Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Əfv və güzəşt

Məlum olduğu kimi, ayrı-ayrı fərdlərin hüquqlarının tapdalanması əksər hallarda sakitliyə riayət etməmək, başqalarının növbəsinə girmək, qanunsuz olaraq kiminsə məziyyətindən istifadə etmək və onlarla bu kimi hallarda baş verir. Əgər hər gün rastlaşdığımız belə hallarda cəmiyyət üzvləri bir-birlərinə güzəşt etməzsə və biri digərinin səhvinə göz yummazsa, cəmiyyətdə özbaşınalıq baş alıb gedər və hərc-mərclik ictimai problemə çevrilər. Belə bir şəraitdə müqəddəs islam dininin öz davamçılarına tövsiyə etdiyi şey də səbirli və təmkinli olmaq və bu işdə mümkün qədər güzəştə getməkdir. Allah-taala Qurani-Kərimdə Əraf surəsinin 199-cu ayəsində buyurur:

"Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" Unutmaq olmaz ki, əfv və güzəşt dedikdə, insan yalnız bəzi hallarda deyil, bütün şəraitlərdə daimi olaraq bu xüsusiyyətə malik olmalı və bu, onun üçün bir növ vərdiş və adət halına çevrilməlidir. Nəql olunmuş hədislərdə yuxarıda qeyd olunan ayənin təfsiri haqda deyilir: "Peyğəmbər (s), Həzrət Cəbraildən ayənin mənası haqqında soruşdu. Cəbrail (ə) cavab verir: "Bilmirəm, gərək ayənin mənasını Allah-taaladan soruşum". Bir qədər sonra Peyğəmbərin (s) yanına nazil olub deyir: "Ey Məhəmməd! Allah-taala sənə zülm edən (haqqını tapdalayan) şəxsi bağışlamağı, səndən nəyisə əsirgəyən şəxsə güzəşt etməyi və səninlə əlaqəsini kəsmiş şəxslərlə səmimi münasibətdə olmağını əmr edir".

Başqa bir ayədə əfv və güzəşt etmək mömin və əməli-saleh şəxslərin xüsusiyyətlərindən biri kimi göstərilir:

…"O müttəqilər ki, bolluqda da, qıtlıqda da [mallarını yoxsullara] xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər..." Digər iki ayədə Allahın güzəşt etməyə əmr etdiyi və bunun müqabilində Allah tərəfindən bağışlanmalarına müjdə verildiyi göstərilir:

...Məgər [bu yaxşılıq müqabilində] Allahın sizi [günahlarınızı] bağışlamağını istəmirsiniz? Allah, [bəndələrini] bağışlayan və rəhm edəndir!"

...Amma [tövbə edəcəkləri təqdirdə] onları əfv etsəniz, [təqsirlərindən] keçsəniz və bağışlasanız, [bilin ki] Allah günahları çox bağışlayan və rəhm edəndir!"

Peyğəmbər (s) və Məsum imamlardan (ə) nəql olunmuş hədislərdə də bu məsələyə xüsusi diqqət yetirilmiş və müsəlmanlara bu gözəl xüsusiyyətə yiyələnmələri tövsiyə edilmişdir. Peyğəmbər (s) buyurur: "Allah çox bağışlayan, rəhm və əfv edənləri sevəndir".

"Hər kim müsəlman bir şəxsin səhvini bağışlayarsa, Allah-taala da onun günahlarını bağışlayar".

"Əfv etməyi və güzəştə getməyi bacarın. Çünki əfv və güzəşt insanların yalnız əzəmət və ucalığını artırır. Allahın sizi ucaltmasını istəyirsinizsə, siz də başqalarını əfv edib günahlarını bağışlayın".

"Çox əfv edən şəxsin ömrü uzun olar".

Əli (ə) buyurur: "Əfv və güzəşt etmək, xüsusiyyətlərin ən yaxşısıdır".

"Bu iki şeyin savabını hesablamaq olmaz: Əfv etmək və ədalətli olmaq".

"İnsanların ən pisi səhvləri bağışlamayan və pisliklərə göz yummayanlardır".

"Ən böyük eyb intiqam almağa tələsmək və az güzəşt etməkdir".

İmam Sadiq (ə) buyurur: "Biz Əhli-beytin səxavət və mərdliyi bizlərə zülm edən şəxsləri əfv etməyimizdədir".

Başqa bir hədisdə buyurur: "Bu üç şey dünya və axirətin ən gözəl xüsusiyyətlərindəndir: Sənə zülm edən (haqqını tapdalayan) şəxsi əfv etmək, əlaqəni kəsən şəxslərlə ünsiyyətdə olmaq və sənə qarşı hörmətsizlik edən şəxslərə qarşı səbr və təmkinli olmaq".

HANSI ŞƏRAİTDƏ ƏFV VƏ GÜZƏŞT OLUNMALIDIR

Müqəddəs islam dini öz davamçılarını əfv və güzəşt etməyə dəvət etməklə yanaşı, özlərinin və başqalarının haqlarının tapdalanmasına yol verməməyə də əmr edir. Belə bir şəraitdə nə kimsənin haqqı tapdalanır, nə də zəiflik üzündən kimsə öz haqqından keçib günahkarı əfv və güzəşt etməli olur. Demək, əfv və güzəşt etmək yalnız o zaman öz həqiqi dəyərini tapa bilər ki, insan intiqam almağa qadir olmuş olsun, lakin alicənablıq üzündən buna yol verməsin.

Nəql olunmuş bir çox hədislərdə bu mətləbə xüsusi diqqət yetirilir. Misal olaraq burada onlardan bir neçəsini gətiririk. Peyğəmbər (s) buyurur:

"Allah-taala qüdrəti çataraq əfv və güzəşt edən şəxsin səhvə yol verdiyi zaman günahlarını bağışlayar".

"Əfv və güzəşt etməkdə insanların ən yaxşısı cəzalandırmaq üçün qüdrəti çatan, lakin əfv və güzəştə gedənlərdir".

Əli (ə) buyurur:

"Düşmənin üzərində qalib gəldiyiniz zaman əfv və güzəşt etməyi qüdrətinizin şükrü hesab edin".

"Əfv etmək qüdrətin zəkatıdır".

İmam Həsən (ə) bu haqda buyurur:

"İnsanların ən güzəştlisi o kəsdir ki, qüdrəti çatdığı zaman əfv etməyi bacarsın".

İmam Sadiq (ə) buyurur:

"Qüdrəti çataraq əfv və güzəşt etmək peyğəmbər və müttəqilərin xüsusiyyətlərindəndir".

Peyğəmbərin (s) zamanında müsəlmanların ən böyük qələbəsi Məkkənin fəthi olmuşdur. Böyük qüdrətə malik olan islam ordusu Məkkəyə daxil olarkən müşriklər artıq əvvəlki qüdrət və nüfuzunu itirib müsəlmanlardan asılı vəziyyətə düşmüşdülər. Orduya rəhbərlik edən Səd ibn Ubadə şəhərə daxil olarkən belə bir şüar verir:

"Bu gün müharibə və mübarizə günüdür. Bu gün qadınların əsir alınacaqları gündür".

Bu xəbəri eşidən Həzrət Peyğəmbər (s) bərk narahat olur. O, Həzrət Əliyə (ə) bayrağı Səd ibn Ubadədən alıb orduya rəhbərlik etməyi və - "Xeyr! Bu gün mərhəmət və bağışlanma günüdür!" - şüarını verməyi əmr edir.

Haqqında söhbət açacağımız məsələlərdən biri də hansı şəraitlərdə və kimlərin əfv və güzəşt olunmasıdır.

Güzəşt etməyə gəldikdə, biz yalnız şəxsi məsələlərdə haqqımızı tapdalayan və bizə qarşı hörmətsizlik edən şəxsləri əfv edib bağışlaya bilərik. İlahi və ictimai hüquqlara qarşı hörmətsizlik edildikdə isə, kiməsə güzəşt edib bağışlamağa heç bir ixtiyara malik deyilik.

Güzəşt və əfv nümunəsi olan Həzrət Peyğəmbərin (s) həyatına nəzər saldıqda bir daha bu həqiqətin şahidi oluruq ki, o Həzrət ictimai ədalətin bərqərar olunmasında - ictimai pozğunluğa yol verildikdə - kimsəyə güzəşt etməmiş və müqəssirləri əfv edərək cəzasız qoymamışdır. Həyat yoldaşı Ümmü Sələmənin kənizinin oğurluq etməsini buna misal çəkmək olar. Xəsarət çəkən şəxslər Peyğəmbərin (s) yanına şikayətə gəldikdə Ümmü Sələmənin xahişini nəzərə almadan onların hər birini təmkinlə dinləyib kənizin cəzalandırılmasına dair müvafiq tədbir görür.

Başqa bir misala nəzər salaq. Əli (ə) ətraf məntəqələrə göndərdiyi valilərdən birinin beytul-malı mənimsədiyini eşidib ona belə bir xəbərdarlıq məktubu yazır: "Allahdan qorx və camaatın malını özlərinə qaytar! Əgər bunu etməsən və Allah mənə səni görməyimə imkan verərsə, müşrikləri cəhənnəmə vasil etdiyim bu qılıncla səni öz cəzana çatdıracağam. And olsun Allaha! Əgər Həsən və Hüseyn sənin gördüyün bu işi görsəydilər, onları cəzalandırmaqda əsla peşiman olmazdım".

Demək, şəxsi məsələlərdə əfv və güzəştə yol verilsə də, ilahi və ictimai hüquqların bərpa olunmasında bu iş qeyri-mümkündür. Əgər buna yol verilərsə, yalnız Allahın izni, Peyğəmbər (s) və onların naibləri tərəfindən ola bilər.

Bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, əfv və güzəşt yalnız öyüd-nəsihətdən ibrət alan və bunun qədrini bilən şəxslərə edilməlidir. Çünki, onlar xəbərdarlıq olunarkən buraxdıqları səhvə birdəfəlik son qoyur və düzgün nəticə çıxarırlar. Nadan və inadkar insanlar isə əksinə, əvvəlkindən daha çox başqalarının haqqını tapdalayır və onlara edilən öyüd-nəsihətlərdən heç bir nəticə çıxarmırlar.

Əli (ə) bu barədə buyurmuşdur:

"Əfv və güzəşt alicənab insanı nə qədər islah edirsə, nadan insanı bir o qədər fasid edir".

İmam Zeynülabidin (ə) buyurmuşdur:

"Sənə pislik edən şəxsin haqqı onu bağışlamağından ibarətdir. Əfv etməyin zərərli olduğunu bildikdə isə onun üzərində hakim ol. Allah-taala buyurur: "Haqqı tapdalanan şəxslər intiqam aldıqda günahkar sayılmazlar".