Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Gülərüzlülük

Əxlaqi xüsusiyyətlərdən biri də gülərüzlülükdür. Peyğəmbər (s) və məsum imamlar (ə) yaşadıqları cəmiyyətdə qarşılaşdıqları şəxslərlə gözəl və səmimi münasibətdə olmuş və bunu öz davamçılarına da tövsiyə etmişlər:

“İnsanlara var-dövlətinizlə sevinc gətirə bilməzsiniz. Elə isə onlarla gülərüz və mehribanlıqla rəftar edin”.

Yəni, var-dövlətiniz nə qədər çox olsa da, insanların (mənəvi) çətinliklərini həll edə bilməzsiniz. Elə isə öz səmimi rəftarlarınızla onların sevincinə səbəb olun.

Əli (ə) mehriban və təbəssümlü olmağı möminlərin xüsusiyyətlərindən biri hesab edərək buyurur:

“Möminlərin sevinc və şadlığı onların çöhrəsində aşkar olar, qəm-qüssələri isə qəlblərində gizlənər”.

Bu səbəbdən də hər hansı bir çətinliklə qarşılaşan mömin şəxs öz mömin qardaşları ilə ünsiyyətdə olarkən özünü kədərli göstərməklə onların qəm-qüssəsinə səbəb olmamalıdır. Gündəlik həyatımızda hamı bir sıra çətinliklərlə qarşılaşır və təbii ki, bu, onların narahatçılıqlarına səbəb olur. Əgər hər birimiz gündəlik həyatda qarşılaşdığımız çətinliklər ucbatından öz müsəlman bacı və qardaşlarımızla soyuq münasibətdə olarıqsa, həyat bizim üçün olduqca acı və mənasız olacaqdır. Bu səbəbdən də cəmiyyətdə sevinc, şadlıq və yüksək əhval-ruhiyyə hiss olunsun deyə, Həzrət Əlinin (ə) tövsiyə etdiyi kimi, üzlərdə sevinc və təbəssüm olmalı, kədər və qəm-qüssə isə qəlblərdə gizli qalmalıdır.

GÜLƏRÜZLÜLÜYÜN MÜSBƏT NƏTİCƏLƏRİ

Bu məzmunda Peyğəmbər (s) və məsum imamlardan (ə) kifayət qədər hədis nəql olunmuşdur. Burada onlardan bir neçəsini qeyd edək:

Peyğəmbər (s) buyurur:

“Təbəssümlü və gülərüzlü olmaq kin-küdurəti aradan aparır”.

Əli (ə) buyurur:

“Təbəssümlü olmaq dostluğun (möhkəm) ipidir”.

O Həzrət yenə də buyurur:

“Təbəssümlü olmaq bir (növ) qohumluqdur”.

İnsanların dostluq əlaqələrinin daha da səmimiləşməsinə və düşmənlərin qəlblərindən kin-küdurətin götürülməsinə səbəb olacaq ən gözəl şey onların bir-birləri ilə qarşılaşarkən gülərüzlə davranmaları, el-obasından uzaq düşdükdə (ailə üzvlərinə) yardım etmələridir.

Başqa bir hədisdə deyilir:

“Gülərüzlülük alicənablığa dəlalət edir”.

İmam Baqir (ə) gülərüzlülüyü insanlar arasında dostluğun, səmimiyyətin artmasının və insanın Allaha yaxınlaşmasına səbəb olacaq ən başlıca amillərdən biri hesab edir. O Həzrət bu haqda buyurur:

“Gülərüzlülük insanların bir-birləri ilə dostluq və səmimiyyətinə və Allaha yaxınlaşmalarına, qaraqabaqlıq isə onların bir-birləri ilə düşmənçiliyinə və Allahdan uzaq düşmələrinə səbəb olur”.

Əli (ə) buyurur:

“Din [müsəlman] qardaşlarınızla qarşılaşdığınız zaman əl-ələ görüşüb bir-birinizdən ayrılana qədər təbəssümlü olun. Belə edərsinizsə, boynunuzdakı günahlar bağışlanar”.

Nəql olunmuş növbəti hədislərdə isə müsəlmanların bir-birləri ilə daha da səmimi əlaqədə olmalarına sövq edən bu gözəl əxlaqi xüsusiyyətin axirət nəticələrinə toxunulur.

İmam Sadiq (ə) buyurur:

“Bu üç şeydən birinə riayət edən şəxsə Allah-taala cənnəti vacib edər:

1. Yoxsulluqda başqalarına əl tutmaq;

2. Camaatla gülərüzlə rəftar etmək;

3. İnsaflı olmaq [ədalətə riayət etmək]”.

ZARAFAT ETMƏK

Zarafatın müsbət xüsusiyyət olduğu haqda nəql olunmuş hədislər .

Peyğəmbər (s) buyurur:

“Mömin zarafatcıl və xoştəbiətli, münafiq isə qəmgin və qəzəbli olar”.

“Zarafat edirəm, lakin həqiqətdən başqa bir şey söyləmirəm”.

İmam Baqir (ə) buyurur:

“Allahın sevdiyi şəxslərdən biri də o şəxsdir ki, nalayiq sözlər demədən zarafat edir”.

İmam Baqir (ə) üç şeyi möminlərin əyləncəsi hesab edir. Onlardan biri də dostlarla zarafatdır.

İmam Sadiqin (ə) səhabələrindən Yunis Şeybani adlı birisi deyir:

“İmam Sadiq (ə) məndən soruşdu:

- Bir-birinizlə zarafat edirsinizmi?

Dedim:

- Çox az.

Buyurdu:

- Belə olmayın. Çünki gözəl xüsusiyyətlərdən biri də zarafat etməkdir. Zarafat etməklə öz din qardaşlarınızı sevindirmiş olursunuz. Peyğəmbər (s) birini sevindirmək istərkən onunla zarafat edərdi”.

Çox zarafat etməyin pislənilməsi .

Zarafat etmək nə qədər müsbət xüsusiyyət hesab olunsa da təbii ki, onun hədd və hududu gözlənilməlidir. Belə ki, bir çox hədislərədə çox zarafat etmək mənfi hal kimi göstərilmişdir:

Peyğəmbər (s): «Çox zarafat etmək abrı aparır».

İmam Əli (ə): «Nə qədər çox zarafat var ki, mübahisə ilə nəticələnir».

İmam Rza (ə): «Çox zarafat etmək iman nurunu aradan aparar».