Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İLAHİ PEYĞƏMBƏRLƏRİN HƏYATI 1
Adəm(ə)

YARANI Ş IN BA Ş LANMASI

Uzun illər, əsrlər keçib, amma təkcə Allah bilir ki, bu hədsiz-hüdudsuz dünya neçə min illər arxada qoyub, elə bir vaxt olub ki, Allahdan başqa heç bir varlıq olmayıb. Sonra Allahın əzəli istəyi tək varlıq, ya varlıqlar yaratmağa olub, ona görə də asimanları, yeri və başqa planetləri bu sonsuz fəzada yaratdı. Görəsən, ilk məxluq nə olub? Görəsən, bu göylərin, yerin, başqa canlı və cansız varlıqların ömründən nə qədər keçir? Yer nədir, hansı qayda ilə yaranıb, ibtidai canlı varlıq necə yaranıb? Biz bilirik ki, yəqinən düz fikir bu suallar haqqında tapılmayıb və insan ömründən əsrlər belə keçsə həqiqi cavab tapılmayacaq, bəlkə də biz bəşəriyyət öz acizliyimizi etiraf edəcəyik.

Con Feqr deyir:

-”Maddənin kəşf olunması səmərəli təhqiq və tədqiqatdan xaric bir məsələdir. Gərək maddənin mövcudluğunu fərz etdikdən sonra varlığın yaranış keyfiyyəti haqqında düşünülsün.”

Başqası isə belə deyir:

-”Həyatın tapılması fizika elminin ən maraqlı mövzularından biridir. Uzun təhqiqatlara baxmayaraq bu məsələ hələ də həll olmamışdır. Necə ki, Nyuyork elmlər akademiyasının müəllimi Karisi Morison deyir ki, həyatın sirlər dolu yaranışı zərif bir məsələyə bağlıdır, amma biz o məsələnin dərk olunmasından acizik. Heç bir əsasın olmaması alimləri sükut etməyə məcbur edib. Yaranış qəribə olduğundan adi düşüncələr onun əslinə vara bilmir, hətta biologiya elmində ən dərin düşünən alimlər belə onun keyfiyyətinə heyran qalıblar. Mümkündür bir alim onun mö’cüzə və insan qüdrətindən xaric olmasına yetişə bilməsin, amma eyni halda özü və başqalarının təcrübəsi nəticəsində bütün dünyanın tək, çox kiçik molekuldan nəş’ət tapmasını, onun tədrici böyüməsini açıq-aşkar görsün. Bu tək molekula elə bir qüdrət verilmişdir ki, çox böyük sür’ətlə artmağa və bütün yer üzünü minlərlə canlı varlıqla doldurmağa məşğuldur.”

Bu dəyişiklərin ardınca göylərin, yerin və başqa varlıqların yaranışından sonra Allah taala onların ən üstününü, ən şərəflisini, yə’ni insanı yaradaraq onu özünə yer üzündə xəlifə və canişin seçdi.

Buna görə də mələklərə dedi: -“Mən yer üzündə özümə canişin seçmişəm”. Mələklər ərz etdilər: -“Yer üzündə elə bir şəxsi seçmisən ki, ziyankarlıq, pis işlərlə məşğul olub qanlar töksün. Biz sənə paklıqla sitayiş edir və müqəddəs sanırıq.” Allah taala cavabında dedi: -“Mən bilən şeyləri siz bilmirsiniz!” (Bəqərə” surəsi, ayə 30)

M Ə L Ə KL Ə R İ N E T İ RAZININ S Ə B Ə B İ

İndi görək mələklər niyə görə bu sözü dedilər. Yə’ni nə əsasla insanın keçmişinə bu pis işləri, fəsadı və qan tökmələri nisbət verdilər.

Qısa desək, bu sual idi, yoxsa e’tiraz? Bu barədə fikir ayrılığı ilə bərabər imamlarımızın (ə) rəvayətlərində də müxtəlif səbəblər qeyd olunmuşdur. Bütün bunlardan belə nəzərə çarpır ki, bu söz, e’tiraz, Allahın işində tərəddüd, insanların eyblərini axtarma və bu kimi xüsusiyyətlərdən ola bilməz, çünki mələklər Allahın ən istəkli bəndələri olmaqla bərabər onların zehinlərindən günahın fikri belə keçmir. Bəlkə məqsədləri bu xilqətin həqiqətini bilmək və onun hikmətindən xəbərdar olmaq idi. Sadəcə olaraq e’tiraz etmək əvəzinə onun səbəbini bilmək istəyirdilər. Lakin belə bir sual qarşıya çıxır: Niyə görə yaranışın həqiqət və səbəbini bilmək üçün bu cür soruşdular: -“İstəyirsən yer üzündə elə bir şəxsi seçəsən ki, pis işlərlə məşğul olub, qan töksün?” İnsan nəslinin yer üzündə fəsad və qan tökməklə məşğul olmasını haradan bilirdilər? Bu suala neçə dəlil və səbəb qeyd olunmuşdur:

1. Çünki Allah taala onlara əvvəlcədən xəbər verdi: “Mən yer üzündə xəlifə, canişin seçmişəm” Mələklər insanın yer əhli, maddi olub qəzəb və şəhvətdən mürəkkəbləşmiş, dünyanın da ziddiyyət, məhdudiyyət və narahatlıq dünyası olduğunu bilərək, həyatın davamı bu varlıqlar arasında və belə mühitdə istər-istəməz fəsad və qan tökməklə qurtarmasını zənn etdilər.

2. Adəmin yaranışından öncə dünyaya insanlar, ya cinlərin bir nəsli gəlib yer üzündə fitnə-fəsad, müharibə və qan tökməklə məşğul olub, nəticədə isə ya özləri həlak olublar, ya da mələklər onları həlak etməyə Allah tərəfindən əmr olunublar.

Hətta bə’ziləri şeytanın da onlardan olmasını, həlak olduqdan sonra mələklərin onu göylərə aparmasını və öz aralarında ona yer verməsini zənn edirlər. Belə mə’lum olur ki, mələklər insanın keçmişindən xəbərdar olduqları üçün, Allahdan bu tərzdə sual etdilər. Onun dərgahına e’tiraz surətində müraciət etdilər ki, bu səbəbin təsdiqi üçün bizdə kifayət qədər şahid və rəvayət vardır.

3. Allah taala öz istəyini onlara aşkar edəndə onlara dedi: “Mən özümə yer üzündə canişin seçmişəm.” Mələklər soruşdular: -“Bu canişin kimdir və onların rəftarı necədir.” Allah taala izahat verəndə onun yer üzündə fitnə-fəsad, qan tökməklə məşğul olmağından onları agah etdi. Bu vaxtı mələklər dedilər:

-”Yer üzündə elə bir şəxsi seçmisən ki, fitnə-fəsad törətsin.”

4. Mümkündür heç bir keçmişi nəzərə almadan bu sözü deyiblər, bəlkə də özlərini xəlifəlik haqqı olduğunu bildirmək istəyiblər. Yə’ni bu şöhrəti özlərinə layiq biliblər, ona görə də onun arxasınca dedilər:

-”Biz Səni həmişə təsbih edib, hamılıqla sitayiş edirik.”

Hər halda onlar Allaha e’tiraz etmək istəmirdilər, bəlkə eşq və məhəbbət üzündən bütün ona qarşı olan itaətsizliyin, üsyanın, Allah qarşısında müxalifət bayrağı tutan, fitnə-fəsad törədən və əmrdən boyun qaçıran bir şəxsin yaranmasını istəmirdilər. Bəlkə bu sözlərinin mə’nası bu olsun ki, biz nə qədər istəsən sənə təsbih, həmd, sitayiş edəcəyik, artıq yer üzündə buna görə fitnə-fəsad törədən, qan tökən bir mövcudun yaranmasına ehtiyac olmasın. Amma bu itaətsizliyin məhz onların özlərindən olan Əzazil (sonralar İblis adı ilə şöhrətlənən) adlı bir fərdin təkəbbürlüyü nəticəsində baş verməsindən xəbərdar deyildilər. Buna görə də bir çox alimlər və təfsirçilər Allahın bu cavabını -”Mən bilən şeyləri siz bilmirsiniz” İblisin gələcəkdə etdiyi təkəbbürlüyünə işarə kimi yozurlar, yə’ni siz mələklər sizinlə yaşayan, sizinlə bərabər təsbih, həmd, ibadət edən İblis təki şəxsin qəlbindən agah deyilsiniz və onun mütəkəbbir, özünüsevən, xudbin olduğunu bilmirsiniz. Bu pis sifətlər səbəbindən mən onu öz dərgahımdan qovdum.

ALLAHIN M Ə L Ə KL Ə R Ə CAVABI

Bununla belə Allah onların cavabında dedi: -“Mən bilən şeyləri siz bilmirsniz”. Yə’ni siz bu xilqət və yaranışdan xəbərsizsiniz. Bu ayədə Allahın cavabından iki mə’na istifadə olunur:

1. Allah taala onlara demək istəyir ki, necə ki, siz insanların qan töküb fitnə-fəsad törətməsini bilirsiniz, eləcə də onların xalis, ləyaqətli, təqvalı çox böyük və əzəmətli alim bəndələrin olacağından xəbərsizsiniz, hətta sizin ən ali şəxsiniz olan Cəbrail belə onun məqamına yetişə bilmir və “Əgər bir barmaq başı qədər yaxınlaşsaydım yanardım” -deyərək səsləyir. Bütün bunlara baxmayaraq bu varlığın (insanın) yaranışında olan xeyir-ziyanından qat-qat çoxdur və bu xeyirlər ziyanları aradan aparır.

2. Mələklər özləri Allahın xəlifəlik məqamına yetişmək və yer üzündə məskən salmaq istəyirdilər, amma Allah qapalı surətdə onlara cavab verdi ki, siz öz xeyrinizi bilmirsiniz. Mən sizdən daha yaxşı bilirəm və kimin göydə, kiminsə yerdə məskən salmasını mən tə’yin edirəm. Necə ki, yuxarıda qeyd olundu, Allah onlara bu cümləni yetirmək istəyirdi ki, bu zahiri həmd, təsbih və ibadətlərinizə öyünməyin, vaxt gələr (imtahan vaxtı) hətta sizin ən çox ibadət edəniniz ki, siz onun moizələrindən istifadə edirdiniz, belə mənim fərmanımdan boyun qaçırıb, təkəbbürlük nəticəsində mənə qarşı itaətsizlik bayrağı qaldıra bilər. Əgər şəhvət və qəzəb qüvvəsini sizdə yaratsaydım, onda günaha düşməməyin, təqvanın çətinliyini başa düşüb özünüzdə bu sifətlərin nə qədər az olduğunu bilərdiniz. Bir sözlə siz mənim işlərimin sirrinə vaqif ola bilmərsiniz.

Bunlar bir sıra qeyd olunmuş fikirlər idi, amma həqiqət hələ də bizə namə’lum olaraq qalır. Hər halda mələklər belə e’tiraz və sualın yeri olmadığının, bəlkə də özləri tərəfdən səhvin baş verdiyini başa düşdülər və öz səhvlərini düzəltmək üçün (bə‘zi rəvayətlərə görə) illərlə tövbə və istiğfar etdilər. İlk növbədə dilləri üzr istəməklə açıldı. Allahı tənzih (hər pislikdən pak bilmək) edərək dedilər: -”Pərvərdigara, sən hər pislikdən paksan və sən öyrətdiyin şeydən başqa bir şeyə elmimiz yoxdur. Həqiqətən sən alim və həkimsən.” (“Bəqərə” surəsi, ayə 32). (Ayənin izahı aşağıda gələcəkdir).

AD Ə M İ N YARANI Ş I V Ə Ş EYTANIN İ TA Ə TD Ə N BOYUN QA Ç IRMASI

Allah və mələklər arasında olan bu müxtəsər söhbətdən sonra Allah taala Adəmi, bəşəriyyətin atasını və insan növünün yaranışını başladı. Necə ki, bu məsələ Qur’anda açıq-aşkar qeyd olunmuşdur, insanı gildən yaratdı, sonra öz ruhundan ona üfürdü, onun ardınca mələklərə ona səcdə etməyi əmr etdi və onlar da İblisdən başqa hamılıqla səcdə edərək Allahın fərmanına öz tabeliklərini bildirdilər. Təkcə şeytan, Adəmə qarşı olan həsəd və təkəbbürün nəticəsində, Allahın əmrindən boyun qaçıraraq Qiyamət gününə qədər Allah dərgahından qovuldu.

Allah bu itaətsizliyin səbəbini soruşaraq buyurdu: -”Sənin səcdə etməyinə nə mane oldu?” O, cavab verərək dedi: -“Mən ondan üstünəm, çünki Sən məni alovdan, onu isə gildən yaratdın.” (“Ə’raf” surəsi, ayə 12).

Bu sözlə öz batinində məskən salan pis xasiyyətlərdən pərdə götürdü.

Bəli, pis xasiyyətlər insanın bədbəxtliyində o qədər tə’sirlidir ki, bir an təzahür və riya, hətta bir neçə saniyə olsa belə, insan mə’nəviyyatını, ömürlük səadət və xoşbəxtliyini uzun illər, bəlkə əsrlər boyu çətinliklə əldə etdiyi yaxşılıqları aradan götürüb aparır. Əli (ə) “Qasiə” xütbəsində bu barədə buyurub:

-”Allah taalanın İblislə rəftarından, onun uzun illər boyu etdiyi əməllərin, bu yolda çəkdiyi zəhmətlərin (həqiqətən şeytan Allaha altı min il ibadət etmişdir və bu illərin dünya və ya axirət illərindən olmağı dəqiq mə‘lum deyil) bir saatlıq təkkəbbürlüklə aradan getməsindən ibrət alın!”

Bəli, əmrdən boyun qaçırmaq və Adəmin məqamına həsəd aparmaq onu Allahın feyzlə dolu dərgahından məhrum etdi. Daimi olaraq Allahın rəhmətindən uzaqlaşdı və haqqında bu əmr verildi:

-”Çıx ordan (behiştdən)! Doğrudan da sən qovulmuşsan. Və Qiyamət gününə qədər mənim lə’nətim olsun sənə.” (“Sad” surəsi, ayə 77 və 78).

Şeytan birdən Allaha yaxınlaşmaq yolunda çəkdiyi əziyyət və etdiyi ibadətlərin heç olmasını başa düşdü. Ümidi kəsildiyi halda dedi: “Pərvərdigara, indi ki, belə oldu Qiyamət gününə kimi mənə fürsət ver.” (“Sad” surəsi, ayə 79). Allah taala onun istəyinin bir hissəsini qəbul edərək buyurdu: -“Sənə o müəyyən günə (Qiyamət günü) qədər fürsət verirəm.” (“Sad” surəsi, ayə 80).

Bütün bu bədbəxtçiliyin və zəlalətin əsasını Adəmdə və ona səcdə etməməkdə görürdü, ona görə də ona və onun nəslinə qarşı düşmənçiliyə daimi olaraq öz qəlbində yer verdi, hətta onu qəlbində saxlaya bilməyib tezliklə aşkar etdi. Elə ki, Allah taala onun istəyini qəbul etdi, qəlbində olan pərdəni götürdü. Bundan əlavə Allahı bu işdə təqsirləndirərək dedi: -”İndi ki, məni yolumdan etdin, mən də onların (yollarından azdırmaq üçün) irəlidən, arxadan, soldan, sağdan (hər bir mümkün cəhətdən) yollarına çıxacağam və sən onların çoxlarını şirk edən (Sənə şərik qoşan) görəcəksən. Bu istəyi yaşatmaq üçün hər vasitədən istifadə edəcəyəm, bütün cinayət və pis işləri onların gözündə yaxşı cilvələndirəcəyəm və və’dələrlə onları arzularında ümidvar edəcəyəm, o dərəcəyə qədər ki, Allahın xilqətini dəyişdirməyə məcbur olsunlar.

Ancaq Allahın ixlaslı bəndələri bu fitnədən amandadırlar. Mən onlara yol tapa bilmirəm, amma ondan qalanını azdıracağam və pis yola çəkəcəyəm. Allah taala da Adəm və onun övladlarının şeytanın vəsvəsələrinə düçar olmamaqdan ötrü onlara dəfələrlə xatırladır ki, şeytan sizin açıq-aşkar düşməninizdir, özünüzü gözləyin, sizi də haqq yolundan azdırmasın, necə ki, özü bədbəxt olmuşdur, sizin də bədbəxtçiliyinizə səbəb olmasın. Bunu da bilin ki, şeytanın və’dələri yalan, pis və münkər (Allah tərəfində rədd olunmuş) işlərdən başqa bir şey deyildir. Bu məsələni eyni məzmunla bir neçə yerdə təkrar edibdir.

Həmçinin Allah o biri aləmdə öz peyğəmbərlərindən əhdnamə alaraq onların şeytana itaət etməməklərini, düz yolda həmişəlik qalmaqlarını və açıq-aşkar düşmən olan şeytanın bir an olaraq yaddan çıxartmamağını tövsiyə etdi. Bu əhdnaməni İslam Peyğəmbəri Həzrət Məhəmməd (s)-ə vəhy etdi və xatırladaraq belə buyurdu: “Ey Adəmin övladları, məgər sizə tapşırmadım ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir”(“Yasin” surəsi, ayə 60). Başqa bir tərəfdən şeytanı və onun tabeçilərini Duzəx və Qiyamət gününün ağır əzabları ilə qorxudaraq buyurdu: -“Bil, həqiqətən cəhənnəmi sən və sənin tabeçilərinlə dolduracağam... səndən tabeçilik edən azğınların və’dəgahı duzəx olacaqdır... Hamı bilməlidir ki, şeytanın hizbi (cəmiyyəti) ziyanverici insanlardır.” (“Sad” surəsi, ayə 85. “İsra” surəsi, ayə 63. “MЇ№adilə” surəsi, ayə 19).

Ə SMANIN ( ALLAHIN ADLARININ ) T Ə L İ M İ

Allah taaladan mələklərin, insanın yaranışı haqda sual-cavabı, ondan sonra Adəmin yaranışı, mələklərin ona səcdə etməsi, şeytanın bu əmrdən boyun qaçırması və sair başqa-başqa mövzulardan sonra yetişdik o yerə ki, insanın yaranışı hikmət və Allah özü bilən məsləhət üzündəndir və Allah taala öz elm nurundan onun qəlbinə salmağı iradə etdi, bu səbəbdən də əsmanı (adlar, ya rəmzlər və həqiqətləri) ona öyrətdi. Göylərin, yerlərin, hətta mələklərin belə onun əzəmətinə dözə bilmədiyi əmanəti (əsmanı) ona tapşırdı. Bununla belə, onların yaranışın sirrindən etdikləri suala başqa bir izahlı cavab olmasını başa düşdülər və bu məxluqun bu qədər əzəmətli olmasını dərk etdilər.

İndi görək Allahın öyrətdiyi əsma nədir? Allahın müəyyən adlarıdır, yoxsa bütün adları (hər mövcuddan, hər şeydən, hər dildən Qiyamətə qədər olan). Bundan əlavə görək bu adları ancaq öyrənmək bu qədər əzəmət və ucalmağa səbəbdir, yoxsa adların özlərini öyrənmək məqsəd deyil, əksinə onların mə’nalarını, sirlərini, xüsusiyyətlərini də öyrənmək lazımdır. Çünki adın özünün bilinməsi o qədər də əzəmətə və böyük fəzilətə səbəb deyil. Ya əsmadan məqsəd, Adəm övladlarının Qiyamət gününə qədər ehtiyacı olduğu şeylərdir (geyməli, içməli, yeməli, danışmalı və sair bu kimi şeylər) və ya bir növ həyata, dərkə, şüura, ağıla malik olan varlıqlardır (yəni adlandırılmışlar) ki, Allah qeyb pərdəsi arxasında gizlidir və Allah onların olmasını Adəmə bildirərək həqiqətlərini əyan etdi? Bu barədə fikirlər müxtəlifdir. Hər halda Allah elm və onun sirrlərinə agahlıq məqamını, iftixarını insana nəsib etdi. Onun iste‘dad və əzəmətini izhar etdi. Sonra adların sirrlərini və ya hicabda olan o pak və müqəddəs adları (adlandırılmışları) mələklərə göstərərək dedi: -“Əgər düz deyirsiniz məni bunların əsmasından xəbərdar edin.” (“Bəqərə” surəsi, ayə 31-32) Onlar cavabda aciz olduqarını bildirərək, qabaqkı e‘tirazlarına görə üzr istəmək üçün yeni bir fürsət əldə edərək dedilər: -“İlahi sən paksan, biz sən öyrətdiyindən başqa bir şey bilmirik. Və sən həqiqətən alim və həkimsən.” Allah taala da onları öz işlərinin hədəflərindən birinə agah etmək, insan yaranışının hikmətlərindən birini izhar etmək və xəlifəlik məqamını insana verilmə səbəbini bildirmək üçün buyurdu: -“Məgər Mən sizə göylərin və yerin qeybindən, (gizli olan şeylərindən) və hər bir şeydən ki, aşkar edirsiniz, ya gizlədirsiniz agah olduğumu demədimmi?!” (“Bəqərə” surəsi, ayə 41)

H Ə VVANIN YARANI Ş I

Beləliklə Adəm, bəşəriyyətin atası yarandı, bütün mələklər ona səcdə etdilər və Allahın böyük məqamı olan xəlifəliyə nail oldu. Amma yaşayışın davamı üçün bir sıra ehtiyacları, qərizələri var idi. Allah bunları hikmət üzündən onun vücudunda xəlq etmişdi və bu qüvvələr insan üçün yeni-yeni ehtiyaclara səbəb oldu. Başqa bir tərəfdən bu əhəmiyyətli xilqətin məqsədi təkcə Adəm deyildi, bəlkə Allah bu növün təqvalı və ixlaslı bəndələrində olan həqiqi qiymətini mələklərə göstərmək üçün onun nəslinin artmasını istədi. Bu istəyin reallaşması üçün həmin növdən olan başqa bir vücuda ehtiyac duyuldu və insan nəsli bu iki vücuddan artdı.

Adəmin təklikdən əziyyət çəkməsindən əlavə onun qəlbinin sakitliyi və canının rahatlığı üçün özünə həmsöhbət istəyirdi. Buna görə də Allah taala Adəmin xilqətindən artıq qalmış gildən Həvvanı yaratdı və onun bədəninə ruh üfürdü. Eyni ilə Adəm kimi onun yaranışını kamilləşdirdi.

Başqa bir yerdə Həvvanın Adəmdən yaradılması nəql olunur, çünki kişilər su və gildən yarandıqları üçün məqsədləri su və gilə yetişməkdir. Amma qadınlar, kişilərdən yarandıqları üçün məqsədləri kişələrə yetişməkdir. (Hər nə qədər mümkündürsə onları kişilərlə münasibətdən çəkindirmək lazımdır.)

Beləliklə Həvva da yarandı. Bununla Əbul-bəşər Adəmin qəlbi rahatlıq və sakitlik taparaq tənhalıq vəhşətindən xilas oldu. Amma yenə də yeməyə, içməyə, geyimə və məskənə ehtiyaclı olaraq qalırdılar. Buna görə də müxtəlif ne’mətlərdən bəhrələnməyi və behiştdə məskən salmağı onlara icazə verərək belə xitab etdi:

-“Ey Adəm, öz həyat yoldaşınla behiştdə məskən salın və istədiyiniz ne’mətlərdən firavanlıqla yeyin, amma bu bir ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız.” “Bəqərə” surəsi, ayə 35.

Bundan əlavə İblisin düşmənçiliyini yenə də onlara xatırlatdı və elə bir iş görməyin ki, behiştdən çıxardılasınız...

AD Ə M İ L Ə H Ə VVA BEH İŞ TD Ə

Adəm ilə Həvva Allah taalanın icazəsi ilə behiştdə məskunlaşaraq onun müxtəlif ləzzətli ne’mətlərindən bəhrələndilər. Artıq dünyanın əzab-əziyyəti onları narahat etmir, çünki orada nə yemək, nə isti-soyuq və nə də geyim fikrində idilər. Allah taala onlara buyurmuşdu: -“Behiştdə sənin üçün böyük ne’mət var. O da budur ki, sən nə acıyacaqsan, nə suzuyacaqsan, nə geyimsiz qalacaqsan və nə də günəşin istisi başına döyəcək.” (“Taha” surəsi, ayə 117 və 118).

Şeytan bütün bədbəxtçiliyinin və Allah dərgahından qovulmasının Adəm tərəfindən olmasını bilirdi. İşarə olunduğu kimi, onunla düşmənçiliyi qəlbində özünə yer etmişdi və istəyirdi ki, hər nəyin bahasına olursa olsun onu və övladlarını düz yoldan azdırsın. Hətta insanları özü kimi cəhənnəmlik edəcəyi üçün Allaha and da içmişdir. Belə vəziyyətdə heç cür sakit qala bilmirdi. Başqa tərəfdən də, Adəmi behiştin bütün maddi və mə’nəvi naz-ne’mətləri içində qərq olmuş görürdü və özündə həsrətin, peşmançılığın, qəm-qüssənin qaldığını müşahidə edirdi. Həsəd, təkəbbür kimi xüsusiyyətlər onu rahat buraxmırdı. Ağlından ancaq Adəmi Allahın hədsiz ne’mətlərindən məhrum etmək keçirdi. Allahın lə‘nət olunmuşu dərəcəsinə yetişmək iki səbəbdən xaric deyil; Ya insana qarşı olan təkəbbürlük, özünü ondan üstün bilmək və nəticədə ona səcdə etməyərək neçə min illik ibadətlərini göyə sovurmaq, ya da insanın (xəlifəlik) məqamına etdiyi həsəddən irəli gəlmək idi.

İndi Adəm və Həvvanı behiştdən çıxartmaq üçün nə kimi planlar çəkdi, neçə cür dona girdi, ya bir yolla behiştə daxil oldu və ya xaricdən qəlblərinə vəsvəsə saldı, dəqiq mə’lum deyil. Qur’an və səhih rəvayətlərdə bu barədə mə’lumat yoxdur. Amma qeyri mö’təbər rəvayətlərdə tovuz quşu, ya ilan şəklində behiştə girməsi qeyd olunur. Əgər bu rəvayətləri düzgün fərz etsək, ola bilsin özünə xüsusi yaraşıq verməsi və gözəl libaslar geyməsindən kinayə olsun. Yə’ni, bu cür zahiri gözəlliklə onların yanına gedərək onları aldatdı.

Amma hansı hiylə ilə və hansı sözlərlə Adəm və Həvvanı aldatması təfsilatı ilə Qur’an və rəvayətlərdə gəlmişdir. Belə nəzərə çarpır ki, şeytan insanda zəif nöqtə tapmaq və onu yoldan çıxartmaq istəyirdi. Bu fikir, Adəm və Həvvaya, təkcə Adəmə meyvə ağacı haqqında verdiyi təklifdən başa düşülür və hansı batini qüvvə zəifliyindən istifadə etməsini bilmək olar.

Şeytan öz hədəfinə yetişmək üçün ürəyiyanan, nəsihət verən bir şəxs kimi zahir olaraq dedi: -“İstəyirsən sənə əbədilik ağacını və fənaya uğramayan mülkü göstərim?” (“Taha” surəsi, ayə 120). Ya da onların hər ikisinə xitab edərək dedi: -“Pərvərdigarınız sizi bu ağaca yaxınlaşmağı qadağan etdi, çünki qorxurdu mücərrəd (maddəsiz) mələkə dönərsiz, ya da əbədi həyata yetişərsiniz”.(“Ə`raf”surəsi, ayə 20). Əgər bu ağacdan yesəniz mələkə dönərək həmişəlik behiştdə qalacaqsınız. Hiyləsinin baş tutması üçün sözlərinin ardınca yalandan and içərək dedi: -“Mənim sizə xeyirxahlıq və yaxşılıqdan başqa bir niyyətim yoxdur.”

Bə’zi rəvayətlərdə şeytanın əvvəlcə Adəmin dalınca getməsi, hiyləsinin onda tə’sir qoymamasını gördükdə, Həvvanın sorağına getməsi və onunla birləşərək (onun vasitəsi ilə) Adəmi aldatması qeyd olunur.

Buna görə də rəvayətdə belə nəql olunub: -“Qadınlar şeytanın tələsidir.” Hər vaxt şeytanın əli hər yerdən üzülsə, onların sorağına gedər.

Başqa bir hədisdə nəql olunur ki, Adəm yerə nazil olduqdan sonra cənab Cəbrail (ə) onun yanına gələrək soruşdu:

-”Ey Adəm, Allah səni öz qüdrəti ilə yaratmadımı, öz ruhundan sənə üfürmədimi, mələkləri sənə səcdə etməyə əmr etmədimi? Bəs niyə bu qədər fəzilət və məqamla onun əmrindən çıxdın?”

Adəm cavabında buyurdu:

-”Ey Cəbrail, şeytan mənim xeyrixahlığımı, mənə qarşı ürəyiyanan olduğunu and içdi, mən də inandım, çünki bir kəsin Allaha yalandan and içməsinə inana bilmirdim.”

Rəvayət olunub ki, İslam Peyğəmbəri (s) me’rac gecəsi Musa ilə Adəmin mübahisəninin şahidi olmuşdur. Musa ona deyir:

-”Ey Adəm, sən deyildin ki, Allah səni öz qüdrəti ilə yaratdı, öz ruhundan üfürdü, mələklərə sənə səcdə etməyə əmr etdi, behişti sənə halal etdi, öz rəhmətində sənə yer verdi, onda sənə bir ağacı qadağan etdi, lakin sən özünü saxlaya bilmədin, İblisə aldanaraq yerə nazil olundun və bununla belə bizim də behiştdən çıxarılmağımıza səbəb oldun.”

Adəm dedi:

-”Övladım, mənimlə ehtiyatla danış, düşmən hiylə ilə mənim üçün and içdi və ürəyiyanan xeyirxah şəxs kimi mənim yanıma gələrək “Mən sənin dərdini çəkirəm” -deyə söylədi. “Niyə?” deyə soduşdum. Dedi: -“Çünki mən sənə alışmışam və səninlə birlikdə yaşamaqdan bəhrələnirəm, amma sənin buradan getməyini və pis vəziyyətə düşəcəyini bilirəm.” “Çıxış yolu nədir?” -deyə soruşdum. Dedi: -“Çıxış yolu öz əlindədir. İstəyirsən sənə əbədilik ağacını və fənaya uğramayan mülkü göstərim. Sən və həyat yoldaşın ondan yeyərək həmişəlik mənimlə behiştdə qalın.” Bunun ardınca bu sözləri xeyirxahlıq üzündən deməsinə yalandan and içdi.

“Ey Musa, mən bir kəsin yalandan Allaha and içməsinə inana bilmirdim...”

Hər yolla olursa olsun Adəmi o ağaca yaxınlaşmağa, ona əl vurmağa məcbur etdi. İndi görək o ağaca əl vurub-vurmamış Allahın əmrinə qarşı bir iş görmüşdü, ya heç bir əmrə zidd iş görməmişdir, amma o bu işi görməsəydi daha yaxşı olardı. Amma Allahın ona bu ağacdan yeməyi qadağan etməsini bir növ xatırlama və həqiqətdə irşad (yol göstərmə) idi, yə’ni əgər əl vursaydılar behiştin ne’mətlərindən məhrum olacaqdılar. Necə ki, Allah taala özü buyurdu: -“Zalımlardan olardılar” ya “Bədbəxtçiliyə düşəcəklər”.

İslam terminologiyasında buna “Ən-nəhyul-irşadi” yə’ni yol göstərici nəhy deyilir. Hər halda bu əməl onların behişt ne’mətlərindən və oradan qovulmaqlarına səbəb oldu və ardınca belə xitab gəldi:

-“Hamınız aşağı düşün, sizin bə’ziləriniz bir-birinizlə düşmənsiniz. Əgər mən tərəfdən sizə hidayət (işığı) saçsa, hər kim ondan itaət etsə, heç vaxt azmaz və bədbəxtçilik ona üz verməz. Amma əgər mənim zikrimdən üz döndərsə onun üçün çox ağır yaşayış və Qiyamət günü kor halında məhşur olacaq (məhşər ayağına çəkiləcək).”

Behiştin harada olmasını yerdə, yoxsa göydə, ya onun möv’ud (bizə və’d edilmiş), yoxsa başqa bir şey olmasının və ya o ağacın maddi, yoxsa mə’nəvi olmasını Allah bilir.

Bə’ziləri behiştin harada olursa olsun möv’ud (və’d edilmiş) olmamasını deyirlər. Çünki möv’ud behişt və əbədi cənnət olsaydı şeytan ora yol tapa bilməzdi və orada yeyib-içmək söhbəti olmazdı, çünki ora daxil olan heç vaxt çıxarılmaz.

Bunlara zidd olaraq bə’ziləri onun möv’ud olmasına inanırlar. Çünki hər yerdə behişt adı gəlib, məqsəd həmin möv’ud behiştdir və ora girən çıxmaz, hesab-kitab və Qiyamət günündən (savab əhli daxil olandan) sonrakı zamana aiddir.

Ağac haqqında çox sayda fikir ayrılığı vardır. Bə’ziləri buğda tayası, başqaları isə üzüm ya əncir ağacı olmasını yazırlar. Şeyx Tusi (rəhmətullah ələyh) isə “Tibyan” kitabında kafur ağacı olmasını qeyd edir. Başqa bir dəstə innab ağacı olduğunu deyirlər. Bə’zi rəvayətlərdə isə həsəd, ya elm ağacı olması göstərilmişdir. Doğrusunu Allah bilir.

Şeytan hər nə idi, behişt ne’mətlərinin, oradakı məskənin, əmin-amanlıq yerinin o iki nəfərin əlindən çıxmasına və bu giriftarçılıqla dolu olan dünyaya gəlmələrinə səbəb oldu. Şeytan bununla ən böyük intiqam zərbəsini Adəmə vuraraq öz düşmənçiliyini hamıya göstərdi. Allah taala da bir neçə yerdə Adəmin əhvalatını nəql edəndən sonra bütün Adəm övladlarına da xatırladır ki, siz də ata-ananız kimi ona aldanıb hiylələrinə uymayın. Bu haqda Qur’anda buyurur:

“Ey Adəm övladları, şeytan sizi aldatmasın, necə ki, ata-ananızı behiştdən çıxartdı.” (“Ə’raf” surəsi, ayə 27).

Bir sözlə Adəmlə Həvva yerə endirildilər. Adəmin Sərandib dağına və Həvvanın isə Ciddəyə düşməsini Təbəri və başqaları yazırlar.

AD Ə M V Ə H Ə VVANIN T Ö VB Ə S İ

Bir müddət keçdikdə Adəm və Həvva etdiklərindən peşman oldular və behiştin hədsiz ne’mətlərinin həsrətində qaldılar. Xüsusi ilə yerdə məskunlaşanda və onun çətinlikləri ilə üzləşəndə. Allah bilir neçə illər tövbə ilə məşğul olub onun ayrılığına ağladılar və nə qədər ahu-nalələr çəkdilər. Allah taala onlara xitab edərək dedi: -Mən sizi o ağacdan nəhy etmədimmi və sizə demədimmi şeytan sizin açıq-aşkar düşməninizdir?”

Onlar öz təqsirlərini e’tiraf etdilər. Tövbə və bəxşiş istəyərək dedilər:

–”Pərvərdigara, biz özümüzə zülm etdik. Əgər sən bizi bağışlamasan ziyankarlardan olacağıq.”

Amma iş-işdən keçmiş və yerə enmə fərmanı verilmişdir. Adəm və Həvva yer üzündə məskunlaşaraq təəssüf və həsrətin onları əvvəlki yerlərinə qaytara bilmədiyini başa düşdülər.

Yenə də Allah öz rəhməti ilə onların səadətə yetişməsi və onları özünə cəlb etməsi üçün başqa qapı açdı. O, da tövbə, istiğfar və əfv istəmə qapısı idi. Bə’zi alimlərin dediyinə görə tövbə və istiğfarın günahı aradan aparması, Allahın Adəmə tə’lim verdiyi əsma elminin bir hissəsidir.

Qur’anın qissələri tə’lim və öyrədici xasiyyət daşıyır. Ola bilsin, Allah taala Əbul-bəşər Adəmin əhvalatının bu hissəsində insanlara heç bir halda, hətta Allaha qarşı günaha düçar olanda belə ümidlərini itirməməyə çağırır. Gərək tövbə, istiğfar, əfv istəməklə öz günahlarını yusunlar. Başqa vacib əməllər kimi bunu özlərinə vacib etsinlər. Necə ki, alimlər bunun vacibliyinə fitva veriblər.

Burada Qur’an müxtəsər izahla desək, belə buyurur: -“Adəm öz yaradanından öyrəndiyi sözləri xatırladaraq Allaha tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi. O sözlər haqqında müxtəlif rəvayətlər nəql olunmuşdur. Bir çox şiə və sünnü təriqəti ilə edilən rəvayətlərdə sözlər bunlardır:

-“La ilahə illa ənt, subhanəkəl lahummə və bihəmdikə əlimtu suən və zələmtu nəfsi, fəğfirli və əntə xəyrul ğafirin. La ilahə illa ənt, subhanəkəl lahummə və bihəmdikə əlimtu suən və zələmtu nəfsi, fərhəmni və əntə xəyrul ğafirin. La ilahə illa ənt, subhanəkəl lahummə və bihəmdikə əlimtu suən və zələmtu nəfsi, fərhəmni və əntə xəyrur rahimin. La ilahə illa ənt, subhanəkəl lahummə və bihəmdikə əlimtu suən və zələmtu nəfsi, fəğfirli və tub ələyyə innəkə əntət təvvabur rəhim”

Başqa rəvayətlərdə (şiə və sünnü) gəlmişdir ki, Adəm Allahı Məhəmmədə(s) və beş Ali-əbaya and verərək tövbə etdi və O, da tövbəsini qəbul etdi.

İstər müqəddəs sözlər, istərsə də müqəddəs insanlar olsun, Adəm onlara and verərək, onları özünə vasitə seçdi və Allah taala onun tövbəsini qəbul edərək öz xüsusi hüsn-rəğbətini ona çatdırdı.

İndi artıq Adəm və Həvva yerdə məskunlaşaraq dünyanın əzab-əziyyətinə qatlaşdılar. Behiştdən fərqli olaraq aclıq, yemək bişirmək, su tapmaq, geyim, yaşayış yeri kimi problemlərlə üzləşirdilər. İndi isə artıq behişt deyil, onlar dünyadadırlar. Gərək hər şeyi özləri hazırlasınlar və yaşayış uğrunda mübarizə aparsınlar. Bu işdə birinci lazım olan alətlərə, ikincisi isə yemək, geyim yaşayış yeri və bu kimi lazım olan şeyləri əldəetmə yollarına ehtiyac duyulurdu. Həmçinin alətlərin işlətmə qaydasını da öyrənmək lazım idi. Allah taala bütün bu vasitələri hazırlayaraq onlardan istifadəetmə qaydasını, yemək, içmək, yaşayış yeri əldəetmə yollarını, qısaca olaraq bütün yaşayış tərzini ona öyrətdi.

Maddi yaşayış və cismi ehtiyacları aradan qaldırmaq üçün lazım olan tövsiyələri ona verdi. Ola bilsin bu əhvalatda əsmanı da ona tə’lim verdi. Amma Adəm və onun övladlarının ruhi cəhətdən də (bə’zi tədqiqatçıların dili ilə desək asimani yaşayış üçün) ehtiyacları olduğundan, səadət və şəqavət (bədbəxtçlik) yollarını da tanımaqları lazım idi. Ona görə də Allah taala onları yerəenmə əmrini verəndən sonra bu cümləni onlara öyrətdi:

-“Mən öz hidayət yolumu sizə göstərdim. Hər kəs hidayət yolunda tabeçilik etsə, ona qorxu yoxdur və heç vaxt qəm-qüssə çəkməz.” (“Bəqərə” surəsi, ayə 38).

Bu kiçik cümlə ilə Allah taala onlara böyük bir məsələni xatırlatmaq istəyirdi. O, da budur ki, təkcə yaşayış və maddi ehtiyacları aradan qaldırma yollarını öyrənmək kifayət etmir, bəlkə mə’nəvi, daxili qorxu və nigarançılığı aradan aparmaq üçün Allahın hidayət yolunda tabeçilik etmək lazımdır. Çünki, bütün bu ehtiyacları tə’lim etməklə və maddi yaşayışın bütün yollarını öyrənməklə bərabər yenə də yaşayış insana çətin və darıxdırıcı olacaqdır. Necə ki, Allah taala başqa yerdə Adəm və Həvvanın yerəenmə məsələsinə işarə edərək buyurur:

-”Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən Yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar! Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” (“Taha” surəsi, ayə 124-125)

Ad ə min ( ə ) ö vladlar ı

Yuxarıda qeyd etdiyimiz kimi Allah taala Adəmin xilqətindən sonra Həvvanı yaradaraq onu təklikdən xilas etməklə bərabər gələcək insan nəslinin artması üçün vasitə yaratdı. Onlar Allahın fərmanı ilə evlənərək övlad sahibi oldular. Tarix və rəvayətlərdən onun Həvvadan olan övladlarının sayı haqqında müxtəlif ədədlər ələ gəlir. Bə’zilərində qırx övlad, bə’zilərindən isə yüz və yüzdən artıq rəvayət olunmuşdur. Oğlanlarının adları Habil, Qabil və Şeys (ya Hibətullah), qızlarının adları İnaq, İqlima, Luza və s. tarixdə gəlmişdir.

Başqa bir tərəfdən Adəmin övladlarının evlənməsi və insan nəslinin artması haqqında müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Tarixçilər və sünnü alimlərinin çoxu belə yazırlar ki, Həvvadan Adəmin iki vaxtda dörd övladı oldu. Birincisi Qabil və bacısı İqlima, ikinci dəfə isə Habil və bacısı Luza dünyaya göz açdılar (ya əksinə). Bunlar yetginlik yaşlarına çatdıqda Allahın əmri ilə (ya Adəmin öz fikri ilə) qızlardan hər biri öz qardaşı ilə evlənir, yə’ni İqlima Habillə, Luza isə Qabillə. Bundan sonra yazırlar ki, Habilə düşən qız Qabilə düşən qızdan daha gözəl idi, ona görə də Qabil bu seçimə e’tiraz edərək öz narazılığını bildirdi. Nəticədə qərara gəldilər hər biri Allah dərghına ayrıca qurban aparsınlar, hər kimin qurbanı qəbul olsa, gözəl qız ona qismət olacaq.

Amma şiə alimləri tarixin belə baş verməsini inkar edirlər. Allah Habil üçün behişt hurilərindən həyat yoldaşı göndərməsini, Qabil üçün isə cinlərdən seçməsini və Adəmin nəslinin bu iki oğuldan artmasını yazırlar. Hətta Şeysin həyat yoldaşının hurilərdən olduğunu qeyd edirlər. Bə’zi rəvayətlərdə Habil və Şeysin arvadlarının Adəm və Həvva düzələn torpağın qalıqlarından xəlq olması diqqəti cəlb edir. Habil və Qabilin ixtilafının ölümlə nəticələnməsinin səbəbi Adəmin xilafət haqqında verdiyi vəsiyyətdə bilirlər. Bu mövzu geniş izahla aşağıda qeyd olunacaq.

İmamlarımızdan yetişən izahatlara görə qardaşla bacının evlənməsi bütün şəriətlərdə haram və Əbul-bəşər Adəmin bu harama düçar olmaması başa düşülür. Adəmlə Həvvanın gildən yaradan Allah, onun oğlanlarının evlənməsi üçün həyat yoldaşları yaratmağa və ya başqa aləmdən göndərməyə də qadirdir.

Bu barədə gələn geniş hədislərdən biri də Əyyaşinin öz təfsirində qeyd etdiyi Süleyman ibni Xaliddən olan rəvayətidir ki, deyir:

-“İmam Sadiq (ə)-a ərz elədim ki, canım sənə qurban, camaat Adəmin qızını oğlu ilə evləndirdiyini deyirlər. İmam buyurdu:

-«Bunu camaat deyir. Ey Süleyman, bilmirsən ki, Peyğəmbər (s) “Mən bilsəydim Adəm öz qızını oğlu ilə evləndirdi, mən də (qızım) Zeynəbi (oğluma) Qasimə verərək Adəmin dinindən tabeçilik edərdim” -deyə buyurmuşdu». Süleyman deyir: -“Sənə qurban olum, camaat belə deyir. Qabilin Habili öldürməsinin səbəbi onun bacısına qısqanması idi” deyə söylədim. İmam buyurdu:

-«Ey Süleyman, niyə belə danışırsan? Allahın Peyğəmbəri, Adəm haqqında belə sözləri deməyə xəcalət çəkmirsən?»

Ərz etdim:

-«Onda Qabil Habili niyə öldürdü?»

Həzrət buyurdu: -

-«Vəsiyyətə görə idi».

Daha sonra buyurdu: -

-«Ey Süleyman, Allah taala Adəmə, vəsiyyəti və İsmi-ə’zəmi Habilə tapşırmağı vəhy etdi, bir halda ki, Qabil ondan böyük idi. Qabil məsələni başa düşdükdə hirslənərk dedi: -“Mən vəsiyyətə layiq idim. Buna görə də Adəm Allahın fərmanı ilə onlara qurbanlıq verməyi əmr etdi. Habilin qurbanı qəbul oldu, amma Allah Qabilin qurbanını qəbul etmədi. Bu məsələ, Qabilin paxıllığına və Habili öldürməsinə səbəb oldu».Ərz etdim:

-“Sənə qurban, gör Adəmin nəsli haradan yarandı? Görəsən Həvvadan başqa qadın və Adəmdən başqa bir kişi var idi?” Həzrət buyurdu:

-“Ey Süleyman, Allah taala Həvvadan Qabili Adəmə verdi, sonra isə ondan Habil dünyaya gəldi. Qabil yetginlik yaşına yetişən kimi Allah ona cinlərdə bir qız yolladı və Adəmə onu Qabillə evləndirməyi əmr etdi. Adəm də bu işə əməl etdi və Habilin evlənmə vaxtı çatana kimi razı idi. Elə ki, Habilin növbəti yetişdi Allah ona bir huri yolladı və Adəmə onu Habillə evləndirməyi əmr etdi. Adəm bu işə əməl etdi. Qabil Habili öldürən zaman o huri hamilə idi və hamiləlik dövrü keçdikdən sonra o, bir oğlan doğdu, Adəm onun adını Hibətullah qoydu və Adəmə vəsiyyətlə İsmi-ə’zəmi ona tapşırmağı əmr etdi. Həvva isə başqa bir oğlan doğdu və Adəm onun adını Şeys qoydu. O, yetginlik yaşına yetişərkən Allah onlara da bir huri yolladı və Adəmə Şeysi onunla evləndirməyi əmr etdi. Şeysin də o huridən bir qızı oldu. Adını Hurə qoydular. Qız böyüdükdə onu Hibətullahla evləndirdilər və bütün Adəmin nəsli bu iki nəfərdən vücuda gəldi. Bir az sonra Hibətullah dünyadan getdi. Allah taala vəsiyyətlə İsmi-ə’zəmi Şeysə tapşırmağı əmr etdi və Adəm də bu işi gördü”.

Amma başqa rəvayətlərə (bəlkə onları qeyd etdik) görə Hibətullah Şeysin ləqəbi, ya da ərəbcə olan mə’nasıdır. Düzünü Allah bilir.

HAB İ L İ N Ö LM Ə S Ə B Ə B İ

Əhli beyt (ə)-ın rəvayətləri ilə bərabər yuxarıda qeyd olunan rəvayətlərə görə Habilin ölmə səbəbi Adəmin vəsilik və xəlifəlik məsələsi idi. Habilin həyat yoldaşına (sünnülərin dediyinə görə) paxıllıq etdiyinə görə deyil, bəlkə Qabil qardaşının böyük iftixara, xəlifəlik məqamına nail olmasını gördü, ona qarşı paxıllıq edərək onu öldürdü.

Məclisi “Biharul-ənvar” kitabında Müaviyə ibni Əmmarın İmam Sadiq (ə)-dan nəql etdiyi rəvayətə görə imam əhvalatı belə buyurmuşdur ki, Allah taala Adəmə belə vəhy etdi:

-«Sənə öyrətdiyim İsmi-ə’zəmi, əsmanı, verdiyim peyğəmbərlik məqamını və camaatın bütün ehtiyacı olduğu şeyləri Habilə tapşır. Adəm də belə etdi. Qabil bunu eşidən kimi hirsləndi və Adəmin yanına gələrək dedi:

-«Ata can, mən ondan böyük deyiləm? Mən bu məqama layiq deyiləmmi?» Adəm buyurdu:

-«Övladım, bu iş Allahın əlindədir, hər kəsi istəsə bu böyük məqama çatdırar, İndi sən ondan böyük olsanda belə Allah məqamı ona verməyi əmr etdi. Əgər mənim sözlərimin düzlüyünü bilmək istəsəniz, hər biriniz bir qurbanlıq edin. Hər kəsin qurbanı qəbul olsa o, bu məqama layiqdir».

Qurbanın qəbul olma nişanı bu idi ki, göydən bir atəş gəlib onu aparırdı.

Beləliklə Habil ilə Qabil (necə ki, Qur’anda bəyan olunmuşdur) qurban gətirdilər. Qabil o zaman əkinlə məşğul idi. O, qurbanlıq üçün bir miqdar çürümüş, keyfiyətsiz və qiymətsiz buğda seçib, Allah dərgahına gətirdi. Amma Habil heyvandarlıqla məşğul idi. O, sürüsünün ən böyük qoçunu seçərək Allah dərgahına qurban etdi. Bu zaman göydən atəş gələrək Habilin qurbanını apardı və Qabilin qurbanı yerdə qaldı.

Şeytan Qabilin yanına gələrək ona dedi: -“Hal-hazırda vəziyyətin belə alınması sənin üçün heç bir əhəmiyyətə malik deyil, çünki o, sənin qardaşındır. Amma sizin övladlarınız olandan sonra onun övladları səninkilərə iftixarla deyəcəklər ki, biz qurbanlığı qəbul olan şəxsin övladlarıyıq, amma sizin atanızın qurbanlığı qəbul olmadı. Əgər sən Habili öldürsən Adəm naçar qalıb o məqamı sənə verəcək. Beləliklə Qabil öz qardaşı Habili öldürməyə məcbur oldu.

Allah taala bu əhvalatı Qur’anda belə buyurur: -“Adəmin iki övldının əhvalatını onlara de. Onlar qurbanlıq etdilər, Allah birinin qurbanını qəbul etdi, amma o birisini qəbul etmədi. O, (qurbanı qəbul olana) dedi: -“Səni öldürəcəyəm”. O birisi cavabında dedi: -“Bu mənə aid deyil. Bəlkə bu Allahın əlindədir və Allah taala pərhizkarlardan qəbul edir”. Daha sonra dedi: -“Əgər sən mənə tərəf əl uzadarsansa və məni öldürərsənsə mən heç vaxt sənə əl uzatmaram, çünki mən aləmlərin pərvərdigarından qorxuram. Mən istəyirəm özüm günaha düşməyim. Sənin məni öldürməyin və mənimlə müxalifət etməyin hər ikisi özünə qayıdaraq səni cəhənnəm əhlindən edər. Əlbəttə zalımların aqibəti belə olmalıdır”. (“Maidə” surəsi, ayə 27-29).

Beləliklə, həsəd öz işini gördü və Qabil Habili öldürməyi qarşısına məqsəd qoydu. Ağıl, dərrakə, qardaşlıq hissi, Allahdan qorxu və ata-ananın hüquqlarına riayət etmək heç biri insana məxsus olmayan, həsəd kimi xasiyyətin nəticəsində yaranan qəzəb tufanını yatırda bilmədi. Qabil tezliklə bu çirkin niyyətini həyata keçirmək istəyirdi. Buna görə də münasib fürsət axtarırdı. Bir gün Habil (Təbərinin yazdığına görə) qoyunlarını otarmağa aparmışdı və dağın üstündə yuxuya getmişdi. Qabil bunu bildikdə böyük bir daşı götürüb onun başına vurdu. Bu zərbənin nəticəsində Habil canını itirdi.

Bəli, bu nifrətedici sifət dünyada nə kimi cinayətlər törətmiş, nə qədər nahaq qanlar tökmüş və nə qədər evlər dağıtmışdır. Həsəd təkcə ictimai nizam-intizamı qarışdırmır, bəlkə onları (həsəd olunanları) qanlarına qəltan edir. Bəlkə onların özlərini (həsəd edənləri) də bir dəqiqə belə rahat buraxmır, yaşayışı onlara təlx və acı etmişdir. İşlərinin əzabına düçar olmayınca, ya da həsədin alovunda yanıb külləri göyə sovrulmayınca, daima onun alovunda yanır və bədənləri əriyib (aradan) gedir.

Allah taala bu mövzunun ardınca buyurur: -“Qabilin (üsyan etmiş) nəfsi qardaşının öldürməklə onun (şeytanın) itaətçiliyinə keçdi və (nəticədə) onu öldürərək ziyankarlardan oldu.” (“Maidə” surəsi, ayə 31).

Qabil bununla ilk nahaq qanı tökdü. Bəlkədə tezliklə peşman oldu. Hər halda hirsini soyutdu və öz intiqamını qardaşından aldı. Amma cansız bədəni necə örtəcəyini və gözlərdən uzaqlaşdıracağını bilmirdi. Onu çiyninə alaraq o yan bu yana apardı, amma onun üçün heç bir tədbir tökə bilmədi. Nəhayət yorularaq yerə yıxıldı. Bu an vicdanı onu etdiyi cinayətə görə əzab verməyə və məlamət etməyə başladı.

Cismi yorğunluq bir tərəfdən, vicdan əzabı başqa bir tərəfdən (adətən canilər belə əzaba düçardırlar) məngənəyə salınmış kimi onu sıxırdı və etdiyindən bərk peşman idi. Allah taala o pak bədənin hörmətini saxlamaq və gələcək insanları öyrətmək üçün qarğanı (çünki o halda vəhy, ya ilham qəbul edə bilməzdi. Ona görə də dəfn etməyi qarğadan öyrəndi) öyrədib ona tərəf yolladı. İki qarğa bir-biri ilə Qabilin gözləri önündə savaşmağa başladılar. Onlardan biri digərini öldürdü. Sonra çəngəl və ayaqları ilə yerdə balaca bir çala qazdı və ölmüş qarğanın cəsədini çalaya ataraq üstünü torpaqla örtdü. Burada idi ki, Qabil fəryad etdi: -“Vay olsun mənə, mən qarğadan da acizəm!” (“Maidə” surəsi, ayə 31). Sonra öz ölmüş qardaşını basdırdı və atasının yanına qayıtdı. Adəm onun tək olduğunu görərək soruşdu:

-«Habil haradadır?»

O, atasının cavabında dedi:

-«Məgər məni ona gözətçi qomyusan, onu məndən soruşursan?»

Adəm Qabilin Habilə qarşı olan düşmənçiliyindən nəyinsə baş verdiyini hiss etdi. Axtarışdan sonra onun Habili öldürdüyünü yəqin etdi.

Deyilənlərə görə, Əbul-bəşər Adəm Habilin qətlindən bərk tə’sirləndi və qırx gün gecə-gündüz onun matəmində ağladı. Allah taala ona Habilin yerinə başqa bir oğulun verəcəyini vəhy etdi. Ondan sonra Həvva hamilə olaraq gözəl və pak oğlan doğdu. Onun adını Şeys, ya Hibətullah (yə’ni Allahın bəxşişi) qoydu. Necə ki, deyilir Hibətullah Şeysin ərəbcəsidir və özü ibri dilindədir.

Şeys böyüdü və Adəm onu Allah əmrinə görə öz vəsisi (canişini) seçərək nübüvvətin sirlərini və peyğəmbərlərə məxsus olan şeyləri ona öyrətdi. Özünü necə dəfn və kəfən etməyi öyrətmək üçün dedi: -“Mən dünyadan gedən kimi mənə qüsl ver, kəfənə tut, namaz qıl və bədənimi tabuta qoy. Sən də özün ölən zaman öyrətdiklərimi ən yaxşı övladlarına öyrət.”

Rəvayətlərdə olan ixtilafa görə Adəm ya 930, ya 936, ya 1000, ya 1020, ya da 1040 il ömür etdi. Allah taala onu bu dünyadan apardı və ömrü sona çatdı. Öldükdən sonra onu tabuta qoyaraq Əbu Qəbis dağının mağarasında dəfn etdilər. Sonralar böyük tufan zamanı Nuh (ə) onu götürüb özü ilə gəmiyə apardı və Kufəyə apardıqdan sonra Qurada (indiki Nəcəf şəhəri) dəfn etdi. Necə ki, Əli (ə)-ın ziyarətnaməsində oxuyuruq:

-“Salam olsun sənə və sənin yanında yatan qəbirləri olan Adəmə və Nuha!”

H Ə VVANIN Ö L Ü M Ü

Deyilənə görə Adəmin ölümündən sona Həvva bir ildən çox yaşamadı və on beş gün xəstə olduqdan sonra dünyanı vida elədi. Onu Adəmin qəbri kənarında dəfn etdilər. Amma camaatın dilində məşhur onun Cəddədə dəfn olunmasıdır və ona görə də Cəddə (ərəb dilində nənə mə’nasında gəlmişdir) adlanır. Bu iddianın sübutsuz olduğu nəzərə çarpır, çünki cəddə lüğətdə dənizin və çayın kənarına da deyilir. Həvva orada dəfn olunduğuna görə deyil, əksinə şəhərin dəniz kənarında olduğuna görə onu bu adla adlandırıblar. Ola bilsin bu söz, Təbəri və başqalarının nəql etdiyi rəvayətlərdən yaranmışdır. O rəvayətlərdə deyilir ki, Həvva behiştdən çıxarıldıqdan sonra Cəddə adlı yerdə yerə endi, necə ki, Adəm Hindistanda olan Sərəndib dağına nazil olunmuşdu. Düzünü Allah bilir.

AD Ə M Ə V Ə HY V Ə NAZ İ L OLUNANLAR

Şiə və sünnü təriqəti ilə Rəsuli Əkrəm (ə)-dən nəql olunan rəvayətlərə görə bütün peyğəmbərlərə cəmisi 104 kitab nazil olmuşdur. Onlardan onu Adəmə nazil olmuşdur. Seyyid ibni Tavus “Səddüs-süud” kitabında rəvayət edir ki, Allah taala Siryani dilində iyirmi bir vərəqdən ibarət olan bir kitab nazil etdi və o, Allahın dünyaya verdiyi ilk kitab idi.

Təbəri, İbni Əsir və Məs’udi öz kitablarında Adəmə nazil olan kitabın iyirmi bir səhifədən ibarət olduğunu yazırlar. Əbuzərdən rəvayət olunur ki, Peyğəmbər (s) buyurmuşdu: -“Adəm o kəslərdəndir ki, Allah taala ölü ətin, qanın və donuz ətinin hökmünü haram olmasını mö’cəm hərflərlə (nöqtəli hərflər) iyirmi bir vərəqdə ona nazil etdi”.

Kuleyni, Səduq və Bərqi İmam Baqir (ə) və İmam Sadiq (ə)-dan nəql edirlər ki, bu iki imam buyurmuşlar: -“Allah taala Adəmə vəhy edərək bütün xeyri (başqa bir rəvayətdə “bütün sözü”) dörd cümlədə toplamışdır. Onun biri mənə məxsus, biri sənə, üçüncüsü mənlə sənin aranda və dördüncüsü isə sənlə camaat arasındadır. Adəm Allahdan bunları izah etməsini istədi. Allah buyurdu: -“Mənə məxsus olan şey odur ki, mənə ibadət edəsən və şərik qoşmayasan. Sənə məxsus olan şey odur ki, sənin etdiyin əməl və rəftarın əvəzində ehtiyacın olan ən yaxşı mükafatı sənə verim. Sənlə mənim aramda olan şey odur ki, sən dua edəni mən də qəbul edim. Amma sənlə camaat arasında olan şey odur ki, hər nəyi özün üçün istəsən, başqası üçün də onu istə.”

Kuleyni başqa bir hədisdə İmam Sadiq (ə)-dan, ya İmam Baqir (ə)-dan nəql edir ki, Həzrət buyurur: -“Adəm Allah dərgahına şikayətlənərək dedi:

- “Pərvərdigara, şeytanı mənə hökmran etdin, onu bədənimdə axan qan kimi yaratdın.” Allah taala buyurdu:

- “Ey Adəm, bunun əvəzində mən belə qanun qəbul etmişəm ki, hər kəs günahı ürəyində qəsd etsə (yəni xaricdə əməl etməsə) ona günah yazılmasın. Əgər əməl etsə günah yazılsın, bunun əksinə olaraq əgər bir şəxs ürəyində xeyr əməl qəsd etsə ona bir həsənə (axirətə apara biləcək tənha varlıq-xeyr əməl) , əgər ona əməl etsə onun on bərabəri yazılacaq.” Adəm dedi:

- “İlahi daha da artır!” Nida gəldi:

- “Tövbəni də onlar üçün nəfəs hulqumlarına yetişənə qədər artırdım.”(Yəni ruhları bədənlərində olana kimi tövbələrini qəbul edəcəm ) Burada Adəmin üzü güldü və sevinərək dedi:

- “Mənə elə bu bəsdir.”