Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Dırnaqların tutulması

Peyğəmbər (s) buyurur:

“Hər kim cümə günləri dırnaqlarını tutarsa, Allah-taala bütün ağrı və xəstəlikləri onun barmaqlarından uzaq və onları daim sağlam edər”.

Səhabələrdən biri deyir: İmam Cəfər Sadiqdən (ə) ruzinin artması üçün mənə dua öyrətməsini xahiş etdim. İmam (ə) cümə günlərində bığ tüklərimi azaldıb, dırnaqlarımı tutmağı mənə tövsiyə etdi”.

İmam Cəfər Sadiq (ə) buyurur:

“Cümə günü dırnaqları tutmaq, cüzam və qotur kimi qorxulu xəstəliklərin qarşısını alır”.

Başqa bir hədisdə buyurur: “Cümə günü bığ tüklərini qısaldıb dırnaqlarını tutan hər bir şəxs “Bismillah və əla sunnəti Muhəmməd və ali Muhəmməd” deyərsə, tutduğu hər bir dırnağın və kəsdiyi hər bir tükün müqabilində Həzrət İsmayıl (ə) övladlarından bir qul azad etmək savabı qazanmış olar”.

Əlbəttə, nəzərdən qaçırmamalıyıq ki, nəql olunmuş hədislərdə cümə gününə təkid olunması həmin günün əhəmiyyətindən və təmizliyə verilən diqqətdən irəli gəlir. Yəni, tük və dırnaqlar uzandıqda onların qısaldılmasının cümə gününə təxirə salınması heç də zəruri deyildir. Bu mətləbə dəlalət edəcək hədislərdən birində deyilir:

İmam Musa Kazimin (ə) səhabələrindən biri ona müraciət edərək deyir:

- Bəziləri bığ tüklərinin və dırnaqların cümə günlərində qısaldılmasına təkid edirlər?!

İmam Kazim (ə) təəccüblənərək buyurur:

“Allah pak və münəzzəhdir! Onları istər cümə, istərsə də qeyri günlərdə qısaldıb təmizliyinizə diqqət yetirin”.

Lakin cümə günləri bığın və dırnaqların qısaldılması, ümumiyyətlə həmin gün təmizliyə riayət etməyin daha çox savabı vardır.

İmam Cəfər Sadiqin (ə) səhabələrindən biri cümə günü bığ tüklərinin və dırnaqların qısaldılması haqda ondan soruşduqda buyurur: “Belə bir gözəl adətə vərdiş edən şəxslər gələn cüməyədək daim təmizlikdə olarlar”.

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: “Cümə və cümə axşamı günlərində bığ tüklərini və dırnaqlarını qısaldan şəxslər diş və göz ağrılarından amanda qalarlar”.

İmam Sadiq (ə) dırnaqların necə tutulması haqda buyurur: “Cümə günü dırnaqlarınızı tutduqda sol əlinizin kiçik barmağından başlayıb, sağ əlinizin kiçik barmağında qurtarın”.