Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
MəsxərəMənfi və olduqca xoşagəlməz xüsusiyyətlərdən biri də xəbərçilikdir. Bu ruhi xəstəliyin qoyduğu mənfi təsirlərdən biri də insanların bir-birlərinə qarşı etimadsızlığı, kin-küdurət, ədavət və sairə xoşagəlməz hallardır. Xəbərçilik ixtilafların yaranmasına səbəb olan ən başlıca amillərdən biri olduğu üçün Quranda və nəql olunmuş hədislərdə bu mətləbə dəfələrlə işarə olunmuş və o, böyük günahlardan biri kimi göstərilmişdir. Xəbərçiliyin tərifində deyilir: Hər hansı bir şəxs barədə danışılan zaman dinləyicinin deyilənləri olduğu kimi həmin şəxsin özünə çatdırmasına xəbərçilik deyilir. Məsələn, «filan şəxs sənin barəndə belə fikirdədir» - demiş olsun. Bunu da qeyd edək ki, həmin şəxs barədə yalnız mənfi təəssürat yarada bilən sözlər xəbərçiliyə çevrilə bilər. Məlumdur ki, hər hansı bir şəxsi təriflədikdə kin-küdurətə səbəb olacaq heç bir səbəb yaranmır. Görkəmli islam alimlərindən olan Şəhid Sani xəbərçilik haqda deyir: «Xəbərçilik o sirlərin açılmasına deyilir ki, deyən və ya nəzərdə tutulan şəxsi sarsıtmış olsun». Bu tərifə əsasən sirrin açılması istər ifadə, istər yazı, istərsə də işarələrlə olsun, xəbərçilikdir. Möminlər, qohum-əqrəba və dostlar arasında ixtilaf və ədavətin salınması qətiyyətlə pislənir və bu iş böyük günahlardan sayılır: «...Fitnə, qətldən daha şiddətlidir...» «...Fitnə salmaq vuruşmaqdan daha betərdir...» Fitnə-fəsada və düşmənçiliyə səbəb olan xəbərçilik haqda deyilir: «[Dalda] qeybət edib [üzdə] tənə vuran hər kəsin vay halına!» «Və həm də itaət etmə [yalan yerə] hər and içənə, alçağa. Yalandan çox-çox and içənlərə, eyb axtaran və sözgəzdirənlərə itaət etmə». Peyğəmbər (s) səhabələrə xitab edərək buyurur: «Sizin içərinizdə olan ən pis şəxsləri özünüzə tanıtdırımmı? Dedilər: Bəli, ya Rəsuləllah! Buyurdu: «O kəsdir ki, daim əməli-saleh insanların eyb və çatışmazlıqlarını axtarar və dostlar arasında təfriqə yaratmaq istəyər». Başqa bir hədisdə deyilir: «Allahın daha çox nifrət etdiyi şəxs o kəsdir ki, əməli-saleh insanların eyb və çatışmazlıqlarını axtarar və xəbərçilik etməklə dostlar arasında təfriqə yaratmaq istəyər». Əli (ə) buyurur: «Xəbərçilikdən uzaq olun. Çünki xəbərçilik düşmənçiliyə, insanın Allahdan və camaatdan uzaq düşməsinə səbəb olur». Peyğəmbər (s) xəbərçiliyin müsəlmana yaraşmayan bir xüsusiyyət olması haqda buyurur: «Xəbərçilik və düşmənçilik [cəhənnəm] odundadır. Bu iki şey müsəlmanın qəlbində özünə yer tapmaz». Başqa bir hədisdə buyurur: «Xəbərçilər Cənnətə daxil olmazlar». XƏBƏRÇİLƏRLƏ RƏFTAR VƏ DAVRANIŞ Xəbərçilər müsəlmanlar arasında təfriqə salıb öz çirkin niyyətlərinə nail olmasınlar deyə, Şəhid Sani Quran və nəql olunmuş hədislərə istinad edərək, onların dediklərini dinləyən şəxslərin üzərinə altı vəzifənin düşdüyünü qeyd edir: 1. Hər şeydən əvvəl sözlərinə etina etməyib onları qəbul etməməli. Hücurat surəsinin 6-cı ayəsində onlar haqqında deyilir: «...Əgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın...» 2. Xəbərçilik etməkdən çəkindirib onlara nəsihət etməli. Loğman surəsinin 17-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur: «...Yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə...» 3. Onlarla, dedikləri sözlərə görə şəxsi qərəzlə deyil, Allaha xatir düşmənçilik etməli; Çünki, Allahın dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik etmək lazımdır. 4. Dediklərini eşidərkən dərhal müsəlman qardaşına qarşı pis fikrə düşməməlidir. Hücurat surəsinin 12-ci ayəsində bu haqda deyilir: «...Çox zənn və gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi [heç bir əsası olmayan zənn] günahdır...» 5. Xəbərçinin söylədiklərindən maraqlanıb başqalarının şəxsi həyatına dəxalət etməməlidir. Həmin ayədə deyilir: «...[Bir-birinizin eyb və sirrini] arayıb axtarmayın...» 6. Həmin şəxs özü də xəbərçilik etməsin deyə, eşitdiklərinə razı olub başqalarına danışmamalıdır. Bu barədə nəql olunmuş hədislərdən birində deyilir: Uzun illər ayrılıqdan sonra böyük alimlərdən birinin dostu onun görüşünə gəlir. Dostu söhbət əsnasında başqa birisinin alim barədə dediklərini ona nəql edir. Alim eşitdiklərindən çox narahat olub deyir: «Neçə ildən sonra mənim görüşümə üç böyük günahlamı gəldin?! Əvvəla ona görə ki, məni o şəxsə qarşı bədbin edib aramızda düşmənçilik yaratdın. İkincisi ona görə ki, bir qədər əvvəl çox rahat idim, indi isə eşitdiklərimdən kədərlənib nigarançılıq çəkməyə başladım və nəhayət üçüncü ona görə ki, başqasının haqqını tapdaladığın üçün mənim nəzərimdə öz etimadını itirmiş oldun». Bu səbəbdən də xəbərçilərlə qarşı-qarşıya gəldikdə hər şeydən əvvəl onların dedikləri təkzib olunmalı və onlara qarşı olduqca etinasız yanaşmaq lazımdır. Unutmamalıyıq ki, əgər xəbərçi başqalarının dediklərini bizə çatdırırsa, sözsüz ki, bizim də dediklərimizi başqalarına çatdırmaqda heç nədən çəkinməyəcəkdir. Bunun üçün də onlara etimad etməməli və dedikləri təkzib olunmalıdır ki, əvvəla onlar gördükləri işdən peşiman olub bir daha təkrar etməsinlər. Digər tərəfdən də xəbərçilərin çirkin niyyətləri müsəlmanlar arasında dostluq və qardaşlığın aradan getməsinə səbəb olmasın. Tarixə nəzər saldıqda məsum imamların xəbərçilərlə kəskin şəkildə davrandıqlarının şahidi oluruq. Belə ki, bir şəxs Həzrət Əlinin (ə) hüzurunda başqa birisi barədə xoşagəlməz sözlər dedikdə, o Həzrət dərhal onun sözünü kəsərək buyurdu: «Bil ki, sənin dediklərini yaxşıca araşdıracağıq. Düz demiş olsan (xəbərçilik etdiyin üçün) düşmən olduğun üçün, yalan olduqda isə (başqaları barədə xoşagəlməz sözlər dediyin üçün) cəzalandıracağıq. Əgər bağışlanmağını istəsən, səni bağışlayarıq!». Həmin şəxs gördüyü işdən peşiman olub üzr istədi. MƏSXƏRƏ Məsxərə və ya istehza - kimlərinsə əxlaqi və cismi xüsusiyyətlərinə gülmək və ya güldürmək məqsədilə qeyri-adi tərzdə bəyan və ya təqlid olunmasına deyilir. Möminlərin şəxsiyyət və mənəviyyatına xələl gəlməsinə və onların təhqir olunmasına səbəb olduğu üçün islam dinində kiminsə məsxərə və ya istehza olunması qətiyyətlə pislənilir. Qurani-kərimdə möminlərə etinasız yanaşanlar və onları xar və rüsvay etmək istəyən şəxslər haqda deyilir: «...Şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur...» Başqa bir ayədə deyilir: «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır». Peyğəmbər (s) buyurur: «Allah-taala buyurur: And olsun Öz izzət və cəlalıma! Elə bir məxluq yaratmadım ki, onu mömin bəndələrimdən çox sevmiş olum». Cabir ibn Abdullah deyir: «Bir gün Peyğəmbər (s) Kəbəyə nəzər salıb buyurdu: «Mərhaba sənə ey Kəbə! Allah yanında nə qədər hörmətin var! And içirəm ki, Allah yanında möminlərin hörməti səndən çoxdur. Çünki, Allah-taala səni bir, möminləri isə üç şeyə görə hörmət sahibi etmişdir. Onların malı, canı və haqlarında kimsəyə bədbin olmaq halal edilməmişdir»». İmam Baqir (ə) buyurur: «Möminlərin hörməti Kəbədən daha çoxdur».