Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Həsəd (Paxıllıq)

Mənfi xüsusiyyətlərdən və böyük günahlardan biri də həsəddir. Qurani-kərimdə Həzrət Adəmin (ə) yaradılışından söhbət açılarkən yer üzərində baş verən ilk günahın həsəd üzündən baş verdiyinə işarə olunur. Məhz bu xislət İblisin cənnətdən qovulmasına və tarixdə ilk dəfə yer üzərində qan tökülməsinə səbəb olur. O gündən etibarən bu şeytani xislət qəlblərdə özünə yer etmiş və minlərlə haqsız insanın qanının tökülməsinə, kin-küdurətin yaranmasına səbəb olmuşdur.

HƏSƏDİN TƏRİFİ NÖVLƏRİ

Həsəd - hər hansı bir şəxsin başqa birisinin malik olduğu ilahi nemətlərdən (istər maddi olsun, istərsə də mənəvi) məhrum olmasını arzu etməsinə deyilir. Belə şəxslər bəzən bu yolda əzab-əziyyətə qatlaşmağa belə hazır olarlar.

HƏSƏDİN NÖVLƏRİ

1. Özündə olmasını arzu etməsə belə, başqasının hər hansı bir nemətdən məhrum olmasını istəyər;

2. Başqa birisinin malik olduğu hər hansı bir şeydən məhrum olmasını arzu etməklə yanaşı, özünün də həmin şeyə malik olmasını istəyər;

3. Həmin şeyin özündə olmasını istəməsə də, ona oxşarına malik olmasını arzu edər. Əldə etmədikdə isə başqalarının həmin şeydən məhrum olmasını istəyər;

4. Başqalarının malik olduqları şeylərin oxşarını özündə də olmasını arzu edər və eyni zamanda onların da malik olduğu şeylərdən məhrum olmalarını istəməz.

Yuxarıda qeyd olunan dörd xüsusiyyətdən üçü mənfi, sonuncu xüsusiyyət isə müsbətdir və buna «qibtə» deyilir. Qibtə nəinki mənfi xüsusiyyət deyil, əksinə, insanın əxlaq və mənəviyyatının təkamülünə də səbəb olur. Bəzən insan başqalarına qibtə etməklə onların malik olduqları şeyləri əldə etmək üçün zəhmətə qatlaşmalı olur və bununla yanaşı başqalarının da zərər çəkmələrini arzu etmir. İmam Sadiq (ə) bu haqda buyurur: «Möminlər qibtə edər, lakin həsəd aparmazlar, münafiqlər isə həsəd aparar, lakin qibtə etməzlər».

QURANIN HƏSƏDƏ OLAN BAXIŞI

Allah-taala Peyğəmbərə (s) xitab edərək həsədin şeytani vəsvəsələrlə eyni olduğunu bildirir:

1. “[Ya Peyğəmbər!] De ki: Pənah aparıram sübhün Rəbbinə!

2. Yaratdıqlarının [insanların, cinlərin, vəhşi heyvanların] şərrindən;

3. Zülmətə bürünməkdə olan gecənin [və ya batan ayın, ziyası sönən ulduzların] şərindən;

4. [Ovsun oxuyub] düyünlərə üfürən [yaxud cadu edib iplərə düyün vuran] qadınların şərindən;

5. Və bir də paxılın şərindən!”

Başqa bir ayədə Allah-taala möminlərə, başqalarına verilənləri arzu etməmələrini tövsiyə edir. Çünki, hər bir insanın nəsibi vardır:

“Allahın [maddi, yaxud mənəvi cəhətdən] birinizi digərinizdən üstün tutduğu [birinizə digərinizdən artıq verdiyi] şeyi [özünüzə] arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. [Dilədiyiniz şeyi] Allahın lütf və mərhəmətindən istəyin! Şübhəsiz ki, Allah hər şeyi olduğu kimi biləndir!

NƏQL OLUNMUŞ HƏDİSLƏRİN HƏSƏDƏ

HƏSƏD EDƏN ŞƏXSLƏRƏ MÜNASİBƏTİ

Peyğəmbərdən (s) nəql olunur ki, Allah-taala Həzrət Musaya (ə) xitab edərək buyurur:

Ey İmran oğlu! Camaata verdiklərimə göz dikib həsəd aparma və nəfsini [gördüklərinə] tabe etmə. Çünki, həsəd aparan şəxslər verdiyim nemətlərdən narazı qalıb bəndələrim arasında böldüyüm nemətləri əldə etmək istəyər.

Peyğəmbər (s) səhabələrə müraciət edərək buyurur:

- Allahın nemətlərinə təcavüz etməyin!

Səhabələr soruşdu:

- Ya Rəsuləllah, kimlər Allahın nemətlərinə təcavüz edərlər?

Buyurdu:

- Başqalarına həsəd aparan kəslər.

Əli (ə) buyurur:

«Həsəd sağalmayan bir xəstəlikdir».

«Həsəd xəstəliklərin ən ağırıdır».

«Həsədin verdiyi səmərə dünya və axirət bədbəxtçiliyidir».

«Həsədi tərk edənlər insanların ən sevimlisidir».

Həsəd aparan şəxslərə gəldikdə isə, Əli (ə) buyurur:

«Həsəd aparan şəxslər bol-bol həsrət çəkər və neçə bərabərində günaha düçar olarlar».

«Həsəd aparan şəxslər heç vaxt faydalanmazlar».

«Həsəd aparan şəxslərə insanların malik olduqları nemətləri itirmələrindən başqa heç nə rahatlıq gətirmir».

«Həsəd aparan şəxslər başqalarının qəm-qüssəsində sevinər, onların sevincində isə kədərlənərlər».

Həsəd aparan şəxslər hər hansı bir şəxsin nə isə əldən verməsini özünə qənimət hesab edər.

Həsəd aparan şəxslər dostluğunu dildə aşkar edər, düşmənçiliyini isə qəlbində gizli saxlayar. Bunun üçün də onların adı dost, xisləti isə düşməndir.

« Dostların ən pisi həsəd aparan şəxslərdir ».

İmam Sadiq (ə) həsəd aparan şəxslər barədə buyurur:

«Həsəd aparan şəxslər iblis kimi ziyanı başqalarına vurmazdan əvvəl özlərinə vurarlar. Belə ki, o, Adəmə həsəd aparmaqla özünün lənətlənməsinə, Adəmin isə peyğəmbərliyə seçilməsinə səbəb oldu.