Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Dişlərin yuyulması

Peyğəmbər (s) buyurur:

“Cəbrail (ə) dişlərin yuyulmasını mənə o qədər təkidlə tövsiyə edərdi ki, güman edərdim bu, dinin vacib olan hökmlərindəndir”.

İmam Sadiq (ə) buyurur:

“Dişləri yumaq peyğəmbərlərin gözəl adət-ənənələrindəndir”.

Peyğəmbər (s) buyurur:

“Əgər mənim ümmətimə çətin olmasaydı, namaz üçün dəstəmaz aldıqları zaman dişlərini yumağı onlara vacib edərdim”.

Başqa bir hədisdə buyurur:

“Diş yuyulduqdan sonra qılınan namaz, dişlər yuyulmadıqdan sonra qılınan yetmiş beş namazdan daha fəzilətlidir”.

Peyğəmbər (s) Əliyə (ə) etdiyi tövsiylərinin birində buyurur: “Namazdan əvvəl hər dəfə dəstəmaz aldığın zaman dişlərini yu”.

Başqa bir yerdə buyurur:

“Dişləri yumaq dəstəmazın bir hissəsi, dəstəmaz isə imanın bir hissəsi deməkdir”.

“Ağızlarınızla Quran qiraət etdiyiniz üçün vaxtaşırı dişlərinizi yuyun”.

“Ağızlarınızı təmiz saxlayın, çünki onunla Quran qiraət edirsiniz”.

Səhabələrə xitab edərək buyurur:

“Quranın yolunu təmiz saxlayın”. Səhabələrdən biri - Quranın yolu hansıdır? - soruşduqda buyurur, - ağızlarınız. Daha sonra nə ilə təmizlənməsini soruşduqda buyurur: “Diş fırçaları ilə”.

Başqa bir hədisdə buyurur:

“Ağızlarınız Allah yollarından biridir. Allahın ən sevdiyi gözəl olan yollardır (ağızlardır). Elə isə bacardığınız qədər ağız və dişlərinizi təmiz saxlayın”.

Peyğəmbər (s) səhabələrdən birinə müraciət edərək buyurur: “Nə üçün mənim yanıma gəldiyiniz zaman dişlərinizi qara görürəm?! Onları yumaqla təmizliyinizə diqqət yetirin!”

DİŞ FIRÇASININ MÜSBƏT XÜSUSİYYƏTLƏRİ

Peyğəmbər (s) Həzrət Əliyə (ə) xitab edərək buyurur: “Ey Əli! Dişləri yumağın insana on iki xeyri var: Həm adət-ənənəmə riayət olunur, həm də ağız təmiz saxlanmaqla gözün görmə qabiliyyəti güclənir. Həmçinin, Allahı razı salır, dişləri ağardır, ağızın natəmizliyini aradan aparır, damağı bərkidir, iştahanı gücləndirir, xeyirxahlığı çoxaldır və nəhayət, mələklərin sevincinə səbəb olur”.

Əli (ə) buyurur:

“Dişləri yumaq Peyğəmbərin (s) ənənələrindən biridir. Bu gözəl ənənəyə əməl etməklə həm Allahın razılığına nail olmaq olur, həm də ağızın təmizliyinə”.

Başqa bir yerdə buyurur:

“Dişləri yumaq gözün görmə qabiliyyətini artırır”.

İmam Sadiq (ə) buyurur:

“Dişlərinizi yuyun, çünki bu, sinədəki vəsvəsənin aradan getməsinə səbəb olur”.

İmam Rza (ə) buyurur:

“Dişləri yumaq görmə qabiliyyətinin güclənməsinə, saç və tüklərin çıxmasına və gözün sulanmasının qarşısını almağa səbəb olur”.

Diş yumağın başqa bir müsbət xüsusiyyəti haqda Peyğəmbər (s) buyurur: “Dişləri yumaq fəsahətliliyi daha da artırır”.

DİŞLƏRİ NECƏ YUMALI ?

Peyğəmbər (s) bu haqda buyurur:

“Dişlərinizi uzununa deyil, eninə fırçalayın”.

Hədislərdən birində deyilir: “Peyğəmbər (s) dişlərini hər gecə-gündüz üç dəfə uzununa deyil, eninə fırçalayardı. O, dişlərini adətən yatmazdan əvvəl, sonra və namaz qılmazdan əvvəl təmizləyərdi”.

Peyğəmbər (s) buyurur:

“Oruc tutan zaman dodaqları quruyan şəxslər səhər (azandan əvvəl) və axşam çağı dişlərini yusun.”

“Səhər çağı və dəstəmaz almazdan əvvəl dişləri yumaq ən gözəl adət-ənənələrdəndir”.

Başqa bir hədisdə buyurur:

“Fürsət olmadıqda belə, heç olmasa üç gündən bir dişlərinizi yumağa çalışın”.