Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Təmkinli olmaq

Qurani-Kərimdə güzəştə getmək, səbirli və təmkinli olmaq möminlərə xas olan xüsusiyyət kimi göstərilir:

"O, pəhrizkarlar ki, bolluqda da, qıtlıqda da [mallarını yoxsullara] xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər".

Başqa bir ayədə Allah-taala pisliyə pisliklə deyil, yaxşılıqla cavab verməyi tövsiyə edir:

"Yaxşılıqla pislik eyni ola bilməz! [Ey mömin kimsə!] Sən pisliyi yaxşılıqla dəf et! [Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!] Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!

Bu [xislət] yalnız [dünyada məşəqqətlərə] səbr edənlərə verilir və yalnız böyük qismət [savab, fəzilət] sahiblərinə əta olunur!"

Göründüyü kimi Allah-taala, düşmənçiliyin səmimi dostluğa çevrilməsini, pisliklərin qarşısında səbirli və təmkinli olmağı, pisliklərə yaxşılıqla cavab verməyi tövsiyə edir. Çünki, intiqam almaq düşmənçiliyin aradan qaldırılması deyil, insanı qıcıqlandıran daxili hisslərin yatırılmasıdır.

Nəql olunmuş hədislərdən birində deyilir:

"Günlərin bir günü bir şəxs Həzrət Əlinin (ə) qarşısında o Həzrətin xidmətçisi olan Qənbəri təhqir edir. Qənbər həmin şəxsi susdurmaq istədikdə Əli (ə) Qənbəri səsləyib deyir: "Əl saxla, onunla işin olmasın. Əgər belə etsən, Allahı özündən razı salmış, şeytanı qəzəbləndirmiş və düşmənini cəzalandırmış olarsan. And olsun insanları yaradan və dənləri göyərdən Allaha! Möminlər, Allahı səbirli və təmkinli olmaqla razı saldıqları kimi başqa heç bir şey ilə razı sala bilməzlər. Şeytanı sükut etməklə qəzəbləndirdikləri kimi başqa heç bir şeylə qəzəbləndirə bilməzlər. Nadan insanları etinasızlıqla cəzalandırdıqları kimi başqa heç bir şeylə cəzalandıra bilməzlər".

İndi isə Məsum imamlardan bu məzmunda nəql olunmuş hədisləri nəzərdən keçirək. Bu hədislər həmin məsələnin mahiyyətini açıqladığı üçün onların məzmununa xüsusi diqqət yetirmək lazımdır.

SƏBİRLİ TƏMKİNLİ OLMAQ HAQDA

NƏQL OLUNMUŞ HƏDİSLƏR

Əli (ə) buyurur:

"Səbirli təmkinli olmaq bütün pisliklərin üzərinə pərdə çəkir".

"Səbirli təmkinli olmaq parlaq bir nurdur. Əql isə onun cövhəridir".

"Səbirli təmkinli olmaqdan böyük şərəf yoxdur".

"Səbirli təmkinli olmağı öyrənin. Çünki, səbr möminin ən yaxın dostu və köməkçisidir".

"Səbirli təmkinli olmağı sənə tövsiyə edirəm. Çünki səbr, elmin səmərəsidir".

Başqa bir hədisdə buyurur:

"Səbirli təmkinli olan şəxs daim şad və sevinc içində olar".

"Təmkinli şəxsin ilk mükafatı səbr etdiyi üçün camaatın onu cahil və nadan şəxslərin yanında müdafiə etmələridir".

"Sənin qarşında səbirli təmkinli olan şəxs sənə qalib gəlmiş olur".

İmam Cavad (ə) bu haqda buyurur:

"Səbr alimin geyimidir (paltarıdır). Elə isə onu üzərinizdən çıxarmayın".

QƏZƏBİN YATIRILMASI HAQQINDA

NƏQL OLUNMUŞ HƏDİSLƏR

Peyğəmbər (s) buyurur:

"Allah-taala qəzəbini yatıra bilən şəxslərin qəlblərini imanla doldurar".

Əli (ə) buyurur:

"Qəzəbini boğa bilən şəxsin eyb və nöqsanlarını Allah-taala örtər".

İmam Baqir (ə) buyurur:

"Qəzəbini uda bilən şəxs, əgər bunu edərsə, Allah-taala Qiyamət günü onun qəlbini iman və fərəhlə doldurar (yəni, ona mənəvi rahatlıq nəsib edər)".

İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edərək buyurur:

"Qəzəbini uda bilən şəxs əgər bunu edərsə, Allah-taala ona səbirli və təmkinli olduğu üçün şəhid savabını verər".

Nəql etdiyi başqa bir hədisdə buyurur:

"İnsanların ən ehtiyatlısı qəzəbini daha çox boğan şəxslərdir".

SƏBİRLİ TƏMKİNLİ OLMA Ğ IN HƏDDİ - HÜDUDU

Həzrət Əli (ə) buyurur:

"Qəzəbi udmaq səbr və təmkinli olmağın səmərəsidir".

İmam Həsən Müctəbadan (ə) səbr haqda soruşduqda buyurur:

"Qəzəbi udmaq, insanın özünü ələ alması deməkdir".

Başqa bir hədisdə buyurur:

"Qəzəbləndiyi zaman özünü ələ alan və qəzəbini boğa bilən şəxslərin vurğunuyam".

Hədislərdən birində deyilir:

Bir şəxs imam Sadiqin (ə) yanına gəlib deyir: "Bundan belə qəzəblənməmək və kiminləsə sərt davranmamaq qərarına gəlmişəm. Lakin dostlarım bunu mənə məsləhət görmürlər və deyirlər ki, əgər belə etsən, hamının nəzərindən düşüb xar və rüsvay olacaqsan". İmam Sadiq (ə) həmin şəxsin cavabında buyurur:

"Xar və rüsvay olan yalnız zalımlardır".

Nəql olunmuş hədislərdən belə bir qənaətə gəlmək olur ki, insanların haqqa hidayət olmalarını və onlara əxlaqi dəyərləri təlim etməyi öz öhdələrinə götürmüş Peyğəmbər (s) və Məsum imamlar (ə) müsəlmanlar arasında səmimi münasibətlərin bərqərar olunması, anlaşılmazlıqların, kin-küdurətin, ədavət və düşmənçiliklərin aradan qaldırılmasında çıxış yolunu güzəşt etməkdə, səbirli və təmkinli olmaqda görmüşlər. Onlar öz davamçılarına daim pisliklərin müqabilində yaxşılıq etməyə, qarşılaşdıqları çətinliklərdə və onlara qarşı edilən hörmətsizliklərin qarşısında səbirli və təmkinli olmağa tövsiyə etmişlər. Lakin, necə olursa-olsun, daim yaranmış şəraiti nəzərə almalı və hər şeydən əvvəl çıxış yolunu hər hansı bir cəza tədbirinə əl atmaqda deyil, şəri qanunlar çərçivəsində lazımi tədbirlər görmək lazımdır.

TƏMKİNLİ DAVRANIŞ

Burada Peyğəmbər (s) və Məsum imamların (ə) onlara qarşı edilən hörmətsizlik və kobud rəftar müqabilində necə davrandıqları və yüksək əxlaq nümunələri nümayiş etdirmələri haqda söhbət açacağıq. Nəql olunmuş hədis və tarixi sənədlərdə onların, hətta qatı düşmənlərinə qarşı necə mülayim rəftar etmələrinin və bununla onların qəlblərinə yol tapmalarının şahidi oluruq. Bir sözlə, o Həzrətlərin başa vurduqları şərəfli həyat onların davamçıları üçün ən yaxşı örnək, əxlaq və həyat dərsidir. Söhbətimizi Peyğəmbərin (s) sünnəsi ilə başlayırıq.

Os və Xəzrəc, Mədinənin iki böyük və nüfuza malik olan qəbilələrindən idi. Cahiliyyət dövründə onların arasında daimi qarşıdurmalar və illər boyu davam edən müharibələr baş verərdi. Baş vermiş döyüşlərdə hər iki tərəf ağır itkilər verir və böyük çətinliklərlə qarşılaşırdılar. Lakin Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müqəddəs islam dininin və Peyğəmbərin (s) şərəf, əzəmət və ucalığı sayəsində bu iki qəbilə arasında sülh və əmin-amanlıq bərqərar oldu. Bir gün hər iki qəbilənin adamları birlikdə məclis qurduqları zaman Şas ibni Qeys adlı bir yəhudi onların məclisinə gəlib nəzər salır. İki qəbilə arasında yaranmış səmimi dostluq əlaqələri onu olduqca narahat edir. Belə qərara gəlir ki, yəhudi cavanlarından birini onların məclisinə göndərərək sülh və asayişlərini pozub, qarşıdurma yaratsın. Cavan yəhudi, Qeysin dediyi kimi də edir. O, məclisə daxil olub bir kənarda əyləşir. Qəbilə üzvlərinin biri ilə etdiyi söhbətdə onun yadına əvvəllər baş vermiş qanlı Buğas gününü salır. Hər iki qəbilə yenidən köhnə ədavətlərini xatırlayaraq qarşı-qarşıya durub silaha əl atırlar. Bu xəbər tez bir zamanda bütün şəhərə yayılır. Peyğəmbər (s) bundan xəbər tutub tez özünü onların məclisinə çatdırır. Məclisə daxil olub onlara müraciət edərək buyurur: "Ey müsəlmanlar! Allahı yada salın, Allahı! Mən sizin aranızda ola-ola yenidən cahiliyyət adət-ənənələrinə qayıdırsınız?! Allah-taala sizləri islam dini ilə haqqa hidayət etdiyi və cahiliyyətin zülmətindən nicat verdiyi bir halda yenidən küfrə üz tutursunuz?!" Peyğəmbərin (s) belə bir təsirli çıxışından sonra hər iki qəbilə qılınclarını yerə atıb öz peşimançılıqlarını və o Həzrətə (s) bundan belə də tabe olacaqlarını bildirdilər. Beləliklə yəhudi cavanın mənfur niyyəti baş tutmadı və yenidən hər iki qəbilə arasında sülh və qardaşlıq bərqərar oldu.

İkinci hədisdə deyilir: "Bir gün Peyğəmbər (s) öz səhabələri ilə birlikdə Mədinə məscidində olarkən bir çöl ərəbi məscidə daxil olub Peyğəmbərdən (s) pul istəyir. Peyğəmbər (s) onu əliboş qaytarmayıb bir qədər pul verir. Lakin həmin şəxs ona verilən məbləğdən razı qalmayıb Peyğəmbəri (s) acılayır. Səhabələr bundan hiddətə gəlib onu cəzalandırmaq istəyir. Peyğəmbər (s) təmkinlə onları sakitləşdirib çöl ərəbini evinə aparır. Həmin şəxs evə daxil olduqda Peyğəmbərin (s) olduqca sadə bir şəraitdə yaşadığını görüb təəccüblənir. Çünki o, yanlış olaraq belə təsəvvür edirdi ki, Peyğəmbər (s) də şahlar kimi eyş-işrət içində yaşayır, onun da xəzinələri və ətrafında əyan-əşrafı vardır. Bunun üçün də peşimançılığını etiraf edərək Peyğəmbərdən (s) üzr istəyir. O Həzrət onun üzrxahlığını qəbul edib buyurur: "Sən dünən səhabələrin yanında məni təhqir etdin, indi isə mənə öz minnətdarlığını bildirirsən. Qorxuram onlarla qarşılaşdıqda sənə zərər yetirmiş olsunlar. Bunun üçün də yaxşı olardı ki, bu sözlərini onların yanında da təkrar edəsən". Həmin şəxs bununla razı olub Peyğəmbərlə (s) birlikdə məscidə gəlir. Peyğəmbər (s) üzünü səhabələrə tutub buyurur: "Bu şəxs məndən razı qaldığını bildirir, elədirmi?" Çöl ərəbi səhvini etiraf edib Peyğəmbərin (s) dediklərini təsdiq edir və səhabələrin qarşısında o Həzrətə bir daha öz minnətdarlığını bildirir. Sonra Peyğəmbər (s) yenidən üzünü səhabələrə tutub buyurdu: "Bu şəxs ilə mənim aramda baş vermiş əhvalat, dəvəsi hürküb qaçmış bir çöl ərəbinin hekayəsinə bənzəyir. Camaat ona kömək məqsədilə səs-küy salaraq dəvənin dalınca düşürlər, amma onlar dəvəni tuta bilməyib, əksinə onu daha da uzaqlaşdırırlar. Dəvənin sahibi onlardan kömək etməmələrini xahiş edir. Özü bir qədər ot götürüb dəvəyə tərəf gedir. Beləliklə dəvənin cilovunu ələ keçirir və dəvəsini minib yolunu davam edir. Əgər mən də dünən sizin qarşınızı almasaydım onu ölümcül hala salardınız. Lakin mülayim rəftarla onun qəlbini ələ ala bildim".

Üçüncü əhvalat imam Həsən (ə) haqqında nəql olunmuşdur. Bir gün imam Həsən (ə) atla yol gedərkən Şam əhlindən olan bir nəfər şəxs onu görüb lənət oxumağa və təhqiramiz sözlər deməyə başladı. Qurtardıqda, imam Həsən (ə) gülər üzlə ona tərəf gəlib salam verib buyurdu: "Güman edirəm bu yerlərdə qəribsən və məni kiminləsə səhv salırsan. Əgər bir şeyə ehtiyacın varsa, onu ödəməyə hazıram; bu yerlərə bələd deyilsənsə, sənə bələdçilik edə bilərəm; kömək istəyirsənsə, sənə köməklik edim; acsansa sənə yemək verim; paltarın yoxdursa, sənə paltar verim; qalmağa yerin yoxdursa, sənə yer verək; bizlərə tərəf gəlmisənsə, qonağımız ol. Hər halda səni bir qonaq kimi qəbul etmək üçün kifayət qədər yerimiz və imkanımız var". Həmin şəxs imam Həsənin (ə) bu sözlərini eşidib peşiman olur və xəcalətindən ağlamağa başlayır. Sonra üzrxahlıq istəyərək deyir: "Şəhadət verirəm ki, sən Allahın yer üzərindəki xəlifəsisən. Allah-taala kimləri bu məqama təyin etdiyini çox yaxşı bilir. Bu günə qədər səni və atanı özümə ən qatı düşmən hesab edirdim. Lakin bundan belə hamıdan çox sevdiyim və hörmət etdiyim şəxs olacaqsınız".

Beləliklə, imam Həsən (ə) Bəni-üməyyə sülaləsindən olan qatı bir Əhli-beyt (ə) düşmənini gözəl əxlaq nümayiş etdirməklə ən yaxın şəxslərdən birinə çevirir.