Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Ayaq yolu haqda

Məsum övliyaların bəzən paltar, mənzil və ətraf mühitin təmizliyi haqda etdikləri tövsiyələrlə tanış olduqdan sonra, ayaq yolunun qayda-qanunları və oranın təmizliyi barədə olunan dəyərli tövsiyələrə işarə etməyi məqsədə uyğun hesab edirik.

ÖVRƏT ÖRTÜLÜ OLMALI

Hər bir müsəlman bütün hallarda, xüsusilə də ayaq yoluna gedərkən öz övrətini başqalarından gizli saxlamağa çalışmalıdır. Həmçinin birinin başqa birisinin övrətinə baxması da haram və böyük günah hesab olunur. Peyğəmbər (s) özünün “Mənahi” adlı hədisində buyurur:

“Çarəsizlikdən açıq havada qüsl aldıqda övrətinizi başqalarından gizli saxlayın. Hamamda qüsl aldıqda belə hökmən övrətinizi fitə ilə örtün. İstər kişilər, istərsə də qadınlar bir-birlərinin övrətlərinə baxmamalıdırlar. Agah olun ki, belə şəxslərə yetmiş min mələk nifrin edər və lənət oxuyar. Allah-taala bilərəkdən müsəlman qardaşının və yad qadının övrətinə nəzər salan şəxsləri, tövbə etmədikdə münafiqlər arasına qoyaraq dünyalarını dəyişmədən böyük rüsvayçılıqla üzləşdirər”.

İmam Cəfər Sadiq (ə) Nur surəsinin 30-cu ayəsinin izahında buyurur: “Qurani-kərimin bütün ayələrində övrətin qorunması barədə söhbət açıldıqda, bu ayə istisna olmaqla, zinadan qorumaq nəzərdə tutulur. Burada isə başqalarının övrətinə nəzər salmaq nəzərdə tutulur. Ayədə buyurulur:

“[Ya Məhəmməd!] Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar [və ya örtülü saxlasınlar]. Bu, onlar üçün [ədəb-ərkan, təmizlik baxımdan] daha yaxşıdır”.

NECƏ OTURMALI ?

Ayaq yolunda oturarkən nə arxa, nə də qabaq tərəf qibləyə olmamalıdır. Fiqhi bəhslərdə bu mətləbə toxunularaq deyilir: «Ayaq yolunda ikən üzü və arxası qibləyə tərəf olan şəxslər günaha yol vermiş olurlar».

Peyğəmbər (s) “Mənahi” hədisində bu mətləbə işarə edərək buyurur: “Ayaq yolunda olduğunuz zaman üzü və arxası qibləyə oturmayın”.

Başqa bir hədisdə buyurur:

“Ayaq yolunda olduğunuz zaman üzü və ya arxası qibləyə tərəf deyil, şərq və ya qərb tərəfə oturun”.

Açıq havada ayaq yoluna getdikdə küləyin əks istiqamətində oturmamağı nəzərə almaq lazımdır. İmam Rzadan (ə) ayaq yolunda necə oturmaq haqda soruşduqda buyurdu:

“Üzü və ya arxası küləyin istiqamətinə oturulmamalıdır”.

DANIŞIB SÖHBƏT ETMƏMƏLİ

Ayaq yolunda oturarkən heç kəslə danışılmamalı və Quran oxunulmamalıdır. Lakin azan vaxtı Allahı zikr edib zümzümə etməyin heç bir nöqsanı yoxdur.

İmam Rza (ə) buyurur: «Peyğəmbər (s) ayaq yolunda ikən kimsəyə cavab verməyi və söhbət etməyi qadağan edərdi”.

Əli (ə) buyurur: “Yeddi halda Quran oxunmamalıdır: Rüku və səcdəyə gedərkən, hamam və ayaq yolunda olarkən, qadınlar heyz və nifas, kişi və qadınlar isə cənabət halında olduqları zaman.”

İmam Cəfər Sadiq (ə) buyurur:

“Ayaq yolunda olduğunuz zaman azan səsini eşitdikdə müəzzinin dediklərini təkrar edib Allahı yad edin. Çünki yaxşı olar ki, Allah bütün hallarda yad edilsin”.

DİGƏR QAYDALAR

Ayaq yoluna sol ayaqla daxil olub, oradan sağ ayaqla xaric olunmalıdır və ayaq üstə idrar olunmamalıdır.

İmam Sadiq (ə) buyurur: “Üzürsüz olaraq ayaq üstə idrar etmək və nəcasəti sağ əllə təmizləməklə insan özü-özünə zülm etmiş olur”.

Qayalıqlara, axarı olmayan sulara, habelə, havaya səpərək idrar olunmamalıdır.