Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 1
Alqı-satqı

Bu, malın mal ilə əvəz olunmasıdır. «Satıcı» adlandırılan mal sahibi öz malının malikliyini əldə etdiyi pulun müqabilində «alıcı» adlanan tərəfin öhdəsinə qoyur və məhsulu almağın müqabilində öz pulunu satıcıya təqdim edir.

Məlum olduğu kimi, alqı-satqı əqdlərdən biridir və öz gerçəkləşməsində alıcı və satıcı adlanan iki tərəfə möhtacdır; buna görə də əqdin ümumi şərtlərindən həddi - buluğ, ağıl, qəsd və ixtiyar kimi şərtləri olmalıdır.

SATIŞIN LAZIMLIĞI

Satış lazımi əqdlərdəndir, yəni, əqd bağlanandan sonra tərəflərdən heç biri ya alıcı, ya da satıcı onu poza bilməz.

Lakin bəzən satış baş tutandan sonra bilməməzlik, ya səhv nəticəsində satıcı, ya alıcının aldanması onlara böyük zərər vurur və belə hallarda satışın lazımlığının ümumi xeyirləri vardır. İslam bu fəsadın qarşısını almaq üçün iki işə əl atmışdır.

Birincisi, iqalədir və o budur ki, əgər tərəflərdən biri müamilədən peşman olub digər tərəfdən müamiləni pozmaq istəsə, qəbul etmək və müamiləni pozmaq müstəhəbdir.

İkincisi, ixtiyar (seçim hüququ) adlanır ki, müamilə edən ondan istifadə edib müamiləni poza bilər.

Məşhur seçim hüquqları neçə növdür

İxtiyari -məclis: Əqd məclisi dağılmayana kimi hər iki tərəfin müamiləni pozmağa haqqı var.

İxtiyari -ğəbn: O budur ki, əqd tərəflərindən biri aldanıb müamilədə ziyan görmüşdür. Məsələn: məhsul öz həqiqi dəyərindən az qiymətə satılmışdır, ya ondan çoxuna alınmışdır. Bu halda aldanan tərəf müamiləni poza bilər.

İxtiyari -eyib: Əgər alıcı müamilə baş tutandan sonra məhsulda eyib görsə, müamiləni poza, ya qiymət fərqini ala bilər.

İxtiyari -heyvan: Qoyun, at kimi heyvanların müamiləsində üç gün müddətinə kimi alıcının müamiləni pozmağa haqqı var.

İxtiyari-şərt: Əgər alıcı, ya satıcı hər ikisi öz müamilələrində şərtləşsələr, şərtə əməl olunmadığı halda müamiləni poza bilərlər.

NƏQD, NİSYƏ VƏ SƏLƏM

Satış, ödəmə, məhsulu vermə və onun pulunualma baxımından dörd qismdir.

Məhsul və onun pulu müamilə baş tutan kimi dərhal ödənilsə, bu satışa «nəqd» deyilir.

Məhsul müamilə baş tutan zaman alıcıya verilib pulun ödənişi təxirə düşərsə, bu satışa «nisyə» deyilir.

Üçüncü ikincinin əksidir. Pul nəqd ödənilir və məhsulun verilməsi isə saxlanılır və bu satışa «sələm» deyilir.

Birinci hissənin əksinə: Məhsulun verilməsi və pulun ödənil­məsi hər ikisi təxirə düşür və bu satışı «nisyənin nisyəyə satışı» adlandırırlar.

Bu hissələrdən ilk üçü düzgün, dördüncüsü isə batildir.