Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 1
Gündəlik namazların qılınma qaydası

SÜBH namazını qılmaq qaydası

Dəstəmaz aldıqdan sonra qibləyə tərəf durur və namaza başlayırıq.

1- AZAN :

Allahu əkbər (4 dəfə).

Əşhədu əl-la ilahə illəllah (2 dəfə).

Əşhədu ən-nə Muhəmmədən Rəsuləllah (2 dəfə).

Əşhədu ən-nə Əliyyən vəliyyullah (2 dəfə).

Həyyə ələs-səlat (2 dəfə).

Həyyə ələl-fəlah (2 dəfə).

Həyyə əla xəyril-əməl (2 dəfə).

Allahu əkbər (2 dəfə).

La ilahə illəl-lah (2 dəfə).

2- İQAMƏ :

Allahu əkbər (2 dəfə).

Əşhədu əl-la ilahə illəllah (2 dəfə).

Əşhədu ən-nə Muhəmmədən Rəsuləllah (2 dəfə).

Əşhədu ən-nə Əliyyən vəliyyullah (2 dəfə).

Həyyə ələs-səlat (2 dəfə).

Həyyə ələl-fəlah (2 dəfə).

Həyyə əla xəyril-əməl (2 dəfə).

Qəd qamətis-səlat (2 dəfə).

Allahu əkbər (2 dəfə).

La ilahə illəl-lah (1 dəfə).

3- NİYYƏT : ( Ayaq üstə duran halda ) ( Şək . 6)

Sübh namazı qılıram vacib qürbətən iləllah demək .

4- TƏKBİRƏTUL - EHRAM : ( İki əlləri qulaqların yanına tərəf qaldırmaqla )

Allahu Əkbər demək . ( Şək . 5)

5- QİRAƏT : ( Fatihə Tohid ( İxlas ) surələrini ardıcıl oxumaq ) ( Şək . 6)

Bismillahir-rəhmanir-rəhim

Əl-həmdu lil-lahi rəbbil aləmin. Ərrəhmanir-rəhim. Maliki yəvmid-din. İyyakə nə-budu və iyyakə nəstəin. İhdinəs-siratəl mustəqim. Siratəl-ləzinə ən-əmtə əleyhim. Ğəyril məğzubi əleyhim vələz-zallin.

Bismillahir-rəhmanir-rəhim

Qul huvəl-lahu əhəd. Allahus-səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkul-ləhu kufuvən əhəd.

6- RUKU : ( Əllər dizlərə yetişənə qədər əyilərək ): ( Şək . 7)

3 dəfə Subhanəl - lah ya 1 dəfə Subhanə rəbbiəl əzimi bihəmdih ”. demək . Daha sonra ayağa qalxmaq .

7- SƏCDƏLƏR : ( Yeddi üzv - alın möhürə , iki əllərin içi , iki diz qapaqları iki ayağın baş barmaqları isə yerə qoyularkən deyilir :) 3 dəfə Subhanəl - lah ya 1 dəfə Subhanə rəbbiəl ə - la bihəmdih ”. ( Şək . 8 )

Birinci səcdədən baş qaldıraraq bir anlıq diz üstə oturur ( Şək .10) bir daha səcdəyə gedərək həmin zikri təkrar oxuyuruq .

İkinci səcdədən sonra yenidən bir anlıq dizi üstə otururuq . Bununla namazın birinci rükətini qılmış oluruq . Sonra İkinci rükəti qılmaq üçün ayağa dururuq . ( Şək . 6)

8- QİRAƏT 5- ci əməldəki kimi qiyam halında ( ayaq üstə ) yenə Fatihə Tövhid surələrini oxuyuruq . ( Şək 6)

9- QUNUT : ( İki əllərin içini üzümüz önündə tutaraq )

Bu halda dualardan birini oxuyuruq . Məsələn Rəbbəna atina fid - dunya həsənətən fil - axirəti həsənə qina əzabən - nar ya salavat ( Allahummə salli əla Muhəmmədin ali Muhəmməd ) demək . ( Şək . 9)

10- Ruku : ( 6- əməldəki kimi ). ( Şək . 7)

11- İki Səcdə : ( 7- ci əməldəki kimi ). ( Şək . 8)

12- Təşəhhüd : ( ikinci səcdədən sonra dizi üstə əyləşən halda ) ( Şək .11) belə deyirik :

Əlhəmdu lillah, əşhədu əlla ilahə illəl-lah, vəhdəhu la şərikə ləh. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd.

13- SALAM : Təşəhhüddən sonra eyni vəziyyətdə oxuyuruq : ( Şək . 11)

Əssəlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh.

Əssəlamu əleynə və əla ibadillahis-salehin.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Salamı dedikdən sonra üç dəfə “Allahu əkbər” deyir və bununla da Sübh namazı sona çatır.

ZÖHR namazı

Zöhr namazı 4 rükətdir, qılınma qaydası belədir:

1- Niyyət : Zöhr namazı qılıram vacib qürbətən iləllah sözünü qəlbdən keçirtmək ya demək .

2- Təkbirətul - ehram : Allahu əkbər demək .

Təkbir dedikdən sonra eynilə Sübh namazı kimi qılınır , lakin təşəhhüddən sonra salamı demədən ayağa qalxaraq üçüncü dördüncü rükətləri aşağıda göstərilən şəkildə tamamlayırıq :

3- TƏSBİHATİ ƏRBƏƏ : Qiyam halında oxuyuruq :

Subhanəllahi vəl - həmdu lillahi la ilahə illəllahu val - lahu əkbər ”. ( Şək . 6)

4- Ruku .

5- İki səcdə .

İkinci səcdədən qalıxdıqdan sonra bir daha ayağa qalxır üçüncü rükət kimi dördüncü rükəti belə qılırıq :

6- Təsbihat . ( Üç dəfə ).

7- Ruku .

8- İki səcdə .

9- Təşəhhüd .

10- Salam

Sonra üç dəfə təkbirlə namazı tamamlayırıq.

ƏSR namazı

Əsr namazının qılınma qaydası eynilə 4-rükətli Zöhr namazı kimidir. Lakin fərqi təkcə niyyətindədir. Bu namazın niyyəti belədir:

“Əsr namazı qılıram vacib qürbətən iləllah”.

ŞAM (Məğrib) namazı

Məğrib namazı 3 rükətdir. Bu namazın qılınma qaydası belədir:

1-Niyyət: «Şam və ya Məğrib namazı qılıram vacib qürbətən iləllah».

2-Niyyətdən sonra bir və ikinci rükətləri eynilə Sübh namazı kimi qılınır, amma 2-ci rükətdə təşəhhüddən sonra salamı demədən ayağa qalxıb 3-cü rükəti qılmağa başlayırıq.

Şam namazının 3-cü rükəti, Zöhr və Əsr namazının 3-cü rükəti kimi qılınır.

Şam namazının 3-cü rükətində iki səcdəni yerinə yetirdikdən sonra təşəhhüd və salam deyilir və üç dəfə «Allahu əkbər» dedikdən sonra namaz tamamlanır.

İŞA namazı

İşa namazı da 4 rükətli Zöhr və Əsr namazları kimi qılınır. Bu namaz da təkcə niyyətdə fərqlənir. İşa namazının niyyəti belədir:

«İşa namazı qılıram vacib qürbətən iləllah».

Qeyd etməliyik ki, Sübh, Məğrib və İşa namazlarında kişilər «Həmd» (Fatihə) və «İxlas» (Tohid) surələrini ucadan, Zöhr və Əsr namazlarını, həmçinin Şam və İşa namazlarının təsbihatlarını astadan oxumalıdırlar.