:

-”Mən bu saatdan Allahla əhd bağlayıram ki, onunla görüşənə qədər doyunca yemək yeməyim.” Şeytan da dedi:

-”Mən də Allahla əhd bağlayıram onunla görüşənədək heç bir müsəlmana nəsihət etməyəcəyəm.” Şeytan bunu deyib getdi və ondan sonra daha Yəhyanın yanına gəlmədi.

Y Ə HYANIN ŞƏ H İ D OLMASI

Yəhya ibni Zəkəriyyanın öz dövründəki padşahların əliylə şəhid olması haqda Qur‘ani-Kərimdə ayə nazil olmamışdır. Rəvayətlərdə də onun səbəbi haqda fərqli fikirlər söylənilmişdir. Bir hədisdə yazılıb:

Yəhya ibni Zəkəriyyanın dövründə şəhvətpərəst bir padşah var idi. Padşah öz arvadları ilə kifayətlənmirdi. Bir gün o, zinakar bir qadınla tanış oldu. Həmin qadın qocalana kimi padşahın yanına get-gəl edirdi. Qocalandan sonra öz qızını padşahın yanına göndərməyi qərara aldı. O, qızına dedi: -”Padşah səninlə cinsi əlaqədə olandan sonra səndən soruşsa, nə istəyirsən, ona de ki, Yəhya ibni Zəkəriyyanı öldür.

Həmin qız anasının göstərişinə əməl etdi. Padşah onunla yaxınlıq edəndən sonra, qız Yəhyanı öldürməyi ona təklif etdi. Padşah onunla üç dəfə zina edəndən sonra Yəhyanı öz yanına çağırıb başını bədənindən ayırdı. Onun başını qızıl teştə qoydu.

Başqa bir tarixə görə o zinakar qadın həmin padşahdan qabaqkı padşahın yanında da olubmuş. Qabaqkı padşahdan bir qızı dünyaya gəlibmiş.

Yəhyanın dövründəki padşah da həmin qadınla evlənir. O, qocalandan sonra öz qızını padşahla evləndirmək istəyirdi. Padşah (Yəhyanı çox istədiyi üçün) ona dedi: -”Mən bu hökmü Yəhya ibni Zəkəriyyadan soruşmalıyam. Bilməliyəm ki, belə evlənməyə icazə vardır, yoxsa yox?”

Padşah Yəhyadan bu məsələni soruşdu. Yəhya buyurdu: -”Belə nikaha icazə yoxdur.” Yəhyanın padşaha verdiyi cavab, zinakar qadının ona bağladığı kin-küdürətə səbəb oldu. Bir gün padşah məst idi. O, qızını bəzəyib padşahın yanına göndərdi… Elə bu da Yəhyanın ölümünə səbəb oldu.

Başqa bir tarixdə yazılır: Padşahın bacısının gözəl bir qızı var idi. O, öz bacısı qızına vuruldu. Onunla evlənmək istədi. Yəhya buna e‘tiraz etdi. Padşahın bacısı Yəhyanın bu işə e‘tirazını eşidəndən sonra qızını bəzəyib padşahın yanına göndərdi. Padşah qızı görüb özünü itirdi. O, qıza dedi:

-”Nə istəyirsən:” Qız dedi:

-”İstəyirəm ki, Yəhya ibni Zəkəriyyanı öldürəsən.” Padşah dedi:

-”Bundan başqa bir şey istə!” Qız dedi:

-”Bundan başqa səndən heç nə istəmirəm.” Padşah Yəhyanı çağırıb başını kəsdi.

Cadul-movlanın “Qisəse-Qur`an” və Nəccarın “Qisəsül-ənbiya” kitabında padşahın adı Hirudis və qızın adı Hirudiya yazılıbdır. Hər iki kitab Hirudiyanı padşahın qardaşı qızı bilirlər.

Markusun İncilinin səkkizinci bölməsində yazılıbdır ki, Hirudiya Hirudisin qardaşı arvadı idi. Hirudis onunla evləndi. Orada baş vermiş hadisəni belə nəql edirlər:

“...Hirudis Yəhyanın göndərdiyi nümayəndəni tutub zindana saldı. Hirudiya onun qardaşı Filipsin arvadı olduğu üçün Yəhya demişdi: -”Sən öz qardaşın arvadı ilə evlənə bilməzsən.” Buna görə də Hirudiya Yəhyanın kinini ürəyində saxlamışdı. O, Yəhyanı öldürmək istəyir, lakin bacarmırdı. Çünki, Hirudis Yəhyadan qorxurdu. Həmçinin Hirudis Yəhyanı ədalətli və müqəddəs olduğunu bilirdi. Onun dediyinə əməl edirdi. O, diqqətlə Yəhyanın sözünə qulaq asırdı.

Bir gün Hirudis özü üçün ad günü keçirdirdi. O, böyük məclis qurub qoşun başçılarını və məmləkətin ən hörmətli şəxslərini dəvət etdi. Hirudiyanın qızı məclisə gəlib rəqs etdi. O, öz rəqsi ilə Hirudis və məclis əhlini şad etdi. Padşah qıza dedi: -”Ürəyin nə istəyir mənə de!” Padşah and içdi ki, hər nə istəsən, hətta mal-dövlətimin yarısını da istəsən, sənə verəcəyəm. Qız anasının yanına gedib dedi ki, padşahdan nə istəyim? Anası dedi: -”Yəhyanın başını istə.” Qız məclisə qayıdıb padşahdan xahiş edərək dedi: -”İndi bu saat istəyirəm ki, Yəhyanın başını tabağa qoyub mənə verəsən.”

Padşah çox narahat oldu. Lakin and içdiyi üçün onun sözündən keçə bilmədi. Tez bir cəllad göndərib Yəhyanın başını gətirtdi. Yəhyanın başını tabağa qoyub qıza verdi. Qız da onu anasına verdi.

Yəhyanın şagirdləri bunu eşidən kimi gəlib onun bədənini aparıb dəfn etdilər.

İmam Sadiq (ə) və İmam Baqir (ə) buyurublar: -”Yəhya ibni Zəkəriyyanın qatili zinadan əmələ gələn idi. Necə ki, Əli ibni Əbi Talibin (ə) və Hüseyn ibni Əlinin (ə) qatili zinazadə olubdur.

Başqa hədislərdə vardır ki, göy iki nəfərə ağladı. Onlardan biri Yəhya ibni Zəkəriyya (ə), o birisi isə İmam Hüseyn (ə) idi.

Göyün necə ağlaması haqda deyiblər: -”Göyün ağlamağının əlaməti Günəş çıxıb batanda səmada yaranan qızartıdır.

Bəzi alimlər isə deyirlər:

-”Səma əhli, yəni mələklər ağladılar.” Məclisi isə deyir ki, ola bilsin bu cümlə müsibətin çox böyük olduğuna bir kinayədir.

Rəvayətlərdə yazılıbdır ki, Yəhyanı öldürəndə onun bir damcı qanı yerə töküldü. Həmin qan damcısı qaynayıb yuxarı qalxdı. Camaat onun üstünə torpaq tökdülər. Lakin qan qaynaya-qaynaya yuxarı qalxırdı. Nə qədər torpaq tökürdülərsə də yenə də yuxarı qalxırdı. Nəhayət, böyük bir torpaq təpə düzəldi. Amma qan yenə də qaynayırdı. Həmin əsr keçəndən sonra Allah taala Buxtunnəsri onlara hakim etdi. O, yetmiş min adam qırandan sonra qan daha qaynamadı.

Mənim nəzərimcə bu rəvayətlərdə adı çəkilmiş Buxtunnəsr, miladdan altı əsr qabaq yaşayıb və iki dəfə Beytül-Müqəddəsə hücum çəkən Buxtunnəsr deyil. Necə ki, Məs‘udi “İsbatul-vəsiyyə” kitabında yazır: Yəhyanın intiqamını almaq məqsədiylə Beytül-Müqəddəs şəhərinin sakinlərini qıran Buxtunnəsrin nəslindən olubdur. Bəziləri isə ehtimal verirlər ki, Buxtunnəsr uzun müddət yaşayıbdır. Onun beş yüz əlli ildən çox ömrü olubdur.

Bəzi tarixçilər isə deyirlər: -”Beytül-Müqəddəsə hucum çəkən və Yəhya ibni Zəkəriyyanın qanının dayanması üçün orada yaşayanları öldürən şəxs Babil padşahlarından biri olmuşdur. Onun adı Kərdus idi. O, öz qoşun başçısına dedi: -”Mən bu şəhər camaatının Allahına and içmişəm, əgər qələbə çalsam onları o qədər qıracağam ki, qanları qoşunumun arasında su kimi axsın.” Sonra həmin qan dayanana qədər çoxlu insanları öldürdü.

Kuleyni (r) rəvayət edir ki, İmam Sadiq (ə) buyurdu: -”İsa ibni Məryəm (ə) Yəhyanın qəbri üstünə gəldi. Allahdan onun dirilməsini istədi. Allah onun duasını qəbul etdi. Yəhya dirildi və qəbirdən çıxandan sonra İsaya dedi: -”Məndən istəyin nədir?” İsa dedi: -”İstəyirəm keçmişdə olduğu kimi indi də mənimlə bir yerdə qalasan!” Yəhya dedi: -”Ey İsa! Hələ də ölümün acılığı yadımdadır. İkinci dəfə məni dünyaya qaytarıb ölümün acılığını yenidən mənim üçün təzələmək istəyirsən?”

Bunu deyib yenidən qəbrinə daxil oldu.