Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 1
Zəkat

İslam dinində 9 şeydən (arpa, buğda, xurma, kişmiş, inək, qoyun, dəvə, qızıl, gümüş)-dən şəriət hökmləri kitabında yazılmış şəraitdə fəqir və maaşıyla özünü təmin edə bilməyən yoxsullara, yolda qalmış yolçulara və s.. zəkat vergisini vermək lazımdır.

Əziz oxucu xatırladaq ki, əgər dinimizin bu gözəl qanununa bütün müsəlmanlar əməl etsələr islam cəmiyyətində heç kəs yoxsulluqdan çətinlik çəkməz.

Allah-taala Quranda dəfələrlə namaz qılmağa əmr edərkən dərhal sonra bizi zəkat verməyə çağırır: «Namaz qılın, zəkat verin və ruku edənlərlə birlikdə ruku edin!» (Bəqərə 43).

ZƏKAT 9 şeyə vacibdir

1. Buğdaya;

2. Arpaya;

3. Xurmaya;

4. Kişmişə;

5. Qızıla;

6. Gümüşə;

7. Dəvəyə;

8. İnəyə;

9. Qoyuna.

Diqqət : Zəkat o zaman vacib olar ki , nisab ( şəriyyətdə təyin olunmuş ölçü ) həddinə çatsın . Zəkat vacib olan şeylərin nisab həddi aşağıda göstərilmişdir .

ZƏKATI XƏRCLƏMƏK OLAR

* Fəqirə və miskinə (kasıba);

* İslam dininə yönələn və yaxud müharibədə müsəlmanlara kömək edən qeyri müsəlmanlara;

* Öz borcunu verə bilməyən borclulara;

* Allah yolunda; Yəni mənfəəti ümumi müsəlmanlara çatan, İslamın xeyrinə, məsləhətinə olan hər bir işə və s…

FİTRƏ ZƏKATI

Mübarək Ramazan ayı qurtardıqdan sonra ( yəni fitr bayramı günündə) müsəlman öz malından biraz miqdarda fitrə zəkatı niyyəti ilə fəqirə (kasıba) verməlidir.

Bu zəkat insanın özü və çörək yeyənləri sayılan ailə üzvlərinin tərəfindən bir sa (təqribən 3 kq) buğda, arpa, xurma, kişmiş, düyü və yə qarığdalıdan olmalıdır.

Əgər onlardan birinin pulunu da versə kifayətdir.