Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İLAHİ PEYĞƏMBƏRLƏRİN HƏYATI 1
Şeys(ə)

Yuxarıda qeyd etdiyimiz kimi Adəm təxminən min il ömr etdikdən sonra Şeysi öz vəsisi (canişini) qoydu. Qabil bunu eşidərək Şeysin yanına gəlib onu qorxudaraq dedi:

-“Bilirsən mən niyə qardaşım Habili öldürdüm? Ona görə ki, o atamızın xəlifəlik məqamında idi və gələcəkdə onun övladları mənim övladlarım qarşısında fəxr etməsinlər. Bəli, mən onu öldürdüm. Əgər sən də atamızın bu məqamının sənə yetişdiyini aşkar etsən səni də öldürərəm”.

İbni Əsir və Təbərinin yazdığı, həmçinin rəvayət olunan hədislərə görə Adəm özü Şeysə öz elmini və xəlifəlik məqamını Qabildən gizlətməyi sifariş etmişdir. Çünki, Qabilin həsəd edib onu da öldürməsindən qorxurdu. Buna görə Şeys daima qorxu içərisində yaşayırdı.

Beləliklə Şeys 912 il ömr etdikdən sonra dünyadan köçdü. Allah taala ona əlli səhifə öz zamanının camaatını (hamısı Adəmin nəvə-nəticələri idi) tək olan Allaha ibadətə də’vət etmək üçün göndərdi.

Məs’udi onun iyirmi doqquz səhifədən ibarət olduğunu və onda ancaq təsbih yazıldığını demişdir.

Ş EYSD Ə N İ DR İ S Ə Q Ə D Ə R OLAN PEY ĞƏ MB Ə RL Ə R

Şeysdən sonra onun oğlu Anuş ki, (Risan da çağırırdılar) nübuvvət bayrağını ələ aldı. Sonra Qinan ibni Anuş, ondan sonra Məhlail ya Həlis və daha sonra onun övladı Yarid (bə’ziləri Yərid yazırlar), ya Qənşişanın bu məqama yetişdiyini yazırlar. Yarid Uxnuxun (İdris peyğəmbərin) atasının adı idi.

Bunların hamısının ömrünün 800 və 1000 il arasında olduğunu qeyd edirlər. Məsələn, Anuşın ömrünün 905, ya 965 il, Qinanın 840, ya 920, Məhlailin 865, ya 926 və Yaridin isə 962 il yaşadığını yazırlar. Onların adlarında da ixtilaf var. Biz onların ancaq məşhurlarını qeyd etdik.