Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 1
Lüqətə

Tapılan və sahibi məlum olmayan hər mal «lüqtə» adlandırılır.

Tapılan və sahibi məlum olmayan malın qiyməti bir misqal gümüşdən az olarsa, manesiz götürüb istifadə etmək olar. Əgər qiyməti bir misqal gümüşdən çox olsa, götürmək olmaz. Əgər götürülsə, bir il müddətində sahibi adi yollarla axtarılmalı və tapandan sonra sahibinə qaytarılmalıdır. Əgər tapılmasa, onun tərəfindən sədəqə kimi kasıblara verilməlidir.

Sakini olmayan viranələrdə, sahibsiz şoran torpaqlarda tapılan mal tapana məxsusdur.

Əgər bir mülk tapılsa, sabiq maliklərindən soruşulur. Əgər onlar gizlədiblərsə, əlamət verməklə onlara təqdim olunur, əks təqdirdə yenə tapanındır.

Sahibsiz heyvan tapılsa lüqətə hökmünə malikdir.

Əgər yolun üstündə sahibsiz uşaq tapılsa, bütün müsəlmanlara onu götürüb böyütmək vacibi-kifayidir.

Oğurluq mal əmanət kimi kiməsə tapşırılarsa, lüqətə hökmünə malikdir, oğruya yox, əsl sahibinə qaytarılmalıdır.