Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 1
Əl-əmru bil-məruf və nəhyu ənil-munkər

Hər bir müsəlman öz ailəsini və din bacı-qardaşlarını vacib əməllərə və xeyir işlərə dəvət etməli və qadağan olunmuş haram işlərdən çəkindirməlidir.

Əgər islamın bu hökmü bütün müsəlmanlar tərəfindən icra olunarsa, o zaman cəmiyyət bütün xeyirxahlığa və yaxşılığa üz gətirib pisliklərdən, hər cür fəsaddan uzaq olar.

Allah Quranda «Yaxşılığa əmr» edən və «Pisliklərdən çəkindirən» insanları «əməl saleh» adlandıraraq onlara mükafat verəcəyini vəd edir: «Onlar Allaha və axirət gününə inanır, (insanlara yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işləri görməyə tələsirlər. Onlar əməli salehlərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi (pərhizkar) olanlardan agahdır». (Ali imran, 114-115).