Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 1
Pakedicilər

Nəcasəti pak edən vasitələrə pakedicilər deyilir. O cümlədən:

1) Su. Nəcis olmuş hər bir şeyi pak edir. Bu şərtlə ki, su saf olsun. Qarpız suyu, gülab və s. bu kimi qarışıq sularla nəcasət pak olmur. Bu su ilə dəstəmaz və qüsul almaq da düzgün deyildir. Saf su iki cürdür: Kür su, az su. 384 litrdən çox olan suya kür su deyilir. Əgər nəcis bu suya qarışsa və suyun iyi, dadı və rəngi dəyişməzsə, bu su pakdır.

Az su isə kür suyun miqdarından az olan suya deyilir. Əgər ona nəcis qarışsa, nəcis olar. Pak olması üçün ya axar suya, ya yağışa və yaxud da kür suya qarışmalıdır.

2) Torpaq. Torpaq ayaqqabı və ya ayağın altını pak edir.

3) Günəş. Günəş nəcisə bulaşmış yeri və həsiri əgər şüalarıyla qurudursa, pak edir.

4)İstihalə. Nəcis bir şeyin mahiyyətinin dəyişib pak bir şeyə çevrilməsinə istihalə deyilir. Məsələn, itin duzlağa düşüb duza çevrilməsi kimi.

5)İntiqal. Mənası budur ki, insan və ya atıcı qanı olan heyvanın qanı atıcı qanı olmayan heyvanın orqanizminə daxil olsun. Məsələn, ağcaqanadın insan qanını sovurması kimi.

6)İnsanın batinindən və heyvanın zahirindən nəcisin aradan getməsi. Məsələn, heyvanın beli və ya insanın burnundan gələn qan kəsiləndən sonra pak olur və su ilə yumağa ehtiyac yoxdur.

7)Təbəiyyət. Yəni, nəcis bir şey başqa nəcis bir şeyin pak olması vasitəsilə pak olur. Məsələn, kafir müsəlman olarkən övladı da ona təbəiyyət edərək pak olur.

8)Nöqsan. Üzüm suyunun üçdə ikisinin az olmasına deyilir. Üzüm suyu qaynara çıxarsa, nəcis olur. Qaynama nəticəsində üçdə ikisi buxarlanarsa, yerdə qalan pak olur.

DƏSTƏMAZ VƏ ONUN QAYDALARI

Dəstəmazdan qabaq dişləri fırçalamaq, qarqara etmək və buruna su çəkmək müstəhəbdir. Dəstəmaz alarkən üzü alnın tük bitən yerindən çənəyədək, əlləri isə dirsəkdən barmaqların ucuna­dək yumaq lazımdır. Sonra isə baş və ayaqlara məsh çəkməlidir. Dəstəmaz alarkən aşağıdakı qaydalara riayət etmək lazımdır:

1) Dəstəmaz əzaları pak olmalıdır.

2) Dəstəmaz suyu pak, saf və mübah olmalıdır. Mübah yəni, su ya özününkü olmalı, ya da sahibi ondan istifadə etməyə icazə verməlidir.

3) Niyyət. Dəstəmaz Allah rizası üçün alınmalıdır. Sərinləşmək və ya bu kimi başqa məqsədlə dəstəmaz almaq düz deyil.

4) Tərtib. Yəni, əvvəl üz, sonra sağ əl, ondan sonra isə sol əl yuyulmalı, daha sonra başa və lap axırda ayaqlara məsh çəkilməlidir.

5) Müvalat. Dəstəmazın qaydaları ardıcıl olaraq elə yerinə yetirilməlidir ki, araya düşən fasilə nəticəsində dəstəmaz əzalarından hər hansı biri qurumasın. Amma bədənin hərarəti və ya havanın istiliyi nəticəsində dəstəmaz alarkən digər üzv quruyarsa, dəstəmaz düzdür.

Qeyd: Başın dərisinə məsh çəkməyə ehtiyac yoxdur. Başın tükünə məsh çəkilsə, kifayət edər. Məsh çəkilən yerə başın digər yerlərindən daranaraq saç yığılıbsa, bu surətdə başın dərisinə məsh çəkilməlidir. Həmçinin, əgər saçlar uzun olsa, məsələn, daranarkən üzə tökülsə, bu zaman tüklərin dibinə və ya tağ ayırıb başın dəri­sinə məsh çəkmək lazımdır.

DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR

Səkkiz şey dəstəmazı batil edir:

1) Bövl

2) Ğait

3) Yel

4) Huşsuzluq

5) Məstlik

6) Yuxu. Bu şərtlə ki, nə göz görsün və nə də qulaq eşitsin. Əgər göz görmürsə, qulaq eşidirsə, bu zaman dəstəmaz batil olmur.

7) Dəlilik

8) Cənabət və qüsul vacib olan digər əməllər. Qadınların bəzi vaxtlar gördükləri istihazə də dəstəmazı batil edir.

Namazın müqəddiməsi

Namazdan qabaq dəstəmaz almaq vacibdir və dəstəmazsız qılınan namaz qəbul deyildir.