Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 1
Həcc

Özünün və ailəsinin xərcini ödəyəndən sonra imkanı olan surətdə, müəyyən şərtlər əsasında ömründə bir dəfə müqəddəs «Kəbə» evinin ziyarətinə getmək. Kəbə evi Səudiyyə Ərəbistanın Məkkə şəhərində yerləşir.

Boynuna həcc gələn müsəlman mütləq həmin ilin həcc mövsümündə həccə gedib borcunu yerinə yetirməlidir. Həccə etinasız yanaşıb, onu təxirə salmaq böyük günahlardan sayılır. Əgər insan boynuna həcc gəldiyi il etinasızlıq edib həccə getməzsə, bundan sonra mümkün olan ən tez müddətdə hər nə vasitə ilə olursa-olsun, həcci yerinə yetirməlidir.

Allah-taala bu barədə buyurmuşdur: «… Onun (Kəbənin) yoluna imkanı olan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (Özünə zülm etmiş olar). Əlbəttə Allah aləmlərdən ehtiyacsızdır». (Ali- imran 97)

Məkkə ziyarətinin növləri

Ümumiyyətlə, Məkkə ziyarəti iki növə bölünür: Ümrə və Həcc. Müsəlmanlar ilin istənilən vaxtında Məkkəyə gedib ümrə adlı ziyarəti yerinə yetirə bilərlər; yəni ümrənin müəyyən edilmiş vaxtı yoxdur. Bundan fərqli olaraq, Həcc ziyarəti yalnız şəriətin müəyyən etdiyi aylarda yerinə yetirilməlidir.

Həccin növləri

Həcc ziyarəti öz növbəsində üç növə bölünür:

1) İfrad həcci;

2) Qiran həcci;

3) Təməttü həcci.

Kimlərin boynuna həcc düşür?

Boynuna həcc gələn şəxsin vəziyyəti aşağıdakı şərtlərə cavab verməlidir:

1. Əqli inkişaf baxımından normal olmalı;

2. Şəriət baxımından həddi buluğa çatmalı;

3. Kölə deyil, azad olmalı;

4. Həcc ziyarətini yerinə yetirmək üçün imanı və qüvvəsi olmalıdır. Yəni:

? Sağlam olmalıdır;

? Həcc səfəri boyunca keçəcəyi yol təhlükəsiz olmalıdır;

? Həcci öz zamanında yerinə yetirmək üçün kifayət edəcək qədər vaxtı olmalıdır;

? Ziyarət üçün kifayət edəcək qədər maddi imkanı (yol xərci, Məkkədə qalmaq xərci, qurbanlıq pulu və s.) olmalıdır;

? Özü həccdə ikən ailəsinin dolanması üçün maddi şəraiti irəlicədən təmin etməlidir;

? Həcc səfərindən qayıtdıqdan sonra özünün və ailəsinin dolanışığını təmin edəcəyinə arxayın olmalıdır.

Qeyd edilməlidir ki, insan özünün və ailəsinin yaşayışı üçün zəruri sayılan vəsaitə (ev, mükəlləfiyyət, geyim, ərzaq və s.) malik olduqdan sonra, artıq pulu qalarsa, boynuna həcc gəlmiş olur (həmin pulun xüms və zəkatını da verdikdən sonra). Öz yaşayışını dözülməz həddə çatdırmaq sayəsində pul toplayan şəxsin həccə getməsi düzgün deyildir.

İnsanın ömrü boyu həcc bircə dəfə onun boynuna gələ bilər. Boynuna həcc düşmüş şəxsin həmin il həcci yerinə yetirdikdən sonra, növbəti illərdə yenə həcc imkanına malik olarsa, ikinci dəfə həccə getməsi vacib deyildir.

Boynuna həcc gəlmiş şəxs sağlamdırsa, özü həccə getməlidir. Amma əgər çox qoca olduğu üçün həcc əməllərini yerinə yetirə bilmirsə, yaxud sağalacağına ümid olmayan xəstəliyə tutulmuşdursa, öz əmlakından pul ayırıb, başqa bir adamı öz əvəzinə həccə göndərə bilər. Başqasının əvəzinə həccə gedən şəxsə «naib» deyilir. Həmçinin mərhum şəxs üçün naib tutub həccə göndərməyin də savabı vardır; bu zaman həccin savabı mərhumun ruhuna aid olur.