Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Yalan

Yalan böyük günah və olduqca mənfi xüsusiyyət olduğu üçün qətiyyətlə pislənmişdir. Yalan, danışanın etimad və etibarını itirməsi ilə yanaşı, cəmiyyətdə etimadsızlıq, şəkk və tərəddüd toxumunu səpir. İnsanların bir-birlərinə etimad etmədikləri bir cəmiyyətdə yaşamaq isə, məlum olduğu kimi dözülməz və acınacaqlıdır.

YALANIN TƏRİFİ

Yalan - həqiqətə uyğun olmayan şeylərə deyilir. Əhəmiyyət doğuran məsələlərdən biri budur ki, danışılan sözün yalan olması mümkün olduğu kimi, bəzi iş və əməllərin də yalan olması mümkündür. Məsələn, hər hansı bir şəxsin özünü şəxsiyyətli bir insan kimi göstərməsini, amma həqiqətdə heç də elə olmadığını buna misal çəkmək olar. Demək yalan həm sözdə, həm də əməldə ola bilər. Yuxarıda verilən tərif onların hər birinə şamil olur.

QURANIN YALANA OLAN BAXIŞI

Quranın bir çox ayələrində yalan və onun müxtəlif yönləri haqda söhbət açılmış və insanın bu mənfi xüsusiyyəti tərk etməsinə təkid olunmuşdur. Biz onlardan bir neçəsinə işarə edirik:

1. Həcc surəsinin 30-cu ayəsində Allah-taala insanları bütlərə pərəstiş etməkdən çəkinmələrini əmr etməklə yanaşı, yalandan da çəkinmələrini əmr edir:

“... Bütlərdən qaçının , yalan sözlərdən [ Allaha şərik qoşmaqdan da ] çəkinin ”.

2. Nəhl surəsinin 105-ci ayəsində yalan danışmağın imansızlıqla bərabər olduğu göstərilir:

Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar . Onlar əsil yalançıdırlar !”

3. Zumər surəsinin 3-cü ayəsindən belə qənaətə gəlmək olur ki, yalançılar Allahın hidayətindən məhrum və aqibətləri acınacaqlı olan şəxslərdir:

“... Allah yalançı , nankor olan kimsəni doğru yola müvəffəq etməz .”

Başqa bir ayədə buyurur:

“... Şübhəsiz ki , Allah [ Ona şərik qoşmaqla , böhtan atmaqla ] həddi aşanı yalançını doğru yola müvəffəq etməz ”.

4. Allahın hidayətindən məhrum olan kəslər Onun qəzəb və lənətinə düçar olarlar. Ali-İmran surəsinin 61-ci ayəsində Peyğəmbərlə (s) məsihilər arasında yaranmış qarşıdurma haqda söhbət açılarkən Nəcran keşişlərinə xitab edilərək buyurulur:

“... Sonra [ Allaha ] yalvarıb yalançılara Allahın lənət etməsini diləyək !”

Başqa bir ayədə deyilir:

“... Əgər yalan deyirsə , Allah ona lənət eləsin !...”

YALAN HƏDİSLƏRDƏ

1. Hədislərin bir çoxunda yalan “imanı aradan aparan” və bu kimi digər ifadələrlə bəyan edilir.

Peyğəmbər (s) buyurur:

« Çox yalan danışmaq imanı məhv edib aradan aparır ».

Başqa bir hədisdə buyurur:

«Yalan danışmaqdan çəkinin. Çünki yalan insanı imandan uzaqlaşdırır».

Əli (ə) buyurur:

«Yalandan uzaq olun. Çünki yalan insanı imandan uzaqlaşdırır. Daim həqiqəti söyləyən sadiq insanlar hidayət yoluna qədəm qoyarlar, yalançılar isə bədbəxtçilik və rüsvayçılıqla üzləşərlər».

Nəql olunmuş bir çox hədislərdə deyilir ki, yalan, möminlərə xas olmayan bir xüsusiyyətdir. Onlar bu günaha çox nadir hallarda düçar olarlar. Yalançılar isə bunu özlərinə peşə edərlər. Həsən ibn Məhbubdan nəql olunan hədisdə deyilir:

İmam Sadiqdən (ə) soruşdum:

- Mömin paxıl ola bilərmi?

Buyurdu: - Bəli.

Soruşdum, - bəs yalançı necə,- buyurdu: - Xeyr, mömin yalançı ola bilməz. Sonra sözlərinə davam edərək buyurdu: - Mömin hansı xasiyyətə malik olsa da, xain və yalançı ola bilməz.

2. Yalanın bütün pisliklərin amili olduğu haqda deyilir:

«Yalan insanları pisliklərə, pisliklər isə cəhənnəmə sövq edər».

İmam Həsən Əskəri (ə) buyurur:

«Günah və pisliklərin açarı yalan olan evlərdə olar».

3. Digər hədislərdə yalanın ən pis əxlaqi xüsusiyyətlərdən biri olduğu göstərilir. Əli (ə) bu haqda buyurur:

«Yalan danışmaqdan çəkinin, çünki ən pis əxlaqi xüsusiyyətlərdən olan yalan, pozğunluğun bir növüdür».

«Yalan danışmaq ən pis əxlaqi xüsusiyyət və insanlar arasında nifaq salmaqdır».

«Yalançılıqdan pis adət yoxdur».

Peyğəmbər (s) buyurur:

«Ən böyük cinayət yalan danışmaqdır».

Başqa bir yerdə buyurur:

«Ən böyük xəyanət odur ki, mömin qardaşın sənin danışdığın sözləri təsdiq edə, sən isə ona yalan satmış olasan».

Həzrət Əli (ə) buyurur:

«Düzlük əmanətdarlıq, yalançılıq isə xəyanətdir».

Başqa bir yerdə buyurur:

«Sözlərin ən pisi yalandır».

Həmçinin buyurur:

«İmanın nişanələrindən biri də budur ki, ziyanına olsa belə, düz sözü xeyrinə olan yalandan üstün tutasan».

İmam Sadiq (ə) buyurur:

« Ağıllı insanlar yalan danışmaz , əgər onların xeyrinə olsa belə ».

QURANDA DÜZLÜK SƏDAQƏT BARƏDƏ

İslamın yalana olan münasibəti bəlli oldu. Burada düzlük və sədaqət barədə də söhbət açmağı məqsədəuyğun hesab edirik. Tövbə surəsinin 119-cu ayəsində deyilir:

Ey iman gətirənlər ! Allahdan qorxun [ imanında , sözündə , işində ] doğru olanlarla olun !...”

Başqa bir ayədə isə Allah-taala düz danışan və düz yolda olanlara böyük nemət (Cənnəti) müjdə verir:

Allah buyurdu : Bu , [ Qiyamət günü ] elə bir gündür ki , düz danışanlara düzlükləri fayda verər . Onları [ ağacları ] altında çaylar axan cənnətlər gözləyir . Onlar orada əbədi olaraq qalacaqlar . Bu , [ möminlər üçün ] böyük uğur qurtuluşdur !”

Peyğəmbər (s) bu haqda buyurur:

«Qiyamət günü sizlərdən mənə ən yaxın olanınız düz danışanlarınızdır».

Əli (ə) buyurur:

«Düz danışmaq böyük şərəf və ucalıqdır».

Başqa bir yerdə buyurur:

«Düz danışmaq ədalətlə qardaşdır».

İmam Sadiq (ə) buyurur:

«Allah elə bir peyğəmbər göndərməmişdir ki, düz danışan və əmanətdar olmasın».