Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İLAHİ PEYĞƏMBƏRLƏRİN HƏYATI 2
Musa(ə)

Musanın (ə) əhvalatına başlamazdan əvvəl Bəni-İsrailin Misir dövlətindəki vəziyyətinə nəzər salmaq lazımdır. Bu araşdırmada onların qibtilər və zəmanələrinin Fir‘onu tərəfindən mə‘ruz qaldıqları işgəncələrdən xəbərdar olacaq, daha sonra Musa (ə) və Harun (ə) şərhi-halını bəyan edəcəyik. Əvvəlki bəhslərdə qeyd etdiymiz kimi qardaşları Yusifi (ə) tanıdıqdan sonra onlara Kən‘ana qayıtma əmrini verdi və onlardan öz ailələrini onun yanına gətirmələrini istədi. Bu əmrdən sonra Yəqub (ə) öz ailəsi ilə Misirə gəldi. Yusif (ə) o zamanın Misir padşahından- Fir‘ondan Casan torpaqlarının onlara verilməsini istədi. Casan qoyun və dəvələr üçün otlaq yeri idi. Onlar həmin ərazilərdə məskunlaşdılar. Bəziləri demişlər ki, Yusifin bu istəyinin səbəbi Yəqub (ə) övladlarını mümkün qədər bütpərəst dinində olan Misir əhalisindən uzaq etmək olmuşdur. O hər yolla çalışırdı ki, təkallahlıq əqidəsi onlarda qalsın. Yəqub (ə) öz övladları ilə o məntəqəyə gedərək Misir dövlətində yeni həyata başladılar. İsrail xanədanının sayı (Tövratda deyildiyinə görə) yetmiş nəfər idi. Onların sayı get-gedə artır, yeni evladlar dünyaya gəlirdi. Belə vəziyyət (orada qalmaları) on yeddi il davam etdi. Nəhayət, Yəqub (ə) dünyadan getdi. Vəsiyyətənə görə onun cənazəsini Fələstinə aparıb orada dəfn etdilər. Yəqub (ə) dünyadan getdikdən sonra İsrail övladları Yusifin (ə) başçılığı altında öz şad və xürrəm həyatlarına davam etdilər. Yusif (ə) o zaman Misir xalqının nəzərində ən sevimli şəxs idi. Övladlarının sayının artması nəticəsində böyük bir tayfaya çevrilərək ətrafdakı torpaqların çox hissəsini ələ keçirdilər. Bu əzəmət və rahatlıq çox çəkmədi. Yəqubun (ə) vəfatından (müxtəlif rəvayətlər görə iyirmi, yaxud otuz ildən) sonra Yusif (ə) dünyadan getdi. Tədrici olaraq Fir‘onlar tərəfindən zillət və əzaba düşməyə başladılar İsrail övladlarının çoxalmaları. Yusifdən (ə) sonra iş başına gəlmiş Misir padşahını vəhşətə saldı. Tövratda deyildiyi kimi, onların Misirin düşmənləri ilə birləşərək qiyam etmələrindən qorxuya düşdülər. Elə bu səbəbdən də onlara əzab-əziyyət verir, öldürməyə və pərakəndə salmağa başladılar. Onlara hər cür təhqir və əzabı rəva gördülər. Xüsusilə də Musanın zamanında dünyaya gəlmiş Fir‘on hamıdan artıq onlara zülm edirdi: övladlarını qətlə yetirir, onların nəslini yer üzündən kəsmək istəyirdi. Fir‘on bütün çətin işləri o cümlədən hamballıq, bənnalıq, süpürgəçilik və s. kimi işləri onlara verilməsini, tapşırmışdı. Onların üstündə mə‘mur qoymuşdu ki, bir an belə işsiz dayanmamalarını və istirahət etməsinlər. Dükan-bazara lazım olanları, xidmətçiləri İsrail övladlarından seçirdilər. Torpaqları əkinə hazırlamaq üçün onların kişi və qadınlarından istifadə edirdilər. Şah saraylarının və əhalinin evlərinin qorunması və təhlükəsizliyi onların öhdəsində idi. Bütün təmizlik işləri onların vəzifəsinə çevrilmişdi. Bir sözlə, bütün çətin və alçaldıcı işlər onlara həvalə edilmişdi.

Qur‘ani-Kərim “Bəqərə”, “Əraf”, “İbrahim” kimi surələrdə Bəni-İsrailə verilən nemətləri sadalayarkən onların acınacaqlı vəziyyətinə də işarə etmişdir. “Bəqərə” surəsində onlara əta edilən ikinci neməti acınacaqlı vəziyyətdən nicat tapmalarını açıqlayıb buyurur: (“Bəqərə” surəsi, 49-№u ayə).

“Yadınıza salın o zamanı ki, biz sizi Fir`onlardan nicat verdik ki, sizi ağır işgəncəyə düçar etmişdilər. Oğlanlarınızı öldürür, qadın və qızlarınızı diri saxlayırdılar. Bu işdə pərvərdigarınızdan böyük imtahan vardı.”

“Qisəs” surəsində Fir`onun Bəni-İsrailə verdiyi işgəncə və rəva gördüyü ehtiramsızlıqlara işarə edib buyurur: (“Qisəs” surəsi, 3-№Ї ayə).

“Həqiqtən Fir`on o yerlərdə ağalıq edir və xalqı firqələrə çevirmişdi. Bir dəstəsini xar edir və oğlanlarını öldürür, qadın və qızlarını diri saxlayırdı. Həqiqətdə o, fəsad edənlərdən idi.”

Fir‘onun bu tələbkarlıqlardan məqsədi nə idi ?

Fir‘onun Bəni İsrailə bu qədər zülm etməsinin səbəbi barəsində ixtilaf vardır. Təkcə bunu tam əminliklə qeyd etmək olar ki, bunun səbəbi onların çoxalması nəticəsində Fir‘onun devrilməsi qorxusu idi. Fir‘on onların çoxalaraq Misir dövlətini onun əlindən alacaqlarından qorxurdu. Bu mətləbi Qur‘ani-Kərimin “Qisəs” surəsindən başa düşmək olar. Orada yuxarıda qeyd olunan ayənin ardınca buyurur: -“ Biz iradə etdik ki, onları, zəif olduqları yerdə minnət qoyaraq rəhbər qərar verək, onları (Fir‘on torpaqlarının və mallarının) varisi edək, o torpaqlarda qüdrəti onlara verək və qorxduqları şeyləri Fir‘on, Haman və onların qoşunlarına göstərək. (Yəni Fir‘on və onun ardıcıllarına, işlərin onların əlində olmayacağını göstərək.) Əgər Biz istəsək bütün çətinlik, işgəncə, əzab-əziyyət, qətl, diri-diri torpağa basdırılma və s. baxmayaraq onları nəhayətdə qorxduqları şeyə düçar edərik. Hökumət və qüdrətlərini Yəqubun (ə) övladları olan Bəni-İsrailin əli ilə dağıdacağıq. Baxmayaraq ki, bundan qabaq onları olmazın əzabları ilə xar edirdilər.

Bəzi təfsir və tarix alimlərinin dediyinə görə, Bəni-İsrail körpələrinin qətlə yetirilməsinin səbəbi onun gördüyü yuxu idi. Onlar deyirlər: -“Fir`on bir gecə yuxuda gördü ki, Beytül-Müqəddəs tərəfdən bir atəş gələrək misirlilərin və qibtilərin evini yandırdı. Atəş hər yeri yandırıb viran etdi, amma Bəni-İsrailə heç nə olmadı. Səhər ayıldıqda yuxusunu münəccimlərə, cadugərlərə və tə`birçilərə danışdı və onlardan yuxusunu açıqlamalarını istədi. Onlar dedilər: -“İsrail övladlarından bir uşaq dünyaya gələcəkdir ki, sənin səltənətin onun əli ilə viran olacaqdır. O, səni və sənin ardıcıllarını bu torpaqdan qovacaqdır. Artıq onun dünyaya gəlişi yaxındır.

Fir‘on bu sözü eşitdikdə Misir ölkəsini uşaq götürənlərini bir yerə yığıb onlara hökm verdi ki, Bəni-İsraildən doğulan hər bir oğlan uşağının öldürsünlər. Bu işi görmək üçün xüsusi məmurlar da tə‘yin etdi”.

Bəziləri deyir ki, Fir‘on belə bir yuxu görməmişdi. Amma Həzrət Musanın (ə) doğum zamanı çatdıqda münəccimlər Fir‘ona xəbər verib dedilər: -“Biz öz elmimizlə bu nəticəyə çatmışıq ki, Bəni-İsraildən bir uşaq doğulacaq və sənə qalib gələcək, sənin səltənətini viran edəcəkdir. İndi onun doğum vaxtı yaxınlaşmışdır. Bu sözü eşidən Fir‘on bəni İsraildən doğulan bütün oğlan uşaqlarının başının kəsilməsinə əmr verdi.

İbn Abbasdan nəql olunan rəvayətə görə Bəni-İsrail tayfası Misirdə çoxaldığı zaman tüğyan edib günah işlər görməyə başladılar. Onların yaxşıları da pislərə qoşuldu, əmr be məruf və nəhy əz münkər tərk olundu. Allah-taala qibtiləri onlara müsəllət edərək, onlara ağır əzab verdi.

İş nə ilə nəticələndi?

Bəni-İsrail övladlarının başının kəsilməsi ağlagəlməz bir həddə çatdı. Bu zaman Misir başçıları və Fir‘onun yaxın adamları onun yanına gəlib dedilər: -“İş belə davam etsə Bəni-İsrail övladlarının başının kəsilməsi və qocalarının ölməsi ilə onların kişiləri tamamilə məhv olacaq və nəsilləri kəsiləcəkdir, nəticədə onların gördükləri işlər bizim öhdəmizə düşəcəkdir. Yaxşı olar ki, bu barədə başqa fikir edəsən. Fir‘on vəziyyəti belə gördükdə uşaqların bir il öldürülüb növbəti ildə diri saxlanılması hökmünü verdi. Harun uşaqların öldürülmədiyi ildə, Musa isə oğlan uşaqlarının başının kəsildiyi ildə anadan oldu.

Səduqun İmam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə o Həzrət buyurur: -“Fir`on öz səltənətinin Musanın əli ilə viran olacağı xəbərini eşitdikdə, kahin və münəccimləri çağırtdırıb Musanın nəsəbini onlardan soruşdu və onun Bəni-İsraildən olacağını bildi. Əmr etdi ki, Bəni-İsrailin hamilə qadınlarının qarınlarını yırtaraq körpələrini qətlə yetirsinlər. Bu yolla iyirmi mindən artıq körpəni həlak etdilər. Amma Allahın istəyi Musanı qorumaq olduğu üçün, onu öldürə bilmədi.

Vəhb ibn Münnəbinin dediyinə görə, Musanı ələ keçirmək üçün yetmiş min uşağın başını kəsdilər.

Allah ı n ist ə yi

Amma Allahın iradə və istəyi Musanın dünyaya gəlib boya-başa çatması, kamala yetişməsi idi. Məhz onun əli ilə zülm görmüş həmin xalqı Fir‘ona qalib etmək istəyirdi. Onların törətdiyi cinayətlərə və icad etdikləri çətinliklərə baxmayaraq, Allah o həzrətin nütfəsini atası İmrandan anasının rəhiminə köçürdü, hamiləlik dövrü sona çatdıqdan sonra onu dünyaya gətirdi. Allahın təqdiri ilə, o həzrət elə Fir‘onun qucağında böyüdü.

Əbdül-Vəhhab Nəccar özünün “Qisəsül-Ənbiya” kitabında yazır: -“İmran (Musanın atası) Lavinin qızı Yukabidlə ailə qurdu. Allah bu evlənmədən Harun və Musanı ona verdi. Amma bəziləri bu mətləbi inkar edib deyirlər: -“Bibi ilə evlənmə bütün millətlərdə haram olmuşdur və Yukabid Lavinin nəvələrindəndir.”

Hər halda bəzi tarixçilər Musanın nütfəsinin bağlanmasını belə yazmışlar: -“Münəccimlər Fir`ona xəbər verib dedilər: -“Sənin həlakətin, Bəni-İsraildən olan bir kəsin əli ilə olacaq ki, onun nütfəsi filan gecə bağlanacaqdır. Fir`onun əmri ilə həmin gecə Bəni-İsrail kişilərini arvadlarından ayırdılar.

Musanın atası İmran Bəni-İsraildən olmasına baxmayaraq, Fir‘on hökumətində işləyirdi, onun yaxın adamlarından idi. O gecə Fir‘onun sarayından gözətçilik etmə əmrini aldı. Gecə yarısı İmran arvadının onun yanına gəlməsini gördü. Hər ikisində əlaqədə olma istəyi yarandı və ilahi istək öz işini gördü. Musanın nütfəsi elə Fir‘onun sarayının yanındaca bağlandı.

İmran Fir‘onun qorxduğu işin elə onun vasitəsilə baş verdiyini hiss etdikdə, bu gecənin əhvalatını gizlətməyi öz arvadına tapşırdı və hadisənin sonrasını Allahın öhdəsinə qoydu.

Sabahı gün münəccimlər Fir‘ona bütün ciddi nəzarətlərə baxmayaraq, həmin nütfənin Bəni-İsraildə bağlandığını bildirib dedilər: -“Çox çəkməyəcək ki, həmin uşaq dünyaya gələcəkdir.”

Fir‘on işi belə gördükdə Bəni-İsraildən dünyaya gələcək hər bir oğlan uşğınının qətlə yetirilməsini əmr etdi. Bu işə xüsusi adamlar təyin etdi. Uşaq götürənlərə də bu işi onlara xəbər verməsini tapşırdı.

Mərhum Səduq İmam Baqirdən (ə) rəvayət edir: -“Fir`on Bəni-İsrail övladlarının ölüm hökmünü verdikdən sonra onların kişiləri bir-birinə dedilər: -“Oğlan uşaqlarını öldürüb qızları diri saxlayacaqlarsa, onda biz də qadınlarımızdan çəkinib onlara yaxın düşməyəcəyik. Amma Musanın atası İmran dedi: -“Bu işi görməyin! Qadınlarınızla yaxınlıq edin. Çünki Allahın işi həyata keçəcəkdir. Müşriklər bunu istəməsələr də”. Bu vaxt üzünü Allahın dərgahına tutub dedi: -“Pərvərdigara, başqaları qadını ilə yaxınlıq etməyi özünə haram etsə də, mən özümə haram etməyəcəm. Başqaları onu tərk etsə də, mən tərk etməyəcəyəm.” Bunun ardınca Musanın anası ilə yaxınlıq etdi və o qadın Musaya hamilə oldu”.

Musan ı n ( ə ) vilad ə ti

Bəli, Molla Calələddinin sözü ilə desək Fir‘on və onun ardıcıllarının acığına İmranın arvadı hamilə oldu.

Günlər keçir Bəni-İsraili Fir‘onun zülmündən xilas edəcək şəxsin- Musanın viladəti yaxınlaşırdı. Həzrət Məhdi (ə.c) rəvayətlərinə müvafiq olaraq Yukabidin hamiləlik dövründə də onun hamilə olması zahirdə bilinmədi. Musanın (ə) dünyaya gəldiyi günə qədər bir kəs o qadının hamilə olmasını bilmədi.

Vəhb ibn Münəbbihdən nəql olunmuşdur ki, Musanın (ə) doğum ili çatdıqda Fir‘on uşaq götürənlərə tapşırdı ki, bütün qadınları yoxlasınlar ki, onlardan hansının hamilə olmasını öyrənsinlər. Amma Allahın istəyi ilə Musanın anasında heç bir hamiləlik əsər-əlaməti zahir olmadı. Nə qarnı qabağa çıxdı, nə də rəngi dəyişdi, döşlərinə də süd gəlmədi. Elə buna görə də uşaq götürənlər ona heç bir söz demədilər. Musa (ə) dünyaya gəldiyi gecə bacısı Məryəmdən başqa heç kəs bunu bilmədi.

Səduqun nəql etdiyi rəvayətdə belə deyilir: -“Fir`on Musanın anası üçün xüsusi uşaq götürən nəzarətçi təyin etdi. O, hamilə olduqdan sonra rənginin gün-gündən saralmasının və arıqlamasının gördükdə, uşaq götürən ona dedi: -“Qızım, nəyə görə gündən-günə rəngin saralır, ətin əriyib gedir?

Musanın anası cavabında dedi: -“Axı mən uşaq dünyaya gətirsəm onu öldürəcəklər!”

Onun bətnində olan körpənin məhəbbəti qabilənin (uşaq götürənin) qəlbinə düşmüşdü, bu səbəbdən dedi: -“Qəm yemə, mən onun viladətini gizli saxlayacağam!”

Bəzi tarixçilər Əbdül-Vəhhab Nəccarın “Qisəsül-Ənbiya”da dediyi kimi, demişlər: -“Musa (ə) üç ay anasının yanında qaldı. Bu vaxt anası sirrin açılmasından qorxaraq Allah taalanın əmri ilə onu sandığa qoyub dəryaya atdı.

Mübarək “Taha” surəsində Mütəal Allah Musaya əta etdiyi nemətlərə işarə etdikdə buyurur: -“Sənə digər bir dəfə minnət qoyduq. Anana vəhy edərək “onu tabuta (sandıqçaya) qoyub dəryaya at” (dedik), dərya onu sahilə çıxarsın. Mənim və onun düşməni (onu) götürsün... (“Taha” surəsi, ayə 34-41)

Musanın anası Allahın əmrinə əsasən, sandıq hazırlamağa başladı. Bəzi rəvayətlərə əsasən, sandığın necə düzəldilməsini də Allah ona vəhy etmişdi. Bəzi tarixçilərin qeydinə görə bu işdə əslən “qibti” olan “Həzqil”, ya “Həzbil”dən adlı dülgər kömək aldı. O, “qibti” olmasına baxmayaraq, tək olan Allaha inanırdı. Sandıq hazır olduqdan sonra Musanı pambıq və parçaya büküb sandığa qoydu, sandığın kənarlarını qırladı. Daha sonra bəzilərinin dediyinə görə, gecə ikən Nil çayının kənarına gəlib onu suya atdı.

Küləyin əsməsi nəticəsində yaranan ləpələr sandığı öz qoynuna aldı. Musanın anası ağlar halda bu mənzərəyə tamaşa edirdi. Rəvayətdə gəldiyi kimi, haldan gedib çığırmaq istədikdə, Allah, onun qəlbinə aramlıq əta etdi və o, özünü saxladı.

Musa ( ə ) Fir onun evind ə

Nilin coşğun dalğaları sandığı özü ilə apardı. Musanın anası Allahın ona vəhy edib övladını ona qaytaracağına arxalanaraq qəlbi aram halda evə qayıtdı. İbn Əsir “Kamil”də deyir: -“Üç gün keçmədi ki, övladını görməklə ananın gözləri işıqlandı.”

Qur‘ani-Kərim “Qisəs” surəsində qısa şəkildə buyurur: -“Fir‘onun ailəsi onu (sudan) götürdü ki, onların düşməni və qəm-qüssələrinin səbəbi oldu. Həqiqətən Fir‘on, Haman və onların qoşunları xətakarlar idilər.” (“Qisəs” surəsi, ayə 7)

Səduqun İmam Baqirdən (ə) nəql etdiyi rəvayətdə belə buyurur: -“Fir`onun arvadı Bəni-İsrail qəbiləsindən olan saleh bir qadın idi. O günlər bahar fəslinə təsadüf etdiyi üçün o Fir`ondan Nilin kənarında onun üçün çadır qurmasını istədi. Fir`on əmr verərək həm özü və həm də onun üçün Nilin kənarında çadır qurulmasını tapşırdı. Nilə tamaşa etdiyi zaman gözü dalğaların üstündə gedən sandığa düşdü. Fir`onun arvadı kənizlərinə və yaxınlarına dedi: -“Mənim suyun üzərində gördüyümü siz də görmürsüzmü? Dedilər: -“Ey möhtərəm xanım, biz də suyun üzündə bir şey görürük”. Sonra qabağa gəlib sandığı tutdular. Sandığı açanda gözəl üzlü bir körpə gördülər. Elə ilk baxışdan o uşağın məhəbbəti Fir`onun xanımının qəlbinə düşdü. Onu qucağına alaraq dedi: -“Bu mənim oğlumdur.”

Təbəri və ibn Əsirin dediyinə görə, Nil çayı sandığı Fir‘onun evlərinə qədər gətirərək oradakı ağacların arasına saldı. Fir‘onun arvadı -Asiyanın kənizləri çimmək (üzmək) üçün ora getmişdilər. Bu zaman sandığı görüb Asiyanın yanına gətirdilər. Onlar güman edirdilər ki, onun içində var-dövlət vardır. Sandığı açdıqları zaman Asiyanı gözü uşağa sataşdı, onun məhəbbəti qəlbinə düşdü. Uşağı Fir‘onun yanına gətirib xahiş etdi ki, onu öldürməyib övladlığa götürsün. Bu iki tarixçi əhvalatın davamında deyirlər: -“Uşağın Musa adlandırılmasının səbəbi budur ki, “mu” ibri dilində “su” “sa” isə ağac mə‘nasındadır. O, su və ağac arasından götürüldüyünə görə Musa adlandırmışlar. Bu mə‘nanı mərhum şeyx Səduq “İləluş-şəraye” kitabında Müqatil İbn Suleymandan rəvayət etmişdir.

“İsbatul-vəsiyyə”də deyilir: -“Musanın anası uşağa dayəlik etmək üçün Fir`onun sarayına gəldi. Uşağı qucağına götürdüyü zaman ixtiyarsız olaraq dedi: -“Anan sənə qurban, ey Musa!” Bu sözü eşidən Fir`on bərk qəzəbləndi, o qadının uşağın anası olduğunu başa düşdü. Amma Allah bu sözlərlə onu dilə gətirdi. O, dedi: -“Onun sudan tutulmasını eşitdiyim üçün bu adla adlandırdım.” Bu sözü eşidən Fir`onun qəzəbi soyudu və dedi: -“Bəli, biz də onu Musa adlandıracağıq.” Bu rəvayətdən aydın olur ki, onun adı qabaqcadan qoyulubmuş. Bu söz daha düzgün və həqiqətə yaxındır (Ən yaxşısını Allah Özü bilir).

Bəli, Allahın təqdiri Musanı, onun ən böyük düşməni, minlərlə məsum uşağın qatili və minlərlə hamilə qadının qarnını yırtan adamın evinə daxil etdi. Allahın Asiyənin qəlbinə saldığı məhəbbətə görə, o uşağın tərbiyəsinə başladı. Qur‘ani-Kərim çox incə və gözəl bəyanla buyurur: -“Fir‘onun xanədanı onu (sudan) götürdülər ki, düşmənləri və qəm-qüssələrinin səbəbi olsun...” (“Qisəs” surəsi, ayə7- 8)

Yəni onlar bundan qafil idilər ki, sudan tutduqları o uşaq onların ən böyük düşməni zülm saraylarını dağıdan və Bəni-İsrailə onların zülmündən nicat verəcək adam olacaqdır.

Qur‘ani-Kərim Fir‘onun arvadı Asiyənin dilindən nəql edərək buyurur: -“Musanı Fir‘onun yanına gətirdiyi zaman dedi: -“Bu uşaq həm mənim və həm də sənin gözümüzün nurudur. Onu öldürməyin. Ola bilsin bizə xeyri dəyə, yaxud onu övladlığa götürək. Və onların xəbəri yox idi...” Yəni bu uşağın axtardıqları həmin şəxs olmasını bilmirdilər. Başqa bir hədisdə belə deyilir: -“Asiyə Fir‘ona : “Mənim və sənin gözümüzün nurudur” -dediyi zaman Fir‘on ona belə cavab vermişdi: -“Bu sənin gözünün nurudur, mənimsə ona heç bir ehtiyacım yoxdur.” Peyğəmbəri Əkrəm (s) buyurur: -“And olsun Allaha, əgər Fir‘on da Asiyə kimi bu cümləyə etiraf edib onu öz gözünün nuru saysaydı, Mütəal Allah onu da Musanın əli ilə -Asiyəni hidayət etdiyi kimi- hidayət edərdi...

Ayədən mə‘lum olan başqa bir mətləb Fir‘on və Asiyənin sonsuz olması məsələsidir. Tarixçilər və təfsirçilər də bu mətləbə təkid edirlər. Fir‘on və Asiyə Musanı görən kimi mehrini ona salıb övladlığa götürdülər. Amma Tövratda Fir‘onun bir qızı olması və Musanın sudan götürməsinə işarə olunmuşdur. Bəziləri ehtimal vermişlər ki, o Musanın zəmanəsində yaşayan Fir‘onun arvadı Yusifin zəmanəsində olan Fir‘onla qohum imiş.

İbn Abbasdan belə nəql olmuşdur: -“Fir`onun çox sevdiyi yeganə bir qızı var idi. O ağır “bərəs” xəstəliyinə tutulmuşdu. Həkimlər və sehrkalar müalicə yolunu təkcə dəryaya düşmüş uşağın ağız suyunu şəfa demişdilər. Onun ağız suyunu bu qızın bədəninə sürtməklə xəstəliyi sağalacaqdır.”

Bunun ardınca Fir‘onun qızının Nilin sahilinə gəlməsi və Musanı sudan götürməsini qeyd edərək deyir: -“Fir‘onun qızı o uşağın ağız suyunu bədəninə sürtüb sağaldı, bu da onun uşağa mehr-məhəbbət göstərməsinə səbəb oldu. Bunu görən Asiyə vasitəçilik edərək Fir‘onu onu öldürmək fikrindən daşındırdı. (Allah daha yaxşı bilir)...”

Allah Musan ı anas ı na qaytar ı r

Anası Musanı dəryaya atdıqdan sonra evə qayıtdı. Amma bir an belə öz əziz balasını yaddan çıxarda bilmirdi. Zehninə cürbəcür fikirlər gəlirdi. Sanki hər an: “uşağımın başına nə gəldi”- deyib fikirləşirdi. Görəsən indi balam haradadır? Nəhəng balıqlara yem olmuyub ki?! Yoxsa hələ də dalğaların qoynunda üzür?! Qayalara dəyib dağılmamışdır ki? Amma Allahın ruhoxşayan və`dəsi yadına düşəndə ürəyində arxayınlıq hiss edirdi. Beləliklə, təkcə oğlu ilə görüşəcək vaxtı düşünürdü. Bu müddətdə gördüyü yeganə iş qızı Məryəmə dediyi: -“Qardaşını axtar gör, başına nə gəlmişdir!” - sözü idi.

Məryəm axtarış apardıqda onun Fir‘onun ailəsi tərəfindən sudan çıxarılmasını öyrəndi və bildi ki, uşaq hal-hazırda Fir‘onun evindədir. Bir az da soraqlaşdıqdan sonra Allah onun məhəbbətini Fir‘onun zövcəsinin qəlbinə salmasını bildi. Və bunu da öyrəndi ki indi uşağa sud vermək üçün dayə bir axtarırlar, gətirilən qadınların heç birinin döşünü qəbul etməmişdi. Fir‘onun arvadı durmadan ona süd verə biləcək qadını axtarırdı.

Mütəal Allah bu mövzunu Musaya mərhəmət etdiyi nemətlər sırasında xatırlayıb buyurur: -“Süd verən qadınları qabaqcadan ona haram etdik.” (“Qisəs” surəsi, ayə 11.)Bacısı dedi: -”İstəyirsinizsə, ona baxmaq üçün bir ailəni sizə göstərim.

Bəli, Asiyə dərin məhəbbət bəslədiyi bu uşaq üçün dayə axtarmağa başladı. Amma Musa nədənsə gətirilən heç bir dayənin döşünü almadı. Bunu görən Asiyə çox narahat olub qəm-qüssəyə daldı. Arvadının qəm-qüssədən əzab çəkən Fir‘on dayə axtarmaq üçün hərtərəfə adam saldı. Uşaqları öldürülmüş südlü qadının çoxluğuna baxmayaraq (onların uşaqları Fir‘onun əmri ilə öldürülmüşdü) uşaq heç birinin döşünü almadı.

Səduqun İmam Baqirdən (ə) nəql etdiyi rəvayətə əsasən Musanın bacısı Fir‘onun evinə gəlib dedi: -“Eşitmişəm, uşağınızın tərbiyəsi üçün dayə axtarırsınız. Mən pak bir qadın tanıyıram ki, sizin uşağınızı layiqincə tərbiyə edə bilər! Məmurlar Fir‘onun arvadının xəbərdar etdilər. O, qızı saraya gətirməyi əmr etdi. Qız saraya daxil olduqda ondan soruşdu: -“Ay qız, hansı ailədənsən?” Cavab verib dedi: -“Bəni-İsraildən”.

Fir‘onun arvadı dedi: -“Ay qız, çıx get bizim sənə ehtiyacımız yoxdur!”

Oradakı qadınlar ona dedilər: -“İcazə ver, o qadını gətirsinlər, görək uşaq onun döşlərini qəbul edəcək ya yox?”

Fir‘onun arvadı dedi: -“Siz elə bilirsiniz ki, uşaq onun döşlərini qəbul etdikdə, Fir‘on Bəni-İsraildən olan bir uşağı elə həmin tayfadan olan bir qadına tapşırıb onu öz evinə apararaq onu böyütməsinə icazə verəcək? Yox, Fir‘on heç vaxt belə bir işə razı olmaz”.

Qadınlar təkid etdikdə Fir‘onun arvadı qıza dedi: -“Get o qadını gətir”.

Qız anasının yanına gəlib onu Fir‘onun sarayına apardı. Musanı ona verdikdə döşünü onun ağzına yaxınlaşdırdı. Uşaq həvəslə süd əmməyə başladı. Bu hadisəni müşahidə edən dedi: -”Uşağın üçün dayə tapmışam ki, döşlərini ağzına alıb süd əmir!”

Fir‘on dedi: -”Bu uşaq hansı ailədəndir?”

Dedi: -”Bəni İsraildən”

Fir‘on dedi: -”Həm uşağın, həm də dayənin Bəni-İsraildən olması mümkün deyildir!

Arvadı çox israrla xahiş edərək axırda onu razı sala bildi. O cümlədən, dedi: -”Bu uşağın sənin üçün heç bir qorxusu yoxdur. Digər tərəfdən də o sənin uşağındır. Sənin tərbiyən və əmrin altında böyüyəcəkdir.”

Fir‘on qəbul etdi. Beləliklə, mehriban Allah uşağı öz anasına qaytardı. Ana tam rahatlıqla uşağını böyüdüb tərbiyə etməyə başladı.

Allah təala Musanın uşaqlıq dövründə baş verən əhvalatların axırında buyurur: -”Biz onu anasına qaytardıq ki, gözləri şad olub qəm yeməsin. Bilsin ki, Allahın vədəsi haqdır, amma camaatın çoxu (bu həqiqəti) bilmirlər.”

Musanın anası uşağını evinə aparır...

Tarixçilər deyirlər: -“Fir`onun arvadı uşağın (həqiqi anasından) süd əmməsini gördükdə, Fir`ondan o qadının dayə olmasına razılıq alıb onun üçün aylıq maaş təyin etdirdi. Qadına dedi ki, sarayda qalsın. Amma Musanın anası uşağı qucağına alıb Allahın vədəsinə arxayın olduğu üçün sarayda qalmaqdan boyun qaçıraraq dedi: -”Mənim ailəm və uşağım vardır. Bircə bu uşağın tərbiyəsinə görə mən onları ata bilmərəm. Əgər istəsəniz mən bu uşağı evimə aparıb, orada ona süd verər və tərbiyəsi ilə məşğul olaram”.

Fir‘onun arvadı razı oldu. Beləliklə, Musanın anası əziz balasını evinə apararaq arxayınlıqla onun tərbiyəsi ilə məşğul oldu. Yuxarıda qeyd etdiyimiz kimi, uşağı sandığa qoyub Nilə atdığı vaxtdan Fir‘onun evində qucağına alana qədər cəmi üç gün çəkmişdi.

Günlər, aylar ötdükcə Musa (ə) anasının nəvazişləri altında böyüyür, öz ailəsini sevincə qərq edirdi. Südəmərlik dövrü bitdikdən sonra onu Fir‘onun evinə qaytardılar. Sözsüz bu müddət ərzində (tarixdə bu müddətin nə qədər olması dəqiq qeyd olunmayıb) Fir‘onun arvadının istəyi ilə uşağı vaxtaşırı Fir‘onun evinə aparır və onlar uşağı görürdülər.

Fir onun evin ə qay ı tma

Musa yenidən Fir‘onun sarayına qədəm qoydu, uşaqlıq dövranını özünün ən böyük düşməninin himayəsi altında və ən gözəl ne‘mətlərlə keçirməyə başladı. Fir‘onun evində baş verən ən böyük hadisələrdən biri (bütün tarixçilərin və o cümlədən mötəbər olmayan rəvayətlərin qeyd etdiyi kimi) odur ki, bir gün Musa Fir‘onun qucağında (və ya da qarşısında) oynayırdı. Birdən əlini atıb Fir‘onun qalın saqqalını yoldu. Bəzilərinin dediyinə görə, əlinə ağac götürüb oynadığı zaman qəfildən onu yuxarı qaldırdı və Fir‘onun başına vurdu. Fir‘on acıqlanaraq dedi: -”Bu uşaq mənim düşmənimdir və məni öldürmək istəyir!” Bunu deyib uşaqların başını kəsən qatilin dalınca adam göndərib uşağı ona vermək istədi. Bu vaxt Fir‘onun arvadı irəli gəlib dedi: -”O uşaqdır, başa düşmür. Mənim sözümün düzlüyünü bilmək istəyirsənsə onun qarşısına bir qab xurma (bəzilərinin də dediyinə görə yaqut) bir qabda qızardılmış od qoyaq. Əgər xurmanı götürsə deməli başa düşür. Bu halda onu öldürərsən. Yox, əgər isti odu götürsə, onda uşaqdır və heç nə başa düşmür”.

Fir‘on qəbul edərək bir qab xurma, bir qab da od gətirməyi əmr etdi. Xurma və odu onun qabağına qoydular. Musa xurmanı (ya yaqutu) götürmək istədikdə Cəbrayıl (ə) özünü yetirərək onun əlini oda tərəf apardı. Musa od parçasını əlinə götürüb ağzına qoydu. Dili yandığından tez onu yerə atdı. Bunu görən Fir‘on onu öldürmək fikrindən daşındı. Bu tarixçilərinf dediyinə görə bu iş Musanın dilində pəltəklik yaranmasına səbəb oldu. Elə buna görə də Allah tərəfindən Fir‘onu hidayət etməyə məmur olduğu zaman Allaha ərz edib dedi: -”Vəzlul uqdətən min lisani!” Yəni Pərvərdigara, dilimin düyününü aç! (“Taha” surəsi, ayə 27).

Amma bu əhvalat daha çox əfsanəyə oxşayır, onu təsdiqləyəcək mötəbər bir rəvayət də yoxdur. Bəziləri onu yəhudilər tərəfindən düzəldilməsini demişlər. Bu şərif ayənin də yuxarıda qeyd olunan mə‘nanı ifadələməsi məlum deyildir. Çünki onun təfsiri sonrakı ayədə Musanın dili ilə deyilir: -”Yəfqəhu qəvli” Yəni dilimi aç ki, sözümü yaxşı başa düşsünlər. (Həqiqəti təkcə Allah bilir).

Hər halda, Musa uşaqlıq dövrünü Fir‘onun evində başa vurdu, cavanlıq həddinə çatıb kamala yetişdi. Allah taala ona elm və hikmət öyrətdi. Yaxşılığının əvəzini Allahdan belə aldı. Bu lütfü “Qisəs” surəsində belə buyurur: -”Və (Musa) qüvvətə (və rüşdə) yetişib kamil olduqda ona hikmət və elm verdik. Yalnız (yaxşı) əməl sahiblərini belə mükafatlandırırıq.” (“Qisəs” surəsi, ayə 13).

B ə ni - İ srailin g ö z ü bir xilaskar ı n yoluna dikilmi ş di

Keçən bəhslərdə qeyd etdiyimiz kimi, Fir‘on və qibtilər Bəni-İsrailin yaşayışını çətinliyə salaraq onlara olmazın əzabları verir, oğlanlarını öldürüb qızlarını diri saxlayır, ən çətin və şəxsiyyəti sındıran işləri onlara tapşırırdılar. Onlara nəzarət etmək üçün ən kobud və sərt əxlaqlı məmurlar seçmişdilər. Kiçik bir səhlənkarlıq gördükdə güclü zərbələri ilə onları tənbih edirdilər. İsrail övladlarının onların yanında heç bir dəyər və hörməti yox idi, heç bir hüquqa da malik deyildilər.

Bəni-İsrail bütün bu çətinliklərə dözürdülər, ən çətin hallarda sapınacaqları bir kəs yox idi. Ümidləri təkcə əvvəlki peyğəmbərin vədə verdiyi xilaskara dikilmişdi. Peyğəmbərlər onlara vədə verib demişdilər: -”İşləriniz çətinliyə düşəndə və fir‘onların zülmünə mə‘ruz qaldığınız zaman Allah sizə Lavinin övladlarından olan Musa ibn İmranın əli ilə nicat verəcədir”.

Mərhum Səduq İmam Sadiqdən (ə) belə rəvayət edir: -“Yusifin ölümü yaxınlaşdıqda Yəqubun övladlarını bir yerə yığıb (onlar səksən kişidən ibarət idilər) dedi: -“Tezliklə qibtilər qalib gələrək sizə hökumət edəcək, sizi işgəncə və əzaba salacaqlar. O zaman Allah Lavi ibni Yəqubun övladlarından olan Musa ibni İmranın əli ilə sizə nicat verəcəkdir. O uca boylu, enli kürək və buruq saçdır. Elə buna görə də israilli kişi oğlunun adını İmran, o, da öz oğlunu Musa adlandırdı.

Beşinci imam buyurur: -“Musa dünyaya gələnə qədər əlli nəfər yalandan özlərini vədəsi verilmiş Musa ibn İmran adlandırdılar.”

Başqa bir hədisdə dördüncü imam Rəsuli Əkrəmdən (s) rəvayət edir ki, Yusifin ölümü çatdığı vaxt öz ardıcılları və ailəsini bir yerə yığıb, Allaha həmd və səna etdikdən sonra onları qarşıda gözləyən əzabdan agah etdi və dedi: -“Sizin üçün çox böyük bir çətinlik yaranacaq: kişilərinizi öldürüb, hamilə qadınlarınızın qarnını yırtacaq və uşaqlarınızın başını kəsəcəklər, nəhayət Allah haqqı Lavi ibni Yəqubun övladlarından olan naibin vasitəsi ilə zahir edəcəkdir. O, enli kürək və uca boyludur. Onun xüsusiyyətlərini yaxşı yadda saxlamamalarını tövsiyə etdi.

Qaib olma dövrü və Bəni-İsrailin çətin günləri başladı. Dörd yüz il Musanın gəlişini gözlədir. Nəhayət onun viladət müjdəsi və zühurunun əlamətləri görsəndi.

İmam Baqir (ə) bir hədisdə buyurur: -“Bəni-İsrail aylı bir gecədə evdən çıxaraq keçmiş elmlərdən xəbərdar olan bir kişinin yanına gəlib dedilər: -”Biz gələcək barədə olan xəbərləri eşidib rahatlıq tapırıq. Biz bundan sonra nə qədər intizar çəkib yol gözləməliyik? Nə qədər bəlalar içində yaşamalıyıq?” Qoca dedi: -”Allaha and olsun! Allah təala Lavi ibni Yəqubun övladlarından olan Musa ibn İmranı göndərənə qədər siz bu çətinliklərdən əzab çəkəcəksiniz. O, uca boylu və buruqsaç bir oğlandır”.

Elə bu söhbət əsnasında Musa dəvəyə minmiş halda gəldi. Kişi başını qaldırdı. Musanın barəsində eşitdiyi nişanələrdən onu tanıyıb dedi: -“Adın nədir?” Dedi: -”Musa” Qoca kişi soruşdu: -“Kimin oğlusan?”

Musa dedi: -”İmranın oğluyam”

Kişi tez yerindən qalxıb onun əlini öpdü. Bəni-İsrail də onun ayaqlarını öpərək onu tanıdılar və Musanın ardıcıllarına çevrildilər.

Bu hadisədən bir müddət keçdi. Musa hələ də məxfi həyatına davam edirdi. Amma Bəni-İsraildən olan bir kişi ilə qibti bir kişinin dalaşması onun üzə çıxmasına səbəb oldu.

Allah bunun əhvalatını “Qisəs” surəsində bəyan etmişdir.

Musanın Misirdən çıxmasına bais olan hadisə

Qur‘ani-Kərim Musanın hicrət səbəbini israilli kişi ilə Qibtinin əhvalatını xülasə olaraq belə bəyan edir: “Musa heç kimin xəbəri olmadan şəhərə gəldi. Bu zaman iki kişinin dava etdiyini müşahidə etdi. Onlardan biri Musanın ardıcıllarından, digəri isə düşmənlərindən idi. Onun ardıcıllarından olan kişi Musanı köməyə çağırdı. Musa gəlib ona (düşməninə) bir yumruq vurmaqla onu öldürdü. Musa dedi: -”Bu Şeytanın işidir. Həqiqətən də o yoldan çıxaran, aşkar düşməndir.” Sonra əlavə edərək dedi: -”Pərvərdigara, özümə zülm etdim, məni bağışla!” Allah onu bağışladı. (Çünki) o, bağışlayan və rəhimlidir. Musa dedi: -“Pərvərdigara, mənə əta etdiyin ne‘mətin qarşısında zalimlərə arxa olmayacağıq. Həmin gecəni qorxu ilə sübhə çıxdı. Qəflətən dünən ondan kömək istəmiş kişi yenə də onu köməyə çağırdı. Musa ona dedi: -”Həqiqətən də, sən aşkar haqdan çıxmısan.” Hər ikisinə (bu kişiyə və düşməni olana) əl qaldırmaq istədikdə o kişi dedi: -“Məni öldürmək istəyirsən? Dünən də birini öldürmüsən! Sən deyəsən burada zülm edib zalım olmaq istəyirsən. Heç kəsi islah etmək istəmirsən.” (“Qisəs” surəsi, ayə 14-19)

Bu Qur‘ani-Kərimin xülasə nəql etdiyi hadisədir. Bunun bəzi yerlərinin peyğəmbərə məxsus olan “ismət və məsumluqla” düz gəlmədiyi üçün tənqidçilərin etirazına səbəb olmuşdur. Təfsirçilər bu barədə şərhlər vermiş, rəvayətlərdə isə onun üçün müxtəlif mə‘nalar qeyd olunmuşdur. Biz də öz növbəmizdə bu hadisəni rəvayət və tarix əsasında, olunan iradlara cavab verərək nəql edirik. Lazım olduqda, bəzi izahları da qeyd edəcəyik.

Tarixçilərin dediyindən məlum olduğu kimi, Bəni-İsrail onlara qabaqcadan verilmiş müjdələrə əsasən, Musadakı əlamətləri gördükdə başa düşdülər ki, artıq bədbəxtçiliklərinin sonu çatmışdır, Allah təala Fir‘onun evində böyümüş həmin qüdrətli cavanın əli ilə, onlara qibtilərin və Fir‘onların zülmündən nicat verəcəkdir. Elə buna görə də hər zaman onu görsəydilər hörmət edir, öz bədbəxtçiliklərindən ona şikayət edirdilər. O həzrət də fürsət yaranan kimi, onlarla görüşür, gələcəyə ümidlə baxmağı tövsiyə edirdi. Bəzən də imkan daxilində onların xeyrinə bə‘zi işlər də görür, bacardığı qədər zülmü onlardan uzaqlaşdırırdı.

Bir gün heç kimin xəbəri olmadan, Fir‘onun məmurlarından gizlin şəkildə Misir, ya bəzilərinin dediyinə görə, Fir‘onun dövlətinin mərkəzi olan “Mənəf” şəhərinə (“Qisəs” surəsi 14-19-cu ayələr) daxil oldu. Şəhərdə gəzərək zillət çəkmiş Bəni-İsrailin və öz ardıcıllarının vəziyyəti ilə tanış olmaq istədi. Bu zaman Bəni-İsraildən olan bir kişinin bir qibti ilə dalaşdığını gördü. Qibti Bəni-İsraildən olan kişiyə zorla bir iş gördürmək istəyir, o da öz növbəsində bu işdən imtina edirdi. Beləliklə, işləri dava-dalaşa çəkmişdi. Bəli-İsraildən olan kişinin gözü Musaya sataşdıqda ondan kömək istədi. Musa münasib vaxtda Fir‘onun əleyhinə qiyam edəcəyi üçün bu münaqişəyə başlanmağı məsləhət görmürdü. O, heç bir xeyri olmayan bu davadan narahat olub dedi: -”Haza min əməliş şeytan, innəhu əduvvun muzillun mubin” Yəni, sizin bu əməliniz şeytan işidir. O, aşkar (dünyada haqq dinin irəliləməsi üçün) gümrah edicidir. Ya da onun məqsədi bu idi ki, qibtinin onu zorla işə məcbur edərək zülm etməsi, şeytanın işi idi. Bu sözün ardınca israilli kişinin köməyinə gedib qitbiyə bir yumruq vurdu.

Zərbədən qibtinin öldüyünü gördükdə üzünü Allahın dərgahına tutub dedi: - “Pərvərdigara, mən özümə zülm etdim. Sən məni bağışla.” Allah da onu bağışladı. Özünə zülm etmək dedikdə məqsədi bu idi ki, Mən Bəni-İsrailin zülmə mə`ruz qalanlarından müdafiə edib haqqı aşkar etməkdə tələsdim. Qibtilərin əlində tez bir zamanda giriftar olmağıma şərait yaratdı. Beləliklə öz məqsədimi həyata keçirməkdə özüm üçün çətinliklər yaratdım. İndi Sən, mənə kömək et, bu əhvalatı Fir`on və qibtilərdən gizli saxla.

Ya da imam Rzadan (ə) nəql olunan rəvayətə görə məqsədi bu idi: -”Pərvərdigara! Bu şəhərə gəlməyimlə və bu hadisənin baş verməsilə özümü qibtilər tərəfindən təhlükəyə salmış və özümə zülm etmişəm. İndi Sən məni öz düşmənlərindən gizlət. Onlar məni tapa bilməyib, qibtini öldürdüyümə görə məndən qisas almasınlar. Sözün qısası, o həzrətin hədəfi Allahdan kömək istəmək idi. Onun məqsədi, “Pərvərdigara, mən günah etmişəm və məni bağışla!” demək deyildi. Bu sözün şahidi Allah təalanın buyurduğu bir cümlədir ki, onun ardınca deyir: (“Qisəs” surəsi, ayə 15-17)

Musa dedi:

-”Pərvərdigara, mənə verdiyin nemətlərə görə mən zalimləri müdafiə etməyəcəyəm”.

Əgər Musanın (ə) işi günah olsaydı bu sözü deməzdi. Hər halda Musa (ə) o gecəni qorxu içində və nigarançılıqla keçirdi.Çünki o kişinin qətl xəbəri hər yerə yayılmışdı. Bəzilərinin dediyinə görə, o, Fir‘onun xüsusi çörək bişirəni idi. Camaat onun Bəni-İsraildən bir nəfərin əli ilə öldürüldüyünü bilirdi. Qatilin Musa olmasını təkcə, İsraildən olan daha edən kişi bilirdi. Qibtinin ölüm xəbəri Fir‘onun qulağına çatdıqda, qatili tapmaq üçün xüsusi adamlar təyin etdi. Bu işə görə xüsusi casuslar seçib şəhərin hər yerinə göndərdi.

Musa dünən baş vermiş hadisələrdən və vəziyyətdən nigaran idi. Tanınıb tutulacağından qorxurdu. Şəhərdə dolandığı zaman israilli kişini gördü. O, bu dəfə də başqa bir qibti ilə tutaqlaşmışdı. Gözü Musaya düşdüyü zaman yenə də kömək istədi. Dünənki hadisədən nigaran olan Musa üzünü o kişiyə tutub dedi: -”Həqiqətən də sən aşkar zəlalətdəsən”. Bu sözdən onun hədəfi “sən hər gün öhdəsindən gələ bilməyəcəyin işdən tutub biriylə dalaşırsan. Beləliklə, onun məqsədi həqiqətən də aşkar haqdan uzaq olansan” demək idi.

Bu sözü deyib ona kömək etmək üçün qabağa gəldi. Qibti kişiyə hücum etmək istədi. Bu zaman israilli kişi Musanın onu vuracağını güman edib qışqırdı: -”Dünən o kişini öldürdüyün kimi, indi də məni öldürmək istəyirsən?!”

Bu sözü eşidən qibti kişi dünənki şəxsin qatilinin Musa olduğunu bildi və başa düşdü ki, məmur və casusların axtardığı adam məhz odur. Özünü məmurlara çatdırıb əhvalatı onlara danışdı. Musanın tutmaq üçün hamı bir yerə yığılıb onu axtarmağa başladılar. Bu zaman Həzbil (yaxud Həzqil) özünü Musaya çatdırdı. 10 O, “Fir`on ailəsinin mömini” adı ilə məşhur idi. Şəhərdən çıxmağı ona məsləhət gördü. Allah təala “Qisəs” surəsində onun Musanın yanına gəlib nəsihət etməsini belə bəyan edir: -”Bir kişi şəhərin axırından tez özünü yetirdi və dedi ki, ey Musa qövmün başçıları sənin haqqında (səni öldürmək üçün) tədbir tökürlər. Şəhərdən çıx, çünki, mən sənin xeyrini istəyirəm. (“Qisəs” surəsi, ayə 20) O həmin kəsdir ki, işə və sünnülər Rəsuli-Əkrəmdən (s) belə rəvayət etmişlər: -”Bütün ümmətlər arasında təkcə üç nəfər Allaha imam gətirməkdə hamıdan qabağa düşmüşlər:

1. Ali-Fir‘onun mömini Həzbil. 2. Yasinin sahibi Həbib Nəccar, 3. Əli ibni Əbi Talib. O, bunların hamısından üstündür.

Musanın Misirdən çıxması

Belə bir hala düşən Musa qorxu və nigarançılıqla Misirdən çıxdı. Allahdan onu, zalım camaatın şərrindən saxlamasını istədi. O, vaxta qədər heç bir yerə səfər etməyən Musa kimi bir şəxsə bu səfərin nə qədər ağır olması məlumdur. Nə yeməyə bir şeyi, nə də minməyə bir heyvanı var idi. Haraya, hansı tərəfə gedəcəyini də bilmirdi. Elə buna görə də bəzi tarixlərdə qeyd olunur ki, o, şəhərdən çıxdığı vaxt hara gedəcəyini bilməyib mat-məəttəl qaldığı zaman bir mələk gəlib onu Mədyənə tərəf hidayət etdi. Digər tarixçilərin dediyinə görə isə elə hara gedəcəyini bilməyə-bilməyə, mat-məəttəl halda hərəkət edib Mədyənə çatdı. Hər halda, çöllər və səhralarda sərgərdan qalmaması üçün Allahdan kömək istəmiş, Allah da onu Mədyənə tərəf istiqamətləndirmişdi.

Ümum tarixçilərin dediyinə görə o Həzrətin Misirdən Mədyənə gedərkən səkkiz gün yolda olmuşdur. Başqa bir hədisdə onun üç gün yolda olması qeyd olunmuşdur. Bu müddətdə o həzrət səhranın göy otları və ağaclarının yarpaqlarından qidalanırdı.

O qədər ot və yarpaq yemişdi ki, arıq qarnının dərisindən göylük hiss olurdu. Piyada yol getdiyindən ayaqları yaralanmış, qanamışdı. Bununla belə, hər an Allahı xatırlayır, Ondan kömək diləyir, müşküllərinin həll olunmasını Ondan istəyirdi.

Bir neçə günlük çətinlikləri arxada qoyaraq nəhayət, Mədyənin darvazasına yetişdi. Yorğunluğunu almaq üçün bir ağacın altında oturdu. Ağacın altında bir quyu vardı. Musa şəhərin əhalisinin qoyunlarını suvarmaq üçün oraya yığılmalarını gördü. Bu zaman gözü iki qadına sataşdı. Onlar da özləri ilə qoyunları gətirməsinə baxmayaraq, suvarmaq üçün yaxın gəlmir, başqa qoyunlara qarışmasınlar deyə onların qarşılarını almışdılar.

İnsansevərlik və qeyrət hissi onu kənardan durub baxmağa qoymadı. Yorğunluğuna baxmayaraq, irəli gəlib onlara dedi:

-”Nə işiniz var? Nə üçün durmusuz?”. Bu suallarla onların vəziyyətini bilmək istəyirdi. Onlar Musanın cavabında dedilər:

-”Bizim atamız qoca bir kişidir. Qoyunları suvarmaq üçün quyunun kənarına gələ bilmir. Biz də qoyunları suvarmaq üçün kişilərin arasına girə bilmərik, onlara qarışmaqdan çəkinirik. İndi onların heyvanlarını suvarıb qurtarmasını gözləyirik. Sonra qalan su ilə heyvanlarımızı suvaracağıq.”

Bunları eşidən Musanın qəlbi o qızlara yandı, irəli keçib su dolçasını dolduraraq onların heyvanlarına su verdi. Sonra öz yerinə qayıdıb əyləşdi. Onlar da qoyunlarını sürüb evlərinə apardılar.

Bəzilərinin dediyinə görə, Musanın su çəkdiyi quyu bütün çobanların su çəkdiyi quyudan ayrı idi. Musa vəziyyəti belə gördükdə, ağzında iri bir daş olan başqa quyunun yanına gəldi, onun ağzına qoyulan və on nəfərin gücü çatmayan daşı tək başına kənara atdı. Daha sonra o iki qadının heyvanlarını suvardı.

Digər bir rəvayətə görə, çobanların yanına gəlib dedi: -“İcazə verin, mən bir qab su sizin üçün çəkim, birini də özüm üçün.” Onlar on nəfərin vasitəsi ilə çəkdikləri su qabını Musaya verib kənara çəkildilər. O həzrət də bir qab onlar üçün, birini də qızlar üçün su çəkdi.

Hər halda, qızları çox tez bir zamanda evlərinə yola saldı. Yerinə qayıdıb aclığından və öz halından Allaha şikayət etdi: -“Pərvərdigara! Mənim üçün göndərəcəyinə möhtacam!”

Əmirəl-möminin Əli (ə)-dan nəql olunan rəvayətdə həzrət buyurur: -“Musa o anda Allahdan aclığını aradan qaldıra biləcək çörəkdən savayı heç nə istəmədi. Başqa bir hədisdə imam Baqir (ə) buyurur: -“Musa o zamanda bir tikə xurmaya möhtac idi (və bununla aclığının qarşısını almaq istəyirdi).”

Bəli, o iki qız həmişəkindən tez evə qayıtdılar. Ataları tez gəlmələrindən təəccüblənib soruşdu: -“Nə olmuşdur ki, bu gün tez qayıtmısınız?” Qızlar dedilər: -“Quyunun kənarında əməlisaleh bir kişi vardı. Bizim vəziyyətimizi gördükdə bizə yazığı gəldi və qoyunlarımıza su verdi. Biz də (gördüyün kimi) tez qayıtdıq”. Qəlbi nurani olan bu kişi qızlardan birinə dedi: -“Get, o kişini mənim yanıma gətir, gördüyü işin əvəzini (muzdunu) ona verim”. Qızlardan biri həya və iffətlə onun yanına gəlib dedi: -“Atam səni çağırır. Qoyunları suvardığına görə sənə hədiyyə vermək istəyir”.(“Qisəs” surəsi, ayə 25)

Özünü qərib yerdə, tək və kimsəsiz, məskəni olmayan və bir tikə çörəyə möhtac görən Musa çarəsiz qalıb bu təklifi qəbul etdi. Ardınca düşüb qoca kişinin evinə çatdı.

Mədyən şəhərinin ahıl qocası həmin Şüeyb idimi?

İndiyə kimi Mədyən şəhərinin qocasının adını çəkməmişik. Səbəbi də tarixçilərin və təfsir alimlərinin onun adı haqqında etdikləri ixtilafdır. Çoxlarının fikrinə görə, o elə Şüeyb peyğəmbər olmuşdur ki, qabaqda onun haqqında danışıldı. Amma bəzilərinin fikrincə, o cümlədən Səid ibn Cübeyrdən nəql olunduğuna görə, onun adı Yəsrun, yaxud Yətrun, yaxud da Yəsri və Şüeybin qardaşı olmuşdur. Şüeyb ondan qabaq dünyadan getmiş Zəmzəmlə Məqamın arasında (Kəbə evinin kənarında) dəfn olunmuşdu.

İbn Abbasın nəql etdiyi rəvayətə görə, o, Şüeybin qardaşı Yəsrundur. Bunlardan başqa, bəzilərinin fikrincə, Şüeyb neçə illər, ya əsrlər Musadan sonra yaşamış və onunla eyni zamanda olmamışdır.

Məsum imamlardan (ə) nəql edilən rəvayətlər əsasına nəzərə çarpan daha düzgün sözü bundan sonra qeyd edəcəyik.

Təbərsi və başqaları Sələmət ibn Dinardan nəql etmişlər ki, Musa (ə) Şüeybin (ə) qızının ardınca yola düşdüyü zaman, qızın hansı yol və küçə ilə getdiyinə diqqət edib ardınca gedirdi. Bu zaman külək əsir və qızın bədəninin forması görsənirdi. Bu mənzərəni görmək ilahi peyğəmbərə çox ağır gəldi və məcbur olub başını aşağı salaraq yoluna davam etdi. Sonra bununla da kifayətlənməyib qıza dedi: -“Mən qabaqda gedirəm, sən də mənim ardımca gəl. Hər yerdə yolu səhv getdiyimi görsən, arxadan səslənib mənə de. Yaxud (bəzilərini dediyinə görə) hər yerdə mənim səhv etməyimi görsən, xırda bir daş ataraq yolu mənə göstər. Çünki biz Yəqub övladları qadınların arxasına baxmırıq.

Şüeybin evinə çatdıqda onun üçün yemək gətirməyi tapşırıb buyurdu:

-”Otur ye.” Musa dedi:

-”Allaha pənah aparıram!” Şüeyb soruşdu:

-”Niyə? Məgər ac deyilsən?” Musa dedi: -”Əlbəttə ki, acam. Amma qorxuram ki, mənə verdiyim bu yemək gördüyüm işə görə olmuş ola. Biz Allah üçün gördüyümüz axirət işlərini heç nəyə satmarıq, hətta torpağı qızıl ilə doldursalar (və onun əvəzini versələr) belə.

Şüeyb dedi:

-”Yox, and olsun Allaha, bu yemək sənin işinin əvəzi deyildir. Əksinə, mənim və ata-babalarımın adəti qonağa layiqincə xidmət edib, xalqa təam verməkdir.” Bu zaman Musa süfrə başında əyləşib yeməkdən yeməyə başladı.

Əbdül-Vəhhab Nəccar “Qisəsül-ənbiya”da bu əhvalatı Sələmət ibn Dinardan rəvayət etdikdən sonra deyir: -”Yaxşı əhvalatdır. Amma bir az diqqət yetirmək lazımdır. Musa, Şüeyb onu çağırtdırdığı zaman bilirdi ki, Şüeyb onun qoyunları suvarmasına görə mükafatlandırmaq istəyir. Elə buna görə də demək olmaz ki, Şüeybin yanına çatdıqda özünü bilməməzliyə vurub bu sözü dedi. Deməli, əhvalatın son hissəsinin düz olması məlum deyildir.

Hər halda, bir neçə saatdan sonra Musanın duası qəbul olundu. Təfsirçilərin qeyd etdiyi kimi, onun yeməyə olan ehtiyacı aradan qalxdı. Yeməkdən sonra Şüeyb onun halını soruşdu. Musa başına gələn əhvalatı onun üçün danışdı. Şüeyb onun könlünü alıb buyurdu: -”İndi heç nədən qorxma, zalımlardan nicat tapmısan.” (“Qisas” surəsi, ayə 26).

Musan ı n Şü eybin q ı z ı yla evl ə nm ə si

Şüeyb Musanın başına gələn əhvalatı eşidib gözəl əxlaqını gördükdə, mümkün olan yollarla onu öz yanında saxlamaq istədi. Qoyunlarını otarıb onlara baxmaqdan ötrü bir neçə il yoldan istifadə etmək fikrinə düşdü. Bu fikri hansı yolla ona çatdırmaq barədə fikirləşdiyi vaxt qızlarından biri (çoxlarının dediyinə görə böyük qızı) dilə gəlib dedi: -”Ata can, onu (işlərə baxmağa) əcir et. Ən yaxşı əcir o şəxsdir ki, güclü və əmanətdar olsun.” (“Qisas” surəsi, ayə 26). Şüeyb üzünü qızına tutub buyurdu: -”Güclü olmasını suyu çəkib heyvanları suvarmasından bildin, amma de görüm, əmanətdar olmasını nədən başa düşdün?

Qız atasının cavabında onu evə gətirərkən baş vermiş əhvalatı danışdı. Qızın bu sözü Şüeybin irəli sürəcəyi təklifi üçün hər tərəfli təsirli oldu, öz təklifini belə başladı: -”Mən iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bu şərtlə ki, səkkiz il mənim üçün işləyəsən. Əgər on il işləmək istəsən (daha iki il artırmaq istəsən), öz ixtiyarınla bunu etmiş olarsan, (bu sənin mənim barəmdə etdiyin fəzilət olar. Amma mən on il işləməyə məcbur etmirəm). Sənim üçün çətinlik yaratmaq istəmirəm. İnşallah, mənim əməlisaleh insanlardan olduğumu, məni öz əhdimə vəfadar olacağımı görəcəksən. Həm də görəcəksən ki, mən xalqla tələbkarlıqla rəftar etmirəm.

Musa Şüeybin təklifini qəbul edib, cavabında dedi: -”Bu, bizim aramızdakı razılıq olsun. İki vaxtdan hər birini (səkkiz il, on il) başa vursam, mənə zülm olunmasın. Allah mənim dediyimə şahiddir.

Beləliklə, Musa Şüeybin kürəkəni oldu. Onun qızı (çoxsunun dediyinə görə, onun adı Safura idi) ilə evlənib Şüeybin yanında yeni həyata başladı, bütün vəfa və sədaqətlə ona xidmət etdi.

Musanın əsası

Deyilənlərə görə, Musa Şüeybin qoyunlarını otarmağa aparan zaman ondan əsa istədi. O əsa ili vəhşi heyvanları qovmaq, qoyunları sürmək istəyirdi. Şüeyb məşhur və möcüzəli əsanı ona verdi. Musa o əsanı həmişə özüylə gəzdirirdi. Misirə gəldiyi zaman da həmin o əsanı Fir‘onun qarşısında yerə atmış və əjdahaya çevrilmişdi.

Başqa bir rəvayətə görə əsanı Şüeybə bir mələk vermişdi. Musa (ə) ondan əsa istədiyi zaman Şüeyb qızına dedi ki, evə gedib əsanı gətirsin. Şüeybin qızı da evə gedib həmin əsanı gətirdi. Şüeybin gözü əsaya sataşdıqda, ona dedi: -”Bu əsanı qaytar, yerinə başqa əsanı gətir. Qız geri qayıdıb başqa əsa gətirmək istədikdə yenidən həmin əsa əlinə gəldi. Bu iş bir neçə dəfə təkrar olunduqda Şüeyb həmin əsanı Musaya verdi.

Təbərsi Abdullah ibni Sənandan nəql etdiyi rəvayətdə deyir: -”İmam Sadiqdən (ə) eşitdim ki, buyururdu: -”Musanın əsası behiştdəki “As” çubuğundan idi. Cəbrayıl onu Musa üçün gətirmişdi.”

Kuleyni “Kafi” kitabında İmam Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurdu: -”Musanın əsası Adəm (ə) Əbul-bəşərdən Şüeybə, Şüeybdən də Musa ibni İmrana çatdı. Həmin əsa indi bizdədir və bizim Qaimimizə (ə.c) çatacaqdır.”

Seyyid ibni Tavusun o həzrətdən nəql etdiyi rəvayətdə deyilir: -”Həzrət Adəm o əsanı özü ilə behiştdən gətirmişdi.”

Sə‘ləbi “Əraisül-fünun” kitabında o əsa barəsində təəccüblü əhvalatlar rəvayət etmişdir. Məsələn: Musanın çöldə ondan çıraq kimi istifadə etməsi, su lazım olduğu zaman onu quyuya sallayıb onunla su çəkməsi, ac olduğu zaman onu yerə vurması və yerdən istədiyi hər bir şeyin çıxması və yeməsi və s. Başqa şeylər də vardır ki, əfsanəyə çox oxşayır... Həqiqəti təkcə Allah bilir.

V ə t ə n ə qay ı d ış

Musa (ə) söz verdiyi kimi, Şüeybin yanında on il qaldı, öz vəzifəsini layiqincə yerinə yetirdi. Qərara alınan müddət tamam olduqdan sonra Şüeybin yanına gəlib dedi: -”Mən gərək vətənimə qayıdıb, ata-ana, bacı və qardaşlarımı görüm. Şüeyb onun vətənə qayıtması ilə razılaşdı. Musaya bir neçə qoyun da hədiyyə verdi. Musa hamiləliyin son günlərində olan zövcəsi ilə yola çıxdı. Şüeybin ona bağışladığı qoyunlarla Misirə tərəf hərəkət etdi.

Musa Şam hakimlərinin əlinə düşməmək üçün mümkün qədər yollardan uzaq hərəkət edir və çalışırdı ki, yollarla kəndlərə rast gəlməsin. Elə buna görə də soyuq bir gecədə yolu azdı. Güclü yağış nəticəsində qoyunlar ətrafa səpələndi. Musa özünü itirmişdi. Bu vaxt başqa böyük bir çətinlik onun qarşısına çıxdı: arvadının doğum sancıları tutmuşdu.

Tur s ə hras ı nda

Musanın çətinliyə düşdüyü yer Beytül-Müqəddəsin cənubunda yerləşən Tur vadisi idi. Musa o yana-bu yana baxır, nə edəcəyini bilmirdi. Bu zaman Tur tərəfdən od gördü. Üzünü ailəsilə və yoldaşlarına tutub dedi: -”İndi sizə oradan bir xəbər, ya da bir parça od gətirərəm. Onun istisiylə qızışıb yolu taparıq.” (“Taha surəsi” ayə 9-10)

Musanın ailəsi dayandı. O, isə oda tərəf yola düşdü. Yaxınlaşdığı zaman şölələnib yanan bir yaşıl ağac gördü. Yaxınlaşıb od götürmək istədikdə, od ona hücum etdi. Başqalarının dediyinə görə, od geri çəkildi. Bu iş Musanın qorxmasına səbəb oldu. Qayıtmaq istədi, amma yadına düşdü ki, oda ehtiyacı vardır. Çarəsiz qalıb ikinci dəfə oda tərəf getdikdə ağacın sağ tərəfindən ruhoxşayan bir səs qulağına gəldi: -”Mən tək olan Allah, aləmlərin pərvərdigarıyam. Ey Musa, Mən sənin Allahınam başmaqlarını çıxart çünki sən müqəddəs Tur vadisindəsən. Bil ki, Mən səni peyğəmbərliyə seçmişəm. Beləliklə, sən yetişən vəhyə qulaq as: Mən tək olan Allaham ki, Məndən savayı heç bir məbud yoxdur. Mənə ibadət et, Mənim adımla namaz qıl. Qiyamət gələcəkdir. Onu gizli saxlamaq istəyirəm. Hər bir kəs (önündə) gördüyü işə görə cavab verəcəkdir. Qiyamətə inanmayıb öz nəfsinə itaət edən səni yolundan saxlamasın ki, (əks halda) həlak olarsan!... (“Taha” surəsi ayə 12-18)

Bu nida Musanı fikrə daldırdı. Amma Allahın mərhəmət və lütfü onu əhatə etdi. Ötkəm qədəmlərlə səsə tərəf getdi. Yuxarıda qeyd olunan sözlərin ardınca bu səsi eşitdi: -”(Ona xitabən deyilirdi) Bu sağ əlində olan nədir?” (“Taha” surəsi, ayə 19).

Peyğəmbərliyə yetişməsini təzə dərk edən Musa, fürsətdən istifadə edərək həqiqi məhbubu ilə söhbəti daha da uzatmaq istəyib mənəvi ləzzət almaq üçün ağır-ağır dilləndi: -”Bu mənim əsamdır, ona söykənir, onunla qoyunları