Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Ətirlər

Nəql olunmuş hədislərdə möminlərə paltar və bədənlərinin səliqə və təmizliyinə diqqət yetirmələri ilə yanaşı, gözəl ətirlərdən istifadə etmələrinə də təkid olunmuşdur. Bu məzmunda nəql olunmuş bir çox hədislərdə möminlərin, ətirlərdən istifadə etməsi məsləhət görülməklə yanaşı, böyük savaba nail olacaqları haqda da danışılmışdır.

Peyğəmbər (s) buyurur:

“Gözəl iy qəlbə güc verir”.

“Ətir vurmaq peyğəmbərlərin gözəl adət - ənənələrindən olmuşdur”.

İmam Rza (ə) buyurur:

“Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri də gözəl ətirlərdən istifadə etmək olmuşdur”.

İmam Sadiq (ə) buyurur:

“Həqiqətən Allah gözəllik və zinətləndirməyi sevər, qəmginlik və qaraqabaqlığı xoşlamaz. Allah-taala Öz bəndəsinə nemət bəxş etdiyi zaman onun əlamətlərini Öz bəndəsində görmək istər. Onun qəmgin və qaraqabaq görməsini isə əsla istəməz”.

İmam Sadiqdən (ə) bunun necə olduğunu soruşduqda buyurur: “Paltarını təmizləyib, gözəl ətirlər vurmuş olsun və evinin divarlarını ağardıb tozunu alaraq səliqə-səhmana diqqət yetirsin. Həqiqətən gün batmazdan əvvəl həyəti işıqlandırmaq həm yoxsulluğa son qoyur, həm də ruzinin artmasına səbəb olur”.

Peyğəmbər (s) buyurur:

“Dünyanızda məni sevindirən iki şey var: ailə qurub gözəl ətirlərdən istifadə etməniz, gözlərimə nur verən isə namazdır”.

Peyğəmbər (s) buyurur:

“Dörd şey peyğəmbərlərin gözəl adət - ənənələrindən olmuşdur: gözəl ətirlərdən istifadə etmək, ailə qurmaq, dişləri yumaq və vaxtaşırı hənadan istifadə etmək”.

Başqa bir hədisdə buyurur:

“Mələklər gözəl ətirləri iylədikləri üçün möminlər bu gözəl ənənəni tərk etməməlidirlər. Elə isə cümə günlərində ətir vurmağı unutmayın”.

İmam Cəfər Sadiq (ə) buyurur:

“Gözəl ətirlərə nə qədər pul xərcləsəniz, israfa yol vermiş olmazsınız”.

İmam Musa Kazim (ə) buyurur:

“İnsan ətir vurmağı tərk etməməlidir. Əgər gündəlik ətirdən istifadə etməyə imkanı olmazsa, iki gündən bir, buna da qadir olmadıqda, heç olmasa həftədə bir dəfə ətirdən istifadə etməlidir”.

İmam Cəfər Sadiq (ə) başqa bir hədisdə buyurur:

“Peyğəmbər (s) ətirə çörəkdən daha çox pul xərclərdi”.

Əli (ə) buyurur:

“Bu bir həqiqətdir ki, Peyğəmbərə (s) ətir və ya şirniyyat şeyləri gətirdikdə heç vaxt onu geri qaytarmazdı”.

Ənəs ibn Malik deyir:

“Peyğəmbər (s) sovqat olaraq gətirilən ətirləri geri qaytarmazdı”.

Səhabələrdən biri deyir:

İmam Sadiqdən (ə) sovqat olaraq verilən ətrin geri qaytarılmaması haqda soruşduqda buyurur:

“Belə bir böyük hörməti geri qaytarmaq yaxşı iş deyildir”.