Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İLAHİ PEYĞƏMBƏRLƏRİN HƏYATI 1
Lut(ə)

İbrahimin doğma vətənindən - Urkildə - mühacirət etməsini nəql edəndə Lutun (ələyhis-salam) İbrahimə iman gətirib və onunla birlikdə Fələstinə mühacirət etməsini də qeyd etdik.

Lutun soykökü və onun İbrahimlə nə kimi nisbəti olmasında ixtilaf vardır. Bəzisi onun İbrahimin qardaşı oğlu, yəni Harun ibn Tarixin oğlu bilir. Bəzisi isə İbrahimin xalası oğlu və Saranın qardaşı olmasını qeyd edir. Bəzisini əvvəldə bir neçə hədisdə nəql etdiyimiz bu nəzəriyyə qəbul olunur. Bəziləri isə - Məsudi kimi - Lutu İbrahimin bacısı oğlu, İbrahimi isə onun dayısı hesab edir.

Lutun risalət, peyğəmbərlik məqamına seçilməsi, Sədum və onun ətrafındakı şəhərlərin camaatını təbliğ etmək məmuriyyətini almadan əvvəlki həyatı, məişəti barədə Qur‘ani-Kərimdə və rəvayətlərdə geniş surətdə bir söz deyilməmişdir. Ancaq Ravəndinin nəvadir rəvayətində Lutun rumluların əlində əsir düşməsinə işarə olunmuşdur. İmam Rzadan (ələyhis-salam), o, da öz babalarından, onlar da Peyğəmbərin (s) belə buyurduğunu nəql edirlər: -“İlk dəfə Allah yolunda cihad edən İbrahim Xəlil (ələyhis-salam) olmuşdur. Çünki Lut rumluların əlində əsir idi. İbrahim (ələyhis-salam) Şamdan çıxıb Lutu əsirlikdən xilas etdi.”

Amma bu barədə Tövratda isə belə deyilir; Lut Harunun oğlu və İbrahimin qardaşı oğludur. O həzrətlə Urkildədən çıxıb Kənana və Misirə səfər etdi. Misirdən qayıtdıqdan sonra İbrahimlə onun çobanları arasında dava-dalaş düşdü. Lut həzrət İbrahimdən ayrıldı. Bir az ondan sonra mühacirlərin əlində əsir düşdü və həzrət İbrahim onu əsirlikdən xilas etdi.

Lut q ö vm ü n ü n şə h ə rl ə ri v ə onlar ı n ə m ə ll ə ri

Lutun adı Qur‘ani-Kərimin on dörd surəsində zikr olunub. Bu on dörd surənin on birində onun qövmünün adı və qövmü ilə mübahisəsindən qısa və ətraflı söhbət açılıb.

On dörd surə bunlardır: “Əraf”, “Hud”, “Ənam”, “Həcc”, “Şüəra”, “Hicr”, “Nəml”, “Ənkəbut”, “Sad”, “Qaf, “Qəmər”, “Təhrim”, “Ənbiya” və “Saffat”. “Təhrim” və “Ənam” surələrindən başqa qalan surələrin hamısında Lutla birlikdə qövmünün adı da çəkilmişdir. Bu barədə Qur`ani-Kərimdə olan ayələri, rəvayətləri və həmçinin həzrətin öz qövmü ilə necə mübahisə etməsini dərk edib başa düşmək üçün o camaatın icmali vəziyyətini və onların əməl və rəftarlarını bilməliyik. Odur ki, əvvəlcə lazımdır Lut qövmünün həyatı, şəhərləri və Lut peyğəmbərin onlar arasında mövqeyi barədə söhbət açaq, sonra ayə və rəvayət üzündən həzrətin camaatla mübahisəsi və sair baş vermiş hadisələr haqda danışaq.

Lut qövmünün şəhəri, məskəni barədə tarixdə və həmçinin rəvayətlərdə ixtilaf vardır. Məşhur tarixə əsasən onlar Fələstin vilayətində və Mədinə ilə Şam arasında yerləşmiş Sədum adlı şəhərdə yaşayırdılar. Lut peyğəmbər də orada yaşayırdı. Amma Kuleyninin “Kafi” və Səduqun “İləluş-şəraye” kitabında İmam Sadiqdən (ələyhis-salam) nəql etdikləri rəvayətdə həzrət buyurub: -“Onların Sədum, Sudeym, Lədna və Umeyra adlı dörd şəhərləri var idi.”

Təbərsi “Məcməul-bəyan” kitabında nəql edir ki, Lut qövmünün dörd şəhəri var idi və onlara “Mötəfikat” da deyirdilər. O dörd şəhər ibarət idi: Sədum, Amura, Duma və Səbueym, bunların ən böyüyü “Sədum” idi və Lutda o şəhərdə qalırdı.

Məsudi “Murucuz-zəhəb” də deyir: Onlar beş şəhər idi: Sədum, Əmura, Əduma, Saura və Sabura.

İbn Əsir də “Əl-Kamil” kitabında bu nəzəri qəbul edib amma adlarını belə deyir: Sədum, Subrə, Umrə, Duma, Səvə.

Təbəri Qətadədən nəql edir ki, onlar üç şəhər idi və hamısına “Sədum” deyilirdi. Başqa yerdə isə deyir: -“Onlar beş şəhər idi: Sub’ə, Sur’ə, Umrə, Duma və onların ən böyüyü Sədum.

Amma onların pis əməlləri çoxdur. Qur‘ani-Kərim bəzisini açıq-aydın, bəzisinə isə işarə edib. Mincümlə onların pis əməllərindən biri ləvat (həmcinsbazlıq, homoseksualizm) idi ki, çox geniş yayılmışdı. Rəvayətlərə əsasən dünyada onlardan əvvəl bu əməlin misli olmayıb və ilk dəfə onlara bu əməli şeytan öyrədib. Bu barədə geniş söhbət edəcəyik.

Mincümlə əməllərindən bu idi ki, o şəhərdən keçən müsafirlərin yolunu kəsib mallarını alıb paltarlarını soyundurub, lüt edib başlarına müxtəlif əzab-əziyyət və rüsvayçılıqlar gətirirdilər. Təbərsi “Ənkəbut” surəsinin “Və təqtəunəs səbil“(“Ənkəbut” surəsi, ayə 29). (Yolu kəsirdilər) - ayəsinin təfsirində deyir ki, Lut qövmü öz pis ləvat əməli ilə camaatın ayağını öz şəhərindən kəsdilər. Çünki hər kəs onların şəhərindən keçsəydi Lut qövmü onu hədəf edərərək hər biri ona bir daş atardı və hər kimin daşı ona dəysəydi o kişi daşı atanın qisməti imiş və onun malını da o götürərmiş. Onunla ləvat edərdi və üç dirhəm keçid pulu ondan alardı. Bu onların qazilərinin hökmü idi və heç də həya etmirdilər.

Onların etdiyi pis əməllərindən biri də “Ənkəbut” surəsində “Və tə`tunə fi nadiykumul munkər” -cümləsilə kinayə olaraq ona işarə edilir. Amma təfsirçilər və tarixçilər onu açıqlayıblar, onlar ləvat və başqa iffətə zidd olan pis əməlləri aydınlıqda, camaatın gözünün müqabilində edirdilər və bir-birindən də heç həya etmirdilər.

Xülasə növbənöv pis, nalayiq əməllərə açıqlıqda və gizlində mürtəkib olurdular və heç də həya etmirdilər. Təbərsi “Məcməul-bəyan” kitabında nəql edir ki, onların ictimaiyyəti, məclisləri bir-birinə söyüş söymək, qapaz vurmaq, qumar oynamaq, şallaq vurmaq, daş atmaq, tar və tütək çalmaq, kəşfi-övrət və ləvat etmək kimi pis əməllərlə keçərdi.

Təbəri və digər tarixçilər nəql ediblər və həmçinin rəvayətlərdə də varid olub ki, bir-birinin yanında məclislərdə öz mədə havalarını xaric edirdilər.

Səduq “Xisal” kitabında Əmirəl-möminindən (ələyhis-salam) nəql edir ki, həzrət buyurub: -“Bu ümmətdə altı əməl vardır ki, Lut qövmünün əxlaqındandır: Daşlarla (şaşkiyə oxşar) oyun oynamaq, çırtma vurmaq (və ya barmaqlarının ucunda bir-birinə daş atmaq) saqqız çeynəmək, özünü böyük göstərmək və təkəbbür üzündən geyimlərinin ətəyini qalxızmaq, köynək və qəbanın düymələrini açmaq.”

“İləluş-şəraye” kitabında İmam Baqirdən (ələyhis-salam), o da həzrət peyğəmbərdən (s) nəql edir ki, həzrət buyurub: -“Lut qövmü özlərini qaitdən təthir etməz (özlərini yumazlar) və cənabətdən pak olmazdılar (cənabət quslu etməzdilər). Yemək-içməkdə xəsis və paxıl camaat idilər.

Əbdül-Vəhhab Nəccar öz “Qisəsul-ənbiya” kitabında Lutun qövmündan bir əhvalat nəql edir ki, bu əhvalatda onların müxtəlif təbəqələri arasında zülmün hökmranlıq etməsi açıq-aydın məlumdur. O deyir: -“Oxuduğum İbri kitablarının birində Lut qövmünün vəsfində deyilir ki, zövcəsi Sara İbrahimin qullarının böyüyü Luazeri Lutun salamatçılığından onun üçün xəbər gətirsin deyə Sədum şəhərinə göndərdi. Luazer Saranın göstərişilə Sədum şəhərinə gəldi. Elə ki, şəhərə daxil oldu bir nəfər kişi qabağa gəlib heç bir söz demədən Liazerin başına bir daş vurub başını partlatdı. Sonra o kişi Luazerin yaxasından yapışıb bu əməlinin muzdunu istəyərək dedi: -“Əgər bu qanlar sənin bədənində qalsaydı sənə ziyan vuracaqdı və mən ona görə ki, bu zərəri səndən uzaqlaşdırdım məni mükafatlandırmalısan. Çox danışıqdan sonra nəhayət bu qərara gəldilər ki, Sədum şəhərinin qazisinin yanına getsinlər. Qazinin yanına getdikdə qazidə o kişinin xeyrinə hökm edib Luazerə dedi: -“Gərək bu kişinin müzdünü verəsən, çünki o, səndən zərərin uzaq olmasına, qanın yerə tökülməsinə səbəb olub.”

Luazer qazinin zülmcəsinə etdiyi hökmü və kişinin bu zülmünü görüb qəzəblənərək yubanmadan bir daş götürüb qazinin başını vurub partladaraq qaziyə dedi: -“İndi ki, sənin qanını tökdüyümə görə mənə boruclusan onu ver bu məndən öz haqqını istəyən Sədumlu kişiyə.”

Bu əhvalatı nəql etdikdən sonra deyir: -“Mən bu əhvalatı oxumazdan əvvəl Müərranın bu şerini oxumuşdum.”

Amma bilmirdim “Sədum”dan məqsəd nədir? Bu əhvalatı oxuduqdan sonra onun mə`nasını başa düşdüm. Hər halda Sədum hakimləri zülmkarlıqda şöhrət qazanıblar. Ərəbin məsələlərində də gəlib (fılankəs Sədum qazisindən daha zalimdir). Onlardan nəql olan zülmcəsinə olunan hökümlərdən biri də budur ki, əgər bir şəxsə zülm olsaydı qazi hökm edirdi ki, zülm olunan şəxsdən dörd dirhəm cərimə olaraq alsınlar. Əgər bir şəxs Sədum qazisinə şikayət etsəydi ki, fılan kəs ulağımın qulağını kəsib, qazi belə hökm edirdi; ulağını ona ver o qədər saxlasın ki, ulağının yeni bir qulağı çıxsın. Əgər bir kişi şikayət etsəydi ki, fılan kəs arvadımı vurub uşağını salıb. Qazi deyərdi: Arvadını ona ver, onun yanında qalsın və onun xərcini versin. O kişidən uşağı olsun və sənin uşağının yerinə o uşağı sənə versin.

Hər halda oranın camaatı müxtəlif zülmlərə, azğınlıqlara, zülmcəsinə olunan hökümlərə pis əməllərə, günahlara və bihudə işlərə mübtəla idilər. O zamanadək ki, Lut peyğəmbər onların arasına gəlib və təbliğ edib düz yolu onlara göstərərək öz ağır və çətin risalətini onlara çatdırdı.

Lut Sədum şəhərinin camaatının arasında

Lut peyğəmbər bu camaat arasına niyə gəldi və ya həzrət o şəhərə öz camaatının yaxud ətraf şəhərlərin camaatının istəyi ilə gəlməsində və ya Allah taalanın və İbrahimin (ələyhis-salam) tərəfindən Sədum şəhərinin camaatını düz yola yönəltmək üçün bu şəhərə gəlməsində ixtilaf var. Əli ibn İbrahim öz təfsirində rəvayət edir ki, İbrahim Xəlil (ələyhis-salam) Şam vilayətində qalıb oranın camaatını Allaha ibadət etməyə, haqq dinə dəvət etdi. Onun yeddi fərsəxində yaşıllığı çox olan xeyir-bərəkətli və camaatın yolunun üstündə olan şəhərlər var idi. Karvanlar oradan keçib gedir və oranın ağaclarından, əkinindən istifadə edirdilər.

Bu, şəhər camaatına çox ağır gəlirdi. Buna bir çarə etmək fikrinə düşdülər. Bu vaxt şeytan bir qoca kişi simasında onların yanına gəlib dedi: -“Sizə elə bir iş öyrədərəm ki, sizin şəhərinizə heç kim gəlməz.” Camaat soruşdu: -“Nə iş?” Dedi: -“Buradan keçib gedənlə ləvat edib paltarlarını çıxardın.”

Bu göstərişdən sonra özü gözəl simalı bir cavan surətində onların yanına gəldi. Onlar da onunla ləvat edib və bu işdən xoşları gəldi. Sonra başqa kişi və oğlanlarla bu işi gördülər, ged-gedə bu pis iş onların arasında rəvac tapdı və kişilər kişilərlə, qadınlar da qadınlarla kifayətlənirdilər.

Başqa camaat və ya elə o camaatın başqa yerdə olan qohum-qardaşı İbrahimə şikayət etdilər. İbrahim onları ilahi əzabdan qorxudub, öyüd-nəsihət vermək üçün Lutu onların yanına göndərdi.

Lutu gördükdə soruşdular: -“Sən kimsən?” Dedi: -“Mən padşahın oda atdığı amma odun onda təsir etmədiyi, Allah onun üçün odu sərin və salamat edən İbrahimin xalası oğluyam. O, sizin yaxınlığınızda yaşayır. Elə isə Allahdan qorxun və bu işləri etməyin ki, Allah sizi həlak edər.

Lutun qövmü onun sözlərini eşidib və ona əzab-əziyyət etməyə cürət etmədilər, ondan qorxub əzab etməkdən çəkindilər. Lut onların arasında yaşamağa başladı, hər vaxt bir əcnəbi oradan keçəndə Lut onu camaatın əlindən alıb xilas edirdi. Sonralar Lut onlardan olan bir xanımla evləndi və bir neçə qız sahibi oldu. Bu rəvayətdən məlum olur ki, Lutun ora getməsi camaatın istəyi və ya şikayəti ilə olub.

Kuleyninin “Rovzə” kitabında nəql etdiyi rəvayətdən - çox hissəsini həzrət İbrahimin əhvalatında sizin üçün nəql etdik - məlum olur ki, Lut Şama daxil olanda Sədum şəhərində və öz qövmünün arasında yaşayıb və camaatın o pis əməllərə düçar olduqlarını görüb onları öyüd-nəsihət etməyə başladı, onlar həlak olanadək bu işini davam etdirdi.

Hər halda məlum olan odur ki, həzrət Lut o camaatla heç bir qohum-qardaşlığı yox idi. Yalnız orada yaşayandan sonra onlardan birini alıb və onunla evləndi. Lut camaatın istəyi ilə və ya orada yaşamaq niyyəti ilə ora gəlmişdi. Odur ki, peyğəmbər(s) Səduqun nəql etdiyi rəvayətdə buyurur: -“Lut o camaatdan deyil idi, sonradan onların yanına gəldi və onların arasında heç bir qohum-qardaşı yox idi. (camaatın pis əməlini görüb) onları Allaha tərəf, Ona iman gətirməyə dəvət edib və pis əməllərdən çəkindirdi, amma camaat ona iman gətirməyib və sözünü qəbul etmədilər.

L ə vat ı n Lut q ö vm ü n ü n aras ı nda yay ı lmas ı n ı n s ə b ə bi

Bu pis ləvat əməlinin necə onların arasında yayılması - buna baxmayaraq ki, rəvayətlərə və tarixə əsasən o günədək dünyada belə əməlin misli görünməmişdi - və onun səbəbi barədə ixtilaf vardır. Kuleyni və başqaları İmam Baqirdən (ələyhis-salam) nəql ediblər ki, həzrət buyurub: -“Lut qövmü Allahın ən gözəl məxluqatı idilər. Şeytan onları yoldan çıxartmaq üçün çox zəhmət çəkib və yol axtarırdı. Onların gözəl əməllərindən biri bu idi ki, onlar iş görmək istədikdə qadınları evdə qoyub özləri toplantı ilə gedərdilər. Şeytan onları yoldan çıxartmaq üçün ilk gördüyü iş bu idi ki, camaat evlərinə qayıdan kimi onların düzəltdikləri şeyləri xarab edib onlara külli miqdarda ziyan vururdu.

Camaat belə görüb bir-birinə dedilər: -“Gəlin gizlənək görək bizim zəhmətlərimizi heç edən kimdir. Elə ki, gizləndilər gördülər ki, gözəl simalı bir cavan oğlandır. Ondan soruşdular: -“Sən bizim məhsulları, etdiyimiz işləri korlayırsan?” Dedi: -“Bəli.” Camaat belə gördükdə onu öldürmək fikrinə düşdü. O gecə onu bir kişinin evində həbs etdilər ki, sabahı gün öldürsünlər.

Elə o gecə şeytan ləvat əməlini o kişiyə öyrədib səhər onların arasından çıxıb getdi. Kişidə o əməli başqalarına öyrətdi. Beləliklədə bu əməl onların arasında rəvac tapdı. İş o yerə gəlib çatdı ki, kişilər kişilərlə kifayətlənirdi, tədricən bu şəhərdən gəlib keçib gedənlərlə də bu işi görürdülər. Bu əməl səbəb oldu ki, daha oradan heç kim gəlib keçməsin.

Nəhayət işləri o yerə gəlib çatdı ki, artıq qadınlardan üz döndərib oğlanlara üz tutdular. Şeytan kişilər üçün çəkdiyi planın baş tutmasını görüb qadınların sorağına gəlib onlara dedi: -“İndi ki, kişiləriniz bir-birləri ilə cinsi əlaqədə olurlar (və sizi yaddan çıxardıblar) siz də bir-birinizlə cinsi əlaqədə olun və beləliklə də onlara müsahiqəni (qadının qadınla cinsi əlaqəsi) öyrətdi.

Səduqun imam Baqirdən (ələyhis-salam) nəql etdiyi başqa hədisdə imam onların arasında yayılmış bu əməlin səbəbini bəyənilməz paxıllıq xasiyyəti olduğunu bəyan etmişdir. Həzrətin səhabəsindən olan və bu hədisi nəql edən Əbu Bəsirə belə buyurmuşdur: -“Ey Əba Muhəmməd! Peyğəmbər(s) hər səhər və axşam paxıllıqdan Allaha sığınırdı, biz də bu sifətdən Allaha sığınırıq. Allah taala buyurub: -“Öz nəfslərini paxıllıqdan qoruyanlar xoşbəxtdirlər. İndi sənin üçün paxıllığın (uğursuz) aqibətini danışacağam.” Sonra Lut qövmünün əhvalatını Əbu Bəsir üçün qeyd edərək buyurub: -“Lut qövmü elə bir kənddə idilər ki, paxıllıq edirdilər. Elə bu paxıllıq onları əlacsız cinsi xəstəliyə düçar etdi.”

Əbu Bəsir deyir: -“Hansı xəstəliyə düçar etdi?” Buyurdu: -“Lut qövmünün kəndi Şama, Misirə səfərə gedən camaatın yolunun üstündə yerləşirdi. Karvan onların kəndindən keçərkən onları qonaq kimi qarşılayırdılar. Bu əməl davam edirdi. Onlar paxıllıq üzündən bu işdən narahat olub və tədbir tökməyə başladılar. Bu paxıllıq səbəb oldu ki, onlara qonaq gəldikdə istəkləri olmasa belə, onunla ləvat edirdilər. Bu əməli gələn camaatla edirdilər ki, heç kəs onların vilayətinə gəlməsin. Bu iş səbəb oldu ki, müsafirlərin ayağı oradan kəsilsin və artıq heç kim ora getməsin. Amma bu əməl onların arasında rəvac tapdı və nəhayət onların fəlakətinə səbəb oldu.”

Bundan əvvəl Əli ibni İbrahimin təfsirindən nəql etdiyimiz hədisdə belə idi ki, onlar karvan əhlinin gəlib-getməsindən narahat olub tədbir görməyə başladılar. Şeytan qoca bir kişi simasında onların yanına gəlib dedi: -“Əgər istəyirsinizsə bundan bu yana sizin şəhərinizə heç kim gəlməsin onlarla bu əməli edin. Sonra özü gözəl simalı bir cavan surətində onların yanına gəldi. Onlar da onunla ləvat etdilər və bu iş onların xoşuna gəldi. Get-gedə onların arasında bu iş rəvac tapdı və kişi kişi ilə, qadın qadınla kifayətlənirdi.

Başqa hədislərdə də bunun kimin səbəblər qeyd olmuşdur.

Hər halda bəyənilməz bir pis əməl şeytanın əlində bir vasitə olaraq və onları belə bir pis işə və böyük bir günaha məcbur edib, o, bədbəxt camaatın həlakına səbəb oldu.

Lutun öz qövmü ilə mübahisəsi

Lut o camaatın arasına gəldikdən sonra və ya bir müddət onların arasında yaşadıqda və o pis əməl onların arasında rəvac tapdıqdan sonra Allahın göstərişi ilə onları moizə, öyüd-nəsihət verməyə başlayıb onlara etdikləri əməlin nə qədər pis olduğunu başa salaraq ilahi əzabdan çəkindirdi.

Başqa peyğəmbərlər ilk dəvətlərində öz qövmünə dedikləri sözü Lut da ilk dəvətində öz qövmünə dedi: -“… Cammat niyə pəhriz etmirsiniz? Mən sizin yaxşılığınızı istəyən peyğəmbərəm. Allahdan qorxun və ona itaət edin”. Camaat onun bu dəvətdən maddi xeyrini güdməsini fikirləşməsinlər deyə dedi: -“Mən bu işim üçün sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız Allah taalanın öhdəsinədir”. Sonra onların pis əməllərini xatırlayaraq dedi: -“Niyə zamanənin kişilərinə üz tutmusunuz” və onların vasitəsilə şəhvətinizi yatırdırsınız “və Allah taalanın sizin üçün yatardığı zövcələrdən” ki, fitrət və təbiət qanununa müvafiq olaraq yaratmışdı “üz döndərirsiniz?! Həqiqətən siz həddini aşmış zalım camaatsınız”. Həddinizi aşmış, təcavüzkar və israfkarsınız. Əksinə özünüzü nadanlığa vurub və Allahın əzabından və əməllərinizin cəzasından cəhalətdəsiniz”.

Siz elə bir pis işə əl atmısınız ki, sizdən əvvəl heç kəs belə bir iş görməmişdi. Siz kişilərin yanına gedirsiniz, yolları kəsirsiniz öz məclisinizdə (bir-birini yanında) nalayiq işlər görürsünüz…”. Bu nə pis yaramaz əxlaqsızlıqdır ki, edirsiniz?! (“Ənkəbut” surəsi, ayə 28).

Amma o qaba xüsusiyyətli camaat Lutun xeyirxah sözlərini cani-dildən qəbul edib qəflət yuxusundan ayılmaq və nalayiq əməllərdən əl çəkmək əvəzinə öz azğınlığına davam edib həzrəti hədələdilər ki, bəlkə onun haqq deyən dilini bağlayıb və öz pis işlərini rahat görə bilsinlər.

Onlar Lutun cavabında dedilər: “Ey Lut! Əgər bu sözlərindən əl çəkməsən sürgün olacaqsan” (“ŞЇəra” surəsi, ayə 167). və bu şəhərdən qovlanacaqsan. Öz-özlərinə dedilər: -“Lutun xanidanını şəhərdən çıxartmaq lazımdır, çünki onlar pakizə insanlardır” və bizim əməllərimizi nalayiq hesab edirlər. (“Nəml”surəsi, ayə 56).

Hədlərini elə aşmışdılar ki, Luta dedilər: “Əgər doğru deyirsənsə Allahın əzabını gətir”. (“Ənkəbut” surəsi, ayə 29).

Lut belə gördükdə o fitnə-fəsadla məşğul olan camaatın müqabilində Allahdan kömək istəyib özü və xanidanının xilas olmasını və onlara əzab nazil olmasını dilədi. Allah taala da öz peyğəmbərinin duasını qəbul etdi. Bir neçə böyük mələyi onları həlak etməyə, o camaatı öz nalayiq əməllərinin cəzasına çatdırıb Lutu və xanidanını xilas etməyə məmur etdi.

Lut qövmünü əzab etmək üçün mələklərin gəlməsi

Hədislərdən istifadə olunur ki, hər vaxt Allah taala Lut qövmünü əzab etmək istədikdə İbrahimin və Lutun məhəbbəti bu işin qabağını alırdı. Yəni İbrahim və Luta görə təxirə salırdı, nəhayət əzab onlara vacib olanda əzabı göndərməzdən əvvəl bu barədə İbrahimə təsəlli verib könlünü almaq üçün mələkləri Sədum şəhərinə getməzdən əvvəl İbrahimin evinə gedib onu övlad sahibi olacağına müjdə verməyə məmur etdi.

Gələn mələklərin ədədində ixtilaf vardır. Çox rəvayətlərdə onların sayı dörd deyilib; Cəbrail, Mikail, İsrafil, Kərubil. Bəzi rəvayətlərdə isə üç ədəd zikr olub və Kərubil onların arasında deyil. Bəzi təfsirçilər isə doqquz və on bir ədədədək bəyan etmişlər ki, əvvəldə buna işarə etmişik. Hamısı gözəl simalı və gözəl libaslı cavanlara çevirildilər.

İbrahim onlarla ilk görüşündə və xüsusilə də onların yeməyə əl uzatmadıqlarını gördükdə - İshaqın əhvalatında geniş şəkildə dediyimiz kimi - onlardan xovflandı. Amma çox çəkmədi ki, İbrahimi bu vəziyyətdən çıxardıb özlərini ona tanıtdırdılar və ona bilikli bir oğul sahibi olacağına müjdə verdilər.

İbrahim soruşdu: -“Bu müjdədən sonra daha nə məmuriyyətiniz var və nə üçün gəlmisiniz?” Dedilər: -“Fisq, fitnə-fəsadla məşğul olmuş Lut qövmünü əzab etməyə gəlmişik. Gəlmişik ki, əzab daşlarını onlara yağdıraq. O daşlar Rəbbin yanında əlamət qoyulmuş və israfkarlar üçün hazırlanmışdır”. Bu vaxt İbrahimin ürəyi o bədbəxt camaatın halına yandı və mehribanlıq üzündən onlara dedi: -“Onların arasında Lut var!” Allahın peyğəmbəri Lut ola-ola siz onları necə əzab edəcəksiniz?”

Bu sualla istəyirdi bilsin ki, onların bu əzabdan xilas olmağa çıxış yolu var, ya yox? Bəzi rəvayətlərdə vardır ki, Cəbraildən (gələn mələklərin başçısından) soruşdu: -“Əgər onların şəhərində yüz nəfər imanlı şəxs olsa siz onları da həlak edəcəksinizmi?” Cəbrail dedi:

-“Xeyr.” Soruşdu:

-“Əgər əlli nəfər olsa necə?” Cavab verdi:

-“Yox.” Yenə soruşdu:

-“Əgər otuz nəfər olsa necə?” Dedi:

-“Yox.” İbrahim:

-“Əgər iyirmi nəfər olsa?” Cəbrail:

-“Yox.” İbrahim:

-“Əgər on nəfər olsa?” Dedi:

-“Yox.” İbrahim:

-“Əgər beş nəfər olsa?” Dedi:

-“Yox.” İbrahim:

- “Əgər bir nəfər olsa?” Cəbrail yenə də yox cavabını verdikdə İbrahim dedi:

-“Lut onların arasındadır.” Yəni, Lutun onların arasında olmasıyla şübhəsiz bir nəfər imanlı onların arasında var. Onda necə onları əzab edirsiniz. Amma Cəbrail və onunla gələnlər onu bu cəhətdən xatircəm edib və digər tərəfdən də əzabın qəti olmasını bildirərək dedilər: -“Biz özümüz daha yaxşı bilirik ki, onların arasında kim var. Biz Lutu və bütün xanidanını zövcəsi istisna olmaqla xilas edəcəyik”. (“Ənkəbut surəsi”, ayə 32). Davam edərək dedi: -“Ey İbrahim, bu məsələdən vaz keç”. (“Hud” surəsi, ayə 76). Bu camaatın əzabı barədə bizimlə mübahisə etmə, onların bağışlanmalarını, xilas olmalarını istəmə! “Onların qəti əzabı gəlmiş və geri qayıtmayacaqdır”.

Mələklər İbrahimin evindən çıxıb Lut qövmüna tərəf yollandılar. Lut şəhərin kənarında əkinçiliklə məşğul idi. Onun yanına gəlib ona salam verdilər. Lutun gözü o gözəl simalara düşdü və digər tərəfdən də əxlaqsız şəhər camaatını da tanıyırdı və özlüyündə fikirləşirdi ki, əgər bunlar şəhərə daxil olsalar əxlaqsız camaatın əlindən xilas olmayacaqlar. Odur ki, onları camaatın şərrindən qorumaq fikrinə düşüb onları öz evinə aparmaq niyyətilə öz evinə dəvət etdi. Bir rəvayətə əsasən onlar özləri Luta məsləhət verdilər ki, bu gecə bizi öz evində qonaq saxla. Lut da qəbul etdi.

Hər halda Lut qabağa düşüb qonaqlar da onun ardınca Lutun evinə sarı yola düşdülər. Bir neçə qədəm getdikdən sonra Lut peşiman olub öz-özlüyündə dedi: -“Bu nə işdir ki, mən edirəm? Mən bunları elə bir camaatın yanına aparıram ki, onların vəziyyətinə mən daha agaham!” Tədriclə bu pərişan fikirlər öz ehtivasına alıb verdiyi bu məsləhətdən çox peşman oldu. Allah taala onun bu ağır halını belə bəyan edərək buyurdu: “Onların gəlişindən çox narahat olub ürəyi sıxıldı. Özlüyündə dedi: -“Bu gün mənim üçün ən ağır və ən şərr olan bir gündür?”

Bu fikirlərin nəticəsində qayıdıb onlara üzünü tutub dedi: -“Bunu bilin ki, siz çox alçaq və şərr insanların yanına gedirsiniz.”

Cəbrail dedi: -“Bu biri.”

Cəbrailin belə deməsinin səbəbi bu idi ki, Allah taala ona Lut qövmünü əzab etməyə tələsməməyi göstəriş vermişdi.. Lut özü qövmünün pisliyinə üç dəfə şəhadət verməyincə onları əzab etməyin. Odur ki, Cəbrail dedi: -“Bu biri.”

Sonra bir miqdar yol gedəndən sonra ikinci dəfə onlara üzünü tutub dedi: -“Həqiqətən, siz pis camaatın yanına gedirsiniz!”

Cəbrail dedi: -“Bu ikincisi.”

Sonra yenə yola düşüb şəhərin darvazasına yetişdikdə dönüb onlara üçüncü dəfə dedi: -“Həqiqətən, siz pis camaatın yanına gəlirsiniz!” Cəbrail bu sözü eşitdikdə dedi: -“Bu da üçüncüsü!” Sonra şəhərə daxil oldu, qonaqlar da onun ardınca daxil oldular.

Elə ki, evə gəldilər Lutun zövcəsi - ki, özü Lut qövmünün qohumlarından və onlarla həməqidə idi və Qur‘anda, rəvayətlərdə onun adı pis insanlarla birlikdə xatırlanıb - onları gözəl simada və gözəl libaslarda görüb evin üstünə çıxıb fəryad etdi. Rəvayətdə deyilir ki, fit çaldı amma camaat eşitmədi, məcbur olub tonqal qaladı. Camaat tüstünü görüb Lutun evinə qonaq gəldiyini başa düşdülər. Sevinib tələsik Lutun evinə gəldilər.

Hədisdə deyilənə görə o qadınla Lut qövmünün arasında olan əlamət bu idi ki, əgər gündüz Lutun qonağı olsaydı, o qadın evin üstündə tonqal qalayıb tüstüsü ilə camaatı başa salırdı və əgər gecə qonaq gəlsəydi tonqal yandırıb alovunun işığı ilə onları başa salırdı. Alov yandırıldı, camaat başa düşüb yubanmadan Lutun evini dövrəyə aldılar.

Lut belə gördükdə çox narahat olub və onlardan xahiş edərək dedi: -“Allahdan qorxun, məni qonaqlarımın yanında rüsvay etməyin, sizin aranızda rəşid bir kişi yoxdurmu?”

Camaat Allahdan qorxub o ilahi kişidən həya etmək əvəzinə öz azğınlıqlarını üstələyərək dedilər: -“Məgər biz səni camaatı himayə etməkdən çəkindirmədikmi?” (“Hi№r” surəsi, ayə 70). və demədikmi bu şəhərə gələn camaatdan himayə etmə və heç kəsi öz evinə aparma?

Hədisdə vardır ki, həyasızcasına Luta dedilər: -“Ey Lut, sən də bizim işimizə əl atmısan!”

Lut onları şəhvətlənmiş məst olduqlarını görüb onun qarşısını almaq üçün onları şəriətə müvafiq təbii yolla qadınlardan, öz zövcələrindən kam almağa hidayət etdi. Son dərəcədə bunların bu işindən narahat olduğu üçün onlara öz qızları ilə evlənmələrini təklif edib xatırlatdı ki, bu iş sizin üçün daha pakizədir. Amma o bihəya camaat yenə də dil açıb o ilahi peyğəmbərə dedilər: -“Sən özün bilirsən ki, bizim sənin qızlarına heç bir ehtiyacımız yoxdur. Sən bizim istəyimizi daha yaxşı bilirsən!” (“Hud” surəsi, ayə 78).

Bəzilərinin dediyinə əsasən həzrətin məqsədi öz doğma qızları deyildi, bəlkə fikri onların öz zövcələri idi. Çünki hər peyğəmbər ümmətinin qadınları onun qızı, kişiləri isə oğlanları hökmündədir.

(Lutun (ə) «Bunlar mənim qızlarımdır və bunlar sizin ЇçЇn daha pakizədir» syzЇnЇn mənasında bir neçə diќər ehtimal da nəql ediblər. Bəziləri deyib: -“Lutun məqsədi bu deyildi ki, qızlarını bЇtЇn o №amaata versin. ÇЇnki min nəfərdən çox olan o №amaat Їç nəfər qona“ı yzЇ ЇçЇn istəmirdilər. Onların arasında iki nəfər ќЇ№lЇ var idi ki, Lut qyvmЇnə başçılıq edirdilər. ёamaat istəyirdi qonaqları alıb onlar ЇçЇn aparsınlar.

Bundan əvvəldə Lutun qızları ЇçЇn elçiliyə ќəlmişdilər, amma həzrət onların kafir olduqları ЇçЇn mЇxalifətçilik edərək qızlarını verməmişdi. Bu vaxt №amaatın yЇrЇşЇnə məruz qalıb yz abır-həyasını təhlЇkədə ќyrЇb razılıq vermək kimi bu syzЇ dedi.

Başqa bir №avab belədir; ƏbdЇl-Vəhhab Nə№№ar Fəxr Razidən nəql edib və qəbul etmişdir, budur ki, Lut bu syzЇ №iddi deməmişdir, bəlkə bunu onlar həya edib və qonaqlarını rЇsvay etməkdən əl çəksinlər deyə demişdir. Elə bil ki, bir nəfərin dyyЇlməsini ќyrЇb və onun qarşını almaq ЇçЇn vurana deyirsən onu vurma məni vur. Bu syzdən şЇbhəsiz ki, məqsədin yalnız onun dyyЇlməsinə mane olmaqdır.

Bizim mətində qeyd etdiyimiz №avaba irad tutub deyiblər: -“Bu №avab dЇz deyil, çЇnki ne№ə mЇmkЇndЇr Lut pey“əmbər kafir kişi və qadınların atası olsun? Ne№ə onları yz qızları adlandırır? Halbuki onlar onun pey“əbmərliyini inkar edir və risalətini qəbul etmirdilər?...

Yazıçı deyir: Əќər bu №avabın iradı yalnız budursa, bunun №avabı aydındır. ÇЇnki pey“əmbərlərin yz Їmmətlərinin atası olmaq onların iman ќətirib və ќətirməmələri ЇzЇndən deyil və belə deyil ki, yalnız iman ќətirənlərə ata hesab olunsun. Əksinə pey“əmbərlərin yz Їmmətlərinə nisbət ЇstЇnlЇyЇnə ќyrədir.)

Hər halda o camaat Lutun sözünü eşitməyib hədlərini aşaraq Lutun evinə hücum etdilər. Lut belə gördükdə əllərini qapıya qoyub qapını möhkəm tutdu. Amma camaat qapını sındırıb Lutu kənara vurub evə daxil oldular.

Həqiqətən şəhvət insanı necə də alçaldır, qulağını kar və gözünü kor edir! Allah taala Lut qövmünü məst bir camaata oxşadır ki, ağılları başdan çıxıb çaşğın və heyran, sağa-sola aşırlar. “Hicr” surəsində buyurur: “Sənin canına and olsun (ey Məhəmməd) ki, onlar o halda -məst və çaşğın vəziyyətdə idilər”.

Lut qəm-qüssə içində ruhu əzab çəkirdi və heç bir çıxış yolu görmürdü, ürəkdən bir ah çəkib dedi: “Ey kaş mənim qüvvəm olaydı, qohum-qardaşım olaydı, onların köməyi ilə qonaqlarımı müdafiə edəydim və yaxud möhkəm bir sığınacaq yerinə aparaydım”.

Beləliklə qərib və kimsəsiz Lutun naləsi ərşə qalxdı. Rəvayətdə yazılıb ki, Lutdan sonra Allah taala göndərdiyi bütün peyğəmbərləri qövm-qəbilə arasında güclü edərək peyğəmbərliyə məbus etdi. İmam Sadiq (ələyhis-salam) buyurub: -“Lut bu sözü dedikdə Cəbrail dedi: -“Ey kaş biləydi ki, indi necə qüvvəsi var evində?”

Nəhayət camaat hücum edərək evə daxil oldular. Lut hər mümkün vasitə ilə onları uzaqlaşdırdı. Mələklər o həzrətin pərişan olduğunu görüb və qonaqlardan müdafiə etmək üçün necə əzab-əziyyət çəkdiyini müşahidə edib ona ürək-dirək vermək üçün özlərini tanıtdırıb dedilər: “Ey Lut, qorxma, biz Rəbbinin göndərdikləriyik. Bu qövmü həlak etmək üçün gəlmişik. (“Ənkəbut” surəsi, ayə 33). və bunlar heç vaxt sənə zərər vura bilməzlər bu cəhətdən xatircəm ol. Biz səni və xanidanını xilas edəcəyik. Zövcəndən başqa ki, o, qalanlardandır. Biz bu kəndin camaatına etdikləri cinayət, günaha görə səmavi əzab nazil edəcəyik.” (“Ənkəbut” surəsi, ayə 33-34). və ardınca dedilər: -“Özünə əziyyət etmə, camaatı qoy evə daxil olsunlar.

Bu sözlər ona görə idi ki, o qövmün həyasızlığından əziyyət çəkən, öz qonaqlarından müdafiə etməyə heç bir qüvvəsi olmayan və öz abır-həyasını təhlükədə görüb ruhu əzab çəkən Lutun pərişan halını sakitləşdirsinlər. Bu sözləri eşidən Lut özünə gəlib sakitləşərək bir tərəfə çəkildi. Camaat evə daxil oldular. Amma Cəbrailin barmağının bir işarəsilə hamı geri çəkilib və öz görmə qabiliyyətlərini əldən verdilər. Evdən bayıra çıxmaq üçün əlləri ilə evin divarından tutmağa məcbur oldular və evin qapısını tapıb evdən çıxdılar.

Camaat bu vəziyyəti görüb xovflanıb dəhşətə gəlib geri qayıtdılar, amma Lutu hədələyərək dedilər: -“Səhər sənin bu işinin cəzasını verəcəyik və bir-biri ilə əhd-peyman bağladılar ki, səhər Lutun xanidanından bir nəfər də diri qoymayacağıq.”

Təbərinin tarixində belədir ki, bir-birinə dedilər: -“Lut bizi sehrbaz və cadugər insanlarla üzləşdirdi və Lutu təhdid edərək dedilər: -“Sən bizim üçün sehrbaz gətirirsən ki, bizi ovsunlasınlar, eybi yoxdur qoy səhər olsun onda görərsən!”

Nigaranlığı aradan getmiş Lut daha onların hədəsinə əhəmiyyət verməyib özünü qonaqlara çatdırdı. O camaatın əlindən hövsələsi qurtarmış, səbir kasası dolmuş Lut onların əlindən tez bir zamanda xilas olub gələcək acınacaqlı əzabı öz gözlərilə görmək istəyirdi. Odur ki, xahiş edərək üzünü Cəbrailə tutub dedi: -“İndi ki, bu qövmü əzab etmək üçün gəlmisiniz, elə isə tələsin hər nə qədər bilirsinizsə tez onları həlak edin.”

Cəbrail onun cavabında dedi: -“Onların həlak olacaqları vaxt sübhdir.” (“Hud” surəsi, ayə 84). Sonra onun könlünü almaq üçün dedi: -“Məgər səhər yaxın deyilmi?” (“Hud” surəsi, ayə 84).

Sonra ona göstəriş verdilər ki, gecədən bir miqdar keçəndən sonra sən və sənin xanidanın şəhərdən çıxıb gedin ki, ilahi əzaba düçar olmayasınız. Xanidanının arasında yalnız sənin zövcəndir ki, əzaba düçar olub bu qövmün uğursuz taleyində şərik olacaq.

Lut öz xanidanı ilə gecənin əvvəllərində şəhərdən çıxdılar. Şəhərin günahkar camaatı çox ağır gecəni keçirtdilər, səhər olduqda Allahın əzabı gəlib yetişdi. İlahi mələklər o şəhəri alt-üst etdilər, sonra kiçik daşlar yağmağa başladı. Gündüz olduqda Sədum şəhəri, o camaatın vilayəti bir təpə və yaxud düzənlik bir səhraya çevrilmişdi və artıq o camaatdan bəzilərinin dediyinə görə dörd min nəfər idilər, heç bir əsər-əlamət qalmamışdı.

Bu əhvalatın ardınca Allah taala buyurur: “Bu bir əzabdır ki, zülmkarlardan heç də uzaq deyil”.

Bu ayənin təfsirində imam Sadiqdən (ələyhis-salam) nəql olmuşdur ki, həzrət buyurub: -“Hər kim Lut qövmunun əməlini halal hesab edərsə dünyadan köçdükdən sonra həmin əzaba düçar olacaq və həmin kiçik daşlar arasında yanacaqlar. Amma camaat görmürlər.

Bəli bu idi Allahın müxtəlif nemətləri və bütün maddi-mənəvi xoşbəxtliyi əldə etməyə vasitə verdiyi millətin taleyi. Amma onlar bu nemətlərin qədrini bilməyib və onu günah, bədbəxtçilikdə sərf edib əzab və fəlakətə layiq oldular və belə bir uğursuz günə düçar oldular. Bir dəfəlik Allah rəhmətindən uzaq oldular. Nəticədə başqalarına ibrət oldular, necə ki, Allah taala buyurur: “Bu əhvalatdan ağıl sahibləri üçün açıq-aydın nişanə qoyduq.” (“Ənkəbut” surəsi, ayə 35).