Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
Tarix
Həzrət Muhəmməd (s)

PEYĞƏMBƏRİN (s) ŞƏXSİYYƏTİ

Adı : Muhəmməd.

Ləqəbi : Əmin.

Kunyəsi : Əbül-Qasim.

Atasının adı : Abdullah.

Anasının adı : Aminə.

Doğulduğu yer : Məkkə.

Doğulduğu tarix : Fil hadisəsindən iki ay sonra (570-ci miladi il).

Vəfat tarixi : Hicrətin on birinci ili.

Vəfat yeri : Mədinə.

Məzarı : Mədinə.

QUREYŞ QƏBİLƏSİ

Qureyş qəbiləsi Hicazda olan ərəb qəbilələri arasında ən hörmətli qəbilələrdən biri sayılırdı. Həzrət Peyğəmbərin (s) dördüncü babası Qüsəy ibn Kilab Allah evinin (Kəbənin) xidmətçisi və nəzarətçisi idi. Qureyş müxtəlif tayfalardan ibarət idi ki, həmin tayfaların da ən hörmətlisi Bəni Haşim idi.

Haşim ağıllı, şöhrətli və Məkkə əhalisi arasında böyük nüfuz sahibi olan bir şəxsiyyət kimi tanınmışdı. O, xalqın bütün məsələlərinə böyük həvəslə maraq göstərirdi, hətta Məkkə əhalisinin güzəranını təmin etmək məqsədilə yay və qış səfərlərini də təşkil etmişdi. Göstərdiyi böyük və əvəzsiz xidmətlərinə görə əhali ona Seyyid - yəni ağa, başçı ləqəbini vermişdilər. Elə buna görədir ki, onun və Peyğəmbərin (s) nəslindən olanlar da Seyyid adlanır.

Haşimdən sonra oğlu Müttəlib, daha sonra isə nəvəsi Əbdülmüttəlib xalq arasında olduqca böyük hörmətə malik idi. O zaman Əbrəhənin Məkkəyə basqın edərək ağır məğlubiyyətə uğraması Əbdülmüttəlibin xalq içərisində olan etibarını daha da artırmışdı.

Abdullah isə Əbdülmüttəlibin ən çox sevdiyi oğlu idi. Abdullah iyirmi dörd yaşında ikən Aminə adlı pak və nəcabətli bir qız ilə evləndi və bu mübarək evliliyin nəticəsində Fil hadisəsindən iki ay sonra Muhəmməd adlı nurlu bir oğlan uşağı dünyaya gəldi. Abdullah hələ oğlu dünyaya gəlməmişdən əvvəl vəfat etmiş və Rəbbimizin rəhmətinə qovuşmuşdu. Az müddət sonra anasını da əldən verən sevimli Peyğəmbərimizin tərbiyəsi ilə məşğul olmağı babası Əbdülmüttəlib öz öhdəsinə götürdü. Həzrət Peyğəmbər (s) Allahın himayəsi sayəsində çox qısa bir müddətdə camaatın sevdiyi, hörmət bəslədiyi bir cavana çevrildi. Belə ki, bütün Məkkə əhalisi ona təkcə hörmət və məhəbbət bəsləmir, mal-dövlətlərini də onun yanında əmanət qoyurdular. Sonralar o Həzrətə bu üstün əxlaqi səviyyəsinə görə Qureyşin əmini (yəni Qureyşin ən etibarlı şəxsi) ləqəbini vermişdilər.

O Həzrət məzlum və kasıbların tərəfini saxlayaraq, onları qoruyur, onlarla birlikdə oturub-durur, yemək yeyir, dərdlərinə qulaq asır və onların çıxış yolunu axtarıb tapırdı. Daha sonra Həzrət Muhəmməd (s) əmisi Əbu Talibin istəyilə Xədicənin karvanına qoşuldu. Düzlüyü və etibarlılığına görə karvanın başçısı seçilən Muhəmmədə onun camaatın içindəki hörmətinə heyran qalan Xədicə ona evlənmək təklifi irəli sürdü.

Həzrət Peyğəmbər (s) bu evliliyi münasib hesab etdiyindən Xədicə ilə evlənməyi qəbul etdi. Bu mübarək izdivacın meyvəsi bütün məsum imamların anası olan Həzrət Fatimədir (s.ə.).

RAHİB BEHEYRANIN HADİSƏSİ

Bir müddət Həzrət Muhəmməd (s) öz əmisinin yanında yaşadı və hələ həddi-buluğa yetişməmiş yaşında bir dəfə əmisi onu götürüb ticarət üçün Şama getdi. Böyük bir dəstə ağır karvanla çoxlu mal götürüb yola düşdülər. Suriya torpağında Bəsri şəhərinə yetişərək bir məbədin yanında xeymə quraraq dayandılar. Beheyra adlı rahib məbəddən çıxaraq karvanı qonaq olmağa dəvət etdi, hamı bu dəvəti qəbul edib getdilər. Əbu Talib də Həzrəti Muhəmmədi (s) şeylərin yanında qoyub dəstəyə qoşularaq qonaqlığa getdi.

Beheyrə soruşdu:

- Hamınız gəlmisiniz?

Əbu Talib dedi:

- Hamıdan kiçik olan bir cavandan başqa hamı gəlib.

Beheyra dedi ki, onu da gətirsinlər.

Əbu Talib zeytun ağacının altında gözləyən Muhəmmədi (s) səslədi, o da rahibin yanına gəldi. Beheyra o Həzrətə (s) dərin baxışla nəzər salaraq dedi:

- Yanıma gəl sənə sözüm var.

Sonra onu yanına gətirdi, Əbu Talib də onların yanına getdi.

Beheyra ona dedi:

- Səndən bir şey soruşum, səni and verirəm Lat və Üzzaya ki, cavab verəsən.

(Lat və Üzza Məkkədə camaatın pərəstiş etdiyi iki böyük bütün adıdır).

O Həzrət (s) buyurdu:

- Mənim nəzərimdə bu iki büt ən qəzəb düçar olmuş əşyadır.

Beheyra dedi:

- Səni and verirəm bir Allaha ki, düz danış.

O Həzrət (s) buyurdu:

- Mən həmişə düz danışıram və heç vaxt yalan danışmamışam. Sən öz sualını soruş.

Beheyra dedi:

- Nəyi daha çox sevirsən?

Buyurdu:

- Təkliyi.

Beheyra söylədi:

- Nəyə çox tamaşa etməyi xoşlayırsan?

Buyurdu:

- Göylərə və ulduzlara.

Beheyra dedi:

- Nə fikirləşirsən?

O Həzrət (s) süküt etdi, lakin Beheyrə diqqətlə onun alnına baxırdı.

O dedi:

- Nə vaxt və nə fikirlə yatırsan?

Buyurdu:

- Gözlərimi göylərə dikərək ulduzlara baxıram, onları öz ətəyimdə, özümü isə onlardan yuxarıda görürəm.

Beheyra dedi:

- Yuxuda nə görürsən?

Buyurdu:

- Bəli, yuxuda nə görürəmsə, ayılanda da onu görürəm.

Beheyra soruşdu:

- Məsələn, nə yuxu görürsən?

O Həzrət (s) susdu. Beheyra da dinmədi. Bir qədər susduqdan sonra yenə dedi:

- Sənin çiyinlərinin arasını görə bilərəmmi?

O Həzrət (s) tərpənmədən dedi:

- Gəl bax.

Beheyra yerindən qalxaraq onun yanına gəldi, paltarını çiynindən yuxarı qaldırdı, kürəyində qara bir xal göründü. Rahib ona baxaraq dodaqaltı söylədi:

- Özüdür ki, var.

Əbu Talib soruşdu:

- Nədir? Nə danışırsan?

Beheyra dedi:

- Bizim kitablarda bəhs edilən nişanədir.

Əbu Talib soruşdu:

- Hansı nişanə?

Beheyra söylədi:

- Bu cavan sənin kimindir?

Əbu Talib o Həzrəti (s) öz övladları kimi sevdiyindən dedi:

- Mənim övladımdır.

Beheyra dedi:

- Yox, bu cavanın atası gərək ölmüş olsun.

Əbu Talib təəccübləndi:

- Sən haradan bilirsən? Bəli, bu cavan qardaşım oğludur.

Beheyra Əbu Talibə dedi:

- Qulaq as, bu cavanın gələcəyi heyrətamiz və çox parlaqdır. Mən gördüyümü başqaları da görsələr və onu tanısalar, öldürərlər. Onu düşmənlərdən qoruyub saxla!

Əbu Talib soruşdu:

- De görüm, o kimdir?

Beheyra söylədi:

- Onun gözlərində böyük bir peyğəmbərin gözlərinin əlamətləri və kürəyində isə onun açıq-aydın nişanəsi vardır.

NƏSTURİ RAHİBİNİN QİSSƏSİ

Bir neçə ildən sonra yenə o Həzrət (s) Xədicənin ticarət işləri ilə əlaqədar Şam tərəfə getmişdi. Xədicə öz qulamı Meysərəni də onunla göndərmiş, ona Muhəmmədə (s) tam itaət etməyi tapşırmışdı. Bu səfərdə Suriya torpağına yetişəndə Bəsri şəhərində bir ağac altında əyləndilər. Yaxınlıqda bir xristian məbədi var idi ki, burada bir rahib qalırdı.

Rahib Meysərəni tanıyırdı və ondan soruşdu:

- Ağac dibində dincələn kimdir?

Meysərə dedi:

- Qureyşdən bir nəfərdir.

Rahib söylədi:

- Peyğəmbərlərdən başqa kimsə bu ağacın dibində mənzil salmaz.

Sonra dedi:

- Gözlərində qırmızılıq nişanəsi varmı?

Meysərə dedi:

- Bəli, onun gözləri həmişə bu halda olur.

Rahib söylədi:

- O özüdür, Allahın sonuncu peyğəmbəridir. Kaş onun dəvət etdiyi günü görəydim.

TAİF

Peyğəmbərliyin on üçüncü ilində o Həzrət (s) və Bəni-Haşim Şüəb vadisindən çıxdı. Həmin il Peyğəmbəri-əkrəm (s) Məkkənin 100 kilometrliyində olan Taif şəhərinə səfərə çıxaraq buranın camaatını islama dəvət etdi. Lakin şəhərin cahilləri hər tərəfdən tökülüşüb söyüş söyərək onu daşa basdılar. O Həzrət (s) şəhərdən çıxdı.

Peyğəmbəri-əkrəm (s) Taifdən Məkkəyə qayıtdı və bir müddət burada qaldı, lakin onun həyatı əmin-amanlıqdan uzaq idi. O, camaat arasında görünmürdü. Məkkənin böyükləri şəraitin öz istək və mənafelərinə uyğun olduğunu görüb şəhərin məşvərət məclisi sayılan Darül-nədvədə o Həzrətin (s) işinə birdəfəlik son qoymaq məsələsini irəli sürdülər və bu barədə qərar çıxardılar.

Məclisin qərarına əsasən ərəb qəbilələrinin hər birindən bir nəfər nümayəndə seçilməli və sonra həmin nümayəndələr bir yerə toplaşaraq birlikdə o Həzrətin (s) evinə tökülüşərək onu qətlə yetirməli idilər. Bütün qəbilələrdən olan nümayəndələrin bu tədbirdə iştirakı onunla bağlı idi ki, Bəni-Haşim - yəni Peyğəmbərlərin (s) qəbiləsi onlara qarşı müqavimət göstərə bilməsin. Üstəlik Bəni-Haşimdən bir nəfərin bu tədbirdə olması bu qəbilənin dilini gödək edirdi.

Düşmənlər bu çirkin tədbiri gerçəkləşdirmək üçün qəti addım atdılar və müxtəlif qəbilələrdən toplanan 40 nəfərə yaxın dəstə o Həzrəti (s) öldürmək məqsədilə gecə ikən onun evini mühasirəyə aldılar. Onlar səhərə yaxın evə tökülüb öz qərarlarını icra etmək istədilər. Lakin Allahın iradəsi onların iradəsindən üstün idi və ona görə qəbilələrin tədbiri alt-üst oldu. Allah-təala Peyğəmbəri-əkrəmə (s) vəhy göndərdi və bu tədbir barədə onu xəbərdar etdi. Bu vəhyə uyğun Peyğəmbərimiz (s) Məkkədən Mədinəyə mühacirət etdi.

Peyğəmbəri-əkrəm (s) məsələni Həzrəti-Əliyə (ə) bildirdi və ona öz yatağında yatmağı əmr etdi. O, vəsiyyətini edib gecə ikən evdən çıxdı. Peyğəmbərimiz (s) yolda Əbu Bəkri də özü ilə götürüb Mədinəyə yollandı. Mədinənin bir sıra böyük adamları bundan qabaq Peyğəmbərimiz (s) ilə görüşmüş və ona iman gətirmişdilər. Hətta onunla peyman bağlamışdılar ki, əgər o Həzrət (s) Mədinəyə gəlsə onun tərəfinə keçib müdafiə etsinlər, irsini və canını qorusunlar.

MÜŞKÜLLƏRİ HƏLL ETMƏK MƏHARƏTİ

Həzrət Peyğəmbərin (s) evlənməsindən on il keçdikdən sonra Məkkəni sel basaraq əhaliyə çoxlu maddi ziyan vurdu. Qureyş bu hadisədən sonra Kəbənin tezliklə təmir olunması qərarına gəldi və heç bir ixtilaf baş verməsin deyə, Kəbənin təmiri Qureyş tayfaları arasında bölüşdürüldü. Kəbəni təmir etdikdən sonra Həcərül-əsvədin (Qara daşın) yerinə qoyulması məsələsi tayfalar arasında böyük bir problemə çevrildi. Çünki hamı bu şərəfli işin ona nəsib olmasını istəyirdi. Bu barədə ixtilaflar o qədər şiddətləndi ki, tayfalar arasında az qala müharibə başlayacaqdı.

Həzrət Peyğəmbər (s) tez bu məsələyə müdaxilə edib, əvvəlcə ortaya bir palaz sərdirdi və orada olanlara daşı həmin palazın üstünə qoymalarını və hər tayfadan bir nəfərin palazın bir tərəfindən tutub Həcərül-əsvədi Kəbəyə yaxınlaşdırdılar və Rəsuli-əkrəm daşı götürüb yerinə yerləşdirdi. Bu tədbirin nəticəsində hər bir tayfa öz arzusuna çatdı və həm də böyük bir faciənin qarşısı alınmış oldu.

PEYĞƏMBƏRLİK VƏZİFƏSİNİN VERİLMƏSİ

O, artıq qırx yaşında idi. Günlərin birində Həra mağarasında Allaha ibadət və duaya məşğul ikən Cəbrailin gətirdiyi vəhy vasitəsilə Allah-taala tərəfindən peyğəmbərlik vəzifəsinə təyin olundu. Bu hadisədən həyacanlanmış Həzrət Peyğəmbər (s) bir müddət istirahət etmək məqsədi ilə Kəbəyə getdi, lakin vəhy mələyi təzədən ona nazil olaraq təbliğə başlamasını əmr etdi.

İlk əvvəl Həzrət Peyğəmbərin (s) dəvəti gizli gedirdi. Ona inanan adamlar da bu işə tam gizli bir şəkildə əməl edirdilər.

Ona ilk iman gətirənlər həyat yoldaşı Xədicə və Əli (ə) oldu. Aradan üç il ötdükdən sonra Məkkə və Məkkə ətrafı məntəqələrdə təbliğat üçün münasib bir şərait yarandı. Peyğəmbərə (s) insanları bir olan Allaha dəvət etmək və bütlərə qarşı mübarizə aparmaq vəzifəsi tapşırıldı. Bu iş olduqca təhlükəli idi. Çünki qəbilə başçılarının hakimiyyəti çox güclü idi. Onlar hakimiyyəti əldən vermək istəmirdilər. İllər boyu sitayiş etdikləri bütləri sındırmaq onlara çox ağır gəlirdi. Amma böyük bir hədəf olan tək Allaha inanmaq, tövhid ideyasının yayılması üçün çətinliklərə, ağır şəraitə sinə gərməkdən başqa bir çarə yox idi.

Açıq və ümumi təbliğatdan sonra, müşriklər onunla müxalifət edib aşkar bir şəkildə öz düşmənçiliklərini peyğəmbərə bildirdilər.

Bütpərəst quldurlar tövhid hərəkatının qabaqcıl əsgəri sayılan Həzrət Muhəmmədin (s) təbliğinin qarşısını almaq üçün əllərində mövcüd olan bütün imkanlardan istifadə edirdilər. Əvvəlcə rüşvətlə o Həzrəti tutduğu yoldan döndərmək istəsələr də, bu işləri heç bir nəticə vermədi. Ondan sonra belə qərara gəldilər ki, o Həzrətə müxtəlif təhdid və təzyiqlər yetirsinlər. Müsəlman olanlara lağ edib döyür, işgəncə verir, mallarını əllərindən alırdılar. Amma bu təşəbbüslər nəinki tövhid hərəkatına mane ola bilmədi, əksinə bu, hərəkatı daha da gücləndirdi.

Müşriklər, Peyğəmbərimiz və dostları Məkkədən çıxana qədər öz çirkin əməllərindən əl çəkmədilər. İlk müsəlmanlar düşmən şərrindən qorunmaq üçün üç il Əbu Talib adlı aclıq və susuzluqla mühasirə olunmuş bir yerdə qalmağa məcbur oldular. Ancaq müşriklər bunu da onlara çox görüb həmin məhəlləyə nəzarəti gücləndirdilər. Belə ki, heç kim cürət edib onlara yemək və su apara bilmirdi. Təkcə bir fədakar dəstə gecənin qaranlığından istifadə edərək onların bu ehtiyaclarını təmin etməyə cəhd edirdilər.

Bu sıxışdırmaların və mühasirənin heç bir nəticə vermədiyini görən müşriklər, müsəlmanların bu inamlı müqavimətləri qarşısında yeganə çıxış yolunu onları öldürməkdə görürdülər. İntiqamdan da qorxduqları üçün onlar belə qərara gəlmişdilər ki, bütün qəbilələri öz tərəflərinə çəkərək birlikdə Peyğəmbərin evinə hücum edib o Həzrəti qılıncdan keçirsinlər.

MƏDİNƏYƏ HİCRƏT

Həzrət Peyğəmbər (s) vəhy mələyi vasitəsi ilə müşriklərin planından xəbərdar olmuşdu. Peyğəmbərimizin canını qorumaq üçün, o gecə onun yerində yatan və həyatını təhlükəyə atan Həzrət Əli (ə) olmuşdu. Peyğəmbər (s) gecənin qaranlığından istifadə edib Məkkədən çıxaraq Mədinəyə yola düşdü. Elə həmin gecə müşriklər peyğəmbərimizin evinə basqın etdi, lakin yataqda Həzrət Əlini gördükdə təəccüblənib tezliklə Peyğəmbəri (s) təqib etməyə başladılar. Ancaq bu işdən də heç bir nəticə almayıb Məkkəyə qayıtmaq məcburiyyətində qaldılar.

Əziz Peyğəmbərimiz (s) doqquz gündən sonra çox çətinliklə və ağır zəhmətlə Mədinə yaxınlığındakı Quba adlı bir məntəqəyə yetişdikdə burada xalq tərəfindən təntənəli şəkildə qarşılandı.

Həzrət Peyğəmbərin (s) orada gördüyü ilk iş məscid tikdirmək oldu ki, həm camaatın ibadət ehtiyaclarını təmin etsin, həm də ora müsəlmanların yığıncaq yerinə çevrilsin. Mədinə əhalisi böyük şövqlə Quba məscidini tikdilər. İnşaat işlərində Peyğəmbərimizin özü də iştirak edirdi.

Məscid tikintisi qurtardıqda ilk dəfə olaraq cümə namazı orada qılındı və birinci xütbəni də Həzrət Peyğəmbər (s) elə həmin məsciddə oxudu. Məkkədə öz yerinə nümayəndə olaraq qoyduğu Həzrət Əli (ə) və onunla birlikdə gəlməli olan Bəni Haşim qadınlarının həmin şəhərə yetişməsi üçün Həzrət Peyğəmbər bir müddət Qubada qalmalı olmuşdu.

Həzrət Əli (ə) Məkkədə üç gün qalaraq xalqın Həzrət Peyğəmbərin (s) yanında olan əmanətlərini sahiblərinə qaytardı. Daha sonra Bəni Haşim qadınları ilə birlikdə gecə yarısı Mədinəyə yola düşüb Qubada Peyğəmbərimizə çatdı.

Həzrət Peyğəmbər (s), Həzrət Əli (ə) və qadınlarla birlikdə Mədinə əhalisinin coşqun və həyəcanlı qarşılama mərasimi altında şəhərə daxil oldu. Hamı Peyğəmbərimizi (s) öz evinə qonaq aparmaq istəyirdi. Ancaq Həzrət Peyğəmbər (s) belə buyurdu: “Dəvəmin qabağından çəkilin, dəvə kimin evinin önündə yatsa, qalacağım yer də ora olacaq”.

Dəvə Mədinənin dar və qarışıq küçələrindən irəliləyib axırda Əbu Əyyub Əl-Ənsarinin evinin önündə yerə çökdü. Beləliklə Peyğəmbərin (s) qalacağı yer məlum oldu.

Həzrət Peyğəmbərin (s) Mədinədə ilk fəaliyyəti öz peyğəmbərliyini təbliğ edib, islamı yaymaq üçün tikdirdiyi məscid oldu.

Sonra isə yəhudilərin təhriki nəticəsində yaranan və 120 il davam edən Ovs və Xəzrəc qəbilələri arasındakı düşmənçiliyə son qoydu.

Peyğəmbərimizlə Məkkədən köçüb gələn müsəlmanlara “mühacir”, Mədinədə islamı qəbul edənlərə isə “ənsar” deyilir. Peyğəmbərimiz mühacirlərin ənsara artıq zəhmət verməməsi və bir-birləri ilə qardaş kimi yaşamaları üçün aralarında qardaşlıq mərasimi təşkil etdi. Mədinə iqtisadiyyatının nəbzini əllərində tutan yəhudilər isə özlərini ciddi bir təhlükədə hiss edib müsəlmanlarla pis rəftar etməyə başladılar.

Onlar müsəlmanların birliyini pozmağa və onları bir-birinə qarşı düşmən etməyə çalışırdılar. Amma dahi Peyğəmbərimiz onların bu planlarını puça çıxartdı.

QİBLƏNİN DƏYİŞDİRİLMƏSİ

Peyğəmbərimiz (s) 13 il Məkkədə və 17 ay Mədinədə yəhudilərin qibləsi olan Məscidul-əqsaya tərəf namaz qıldı. Bu da yəhudilərin etirazına səbəb oldu. Belə ki, onlar “əgər biz haqq yolunda deyiliksə, nəyə görə bizim qibləmizə tərəf namaz qılırsınız?” - deyə deyinmişdilər.

Həzrət Peyğəmbər (s) bir gün namaz qılanda vəhy mələyi ona belə əmr etdi: “Üzünü Kəbəyə çevir!”

O andan etibarən müsəlmanların qibləsi Kəbə (Məscidul-həram) oldu.

Bu vəziyyət yəhudilərə çox ağır gəldiyindən onlar belə deyirdilər ki, “əgər sizin qibləniz Kəbədirsə, niyə indiyə qədər Məscidul-əqsaya tərəf namaz qılırdınız?” Halbuki, onlar bilmirdilər ki, bunların hamısı islam düşmənləri və dostlarının bəlli olması və kimlərin bu vəzifədə Peyğəmbərlə əməkdaşlıq, kimlərin də onunla müxalifətçilik edəcəyini müəyyən etmək üçün bir imtahandır.

PEYĞƏMBƏRİN MÜHARİBƏLƏRİ

BƏDR MÜHARİBƏSİ

Həzrət Peyğəmbər (s) yaxşı şəkildə təchiz olunduqdan sonra, əvvəlcə Mədinənin ətrafındakı qəbilələrlə, onların Mədinəyə hücum etmələrinin qarşısını almaq məqsədilə bir sülh müqaviləsi bağladı.

Sonra belə qərara gəldi ki, Şama gedən və o məntəqədən keçən Qureyşin böyük bir karvanına hücum etsin. Bununla o, həm küfr ilə şirk başçılarının qürurunu sındıracaq, həm də mühacirlərin Məkkədəki var-dövlətlərini talan edərək evlərini yıxanlara cavab verəcəkdi.

Bu müharibə Bədr quyularının yanında baş verdiyinə görə Bədr müharibəsi adlandı. Peyğəmbərimiz (s) bu müharibədə səhabənin böyükləri ilə məsləhətləşdiyi və düşmənin vəziyyətindən kifayət qədər xəbərdar olduğu üçün tezliklə hücuma başlamaq əmrini verdi.

Düşmənin sayı min nəfər, İslam ordusunun sayı cəmi 313 nəfər olmasına baxmayaraq əshabın imanı və Allahın lütfü sayəsində müsəlmanlar qələbə çaldı, müşriklər isə məğlub oldular.

ÜHÜD MÜHARİBƏSİ

Müsəlmanların Bədr müharibəsində qələbə çalması və müşriklərin öldürülməsi, onların başçılarını çox əsəbiləşdirmişdi. Belə ki, Əbu Süfyan heç kimə ölənlərə yas tutmağa icazə verməmişdi. Digər tərəfdən isə, yəhudilər müsəlmanların qələbəsindən çox nigaran idilər. Buna görə də yəhudilərdən Kəb ibn Əşrəf adlı birisi sürətlə Məkkəyə gəlib camaatı üsyana çağıran şerlər oxuyaraq, müşriklərin ölülərinə ağlaya-ağlaya Qureyşi onların intiqamını almağa təhrik edirdi. Müşriklər Darün-nüdvədə yığıncaq keçirərək bir çox müzakirələrdən sonra, gələn müharibənin büdcəsi olan əlli min dinar qızılı təsdiq və təmin etdilər. Sonra da müharibə üçün könüllü döyüşçü yığmağa və Məkkə ətrafındakı qəbilələrdən kömək almağa başladılar.

Üç min nəfərdən ibarət olan müşrik ordusu Mədinəyə tərəf yola düşdü.

O günə kimi müsəlman olduğunu gizlədən Abbas ibn Əbdülmüttəlib peyğəmbərimizin köməyinə gəlmişdi. O, Mədinəyə tərəf sürətlə hərəkət edən bir nəfərə verdiyi məktubda vəziyyəti Həzrət Peyğəmbərə (s) bildirdi.

Əbu Süfyanın komandanlığı altında hərbi təchizatla hərəkət edən müşriklər ordusu Ühüd dağları yaxınlığında çadır qurdu. Onların piyada əsgərlərinin sərkərdəsi Xalid ibn Vəlid idi. Peyğəmbər (s) vəziyyətdən xəbər tutan kimi əshabı ilə məsləhətləşib əksəriyyətin təsdiqi ilə qüvvələrini Mədinədən xaricə çıxarmağı qərara aldı.

Həzrət Peyğəmbər (s) 1000 nəfər könüllü əsgərdən ibarət islam ordusu ilə hicri 3-cü ilin Şəvval ayının yeddisində, sübh namazından sonra Ühüdə sarı yola düşdü. İslam ordusu düşmənin düşərgəsi yaxınlığında çadır qurdu.

Peyğəmbər (s) Abdulla ibn Cubeyri əlli ox atan ilə birlikdə Ühüd keçidinə göndərdi ki, mühüm əhəmiyyətə malik olan həmin keçidi qorusunlar. Onlara nə olursa olsun, (qələbə yaxud məğlubiyyət) oranı tərk etməyə haqları olmadığını söylədi.

Nəhayət tövhid və şirk orduları qarşı-qarşıya gəldilər və ilk toqquşma Qureyş əsgərlərindən olan Əbu Əmir tərəfindən başlandı.

Əvvəlcə qüdrətli İslam ordusu tam cəsarət və imanla döyüşüb küfr ordusunu dağıtdı, ancaq birdən-birə müharibənin şəkli dəyişdi.

Peyğəmbərimizin (s) həmin keçidi qorumaq üçün göndərdiyi əsgərlər müharibənin qurtardığını güman etdiklərinə görə qənimət yığmaq üçün oranı tərk etdilər və mühüm əhəmiyyətə malik olan həmin keçid müdafiəsiz qaldı.

Düşmənin piyada hissələrinin sərkərdəsi Xalid ibn Vəlid bu fürsətdən istifadə edərək qüvvələri ilə birlikdə dağın arxa tərəfinə keçərək qənimət yığmaqla məşğul olan müsəlmanlara hücum edərək onların çoxlarını öldürdülər.

Müsəlmanlar yetmiş şəhid verərək müharibə meydanından geri çəkilməyə məcbur oldular. Müharibədə müşriklər qələbə çaldılar. Ancaq Allahın Peyğəmbəri Həzrət Əlinin (ə) fədakarlıqları nəticəsində əsgərləri təzədən toplayıb düşməni təqib edərək onlardan bir qismini öldürməklə, müşriklərin yenidən Mədinəyə basqın etməsinin qarşısını aldı.

XƏNDƏK (ƏHZAB) MÜHARİBƏSİ

Mədinə yəhudiləri xəyanət və düşmənlə əməkdaşlıq etdiklərinə görə bu şəhərdən sürgün olunmalarına baxmayaraq yenə də xəyanətdən əl çəkməmişdilər. Onların başçıları Məkkəyə gedib Qureyşi müsəlmanlarla müharibə etməyə təşviq etmiş və beləliklə də onlara kömək edəcəklərinə söz vermişdilər. Nəhayət, yəhudilərin təhriki nəticəsində ayrı-ayrı qruplardan ibarət islam düşmənlərindən bir cəbhə yarandı. Buna görə də bu müharibəyə Əhzab (qruplar) müharibəsi deyilir.

Müşriklərdən, müstəkbirlərdən, yəhudilərdən, münafiqlərdən və Mədinədən qaçanlardan ibarət bu qüvvələrin hamısı islam əleyhinə bir birlik yaratmışdılar.

Onlar tezliklə islamı aradan apara biləcəklərini güman edirdilər.

On min nəfərdən ibarət olan müşriklər ordusu Hicri 4-cü ilin Şəvval ayında Əbu Süfyanın komandanlığı altında Mədinəyə tərəf yürüşə başladı.

Xuzaə qəbiləsindən bir neçə atlı sürətlə özlərini Mədinəyə çatdırıb vəziyyəti Peyğəmbərə (s) bildirdikdə, Allahın Peyğəmbəri (s) müharibəyə hazırlıq əmrini verərək hərbi sərkərdələrin fikrini öyrəndi, uzun sürən müzakirədən sonra Salmanın fikri qəbul edildi. Mədinənin ətrafında xəndək qazıldı, müsəlmanlar isə xəndəyin arxasında keşik çəkdilər.

Üç min fədakar müsəlman gecə-gündüz çalışaraq 12000 metr uzunluğu, 5 metr dərinliyi və təqribən 6 metr eni olan xəndəklər qazdılar. Xəndək boyunca keçid üçün yol-körpü salıb, oralara növbətçi qoydular. Xəndəyin arxasında müxtəlif səngərlər düzəldərək şəhəri müdafiə etmək üçün orada ox atanları yerləşdirdilər.

Müşriklərin ordusu Mədinəyə çatanda qarşılarında keçilməsi mümkün olmayan bir xəndəyin olduğunu gördülər. Buna görə də xəndəyin arxasında çadır qurmağa məcbur oldular.

Əbu Süfyan ordunun əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün Bəni Nəzir yəhudilərinin başçısı Həyy ibn Əxtəbi çağırtdırıb əmr etdi ki, Bəni Qüreyzə yəhudilərinin başçısı Kəəb ibn Əsəd ilə görüşərək onlara itaət edənlərlə birlikdə Mədinədə üsyan qaldırsınlar. Bu cür olarsa müşriklərin həmləsi üçün də yol açılacaqdı. Həyy ibn Əxtəb Əbu Süfyanın əmrini yerinə yetirdi. Lakin Peyğəmbər (s) öz uzaqgörənliyi ilə işin bu cür baş verəcəyini anlamışdı və beş yüz döyüşçünü şəhərin içindən gözlənilən hər hansı bir təhlükəyə qarşı hazır vəziyyətdə saxlayırdı. Beləliklə də, düşmənin bu hiyləsi də boşa çıxdı.

Bu vəziyyəti görən müşriklərin əsgərləri gecə-gündüz xəndəyin arxasında gözləmək məcburiyyətində qaldılar.

Bir gün müşrik döyüşçülərindən beş nəfər Əmr ibn Əbdüvədin başçılığı ilə xəndəyin eni gödək olan bir yerindən keçməyə müvəffəq oldular.

Əmr bağıraraq deyirdi: «Ey öldürüldükdən sonra cənnətə gedəcəklərini iddia edənlər, haradasınız? Gəlin, sizi oraya göndərək».

Əmr ərəblərin ən qüvvətli qəhrəmanlarından biri idi. Həzrət Əlidən (ə) başqa heç kəs Əmrin cavabını verməyə cürət etmədi. Peyğəmbər (s) Əlini (ə) dua edərək döyüşə yola saldı. Vəziyyət çox ağır idi. Hətta peyğəmbər belə dedi: «Bütün küfrlə bütün iman qarşılaşmışdır».

Döyüş əsnasında Əli (ə) ildırım kimi onun üstünə şığıyaraq bir zərbə ilə onu yerə sərib ucadan "Allahu Əkbər" dedi.

Əmrin yanında olanlardan biri qaçanda xəndəyin içinə düşdü, amma Əli (ə) ona da aman verməyib öldürdü. On nəfər isə qaçıb canını qurtara bildi.

Əlinin (ə) qüdrəti və cürəti islam əsgərləri üçün meydana böyük bir zəfər gətirmişdi. Belə ki, Peyğəmbər (s) buyurdu: “Əlinin zərbəsi insanların və cinlərin Qiyamət gününədək etdiyi ibadətdən üstündür.”

Səhərsi gün Xalid ibn Vəlid məğlubiyyətin əvəzini çıxmaq üçün atlı dəstələrlə birlikdə xəndəyi keçmək istədi. Ancaq islam əsgərləri onların da qarşısını aldılar. Bu vəziyyət düşmənin əhval-ruhiyyəsini tamam pozmuşdu. Peyğəmbər (s) Nəim ibn Məsudun vasitəsilə müşriklərlə Bəni Qüreyzə yəhudiləri arasında ikitirəlik yarada bildi. Məhz ondan sonra bu iki qəbilə arasındakı müqavilə pozuldu.

Bundan əlavə, Xüzeyfə adlı bir nəfəri də gecə çağı düşmən əsgərlərini ruhi cəhətdən zəiflətməkdən ötrü məmur etmişdi. O, müşriklərə havanın soyuqluğu və təhlükəli tufandan danışmış, axırda əsgərlərlə sərkərdələr arasında fikir ayrılığı meydana gəlmişdi.

Nəhayət Əbu Süfyan qüvvələrini toplayıb Məkkəyə qayıtmaq məcburiyyətində qaldı. Bunun üçün isə gecənin qaranlığından istifadə etdi.

Sübh tezdən, müsəlmanlar namaz qılmaq üçün qalxdıqları zaman düşmənlərdən bir izin belə qalmadığını gördülər.

Peyğəmbər (s) düşmənin qaçdığını öyrəndikdən sonra əshabına hərbi mövqelərini buraxıb şəhərə qayıtmalarını əmr etdi.

BƏNİ QÜREYZƏNİN AQİBƏTİ

Xəndək müharibəsindən sonra Peyğəmbər (s) Bəni Qüreyzə qalasına tərəf hərəkət etdi. İyirmi beş gün davam edən mühasirədən sonra onları təslim olmağa məcbur edib, Həzrət Əlinin (ə) köməyi sayəsində tərkisilah etdirdi.

Bəni Qüreyzə məğlub olduqdan sonra Peyğəmbərdən (s) Mədinədən getmək üçün icazə istədilər. Lakin, Peyğəmbər (s) onların bu istəyini qəbul etmədi, çünki, onların fürsət tapdıqda yeni bir müharibə planı hazırlayacaqlarını qabaqcadan çox gözəl bilirdi. Eyni şəkildə Bəni Qəynüqə yəhudiləri də fürsət tapandan sonra Ühüd müharibəsi və Bəni Nəzir yəhudiləri də Xəndək müharibəsinə girişmişdilər.

Nəhayət onlar müharibə əsnasında düşmənlə əməkdaşlıq və xəyanət etdiklərinə görə Səd ibn Übadənin hökmünə təslim oldular. Həmin hökmə əsasən kişilər öldürülməli, var-dövlətləri isə müsadirə olunmalı idi.

HÜDEYBİYYƏ SÜLHÜ

Müsəlmanların müharibələrdə qələbə çalması, düşmənlərin, xüsusilə Bəni Müstələq qəbiləsinin məğlubiyyətə uğraması və Həzrət Peyğəmbərə (s) iman gətirmələri Qureyşi bərk qorxutmuşdu. Həzrət Peyğəmbər (s) hicri 7-ci ilin Zilqədə ayında müsəlmanlardan ibarət min dörd yüz nəfərlə Kəbəni ziyarət etmək məqsədi ilə Mədinədən Məkkəyə yola düşdü. Zül-hüləyfə adlı bir yerdə ehram bağladılar. Bu səfərin mənəvi və ibadi nöqteyi-nəzərindən əlavə, əhəmiyyətli dəyəri var idi. Bu vəziyyət müsəlmanların Ərəbistan yarımadasında mövqelərinin yaxşılaşması demək idi.

Qureyşlər Peyğəmbərin (s) hərəkətindən xəbərdar olduqları vaxt Məkkəyə girməklərinə əngəl olacaqlarına dair bütlərə and içərək Xalid ibn Vəlidi iki yüz atlı ilə birlikdə onların qabağını almaq üçün müsəlmanların üstünə göndərdilər.

Peyğəmbər (s) toqquşma baş verməsin deyə, kəsə yoldan gedərək Hüdeybiyyə ərazisinə çatdı. Peyğəmbər (s) əvvəlcə bir neçə elçi göndərdi ki, Qureyşə onlarla müharibə etmək fikrində olmadıqlarını və müsəlmanların məqsədinin ancaq həcc mərasimini yerinə yetirmək olduğunu bildirsinlər. Lakin onlar Peyğəmbərin (s) göndərdiyi qasidlər (xəbər gətirənlər) ilə yaxşı rəftar etmədilər. Onların rəftar və hərəkətlərindən fikirlərinin yalnız müharibə etmək olması aydınlaşdı.

Həzrət Peyğəmbər (s) bir ağacın altında əshabından yenidən beyət aldı. Onların hamısı Peyğəmbərə (s) söz verdilər ki, son nəfəslərinə kimi öz hədəflərinə bağlı qalacaqlar. Qureyşlər əhvalatı öyrənəndən sonra qorxub Süheyl adlı bir nəfəri Peyğəmbərlə (s) sülh müqaviləsi imzalamaqdan ötrü Həzrət Muhəmmədin (s) yanına göndərdilər.

Onların istəyi bu idi ki, müsəlmanlar bu il Məkkəyə daxil olmaqdan vaz keçərək geri qayıtmalı, gələn il isə silahsız gəlməlidirlər. Qureyş isə müsəlmanların dini mərasimlərinə şərait yaradaraq, onların mal və canlarını qoruyacaqlar.

Müsəlmanlardan bəziləri isə Məkkənin fəthinə zəmin yaradan bu müqavilənin parlaq gələcəyini hələ anlaya bilməmişdilər. Lakin bütün bunlara baxmayaraq Qureyş beş maddədən ibarət sülh müqaviləsini imzaladı. Dediyimiz kimi, müsəlmanlardan bəzisi narahat olub Peyğəmbərə (s) etiraz etdilər. Müqavilənin maddələrindən biri bu idi: "Əgər Məkkə müsəlmanlarından biri Mədinəyə pənah gətirərsə, Qureyşə geri qaytarılacaq". Onlar belə güman edirdilər ki, bu iş müsəlmanlar üçün zillət və alçaqlıq gətirəcəkdir.

Peyğəmbər (s) bu barədə çıxış edərək onların cavabını verdi.

İmam Sadiq (ə) bu sülh müqaviləsinin dəyəri haqda belə buyurub: "Həzrət Peyğəmbərin (s) həyatında heç bir hadisə Hüdeybiyyə müqaviləsindən xeyirli olmayıb."

XEYBƏR MÜHARİBƏSİ

Hicri 7-ci ilin Rəbbiyul-əvvəl ayında Həzrət Peyğəmbər (s) min altı yüz islam əsgəri ilə birlikdə Mədinədən Xeybər qalasına doğru hərəkət etdi. Həmin qalada yəhudilər məskunlaşmışdı. Düşməni qəfildən məğlub etmək üçün sürətlə Qətfan torpaqları ilə Xeybər arasında olan Rasi adlı bir yerə istiqamət aldı. Məqsəd bu idi ki, aralarında hərbi ittifaq olan Qətfan ərəbləri ilə Xeybər yəhudilərini bir-birindən ayıraraq onların yardım yollarını kəsmək.

Xeybər qalası hələ gecə ikən müsəlmanlar tərəfindən mühasirəyə alındı. İslam döyüşçüləri xurmalıqlar arasında münasib bir yer seçərək, Xeybər və düşmən əsgərlərinin vəziyyətini öyrənib vuruşmağa başladılar. Cəsarətlə canlarından keçərək qalalaları bir-bir ələ keçirdilər. Sadəcə yəhudilərin müdafiə etdikləri iki əhəmiyyətli qala qalmışdı ki, onlar yuxarıdan müsəlmanları ox yağışına tutdular.

Peyğəmbərin (s) əmri ilə islam ordusu üç gün ardı-arası kəsilmədən Əbu Bəkr, Ömər və Səd ibn Übadənin başçılığı altında ayrı-ayrı qalalara basqın etsələr də, məğlubiyyətə uğradılar. Bunu görən Həzrət Peyğəmb