Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 1
Qəsb

Başqasının malını zorla əlindən alan kəs onu mülkiyyət səbəblərindən biri olmadan öz malı edirsə, ya başqasının malını zorla işğal edib öz malı etməsə belə, mənfəətlərindən istifadə edirsə, bu mal şəriətdə «qəsb» adlandırılır.

Belə ki, «qəsb» satış, icarə və icazə kimi sahiblik səbəblərindən biri olmadan başqasının malına sahib çıxmaqdar.

Burdan aydın olur ki, qəsb məxsusluq və malikiyyət əsasını dağıdan yaramaz bir işdir. Məxsusluq və malikiyyət cəmiyyətin diri qalmasında nə qədər təsirlidirsə, qəsb o qədər cəmiyyəti tərəqqidən saxlayır.

Əgər cəmiyyətin nüfuzlu adamları qanuni icazələri olmadan gücsüzlər və əlaltılarının əməyinə əl uzadarlarsa, məxsusluq və malikiyyət öz etbarını itirər. Və hər kəs özündən zəifə qarşı həmin təfəkkür tərzinə malik olacaq və gücsüzlər də öz işlərinin nəticəsindən bəhrələnmək üçün izzət və şərafətlərini satmağa məcbur olacaqlar. Nəticədə insan cəmiyyəti qul bazarına çevriləcək, qanun və qaydalar öz etibarını tamamilə itirib öz yerini qüdrət və gücə verəcək.

Buna görə də, İslam, qəsbkar üçün çox ağır qaydalar müəyyənləşdirmişdir və qəsbi böyük günahlardan biri saymışdır.

Kitab və hədislərin açıqlamasına əsasən, şirkdən başqa hər cür günahın Allah-Təala tərəfindən bağışlanmasına ehtimal vardır. Hətta şirk də tövbə vasitəsilə bağışlana bilər. Amma qəsb və başqalarının hüququnu tapdalayan kəslər haqq sahibinin güzəşti olmazsa, Allahın onun əməlini cəzalandırmayacağına ümid etməsin.

QƏSBİN HÖKMLƏRİNDƏN BƏZİSİ

Qəsbkara qəsb olunmuş malı dərhal sahibinə qaytarmaq vacibdir və əgər diri olmazsa, onun vərəsəsinə verməlidir. Bu iş onun şiddətli zərərinə səbəb olsa da, qaytarmalıdır. Başqasının daş, ya dəmir parçasını qəsb edib ona min dəfələrlə baha başa gələn binaya qoyubsa, binanı dağıdıb daşı, ya dəmir parçasını çıxartmalı və sahibinə verməlidir. Mal sahibi qiymətini almağa razılıq verərsə, bu işi etməyə bilər. Əgər on batman buğdanı qəsb edib on xarvar arpa ilə qarışdırarsa, buğda sahibi pulunu almağa razılıq verməzsə, gərək buğdanı arpadan ayırıb sahibinə qaytarsın.

Əgər qəsb olunmuş malda eyib aşkarlanarsa, malı qaytarmaqdan başqa xəsarəti də ödəməlidir.

Əgər qəsb olunmuş mal məhv olarsa, qiymətini ödəməlidir.

Əgər qəsbkar özü istifadə etmədən qəsb olunmuş malın mənfəətinin bir hissəsini aradan apararsa, qeyd olunmuş mənfə­ətin zaminidir. Kirayə maşınını qəsb edib neçə gün saxlayan kəs kimi. Əgər qəsb olunmuş malda mənfəət əldə edərsə, məsələn, qəsb olunmuş qoyunu yaxşı otlarla bəsləyib kökəltsə, mənfəətdə haqqı yoxdur. Əgər mənfəət ayrıca olsa, məsələn, yeri qəsb edib əkin əksə, qəsb edilmiş malı onun pulu ilə sahibinə qaytarsa, əkin qəsbkara aiddir.