Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Əmin-əmanlıq

Ötən dərsdə yüksək əxlaqi xüsusiyyətlərdən biri olan möminlərə yardım və onların maddi vəziyyətlərinin yaxşılaşdırılması haqda söhbət açdıq. Qeyd etdik ki, mömin bir şəxsin öz mömin qardaşına miqdarından asılı olmayaraq maddi yardım etməsi onun rifahının yaxşılaşması ilə yanaşı, qəlbinə də sevinc gətirməsinə səbəb olur.

Bu xüsusiyyətə hər bir müsəlman malik olmalı və bunu üzərinə düşən ən ümdə dini və insani vəzifələrdən biri hesab etməlidir. Bu dərsdə digər əxlaqi xüsusiyyətlərdən biri, yəni möminlər arasında sülh və əmin-amanlığın bərqərar olunması haqda söhbət açacaq və bu məzmunda nəql olunmuş bir neçə hədis oxuyacağıq.

Peyğəmbərdən (s) soruşurlar:

- Allah yanında ən sevimli iş nədən ibarətdir?

Buyurur: - Müsəlmanları sevindirməyə çalışmaq.

- Müsəlmanları necə sevindirməli?

Buyurdu: - Ac olduğu zaman doydurmaq, kədərli olduğu zaman qəm-qüssəsini dağıtmaq və borclu olduğu zaman borcunu ödəmək.

Əli (ə) səhabələrindən biri olan Kumeylə tövsiyə edərək buyurur:

Ey Kumeyl! Ailə üzvlərini gündüzlər fəzilət (savab) qazanmağa və gecələr yuxuda olan camaatın ehtiyaclarını ödəməyə vadar et. And olsun hər şeyi eşidən Allaha! Yad bir dəvə sürüdən ayrıldığı kimi, Allah-taala qəlblərə sevinc gətirən şəxslərin qəlblərindən qəm-qüssə ilə qarşılaşdıqları zaman dərdi uzaqlaşdırar.

İmam Baqir (ə) buyurur: «Müsəlman qardaşınızın üzünə gülüb onun dərd-qəmini dağıtmaq ən xeyirxah işlərdəndir. Allah yanında ən xeyirxah (sevimli) iş mömin bir şəxsi sevindirməkdir».

İmam Sadiq (ə) buyurur:

"Sizlərdən heç biriniz belə güman etməsin ki, mömin bir şəxsi sevindirməklə yalnız onu sevindirmiş olursunuz. And olsun Allaha, həmin şəxs həm biz Əhli-beyti, həm də Peyğəmbəri (s) sevindirmiş olur".

Peyğəmbər (s) buyurur:

Mömin bir şəxsi sevindirən bir şəxs məni sevindirmişdir və məni sevindirən şəxs Allahı sevindirmişdir.

İmam Sadiq (ə) buyurur:

Allah-taala Davuda (ə) belə bir vəhy nazil etdi:

"Bəndələrimdən xeyirxah iş görənin hər birini cənnətə daxil edəcəyəm".

Davud (ə) soruşdu:

- İlahi! Həmin xeyirxah iş nədən ibarətdir?

Buyurdu: - Bir xurma ilə olsa belə, mömin bəndələrimin qəlblərinə sevinc bəxş edib onları razı salmaq.

Davud (ə) sonra dedi:

- İlahi! Səni tanıyan bəndələrin Sənin üzərində olan haqları da bundan ibarətdir ki, bəslədikləri ümidi onlardan kəsməyəsən.

Peyğəmbər (s) buyurur:

"Könül açan sözlərlə müsəlman qardaşının qəlbinə sevinc gətirən və qəm-qüssəsini dağıdan şəxs bu müddət ərzində Allahın rəhmət kölgəsində olar".

Nəql olunmuş hədislərdən möminlərin qəlblərinə sevinc gətirməyin nə qədər fəzilətli və Allah yanında sevimli bir iş olduğu artıq bizə məlum oldu.

Bu gözəl xüsusiyyətə hər bir müsəlman adət etməli və hansı şəraitdə olursa olsun, ona əməl etməyə cəhd göstərməlidir.

Axırda belə bir nəticəyə gəlirik ki, öz müsəlman qardaşının çətinliklərinin aradan qaldırılmasında əlindən gələn köməkliyi edən, onların qəlblərinə sevinc və şadlıq gətirən şəxslər Allahın, Peyğəmbərin (s) və onun Əhli-beytinin məhəbbət və razılığını qazanmış olur.

Hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdən biri də onun möminlər arasında sülh və əmin-amanlıq, asayiş və səmimiyyətin bərqərar olunmasında əlindən gələn köməkliyi göstərməsidir. Bu məzmunda nəql olunmuş hədis və Quran ayələri haqda söhbət açmazdan əvvəl qeyd etmək lazımdır ki, möminlərin bir-birləri ilə əlaqələrini kəsmələri və yaranmış cüzi ixtilaflar nəticəsində bir-birlərinə düşmən kəsilərək soyuq münasibət bəsləmələri heç də müsəlmana xas olan xüsusiyyətlərdən deyildir.

Peyğəmbər (s) bu barədə buyurur:

«İki nəfər müsəlman şəxs üç gündən artıq bir-birindən küsülü qalsalar, dindən xaric olmuş olarlar. Onlardan biri digəri ilə barışmayınca aralarında dini münasibətlər bərqərar olunmayacaq. İlk barışığa gedən şəxs cənnətə daha tez daxil olar».

İmam Sadiq (ə) buyurur:

«Bir-birindən küsən iki nəfər müsəlman şəxs (xüsusilə müqəssir olanı) qəzəb və nifrətdən savayı bir şey əldə etməzlər».

Maidə surəsinin 91-ci ayəsində deyilir:

“Şübhəsiz ki, şeytan aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər...”

İmam Sadiq (ə) buyurur:

İki nəfər müsəlman bir-biri ilə küsülü olduğu zaman iblis sevinc hissi keçirər. Barışdıqda isə dizləri titrəyib yerə yıxılaraq fəryad edər: «Vay halıma, artıq həlak oldum!»

Qurani-kərimdə buyurulur:

“Həqiqətən, möminlər [dində] qardaşdırlar. Buna görə də [aralarında bir mübahisə düşsə] iki qardaşınızın arasını düzəldin...”

“...Ona görə də, əgər [həqiqi] möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin...

“Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, yaxud yaxşılıq etməyə və ya insanlar arasında sülh yaratmağa əmr edən şəxsin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə [axirətdə] böyük mükafat verəcəyik!”

Əli (ə) vəfat etməzdən əvvəl oğlanları Həsən və Hüseynə (ə) bu vəsiyyəti edir:

«Sizləri, övladlarınızı, bütün qohum-əqrəbalarımı və mənim vəsiyyətnaməmi oxuyan bütün şəxsləri işlərində nizam-intizama hidayət etməyə, pəhrizkar olmağa və bir-birinizə səmimi münasibət bəsləməyə tövsiyə edirəm. Babanız Peyğəmbər (s) buyurardı:

[Dost və qohum-əqrəbanın bir-birləri ilə] gözəl münasibətdə olmaları bir illik qılınan namaz və tutulan orucdan daha yaxşıdır».

Qeyd olunan ayə və hədislərdən müsəlmanlar arasında kin-küdurətin aradan qaldırılmasının, dostluq və səmimiyyətin yenidən bərpa olunmasının əhəmiyyəti açıq-aşkar bəlli oldu.