Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İLAHİ PEYĞƏMBƏRLƏRİN HƏYATI 1
İbrahim(ə)

İbrahim Xəlil ən böyük peyğəmbərlərdən biridir. Allah taala sair peyğəmbərlərə nisbət daha çox onu əzəmətlə yad etmişdir. Onun həmidə (bəyənilmiş) əxlaqını və gözəl xüsusiyyətlərini Qur’anda buyurmuş və ona inayət etdiyi hədsiz lütflərini dəfələrlə vurğulamışdır.

Allah taala onu Hənif, Müslim, Həlim, Əvvah, Münib və Siddiq kimi ləqəblərlə xatırlamışdır. Yaxud ilahi ne’mətlərə şükür edən, qüdrətli Allaha tabe, sağlam ruha malik ilahi əmrlərə kamilliklə əməl edən, Allahın mö’min bəndəsi, xeyirxah, layiqli və ilahi dərgahın saleh bəndəsi kimi sifətlərlə tə’riflənmişdir. Allah taala imamət, insanların rəhbəri, iki dünyanın seçilmişi, layiqli bəndəsi kimi vəzifələri ona nəsib etmişdir. Ən başlıca Allahın xəlili və dostu məqamına yetişmişdir. Ona əta olunan lütflərdən bir neçəsini qeyd edirik:

1. Ülül-əzm peyğəmbərlərdən biridir,

2. Nübüvvət məqamını onun nəslində qoymuşdur,

3. Ona elm, hikmət, kitab və şəriət verilmişdir,

4. Öz hidayət etmə mənsəbini ona vermişdir,

5. Ona xüsusi salam və təhiyyət göndərmişdir,

6. Onu və nəslini öz rəhmət və bərəkəti ilə bürümüşdür,

7. Onu təklikdə vahid ümmət adlandırmışdır,

8. Kə’bəni onun əli ilə tikdirmiş və bütün insanların qibləsi qərar vermişdir,

9. Tovhid kəlməsinin ucalması üçün isti, yandırıcı ölkədə çəkdiyi əziyyətlər “Həcc mərasimi” öz şəklində şər’iyyət verərək əbədi olaraq unudulmaz xatirələrə çevrilmişdir.

Onun alovlanan sinəsi və imanla dolu qəlbində qalxan isti, aşiqcəsinə mə’nala dolu istəyini, o quru, susuz səhrada qəbul etdi və haqqsevər aşiqlərin qəlblərini onun övladlarına tərəf yönəltdi. Bir çox başqa lütflər də onun haqqında olunmuşdur ki, gələcək səhifələrdə onlara toxunacağıq.

Bunlar Həzrət İbrahimin ləqəbləri, sifətləri və fəxri məqamları idi ki, Qur’an onlara sərahətlə işarə etmişdir. Bunları böyük bir hissəsi isə rəvayətlərdə gəlmişdir.

İndi isə o həzrətin ləqəbləri və sifətlərini müxtəsər izah edək.

Həzrətin ləqəblərindən biri “Hənif”dir. Lüğət alimləri onu “düz olan, dində sabitqədəm”, “haqq dini axtaran”, “dində möhkəm” və s. buna oxşar mə’nalar etmişlər. Amma “Əvvah” o şəxsə deyilir ki, ah-nalə ilə özünün Allahdan olan qorxusunu izhar edə. Rəvayətlərdə çox dua edən və çox ağlayan şəxsə deyilir.

Təfsir alimləri “Tövbə” surəsinin 144-cü ayəsinin təfsirində “Əvvah” sözü üçün müxtəlif mə’nalar qeyd etmişlər, bəndələrlə mehriban, mö’min, yəqin əhli və onu axtaran, iffət sahibi, Allahdan qorxan (xaşe’), çoxlu təzərrüedən, çoxlu təsbih (sübhanallah) deyən, Allahı çox yad edən və s.

Təfsir və lüğət alimlərindən olan Əbu Übeydə “Əvvah” sözünə daha geniş mə’na vermişdir: Qorxudan ah-nalə çəkib, yəqin üzündən Allaha itaət etmək üçün təzərrü’ və zarıltı edən şəxs kimi mə’na etmişdir.

“Münib” sözü inabə edən kimi mə’na olunur. Yə’ni əməlində olan ixlas üzündə Allah dərgahına müraciət edən şəxs.

“Siddiq” çox düz danışan şəxsə deyilir. Hər nə deyir ona özü də əməl edir, hər nəyə əməl edir, ancaq onu deyir. Bir sözlə sözü ilə əməli eyni olan şəxsə deyilir.

N İ Y Ə İ BRAH İ M ALLAHIN X Ə L İ L İ ( DOSTU ) OLDU ?

Xəlil elə bir dosta deyilir ki, onun məhəbbətində heç bir nöqsan olmasın. Təbərsi “Nisa” surəsinin 125-ci ayəsində buyurur: -”Vəttəxəzəllahu İbrahimə xəlila” (Allah taala İbrahimi özünə xəlil (dost) seçdi.) İbrahim Allahın xəlili olmasının mə’nası budur ki, o, Allahın dostlarını özünə dost, düşmənlərini isə düşmən bilsin. Amma Allahın İbrahimin dostu, xəlili olması budur ki, ona düşmənlərə qarşı mübarizədə kömək edirdi. Elə ki, onu Nəmrudun dəhşətli alovundan xilas edərək onun üçün alovu sərin və soyuğa çevirdi. Əlavə Misirə daxilolma əhvalatında da (aşağıda təfsilatla şərh olunacaq) onu Misir padşahından qorudu və onu camaatın imamı, rəhbəri seçdi.

Bə’ziləri bunun (xəlilin) mə’nasında yazırlar ki, Allah taala kamil surətdə onu sevirdi və İbrahimin də eləcə Allaha məhəbbəti var idi.

Hədislərdə buna çox maraqlı və nəsihətedici illətlər gəlmişdir. Şeyx Səduq “İləlüş-şərai” və “Üyunul-əxbar” kitablarında İmam Sadiq (ə)-dan nəql edir ki, o həzrət belə buyurdu: -«Allah taala buna görə İbrahimə özünün dostu ləqəbi verdi ki, o heç kəsi qapısından əli boş qaytarmamış və Allahdan savayı heç kəsdən bir şey istəməmişdi».

Kumeylin İmam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyilir: İbrahim çox qonaqsevər idi. (Qonaq olmayanda) qonaq tapmaq üçün qapının qıfıllayıb açarını özü ilə götürüb evdən çıxırdı. Bir gün qapıları bağlayıb evdən çıxdı. Qayıdanda qapıları açıq və evdə kişiyə oxşar bir şəxsi gördü.

Ona dedi:

-”Ey Allahın bəndəsi, kimin icazəsi ilə evə daxil olmusan? O, “Rəbbimin icazəsi ilə” -deyə cavab verdi. Bu cümləni üç dəfə təkrar etdi. İbrahim başa düşdü ki, Cəbraildir və Allaha şükür etdi.”

Sonra İbrahimə dedi:

-”Rəbbin məni özünün xəlili adlandırdığı bəndəsinin yanına göndərib.”

İbrahim soruşdu:

-”Mənə de görüm o bəndə kimdir ki, ölənə qədər onun xidmətində olum (ona qulluq edim)?”

Cəbrail dedi:

-”Allahın xəlili sənsən.”

İbrahim soruşdu:

-”Niyə mən?”

Dedi:

-”Çünki bu vaxta qədər heç kəsdən bir şey istəməmisən və hər kim səndən bir şey istədikdə cavabında “yox” sözü işlətməmisən.”

Doğrudan da dostun mə’nası elə budur ki, dostdan başqa heç kəsdən bir şey istəməyəsən.

Başqa bir hədisdə deyilir ki, bir nəfər İmam Sadiq (ə)-dan Allah taalanın niyə görə İbrahimi öz xəlili adlandırdığını soruşdu. Həzrət buyurdu: -“Torpağa etdiyi çoxlu səcdələrə görə.”

Daha başqa bir rəvayətdə belə gəlmişdir ki, Cabir Ənsari deyir: -“Rəsuli-Əkrəm (s)-dən eşitdim ki, belə buyurdu: -“Allah taala İbrahimi özünə dost etdi, ancaq buna görə ki, İbrahim kimsəsizlərin əlindən tutur, onlara yemək verir və bütün camaat yuxuda olanda Ona ibadət edib namaz qılırdı.”

Lut qövmünün əzabı üçün mələklərin yerəenmə əhvalatında (Luta aid fəsildə təfsilatı ilə deyiləcək) İmam Sadiq (ə)-ın belə buyurması rəvayət olunur: Mələklər İbrahimin evinə gəldi, həzrət onlar üçün qızardılmış bir buzov gətirdi və onlara “Yeyin” -deyə söylədi. Mələklər “bunun qiymətini deməyincə ondan yeməyəcəyik” -deyə cavab verdilər. İbrahim “yedikdə “Bismillah”, qurtarandan sonra isə “Əl-həmdu lillah” deyin” dedi. Bu an Cəbrail öz yoldaşlarına üzünü döndərib “Allahın onu öz xəlili adlandırmasına haqqı vardır” dedi.

Əli ibni İbrahim öz təfsirində İmam Baqir (ə)-dan rəvayət edir ki, İbrahim ilk şəxs idi ki, onun üçün qum una çevrildi. Bir gün bir az yemək borc etmək üçün Misirdə olan dostunun yanına getdi. Amma o evdə yox idi. İbrahim boş xurcunla evə qayıtmaq istəmədi. Buna görə onu qumla doldurub evə qayıtdı. Saradan xəcalət çəkdiyinə görə (çünki istəmədi ona desin ki, dostum evdə yox idi və xurcunu qumla doldurdum) ulağı Saraya tərəf buraxdı və özü də evə daxil olub yatdı. Sara gəlib xurcunun ağzını açıb orada ən keyfiyyətli un gördü. Dərhal bir az xəmir yoğurub çörək bişirdi. Onunla bərabər ləzzətli bir yemək bişirib İbrahimin yanına gəldi.

İbrahim soruşdu:

-«Bu çörək və yeməyi haradan tapdın?»

Dedi:

-«Misirdə olan dostundan gətirdiyin unla.»

İbrahim dedi:

-«Bəli, o mənim dostumdur, amma Misirli deyil.»

Burada İbrahimə “Allahın xəlili” məqamı verildi. Sonra Allaha şükür edib yeməyə başladı.

İ BRAH İ M Ə VER İ L Ə N İ MAM Ə T M Ə QAMI

Allah taala Qur’anın “Bəqərə” surəsində buyurur: -“Ya Məhəmməd, yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bə’zi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam (dini rəhbər) tə’yin edəcəyəm” -dedi. (İbrahim isə:) “Nəslimdən necə?” deyə soruşdu. (Allah onun cavabında:) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar” -buyurdu.” (“Bəqərə” surəsi, ayə 124)

Bu ayənin təfsirində İmam Sadiq (ə)-dan belə məzmunda bir hədis yetişmişdir ki, Allah taala İbrahimi nübüvvətinə seçməzdən əvvəl onu özünün bəndəsi, rəsul etməzdən əvvəl nəbi, xəlil etməzdən əvvəl rəsul və imam etməzdən əvvəl xəlil etdi. Bütün bu məqam və mənsəblərə yetirdikdən sonra ona buyurdu: -“Mən sənə camaatın imamı (rəhbəri) məqamını verdim”. Bu mənsəbin İbrahimin nəzərində olan əzəmətinə görə soruşdu: -“Mənim nəslimdən necə?” Allah taala buyurdu: -“Zalımlar mənim əhdimə (imamət mənsəbinə) nail olmazlar.”

Ayədə qeyd olunan İbrahimin nəsli üçün də imamət mənsəbini istəməsindən mə’lum olur ki, bu mənsəb ona ömrünün axırlarında əta olunmuşdur. Çünki İsmail və İshaq kimi övladlara sahib olduqdan sonra bu mənsəbi öz övladları üçün istədi və cavabını da aldı.

Bu cəhətdən mə’lum olur ki, Allahın imamət mənsəbi nə qədər əzəmətli bir məqamdır və bu məqama yetişmək üçün özünəməxsus şərait tələb edir. Onlardan ən mühümü budur ki, heç vaxt öz həyatında zülm (nə özünə, nə də başqalarına) etməsin. İslam terminologiyasında o şəxsə “mə’sum” yə’ni xəta və günahdan qorunmuş deyilir. Bu ayədən (“Bəqərə” surəsi, 124-cü ayə) bir çox başqa incəliklər də başa düşülür. Daha artıq mə’lumat üçün təfsir və rəvayət kitablarına müraciət edə bilərsiniz.

Bizim ustadımız Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbai “Əl-mizan” adlı təfsirində bu ayədən aşağıdakı məsələləri istifadə edib sübuta yetirmişdir:

1. İmamət Allah tərəfindən bəşərin öhdəsinə qoyulan mənsəbdir və ancaq Allah tərəfindən verilməlidir.

2. İmam gərək ilahi ismətlə mə’sum olsun.

3. Yer üzü heç vaxt haqq olan imamdan boş olmayacaqdır.

4. İmam gərək Allah tərəfindən tə’yid və kömək olunsun.

5. Bəndələrin əməlləri imamın elmindən gizlin deyildir.

6. İmam gərək bəşərin dünya və axirətdə olan bütün ehtiyaclarına alim olmalıdır.

7. Camaatın arasında mə’nəvi fəzilətlərdə imamdan üstün bir şəxsin olması qeyri-mümkündür.

Bu ayə və rəvayətlə bir çox başqa məsələlərə sübut gətirmək olar. Amma biz “imamət” sözünü başa düşməkdə bu miqdarla kifayətlənirik.

İbrahim özü təklikdə bir ümmətə bərabər idi

Allahın İbrahimə əta etdiyi fəxrlərdən biri budur ki, onun özünü tək bir ümmət adlandırıb və barəsində “Nəhl” surəsində belə buyurmuşdur: “Həqiqətən İbrahim tək bir ümmət olub Allaha tabe olaraq müşriklərdən uzaqlaşmışdır.”

Onun mə‘nasında müxtəlif fərziyyələr irəli sürülmüşdür. O cümlədən deyilib: Ümmət -müəllim, müqtəda deməkdir, yaxud İbrahimə tək ümmət deyilməsinin səbəbi budur ki, onun zamanında ondan başqa Allaha ibadət edən olmayıb, odur ki, Allah onu tək bir ümmət adlandırıb. Başqa bir fikir də budur ki, ümmət imam, doğru yola yönəldən deməkdir. Ona görə də o, ümmətin dayağı idi. Amma bəlkə də bütün bu mə’nalar arasında daha yaxşı olan mə’na Rağibin bu ayə üçün etdiyi mə’nadır. Rəvayət də buna şahiddir. Buna baxmayaraq ikinci mə’nada yaxşı mə’nadır və hədisdən də şahidi vardır. O, deyir: -”İnnə İbrahimə kanə ummətən qanitən lillah” (İbrahim Allaha ibadət etməkdə özü təklikdə camaatın, bir böyük qrupun naibi idi.) (“Nəhl” surəsi, ayə 120). Necə ki, deyirlər: -”Filankəs təkbaşına bir qəbilədir”.

Bu mə‘nanın xülasəsi budur ki, İbrahimin Allah dərgahına etdiyi ibadət elə əhəmiyyətli və elə qiymətli idi ki, sanki bir ümmətin, bir qrupun ibadəti idi. Şiə, sünni vasitəsilə həzrət Əlinin (ə) barəsində Peyğəmbərdən (səlləllahu ələyhi və alihi və səlləm) nəql olunan hədis kimidir ki, həzrət buyurmuşdur:

“Zərbətu Əliyyin “Yəvməl-Xəndək”, əfzəlu min ibadətis səqələyn.”

(Həzrət Əlinin (ələyhis-salam) Xəndək müharibəsində vurduğu bir zərbə səqələynin (bütün insanlar və cinlərin) ibadətindən daha fəzilətli və üstündür.)

Bu həzrət İbrahimin (ələyhis-salam) bəzi ləqəbi və iftixarı barədə qeyd olması lazım olan izahat idi. İndi isə o həzrətin tərcümeyi-halına başlayırıq.

İbrahimin həyatının əvvəli və onun bütpərəstliklə mübarizə etməsi

Bu fəsildə lazım olan mövzulardan biri İbrahimin soy-kökünü araşdırmaq məsələsidir. Çünki Qur‘ani-Kərimdə Azərin (İbrahimin atası) adı zikr olmuş və onu bütpərəst və bütlərə sitayiş edən bir kişi kimi tanıtdırmışdır. Bir tərəfdən isə şiə və sünni rəvayətlərində nəql olunmuşdur ki, peyğəmbərin (ələyhis-salam) bütün ata-babaları müvəhhid -Allaha pərəstiş edən olub və onların arasında bir nəfər belə müşrik-Allaha şərik qoşan olmamışdır. Həmçinin tarixçilər də İbrahimin atasının adını “Tarix” qeyd etmişlər. Hal-hazırdakı Tövratda da bu ad zikr olmuşdur. Odur ki, belə sual irəli gəlir ki, Azərin İbrahimlə nə nisbəti olub və onu öz atası adlandırıb? Onu öz atası kimi çağırmasının (Qur‘anda bir neçə yerdə nəql olunub) elə mə‘nası nədir?

Əgər bütün alimlərin, təfsirçilərin bu barədə olan sözlərini təfsilatı ilə nəql etmək istəsək bu kitabın təlif üslubundan xaric olarıq, bundan əlavə də o bəhslərin bir çoxuna bizim ehtiyacımız yoxdur. Odur ki, onların icmalını xülasə olaraq burada bəyan edib, sonra isə o həzrətin şərhi-halına başlayırıq.

İ brahimin ( Ə ) soyk ö k ü

Aşkarda soykökyazar alimlər və tarixçilərin arasında İbrahimin atasının adı Tarix olmasında heç bir ixtilaf yoxdur. O həzrətin soykökünü Nuh peyğəmbərə kimi belə yazıblar: İbrahim Tarixin oğlu, Tarix Nahurun oğlu, Nahur Surucun oğlu, Suruc Rəuvun oğlu, Rəuv Falicin oğlu, Falic Aberin oğlu, Aber Şalehin oğlu, Şaleh Ərfəxşədin oğlu, Ərfəxşəd Samın oğlu, Sam Nuhun oğlu.

Bə’zi tarixlərdə o həzrətin əcdadının adlarında ixtilaf gözə çarpsa da zahirdə atası Tarixin adında heç bir ixtilaf yoxdur. Necə ki, Zəccacdan nəql ediblər ki, o belə deyib: -”Soykökyazarlar arasında İbrahimin atasının adı Tarix olmasında heç bir ixtilaf yoxdur. Bu səbəbdən irəli gəlir: əvvəla, Azər Tarixin ləqəbi və ya sifətidir və ya hər ikisi bir nəfər olub, ya da onlar iki nəfər olublar? İkincisi, budur ki, İbrahim ona xitab edərək dediyi: -”... Sən bütləri tanrılarmı qəbul edirsən? Həqiqətən mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm” («Ən’am” surəsi, ayə 74). (və ya Allah onun barəsində buyurur: -”İbrahim atasına və tayfasına: “Sizin ibadət etdiyiniz bu heykəllər nədir?” -dedi.” (“Ənbiya” surəsi, ayə 52). Başqa bir ayədə də buyurur: “İbrahim atasına belə demişdi: Atacan! Nə üçün eşitməyən, görməyən və sənin çətinliklərini aradan qaldıra bilməyən bütlərə ibadət edirsən? (“Məryəm” surəsi, ayə 42). Atacan şeytana ibadət etmə, həqiqətən, şeytan Rəhman Allaha çox asi (günahkar) olmuşdur! Atacan! Qorxuram ki, Rəhman Allahdan sənə bir əzab toxunsun və beləcə (cəhənnəmdə) şeytana yoldaş olasan!” (“Məryəm” surəsi, ayə 44 və 45). şəxs sözsüz Tarix olub və bu müşrik, bütpərəst şəxsin İbrahimin doğma atası olub-olmamasında və İbrahimin onu ata adlandıraraq çağırmasında fikir ayrılığı mövcuddur.

Bu mübahisə bizim üçün o qədər də əhəmiyyətli deyil. Amma Qur‘an ayəsinin: “İbrahim atası Azərə dedi” zahiri ilə bütün soykökyazar alimlərin onun atasını Tarix adlandırmasında açıq-aşkar ziddiyyət göründüyünə görə bu barədə mübahisə etməyə dəyər. Bizim yuxarıda qeyd etdiyimiz bəzi sözlərlə məs: Azər, Tarixin ləqəbi olub, ya İbrahimin onu məzəmmət etmək üçün verdiyi sifət olub, çünki Azər lüğətdə “Ərəc” (pis səliqəsi olan) və “Muxti” (günahkar, səhv edən) və bu kimi mə‘nalara olub, bir az ziddiyyəti aradan qaldırmaq olar. Ya da belə yozmaq olar ki, bə’zi qiraətlərdə (Qur‘anın orfoqrafik oxunuşunda) Azər sözü başqa cür “əzərən” kimi oxunub. Burada həmzə “ə” sözün (əzərən) əvvəlindən düşüb “əzər” ərəb dilində qüvvə, kömək, yardım edici qüvvə və bu kimi mə‘nalarda işlənir. Buna əsasən ayənin mə‘nası belə olur: “İbrahim atasına belə: “Bütlərə özünə kömək və qüvvə almaq üçün sitayiş edirsənmi?” -deyən zaman”.

Başqaları isə ayəni yozaraq Azəri müqəddər fe‘lin üçün tamamlığı hesab edirlər. Necə ki, bəziləri Azəri bütlərdən birinin adı bilir. Belə olan halda ayənin mə‘nası dəyişir: “İbrahim öz atasına dedi: “Sən Azəri (bütü) öz Allahın və mə’budun hesab edirsən?!” Bunlardan başqa məntiqə uyğun olmayan yazmalar da mövcuddur.

Zəccacın iddia etdiyi icmaya (alimlər birliyinə) irad olunub. Razi onu əsassız bilir.

Amma bizim nəzərimizdə əhəmiyyətli olan mövzu haqqında danışmaq lazımdır. Şiənin böyük mühəddislərindən peyğəmbərin ata-babalarının arasında heç bir şəxs bütpərəst olmayıb, hamısı müvəhhid və Allahpərəst olması nəql olunur. Odur ki, İbrahimin ata adlandırdığı bütpərəst şəxsin kim olduğunu bilməliyik.

Aydın məsələdir ki, biz istər Azəri Tarixin ləqəbi hesab edək, istərsə də bütün adı, yaxud Tarixin sifəti və ya güc, kömək və bunlara oxşar mə‘na edək, necə ki, bəziləri belə mə‘na etməyə çalışıblar. Bu, məsələni həll etmir, odur ki, başqa bir həll yolu tapmalıyıq. Əhli-beytin (ələyhimus-səlam), həqiqi Qur‘an təfsirçilərinin sözlərində diqqət yetirsək bu ziddiyyəti həll edə bilərik. Bu ünvana varid olan rəvayətlərdən və barəsində qeyd olmuş böyüklərinizin mülahizələrindən belə başa düşülür ki, ərəb lüğətində və həmçinin başqa lüğətlərdə insanın doğma atasına ata deyildiyi kimi ananın ikinci ərinə, əmiyə, qayınataya və hətta insanı öz himayəsinə götürən şəxsə də ata deyilir. Həmçinin, bu, əks tərəfdən də belədir. Qardaşın övladına və qız tərəfdən olan nəvəyə də övladım deyilir. Bu sözün ən gözəl şahidi Qur‘ani-Kərimdir. “Bəqərə” surəsində Yə’qubun barəsində belə buyurulur: “Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz? O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?”- deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların –İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq!”- dedilər.” (“Bəqərə” surəsi, ayə 133). Buna baxmayaraq ki, İsmail Yə’qubun əmisi idi, amma ayədə isə Yə’qubun atası adlanıb. Həmçinin, Yusifin əhvalatında da o həzrətin dilindən nəql edir ki, öz zindandakı yoldaşlarına belə dedi: -”Mən atalarım İbrahim, İshaq və Yə’qubun dininə tabe oldum...” (“Yusif” surəsi, ayə 38). İbrahim atasının babası və İshaq isə öz babası idi, bununla belə hər ikisini ata adlandırıb.

Həmçinin Qur‘anın müxtəlif yerlərində müşahidə olunur ki, əmiyə və atanın babasına da ata sözü və qızdan olan nəvəyə övlad sözü işlənib. Necə ki, Allah taala “Ənam” surəsində ana tərəfindən həzrət İbrahimə çatan həzrət İsanı öz zürriyyəsi və övladı hesab edib: “Biz İshaqı və Yə’qubu ona əta etdik. Onların hər birini hidayət etdik. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayət etdik). Onların hamısı əməlisalehlərdən idi.” (“Ən’am” surəsi, ayə 84 və 85)

Burada da rəvayətlərdə buyurduqları kimi Azər İbrahimin ana babası və yaxud da o həzrətin əmisidir. Çünki Tarix İbrahim uşaq ikən dünyadan köçüb. İbrahim uşaqlıqdan Azərin himayəsi altında olduğu üçün ona ata deyərək xitab etmişdir.

Məsudi “İsbatul-vəsiyyə”-də deyir: -“Bizə yetişən rəvayətə əsasən Azər İbrahimin ana tərəfindən olan babasıdır və Nəmrudun xüsusi münəccimlərindən olub. Tarix dünyasını dəyişərkən İbrahim kiçik bir uşaq idi.”

Ravəndinin “Qisəsül-ənbiya” kitabında imam Sadiqdən (ələyhis-salam) belə nəql edir: “Azər İbrahimin əmisi və Nəmrudun xüsusi münəccimlərindən olub.”

Əvvəldə dediyimiz kimi bu məsələnin ərəb ədəbiyyatına ixtisası yoxdur. Əksinə, başqa dillərdə də söz öz həqiqi mə‘nasından əlavə başqa mə‘nalarda da işlənir. Bu dediklərimizə əsasən Azər sözünü mə‘na etdikdə artıq çətin və əyri yollarla olunan mübahisələrə ehtiyac qalmır. Azər hər kim və hər nədirsə İbrahimin doğma atası olmayan bir şəxsin adı, ləqəbi və ya sifətidir. Həzrət İbrahim (ələyhis-salam) onun himayəsi altında olduğu üçün və ya başqa bir səbəbə görə ona ata deyə xitab edərək onunla mübahisə etmişdir. Onların mübahisələrinin bir hissəsi Qur‘ani-Kərimdə zikr olmuşdur və gələn səhifələrdə oxucuların nəzərinə çatdıracağıq.

İ brahimin ( ə l ə yhissalam ) m ö vludu

Rəvayətlərdə və tarixdə İbrahimin (ələyhis-salam) dünyayagəlmə əhvalatı belə bəyan olunmuşdur. Azər Nəmrudun xüsusi münəccimi idi. Nücum mühasibələri nəticəsində əldə etmişdir ki, bir uşaq dünyaya gələcək və bütün Nəmrud əhlinin dinini viran edəcək. O, bu məsələni bildikdən sonra Nəmrudu ondan agah etdi. Nəmrud: “Bu uşaq hansı vilayətdə dünyaya gələcək?” -deyə ondan soruşduqda: “Bu vilayətdə” -deyə ona cavab verdi.

Bə’zi təfsirlərdə belə nəql olunub; Nəmrud yuxuda bir ulduzun çıxmasını və onun nuru Ayın, Günəşin nurunu aradan aparmasını gördü. Yuxu yozarlardan onun yozmasını soruşduqda: “Dünyaya sənin hakimiyyətini aradan aparan bir uşaq gələcək” -deyə bildirmişlər. Bə’zilərinin əqidəsinə görə Nəmrud bunu keçmişdəkilərin dediyindən və peyğəmbərlərin kitablarından əldə etmişdi.

Hər halda Nəmrud bundan agah idi. Odur ki, dünyaya gələn oğlanların həmin ildə öldürülməsinə, kişilərin qadınlardan ayrılmasına, hamilə qadınların uşaqları dünyaya gətirənədək həbsdə, nəzarət altında olunmasına və dünyaya gətirdikləri oğlan uşaqlarının qətlinə fərman verdi. Amma bütün bu yaratdığı çətinliklərin əksinə olaraq İbrahimin nütfəsi anasının bətnində qərar tutdu, bununla da o zamanın qaranlıq dünyası o həzrətin gəlişi ilə nurlandı. Şeyx Səduq “İkmalud-din” kitabında imam Sadiqdən (ələyhis-salam) rəvayət edir ki, İbrahimin anası hamilə olan zaman Nəmrud qabilə (mama) qadınları onun yanına yolladı ki, onu yoxlayıb və hamilə olub-olmamasından ona bir xəbər gətirsinlər. Qabilə qadınlar öz işlərində məharətli olsalar da belə, amma Allah taala onların bəsirətinin qabağını alaraq, onlar onun qarnında hamiləlikdən bir əsər-əlamət belə bilmədilər. Odur ki, Nəmrudun yanına gəlib: “Biz onun qarnında heç bir şey görmədik” –deyə izhar etdilər.

İbrahim anasının qarnında böyüdü və tədricən dünyaya gəlmək vaxtı gəlib yetişdi. Əli ibni İbrahim öz təfsirində nəql edir ki, mövlud zamanı gəlib yetişdikdə İbrahimin anası öz ərinə dedi: “Mən xəstəyəm və bir kənara çəkilmək istəyirəm.” Beləliklə də İbrahimin anası bir mağaraya gedib və İbrahimi də həmin mağarada dünyaya gətirdi. Uşaq dünyaya gəldikdə onu bir parçaya büküb mağarada qoydu və mağaranın ağzına daş düzüb şəhərə qayıtdı.

Amma Səduq və başqalarının rəvayətinə əsasən İbrahim öz atasının evində dünyaya gəldi və atası Nəmruddan qorxduğu üçün uşağı aparıb ona təhvil vermək istədi. Amma anası buna mane olub və oğlunu öldürmək üçün öz əlilə Nəmrudun yanına aparmağa imkan vermədi. Anası: “Onu mənim öhdəmə qoy ki, onu aparıb dağlarda olan mağaralardan birində qoyum. Əgər ölümü çatsada, qoy belə ölsün. Artıq sən onun qatili olmayasan.” -dedi. Atası da bununla razılaşaraq icazə verdi. Ana övladını öz qucağına alaraq mağaraya tərəf yollandı. Ona süd verdikdən sonra onu orada qoyub və mağaranın ağzına daş düzərək geri qayıtdı.

İbrahim qeyri-təbii olaraq böyüyürdü. Rəvayətlərə əsasən onun bir günlük inkişafı başqa uşaqların bir həftədə olan inkişafına bərabər idi. Onun ruzisini də Allah taala onun öz barmağında qərar vermişdi. Belə ki, o öz barmağını sovuraraq qidalanırdı. Anası da hər neçə gündən bir müxtəlif bəhanələrlə ərindən icazə alıb və onun yanına gəlib ona süd verib, qucağına alır, bağrına basıb öpdükdən sonra yenidən onu mağarada qoyub şəhərə qayıdırdı. Bu minval İbrahimin böyüyüb boya-başa çatanadək və mağaradan çıxıb şəhərə gələnədək davam etdi.

Məsudi “İsbatul-vəsiyyə”də deyir: -”Sair peyğəm­bərlərdə, imamlarda olduğu kimi Allah İbrahimin məhəbbətini anasının ürəyinə salmışdı. İbrahim anadan olduğu vaxtdan mağarada yaşayırdı. Bir gün anası həmişə olduğu kimi onun yanına gəlib və gözlərinin ulduz kimi parladığını görüb onu qucağına alıb sinəsinə yaxınlaşdıraraq süd verdi və geri qayıtdı. İkinci gündə anası onun yanına gəlib və qayıtmaq istədikdə İbrahim anasının ətəyindən tutub “Məni də özünlə apar” -dedi. Anası: “Eybi yoxdur qoy atandan icazə alım, sonra səni onun yanına apararam”- deyə cavab verdi. Sonra şəhərə gəlib onun istəyini atasına çatdırdı. Atası cavabında dedi: -”O, tanınmasın deyə onu yolun kənarında oturd, qardaşları gəlib yanından keçəndə onlarla birlikdə evə gəlsin.” İbrahimin anası belə edib və onu evə gətirdi. Azər onu gördükdə, Allah İbrahimin məhəbbətini onun ürəyinə saldı (və həddən ziyadə onu sevdi). Günlərin birində camaat büt düzəltdikləri zaman İbrahim də bir tikə taxta götürüb, onu balta ilə yonub və o günədək misli olmayan bir büt düzəltdi. Azər belə gördükdə anasına dedi:

-”Ümid edirəm ki, sənin bu oğlunun sayəsində bizə çoxlu bərəkət, ruzi yetişsin.”

Amma Azər qəfildən İbrahimin balta götürüb bütü sındırmağını görüb ona acıqlandı. İbrahim dedi:

-”Məgər siz bu bütlə nə etmək istəyirsiniz?”

-”Ona sitayiş etmək istəyirik” –dedilər.

İbrahim təəccüblə yenidən soruşdu:

-”Öz əllərinizlə yonub düzəltdiyinizə sitayiş edirsiniz?”

Bu vaxt İbrahimin babası Azər dedi:

-”O şəxs ki, bu hakimiyyətin səltənətin aradan getməsinə səbəb olacaq, həmin uşaqdır!”

İbrahimin anadan olduğu vilayət

Müxtəlif rəvayətlərdən istifadə olunur ki, İbrahim “Kusa Rəbi” adlı bir vilayətdə anadan olub. Bu barədə Yaqut Həməvi deyir: “Kusa -İraqda Babil məntəqəsində Nuh ibni Sam ibni Ərfəxşədin övladlarından olan Kusanın adı ilə adlanmış çayın adıdır. Kusa çayı Furat çayından ayrılmış ilk çaydır və Kusa İraqda iki yerdədir. Biri “Kusa təriq” və digəri isə “Kusa Rəbi”dir ki, İbrahimin anadan olduğu və oda atıldığı yerdir. Bu iki çay Babil məntəqəsində yerləşir. Sə’d ibni Vəqqas (İraq ölkəsini fəth edən) Qadisiyyəni fəth etdikdən sonra ora gedib oranı da fəth etmişdir.

Bə’zi tarixlərdə isə Babil şəhərindən olan “Ura” şəhəri İbrahimin anadan olduğu yer kimi tanınmışdı.

“Ədəb və ülumül-müncid” kitabında deyir: “Ura” İraqda yerləşir və Kəldanilərin şəhəridir.

Amma Nəccarın “Qisəsul-ənbiya” kitabında belədir; İbrahim Xəlil İraq vilayətində olan “Fidan-aram” əhlindən olan bir cavan idi. O, məntəqənin əhli bütpərəst idi. İbrahimin atası dülgər olduğu üçün taxtadan büt düzəldib bütpərəstlərə satırdı (necə ki, Bernaba incilində də belədir). İbrahim Allahın hidayəti nəticəsində bütlərlə mübarizəyə başladı. Sonra bir neçə səhifədən sonra deyir: -”İbrahim belə gördükdə atasının və qövmünün yanında yoruldu. Odur ki, kəldanilərin “Ura” şəhərinə tərəf yola düşdü. Oradan da “Haran”a getdi.

Bu dediklərimizdən belə çıxır ki, İbrahimin anadan olduğu yer İraq və Babil vilayəti olub. Əvvəldə bir hissəsini nəql etdiyimiz Əli ibni İbrahimin rəvayətində imam Sadiq (ələyhis-salam) buyurmuşdur: -”Nəmrudun evi də həmin “Kusa Rəbi” vilayətində idi. İbrahim özünün ilk mübarizəsinə elə oradan başlamışdı.

İbrahimlə (ələyhissalam) Azərin mübahisəsi

İbrahim (ələyhis-salam) təkamül həddinə çatdıqdan və camaat arasına çıxdıqdan sonra Azəri və başqa insanları bütlərə, öz əllərilə yontub düzəltdikləri və onlara heç bir xeyri-zərəri olmayanlara ibadət etdiklərini gördü. O, ilk addımlarında məntiqə müvafiq sübutlarla, gözəl bəyanla onları düz yola yönəltməyə başladı, ola bilsin ki, onlara öz böyük səhflərini başa salıb və onları bütə sitayiş etməkdən çəkindirsin.

Allah taala “Məryəm” surəsinin bir hissəsində onunla Azərin mübahisəsini belə nəql edir: -”Bu kitabda İbrahimi xatırla ki, sadiq peyğəmbərlərdən idi. O zaman ki, atasına [Azərə] dedi:

-”Ey ata, niyə səni eşitməyən, səni görməyən və sənin üçün bir iş görməyə qadir olmayana ibadət edirsən? Ey ata, sənə verilməyən elm mənə verilib, elə isə mənə tabe ol ki, sənə düz yolu göstərim. Ey ata, şeytana sitayiş etmə ki, şeytan Rəhman Allaha asi olmuşdur. Ey ata, mən qorxuram ki, Rəhman Allahdan sənə bir əzab gəlsin və nəticədə şeytanın dostu olasan.” (Azər) ona dedi:

-”Ey İbrahim! Olmaya sən mənim Allahımdan üz döndərmisən? Əgər qurtarmasan (bu sözlərindən əl çəkməsən) səni daşqalaq edəcəyəm və gərək uzun bir müddət məndən uzaqlaşasan! (İbrahim dedi:)

-”Salam olsun sənə. Öz Rəbbimdən sənin tezliklə bağışlanmağını istəyəcəyəm çünki, o mənə qarşı mehriban və mərhəmətlidir. Sizdən və sizin Allahı qoyub başqa şeylərə ibadət etdiklərinizdən uzaqlaşıram. Mən öz Rəbbimi səsləyirəm və ümid edirəm ki, Rəbbimi səslədikdə bədbəxt olmayam.” (“Məryəm” surəsi, ayə 41-48).

“Ənbiya” surəsində də belədir: “Biz əvvəlcədən İbrahimə onun təkamülünü verib və onun halından agah idik. O zaman ki, öz atasına və onun qövmüna dedi:

-”Bu mücəssəmələr nədir ki, siz onlara ibadət edirsiniz?

Onlar dedilər:

-”Biz ata-babalarımızı onlara ibadət edən görmüşük.”

İbrahim dedi:

-”Siz də ata-babalarınız da açıq-aydın azğınlıqda olmusunuz.”

Onlar: “Sən haqq olaraq bizim yanımıza gəlmisən, yoxsa sən hoqqabazlardansan?” -deyə soruşdular.

İbrahim: “Bəlkə sizin Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaradıb və mən buna şəhadət verirəm.” -deyə cavab verdi. (“Ənbiya” surəsi, ayə 51-56).

Allah taala “Şuəra” surəsində buyurur:

-”Onlara İbrahimin hekayətini söylə! O zaman ki, o öz atasına və tayfasına demişdi:

-”Nəyə ibadət edirsiniz?”

Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” -deyə cavab vermişdilər.

İbrahim demişdi:

-”Onları çağırdığınız zaman sizi eşidirmi? Yaxud sizə bir xeyir və zərər verirmi?”

Onlar: “Biz ata-babalarımızın belə ibadət etdiklərini görmüşük!” -deyə cavab vermişdilər.

İbrahim dedi:

-”Sizin və ata-babalarınızın nəyə ibadət etdiyinizi görürsünüzmü? Aləmlərin Rəbbindən başqa onların hamısı mənim düşmənimdir. Elə bir Allah ki, məni yaradıb və məni doğru yola yönəldib. Elə bir Allah ki, yedirdir-içirdir və xəstələndiyim zaman mənə yalnız o şəfa verir. Elə bir Allah ki, məni öldürəcək, sonra (yenidən) dirildəcək. Elə bir Allah ki, Qiyamət günü xətalarımı bağışlayacağına ümid edirəm”. Nəhayət, axırda belə dedi: -”İlahi! Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!” (“ŞЇəra” surəsi, ayə 68-84).

“Saffat”, “Zuxruf” və “Mumtəhinə” surələrində bu məzmunda olan digər ayələr də nazil olmuşdur.

Diqqət

İbrahimin atası üçün Allahdan bağışlanmasını istəməsini bəyan edən bu ayələrdən və başqa ayələrdən ələ gələn məsələ budur ki, İbrahim Azər və onun qövmü ilə mübahisə etdikdən sonra Allahdan onun bağışlanmasını diləyəcəyini və’də verib və bu və’dəsinə əməl etdikdən sonra onun Allahla düşmən oluduğunu və islah olmadığını bilib, ondan uzaqlaşaraq özünün ondan bizar olduğunu bildirdi. Amma ömrünün axırında görürük ki, özü, atası, anası və mö’minlər üçün bağışlanmalarını istəyir. Bundan mə’lum olur ki, öz atası adlandırdığı, onunla mübahisə etdiyi bağışlanmasını istəyib sonra Allahın düşməni oluduğunu bilib ondan uzaqlaşdığı və ömrünün axırlarında bağışlanmasını istədiyi şəxs doğma atası deyil.

İbrahimin və’dəsi oxuduğunuz “Məryəm” surəsinin ayələrində bəyan oldu və və’dəsinə əməl etməsi “Şüəra” surəsində belə deyilir: -”İlahi! Atamı bağışla! Şübhəsiz ki, o, yolunu azanlardandır.” (“ŞЇəra” surəsi, ayə 86).Ona nifrət edərək uzaqlaşdığını Allah taala “Tövbə” surəsində belə açıqlayır: -”Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra qohum olsalar belə, peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanmaq diləməməlidirlər. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bu və’dəsinə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda, o, öz atasından uzaqlaşdı.” (“Tyvbə” surəsi, ayə 114-113).

Bu əhvalat burada sona çatır. İbrahim onun iman gətirmədiyindən mə’yus olduqda onun bağışlanmasını istəməkdən sərfinəzər edib ondan və onun bütpərəst qövmündan uzaqlaşdı. Allah taala da ona övlad əta etdi. Bu hadisə “Məryəm” surəsində belə bəyan olmuşdur:

“İbrahim müşrikləri və onların Allahdan başqa tanıdığınız bütləri tərk edib getdiyi zaman biz ona İshaqla Yə’qubu bəxş etdik və onların hər ikisini peyğəmbər seçdik.” (“Məryəm” surəsi, ayə 49).

Allah İsmail və İshaqı ona bəxş etdi. Onlar boya-başa çatdıqda İbrahim ömrünün axırında “İbrahim” surəsində bəyan olan bu duanı etdi:

“Rəbbənəğfir li və livalidəyyə və lilmu`mininə yəvmə yəqumul hisab”

(Ey Rəbbim! Haqq-hesab çəkilən gün (Qiyamət günü) məni, ata-anamı və mö’minləri bağışla!) (“İbrahim” surəsi, ayə 41).

Aydın məsələdir ki, bu ayədə Qiyamət günü özü və mö’minlərlə birlikdə Allahdan bağışlanmağını istədiyi ata, keçmiş ayələrdə bağışlanmasını istədiyini atadan fərqlidir. Çünki, o ayələrdə ata adlandırdığı şəxsin Allahın düşməni olduğunu bildikdə ondan uzaqlaşdı. Alimlərin birinin dediyi kimi məsələnin incəliyi buradadır ki, Allah İbrahimin ata adlandırdığı şəxs barəsində Qur’anın bütün yerlərində “Əb ” kəlməsindən istifadə edib və dediyimiz kimi (əb) kəlməsi doğma atadan əlavə başqalarının barəsində də işlənir, amma bu ayədə isə «validəyyə» kəlməsindən istifadə olub və «valid» kəlməsi də yalnız doğma ataya deyilir.

Hər halda İbrahimlə Azərin mübahisəsini, İbrahimin onun üçün istiğfar etməsini bəyan edən Qur’anın bu ayələri əvvəldə dediklərimizi təsdiq edir və şiənin bu haqda dediklərinə daha başqa bir sübutdur ki, bu şəxs -”Tarix” İbrahimin doğma atası olmayıb.

İbrahim bütləri sındırmaq niyyətinə düşdü

Dediyimiz kimi, İbrahim əvvəldə ədəblə, məntiqi sübutlarla və öyüd-nəsihətlə Azəri və öz şəhərinin bütpərəst camaatını də’vət etməyə başladı. Amma elə ki, gördü onun məntiqə müvafiq sübutları aldanmış camaatın ürəyində heç bir tə’sir etmir, məntiq və sübut əvəzinə puç, əsası olmayan sözlərə qapınır və öyüd-nəsihətlə özlərinin nalayiq yolda olduqlarını dərk etmə qüvvəsinə malik deyillər. Odur ki, onların yatmış fitrətləri məntiqi sübutlarla deyil, bəlkə öz rəftar və əməli ilə onların ölmüş fitrətlərini oyatmağa və cansız bütlərə ibadət etməyin səhv olduğunu onlara başa salmağa çalışdı.

Bu məqsədlə də taxtadan, daşdan və dəmirdən düzəldilmiş, camaatın bədbəxtçiliyinə səbəb olmuş heykəlləri sındırmaq qərarına gəldi. Əməldə onlara göstərmək istədi ki, onlar heç bir şeyə malik deyillər, heç kəsə xeyir verə bilmirlər və hətta özlərindən müdafiə etməyə belə qadir deyillər. Bunu öz söhbətlərində onlara eşitdirib və bütləri sındıracağını bildirib onları hədələyərək demişdir: -”Allaha and olsun, əgər mənim sözlərimə qulaq asmayıb getsəniz sizin bütlər barədə bir tədbir tökəcəyəm”. Bu məqsədi həyata keçirmək üçün bir balta hazırlayıb hədəfinə çatmaq üçün münasib bir fürsət axtarırdı.

Bu fürsət İbrahimin o zaman əlinə düşdü ki, camaat özlərinə xas olan bayramlarını (Məclisinin nəql etdiyi rəvayətə əsasən Novruz bayramı idi) qeyd etmək üçün dəstə-dəstə şəhərdən çıxdılar.

Bu əhvalatı Qur‘ani-Kərim, “Saffat” surəsində belə nəql edir: -”İbrahim ulduzlara bir nəzər salıb və “Mən xəstəyəm” -dedi. Camaat da ondan üz çevirərək (onu şəhərdə tək qoyub) özləri şəhərdən getdilər. İbrahim xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: -”Niyə bir şey yemirsiniz? Sizə nə olub ki, danışmırsınız?” Sonra (irəli gəlib) onlara möhkəm bir zərbə endirdi.” («Saffat” surəsi, ayə 87-92).

Bu ayələrdən ələ gələn məsələ camaatın İbrahimin yanına gəlib onun da camaatla gedib bayramı şəhərin kənarında qeyd etməyini istəməkləri idi. İbrahim isə ulduzlara bir nəzər salaraq “Mən xəstəyəm və sizinlə gedə bilməyəcəyəm” -deyə cavab verdi. İbrahim bu cavabdan məqsədi onu öz başına buraxmaları idi. Bununla da bütlər üçün gördüyü tədbiri şəhərin sakitliyində çox rahat həyata keçirə bilərdi.

Lakin bu sual irəli gəlir ki, İbrahim doğrudan xəstə idi, yoxsa başqa bir mə‘nanı qəsd edərək bu cavabı verdi və niyə ulduzlara baxdıqdan sonra belə cavabı verdi?

Bu sualın qarşısında bir çox cavablar verilmişdir. Lakin onların hamısını nəql etmək mövzumuzdan kənara çıxırıq və hörmətli oxucunun yorulmasına səbəb olar. Ola bilsin, verilən cavabların arasında ən yaxşı cavab budur ki, İbrahimin o zaman cismani baxımında heç bir xəstəliyi olmayıb, amma ruhu baxımdan çox solğun və xəstə idi. Çünki Allahdan xəbərsiz və öz şəxsi mənfəətini güdənlər, camaatı istismar edərək özlərinin daşdan, ağacdan yontub düzəltdikləri bütləri Allah hesab edərək, onlara ibadət etməyi məcbur etdiklərini görürdü. Puç və əsassız təbliğat nəticəsində onları nadan, cahil saxlayaraq onlara hökmranlıq edirlər. Nadan camaat da onlara aldanaraq haqq məntiqindən üz döndərərək özlərinə gəlməyə, həqiqəti dərk etməyə hazır deyildilər. Bəli, belə vəziyyət, ilahi insanları və camaatın, millətin halına yananları solğun edib kədərləndirir, ruhlarını xəstə və narahat edir. Amma ulduzlara baxıb “Mən xəstəyəm” deməsinin səbəbi bu idi ki, ucu-bucağı bilinməyən dəryada özünü nümayiş etdirən böyük-kiçik almaz parçaları təki asimanda parlaq, gözəl ulduzları müşahidə etdikdə fikri onların böyük yaradanına yönəldi. Həqiqətən Xaliq necə də əzəmətli və böyükdür ki, bütün bu ulduzları sonsuz fəzada xəlq etmişdir. Digər tərəfdən isə o nadan camaatın nə dərəcədə dar düşüncəli olduqlarını və nə həddə özlərini alçaltdıqlarını müşahidə etdi. Ulu tanrını ibadət etmək, ona yaxın olmaq əvəzinə bütə üz tutub onun müqabilində özlərini zəlil edir və onu özlərinə tanrı hesab edirlər.

Ola bilsin ki, onun ulduzlara saldığı bu baxış, fikrə dalmağa və onun ardınca qəm-qüssəyə, ürək ağrısına düşməyə səbəb oldu və “Mən xəstəyəm” -buyurdu.

Bu ayələrdən ələ gələn daha başqa bir məsələ də budur ki, bu nadan camaat şəhərin kənarına çıxan zaman öz bütləri üçün müxtəlif çeşiddə yeməklər hazırlayıb, onların qabağına qoymuşdular. Şübhəsiz bu əməldən məqsədləri bütlərin acdıqda o yeməklərdən yeməkləri və yaxud yeməklərin mütəbərrik olması və axşamçağı geri qayıtdıqda o təbərrüklü yeməklərdən qidalanmaları idi. Mümkündür, həzrət İbrahim (ələyhis-salam) özü də istehza etmək məqsədilə bütlərin yanına yemək aparıb və onlara yemək təklif edib.

Hər halda camaat şəhərdən çıxdılar və İbrahimi şəhərdə tək qoydular. Əli ibni İbrahimin rəvayətinə əsasən Nəmrud bütxananın açarlarını İbrahimə verib bütxananı ona tapşırdı ki, onların şəhərdə olmadıqları müddətdə bütləri qorusun! Elə bil ki, onlar İbrahimin bütlərə qarşı ən qəti düşməni olduğunu bilmirdilər! Bu da İbrahimin məqsədini həyata keçirmək üçün digər bir müvəffəqiyyət idi.

Bütün camaat şəhərdən çıxanadək İbrahim səbr etdi. Sonra gedib əvvəlcədən hazırladığı baltanı götürüb və bütxanaya gəldi. Qapıları açdı. Yeməkləri bütlərin qarşısında görüb istehza ilə onlara xitabən dedi:

-”Niyə yemək yemirsiniz?”

Onların danışmadıqlarını görüb yenidən dedi:

-”Sizə nə olub ki, danışmırsınız?”

Bu zaman Şeyxul-ənbiyanın qeyrəti cuşa gəlib baltanı qaldırıb bütlərin başına endirdi. Çox çəkmədi ki, ruhsuz, nifaq və bədbəxtçiliyə səbəb olmuş bütlər həzrətin qəzəbinə mə’ruz qaldı. Böyük bütdən başqa bütün bütlər o ilahi şəxsin əlindən özünə layiq cəzalarını alaraq sınıb taxta ovuntularına çevrildilər. Yalnız böyük büt o həzrətin zərbəsindən amanda qaldı və həzrət də baltanı onun boynundan asıb getdi. Bu da ona görə idi ki, istəyirdi öz sübutunu bu əməl üzrə nizamlasın. Ola bilsin ki, bu əməl onların yatmış fitrətlərini oyadıb onları öz səhvlərinə vaqif etsin. Bu zaman həzrət İbrahim dərindən rahat bir nəfəs çəkib ürək dolu sevinclə bütxanadan çıxdı. Çünki bura qədər öz vəzifəsini yaxşı yerinə yetirmişdi. İndi camaat bu əməlin müqabilində nə edəcəklər. Onun başına nə gətirəcəklər və öz allahlarının intiqamını ondan necə alacaqlar. Bunların heç biri İbrahimi maraqlandırmır və bəlkə də heç İbrahimin fikrinə belə gəlmirdi və onlardan heç bir qorxusu yox idi.

Nəhayət, camaat bayram mərasimini qeyd edib günbatan vaxtı dəstə-dəstə şəhərə qayıtdılar. Bütlərlə əhd-peymanlarını təzələmək üçün və yaxud gündəlik ibadətlərini yerinə yetirmək məqsədilə bütxanəyə tərəf getdilər. Elə ki, bütxanaya daxil oldular, elə bir mənzərə ilə üzləşdilər ki, bir müddət mat qalıb bir-birlərinin üzlərinə baxdılar. Gördülər ki, min bir zəhmətlə

yontub düzəltdikləri, alınmasına və qorunub saxlanmasına pullar xərclədikləri, kiçik hörmətsizliyi belə rəva bilmədikləri bütlərin hamısı sınıb, tikə-tikə yerə tökülüblər. Böyük bütdən başqa heç bir büt salamat qalmayıb. Bu mənzərəni gördükdə təəccüb və nigarançılıq üzündən bir-birindən: “Kim tanrılarımızı belə edib? Şübhəsiz ki, O, zalimlərdəndir!” -deyə bir-birindən soruşdular. (“Ənbiya” surəsi, ayə 59-60). Az da olsa İbrahimin tərzi-təfəkküründən agah idilər və onun bütləri hədələməsini eşitmişdilər. Ona görə də fəryad etdilər:

-”İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” (“Ənbiya” surəsi, ayə 59-60).

Bu, onun işidir, bizi də onlara ibadət etməkdən çəkindirir, bütləri istehza edir və onlara kiçik gözlə baxıb təhqir edirdi. Başqa adamın bu işə cür’əti çatmazdı və onları sındırmaq fikrinə düşməzdi.

İbrahimin məhkəməsi

Bu hadisədən sonra camaat: “Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın gözü qabağına gətirin!” -dedilər.

İbrahim əvvəlcədən bu hadisənin irəli gəlməsini bilirdi. Odur ki, onların yolunu gözləyirdi ki, gəlib onu mühakimə etməyə camaatın hüzuruna aparsınlar və camaatın qarşısında bütpərəstliyə qarşı öz sübutunu bəyan edib və onları öz səhvlərinə vaqif etsin. Əvvəlcədən böyük bütü salamat saxlamaqla öz cavabı üçün şərait yaratmışdı.

Elə ki, onu camaatın hüzuruna gətirdilər. İstintaq ünvanında ondan soruşdular:

-”Ey İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” (“Ənbiya” surəsi, ayə 63-62). İbrahim sındırmadığı bildirib, əli ilə iri bütü göstərib:

-”Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilərsə, özündən soruşun!” -deyə cavab verdi. (“Ənbiya” surəsi, ayə 63-62).

İbrahim bu cavabı ilə həm onlara əvvəldə dediklərinə sübut gətirir və onları başa salmaq istəyirdi ki, məgər mən sizə demədimmi bu bütlər nə tənha özlərindən zərərin qarşısını ala bilmir, hətta danışa da bilmirlər, həm də sonrakı dəlili üçün şərait yaratdı və onları məlamət edərək buyurdu: “Siz Allahı qoyub sizə heç bir xeyri-ziyanı olmayanlara ibadət edirsinizmi?..”

Burada İbrahim bir çox sünnilərin etdiyi xəyalın əksinə olaraq heç bir yalan kimi günaha mürtəkib olmamışdı. Odur ki, Əli ibni İbrahimin və digərlərinin nəql etdikləri hədisdə imam Sadiq (ələyhis-salam) buyurub: “Allaha and olsun nə bütlər bu işi görmüşdülər və nə də İbrahim (ələyhis-salam) yalan demişdi”.

“Elə isə necə olmuşdu?” -deyə həzrətdən soruşduqda həzrət cavabında buyurdu: “İbrahim dedi ki, əgər danışırlarsa onların böyüyü edib. Deməli, əgər danışmırlarsa onların böyüyü bu işi etməyib”.

Hər halda dediyimiz kimi, İbrahim bu cavabla istəyirdi onları neçə illik səhvlərinə və əsrlər boyu bütpərəstlik vasitəsilə bədbəxtçiliyə düçar olduqlarına vaqif etsin. Belə də etdi, çünki Allah taala buyurur ki, bu cavabdan sonra onlar fikrə dalıb özlərinə müraciə edərək: “Həqiqətən siz (bütləri sitayiş etməkdə) zülmkarsınız” -dedilər. Sonra başlarını aşağa salaraq İbrahimə dedilər:

-”Sən özün bilirsən ki, bunlar danışa bilmirlər.”

İbrahim elə bil, bu sözü gözləyirdi və öz sözünü deməkdən məqsədi onlardan bu sözü eşitmək idi. Odur ki, qəzəbli sima ilə onları danlayaraq dedi: “Elə isə nə üçün Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərə ibadət edirsiniz? Vay olsun sizə və Allahdan başqa ibadət etdiyiniz bütlərə! Əcaba, başa düşmürsünüz?” (“Ənbiya” surəsi, ayə 66-67).

İbrahimin məntiqi elə güclü və elə qüvvətli idi ki, camaatdan cavab vermək fürsətini aldı, onlar üçün heç bir söz yeri qoymadı. Hamısını heyran və məbhut etdi. Hamısını aciz edib cavab verməkdən sakit etdi. Amma bu qürurlanmış dikbaş bəşər öz səhvini e’tiraf etməyə, öz xürafata uğramış səhv əqidəsindən (xüsusən əgər ata-babaları bu əqidədə olsa) əl çəkməyə hazırdımı? Üstəlik əgər iste’marın qüvvətli əlləri pərdə arxasından onlara kömək etsə belə. Çünki bəşər əgər məntiq, ağıl baxımından aciz olsa haqq sözü ayaq altına qoyub əzmək üçün gücə, mal-dövlətə əl atır. Necə ki, Nəmrud əhli nəhayətdə bu işə əl atdılar. İbrahimi (ələyhis-salam) ən ağır işgəncələrlə həlak etmək fikrinə düşdülər. Odur ki, fəryad edib: “Əgər (tanrılarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!” -dedilər. (“Ənbiya” surəsi, ayə 68).

İ brahim N Ə mrudlular ı n tonqal ı nda

İbrahimi yandırmaq hökmü Nəmrudun məhkəməsindən verilir. İbrahimin haqqa tabe olub bütpərəstliklə mübarizə etdiyinə görə onu ən ağır əzabla həlak etmək qərarına gəlirlər. Onu başqalarına ibrət olsun və heç vaxt bütləri sındırmaq fikrinə, camaatın fikrini aydınlaşdırıb və onları Nəmrud əhli kimi zülmkarların əsarətindən azad etmək fikrinə düşməsinlər deyə, diri-diri yandırmaq nəticəsinə gəldilər

Nadan camaat hər nə çəkirdisə bilməməzlik, dərk etməməzlik əlindən çəkirdi. Bəlkə də Nəmrudun sarayının böyükləri onların düşüncəli, dərrakəli və elmli olmaqlarını istəmirdilər. Məhkəmənin bu hökmü e’lan olduqda onlar sevinərək odun yığmaq qərarına gəldilər. İş o yerə çatmışdır ki, bə’zi tarixçilər və təfsirçilər deyirlər: “Necə ki, bu gün camaat ölüm ayağında vəsiyyət edir ki, mənim malımın filan miqdarını xeyirxah işlərdə xərc edərsiniz, o günlərdə də əgər bir nəfər ölüm halında olsaydı vəsiyyət edirdi ki, mən öləndən sonra filan miqdar mənim malımdan İbrahimi yandırmaq üçün odun alarsınız və ya bir qadın səhərdən axşamadək yun, pambıq əyirib axşamçağı onun muzduna odun alıb İbrahimi yandırmaq üçün toplanmış odunlara əlavə edirdi. Qadınlar xəstəliklərdən şəfa tapmaq üçün öz hacətlərini almaq üçün odun yığımında iştirak edirdilər.

Aydın məsələdir ki, bu cür fitnələrə kömək və rəhbərlik etməkdə hakimiyyət başçıları mühüm rolları öz öhdələrinə almadılar. Öz təbliğatı vasitəsilə camaatı alqışlayıb və öz işlərində daha ciddi olmağa sövq edirdilər ki, bəlkə bir neçə il artıq onlardan istifadə etsinlər. Üstəlik onların çəkdikləri istismar edici planlarını necə də sədaqət və imanla icra etdiklərini görüb onların axmaqlığından ləzzət olaraq qəlblərində onlara gülürdülər.

Əllərindən gələn qədər odun yığdılar. Bu işə dini, məzhəbi forma verdiklərinə görə camaat müqəddəs bir əməl kimi odun yığma mərasimində iştirak edirdilər. Odur ki, yığdıqları odunun nə həddə çox olduğunu təxmin etmək olar.

Məhkumu zindandan çıxartmağı və camaatın gözləri önündə odunları yandırıb onu alova atmağın vaxtı gəlib çatdı. Amma bu fikrə düşdülər ki, əgər bu dağ boyda yığılmış odun alovlansa yanğın və onun ətrafa sirayət etmə təhlükəsi vardır. Buna görə də onun ətrafına divar çəkərək təhlükənin qarşısını almaq lazımdır. Digər tərəfdən isə belə bir alovun hərarətindən İbrahimi ora atmaq üçün onun yüz metrliyinə belə yaxın düşmək qeyri mümkündür. Birinci təhlükəni, çətinliyi aradan qaldırmaq üçün (İbni Abbasın dediyinə əsaslanaraq) geniş bir açıqlıq tapıb və onun ətrafını otuz dirsək hündürlüyündə divar çəkdilər və yığdıqları odunlardan mümkün qədərini ora tökdülər.

Amma ikinci çətinliyi aradan qaldırmaq üçün bu fikirdə idilər ki, hansı bir vasitə ilə İbrahimi uzaq bir məsafədən alovun içinə atsınlar. (Bə’zi rəvayətlərə əsasən) Şeytan insan surətində zahir olub və mancanaq düzəltməyi onlara öyrətdi. Mancanaq düzəldikdən sonra odunları yandıraraq, qorxunc bir alov hazırladılar. Alovun şö’ləsi neçə kilometrdən gözə çarpırdı. Quş quşluğuyla istər havadan, istərsə də yerdən o ətrafa yaxınlaşa bilmirdi. Elə bu zaman İbrahimi əli-qolu bağlı gətirib mancanağa qoyub alova tərəf atdılar.

Səs-küy qopdu. Camaat tamaşa üçün yaxın-uzaq şəhərlərdən gəlmişdilər. Şadlıq, sevinc səsləri bütün fəzanı bürümüşdü. Rəvayətlərə əsasən mələklər arasında da səs-küy qalxmışdı. Hamılıqla xüzu’-xüşu’la Allah dərgahına üz tutub: “İlahi! Sənin dostun İbrahim alova atılıb yanacaqmı?” -deyə yalvarıb-yaxarırdılar. Cəbrail Allah taalaya ərz etdi: “İlahi! Yer üzündə dostun İbrahimdən başqa sənə ibadət edən yoxdur, onu da düşmənlərə tapşırmısan yandırsınlar?”

Hətta bə’zi rəvayətlərdə vardır ki, yer və bütün canlılar ahu-nalə edərək hərəsi öz aləmində və öz diliylə Allah taaladan yer üzünün yeganə müvəhhidi İbrahim Xəlilin xilas olmasını diləyirdilər.

Cəbrail İbrahimin yanında

Əhli-beytin (ələyhimus-səlam) hədislərinin bir neçəsində kiçik ixtilafla bu məsələ bəyan olmuşdur: “Elə ki, İbrahimi mancanağa qoydular və yaxud onu alova atdıqdan sonra yerlə göy arasında üzü alova tərəf fəzada Cəbrail həzrətin yanına gəlib dedi: -”İstəyin varmı?” İbrahim –”Səndən heç bir istəyim yoxdur!”- deyə cavab verdi.

Beləliklə də təvəkkülün, təslimin və öz Xəlilinin hüzurunda öz razılığının son dərəcəsini nümayiş etdirərək ilahi mələklərin ən böyüyünü öz əməli ilə valeh və heyran etdi.

İbrahim bir daha iman dolu qəlblə, mütməin nəfslə və gülər üzlə heç bir qorxusu olmadan özünü alova təslim etdi. Həqiqətdə haqq rizasına təslim olub, hətta Cəbrail Əminə, yə’ni Allah dərgahında ən böyük, ən yüksək məqama malik olan mələyə belə ehtiyac əlini açmadı. Beləliklə də Adəm övladlarına azadlıq, təvəkkül və izzəti-nəfs dərsini verdi. Təəccüblüsü burdadır ki, bə’zi nəqllərə əsasən o zaman İbrahimin on altı yaşı var idi, yə’ni yeniyetmə bir cavan idi.

Nəmrud və Azər nə gördülər?

Tarixlərdə və rəvayətlərdə gəlmişdir ki, Nəmrud İbrahimin necə yanmağına tamaşa etmək üçün göstəriş vermişdi. Onun üçün uca bir bina tiksinlər, İbrahimi alova tərəf göyə atdıqda Azəri də özü ilə götürüb binaya çıxmışdı. Birdən intizarlarının əksinə olaraq gördülər ki, İbrahim sağ-salamat alovun içində oturub, ətrafı