Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 1
Digər namazlar

AYƏT NAMAZI

Ayat namazı dörd vasitə ilə vacib olur:

1) Günəşin tutulması

2) Ayın tutulması. Az bir hissəsi tutulsa və heç kəs də qorxmasa belə.

3) Zəlzələ. Heç kəs qorxmasa belə.

4) Göy gurultusu, şimşək çaxması, qara, qırmızı və bu kimi küləklərin əsməsi.

Əlbəttə, bu qeyd olunan vasitələrdə ayat namazı o zaman vacib olur ki, əhalinin əksəriyyəti qorxuya düşsün.

AYƏT NAMAZININ QAYDASI

Ayat namazı iki rükətdir. Hər rükətdə beş rüku vardır. Niyyətdən sonra təkbir deyilir. Fatihə surəsi və ardınca hər hansı bir surə oxunur. Sonra rükuya gedib qalxaraq ikinci dəfə Fatihə və ardınca hər hansı bir surə oxuyub yenidən rükuya gedilir. Beləcə beş dəfə Həmd-surə oxuyub rükuya gedərək səcdələr yerinə yetirilir. Sonra qalxaraq ikinci rükəti birinci rükət kimi yerinə yetirərək təşəhhüd və salamlar deyilir.

Ayat namazını bu formada da qılmaq olar:

Niyyət, təkbir və Həmddən sonra oxunan surənin ayələrini beş hissəyə bölərək bir və ya daha çox ayəni oxuyub rükuya gedilir. Rükudan qalxdıqdan sonra Həmdi oxumadan həmin surənin ikinci hissəsi oxunulur və rükuya gedilir. Beləliklə, beşinci rükudan əvvəl surəni tamamlayıb rükuya gedərək səcdələr yerinə yetirilir. İkinci rükəti də eynilə belə qılaraq namaz tamamlanır.

MÜSAFİR NAMAZI

Müsafir olan kəs altı şərtlə dörd rükətli namazları iki rükət qılmalıdır:

1) Gedilən məsafə səkkiz fərsəxdən (yəni təqribən 45 km.-dən) az olmamalıdır. Və yaxud gediş məsafəsi dörd fərsəx, gəliş məsafəsi də dörd fərsəx olmalıdır.

2) Səfərə çıxarkən məqsədi səkkiz fərsəxlik məsafəni qət etmək olmalıdır.

3) Yolun yarısında öz məqsədindən dönməməlidir.

4) Səfəri günah səfər olmamalıdır.

5) Peşəsi səfər olmamalıdır. Məsələn, sürücü kimi peşəsi səfər olarsa, namazını bütöv qilmalıdır. Yox əgər öz evində on gün qalarsa, üç dəfə səfərdə namazını qəsr, ondan sonrakı dəfələrdə isə namazını bütöv qılmalıdır.

6) Həddi-tərəxüssə yetişməlidir. Yəni vətənindən və ya on gün qəsd edib qaldığı yerdən şəhərin divarları görünməyənə və azan səsi eşidilməyənə qədər uzaqlaşarsa, namazını qəsr qılmalıdır.

CAMAAT NAMAZI

Gündəlik namazları cəm halında qılmaq müstəhəbdir. Camaat namazının savabı təklikdə qılınan namazın savabından neçə min dəfə çoxdur.

Camaat namazının şərtləri:

1) İmam-camaat həddi-buluq, mömin, adil, halalzadə olmalı, namazın sözlərini düz oxumalıdır. Əgər məmum (iqtida edən) kişidirsə, imam-camaat da kişi olmalıdır.

2) İmamla məmum ararsında imamı görməyə mane olan pərdə və ya sairə bu kimi vasitələr olmamalıdır. Əgər məmum qadın olarsa, bu vasitələrin olmasının heç bir eybi yoxdur.

3) İmamın dayandığı yer məmumun yerindən hündür olmamalıdır. Əgər hündürlük az miqdarda, məsələn, dörd bitişik barmaq və ya ondan da az ölçüdə olarsa, bunun heç bir eybi yoxdur.

4) Məmum imamdan arxada və yaxud onunla bərabər dayanmalıdır.

CAMAAT NAMAZININ QAYDASI

1) Məmum Həmd-surədən başqa namazın bütün sözlərini özü oxumalıdır. Əgər imam üçüncü və ya dördüncü rükətlərdə olan zaman məmum birinci və ya ikinci rükətdə olarsa, bu surətdə Həmd-surəni özü oxumalıdır. Surəni oxumaq imama rükuda çatmağa mane olarsa, məmum yalnız təkcə Həmdi oxumaqla kifayətlənib, özünü rükuda imama çatdırmalıdır. Əgər çatmazsa, bu surətdə namazı furada (fərdi ) niyyətlə tamamlamalıdır.

2)Məmum ruku, səcdə və namazın digər əməllərini imamla birgə və ya ondan azca sonra yerinə yetirməlidir. Təkbirətül-ehram və salamları isə mütləq imamdan sonra deməlidir.

3)İmam rukuda olarkən iqtida edib rukuda imama çatarsa, namazı düzdür və bir rükət hesab olunur.