Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Çətinliklərin həlli

Əvvəlki dərslərdə deyildiyi kimi, möminlər bir-birləri ilə qardaş və həmrəy olmalıdırlar. Bu isə o deməkdir ki, onlar bir ailə üzvləri kimi bir-birlərinin qayğılarına qalmalı, sevinc və kədərlərini birgə bölüşdürməlidirlər. Belə ki, hər bir insan özünü başqalarının sevinc və kədərində şərik hesab edirsə, başqalarından da özünə qarşı həmin rəftarı gözləyir.

Peyğəmbər (s) özünün məşhur hədislərindən birində buyurur:

“Möminlər mehr və məhəbbət baxımından bir bədən üzvü kimidirlər. Bədən üzvlərindən biri ağrıdığı zaman, digər bədən üzvləri də onunla həmdərd olurlar”.

Möminlərin birlik və həmrəyliyinə dair bundan gözəl ifadə tapmaq mümkün deyil.

Maidə surəsinin 2-ci ayəsində deyilir:

“...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun...”

Peyğəmbər (s) buyurur:

“Müsəlmanların xeyir və şərində iştirak etməyən və yardım diləyən müsəlmanın dadına çatmayan şəxs müsəlman deyildir”.

İmam Sadiq (ə) buyurur:

“Çətinlikdə olan müsəlman qardaşını gülər üzlə qarşılamayan şəxs Allaha, Həzrət Məhəmmədə (s) və Həzrət Əliyə (ə) iman gətirməmişdir. İmkanı çatdığı təqdirdə özü onun ehtiyacını ödəməli, çatmadıqda isə başqalarını bu işə sövq etməlidir. Buna əməl etməyən şəxs ilə bizim [Əhli-beytin] aramızda heç bir vilayət [əhd-peyman] yoxdur”.

Nəql olunmuş hədislərdə var-dövlətini müsəlmanların rifahı naminə onların ixtiyarına qoymayan şəxslərin acınacaqlı aqibətləri, Allahın qəzəbinə düçar olacaqları və nəticədə var-dövlətlərinin Allah düşmənlərinin yolunda sərf edəcəkləri nəql olunur.

İmam Baqir (ə) buyurur:

“Müsəlman qardaşının qarşılaşdığı çətinliyin aradan qaldırılmasında və ehtiyaclarının ödənilməsində köməklik göstərməyən şəxs nəticədə günah edər və itaətsizlikdən çəkinməyən kəslərə yardım etməyə vadar olar. Bunun üçün onlar heç bir savaba nail olmazlar”.

İmam Sadiq (ə) buyurur:

“Allah-taala imkanı çatdığı təqdirdə bizim ehtyacı olan davamçılarımıza kömək etməyən şəxsi düşmənlərimizin ehtiyaclarını aradan qaldırmağa vadar edər və həmin şəxs qiyamət günü ağır əzaba düçar olar”.

İmam Musa Kazim (ə) bu haqda buyurur:

“İmkanı çatdığı təqdirdə yanına gələn müsəlman qardaşının ehtiyacını ödəməyən şəxs özü ilə Allah arasında olan əlaqəni kəsmişdir”.

İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir hədisdə ehtiyacı olan şəxslərə yardım etməyənlərin Allaha və onun peyğəmbərinə xəyanət etdikləri göstərilir.

Allah-taala mömin qardaşından ehtiyac duyduğu şeyi əsirgəyən və ya başqalarının vasitəsilə onun çətinliklərini aradan qaldırmayan şəxsləri qiyamət günü üzü qara və əlləri boyunlarından asılı bir halda məhşərə daxil edər. Onlar məhşərə daxil olarkən deyərlər: “Bunlar Allaha və onun peyğəmbərinə xəyanət edən kəslərdir. Sonra onların cəhənnəmə aparılmalarına əmr olunar”.

Məşhur islam alimlərindən biri olan Vaqidi deyir: “İki nəfər şəxslə dostluq edərdim. Onlardan biri seyyid idi. Biz üç dost həddindən artıq səmimi idik. Bir il maddi vəziyyətim olduqca aşağı səviyyəyə düşdü və bütün ili yoxsulluqla başa vurmalı oldum. Bayram qabağı həyat yoldaşım mənə dedi: Biz çətinliyə dözə bilərik. Uşaqlar isə qonşu uşaqlarının bayrama necə təm-təraqla hazırlaşdıqlarını və təzə paltarlar geydiklərini görüb öz köhnə paltarlarından xəcalət çəkər və qəlbləri sınar. Əgər mümkünsə bir qədər pul tap ki, uşaqlar üçün təzə paltarlar alaq.

Seyyid dostuma məktub yazıb ondan bir qədər pul göndərməsini istədim. O da tez bir zamanda mənə min dirhəm pul göndərdi. Pul kisəsinin ağzını açmağa macal tapmamış, o biri dostumdan məktub aldım. Məktubda məndən kömək istəyirdi. Pul kisəsini açmadan ona göndərdim. Beləliklə, həyat yoldaşımın yanına əliboş qayıdacağımdan xəcalət çəkib məscidə tərəf getdim. Yolda təsadüfən seyyid dostuma rast gəldim. Həmin pul kisəsi də onun əlində idi. Göndərdiyi pulu nə etdiyimi soruşduqda əhvalatı olduğu kimi ona danışdım. Dostum pul kisəsini göstərib dedi ki, sən onu mənim özümə qaytarmısan. Sözün doğrusu əlimdə olan pulu sənə göndərdikdən sonra özüm olduqca ağır vəziyyətə düşdüm. Bunun üçün də dostumuza məktub yazıb ondan kömək etməsini istədim. Lakin onun da vəziyyəti ağır olduğu üçün mənə heç bir köməklik edə bilmədi. Bunun üçün də sənə məktub yazıb köməklik etməyini istəmişdir. Beləliklə, pul kisəm mənim özümə qayıtmışdır. İndi ki, belədir, bu pulu üç hissəyə bölməliyik ki, hər üçümüz ondan istifadə edə bilək”.

Qurani-Kərimdə möminlər arasındakı əlaqə haqda deyilir:

“...Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar...”

İmam Sadiq (ə) müsəlmanları bir-birlərinə əl tutmağa sövq etmək məqsədilə buyurardı:

“Biri məndən nə isə bir şey istədiyi zaman mümkün qədər tez onun ehtiyacını ödəməyə çalışıram. Çünki, qorxuram o öz ehtiyacını başqa bir yolla təmin edə və mənim ona köməklik etməyimə fürsət olmaya”.

Nəql olunmuş bir çox hədislərdə müsəlmanların çətinliklərinin aradan qaldırılmasına və bu işin olduqca böyük savabı olduğuna dəfələrlə işarə olunmuşdur. Dərsin sonunda biz onlardan bir neçəsinə işarə edirik:

Əli (ə) buyurur:

“Müsəlman qardaşına köməklik edən şəxsin ruzisi bol olar”.

İmam Sadiq (ə) buyurur:

“(Müsəlman) qardaşlarınıza kömək etməklə Allaha yaxınlaşın”.

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə buyurulur:

“And olsun Allaha! Mömin bir şəxsin ehtiyacını ödəmək bir ay oruc tutub ibadət etməkdən daha yaxşıdır”.