Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Səbirli olmaq

Hər bir insan gündəlik həyatında özü kimi bir çox cəmiyyət üzvləri ilə qarşı-qarşıya gəlir və onlarla daimi ünsiyyətdə olur. Cəmiyyət üzvlərinin hər birinin özlərinə xas rəftar, davranış və təfəkkür tərzi vardır. Bəzən elə şəxslərlə rastlaşırıq ki, onlar bir sıra əxlaqi xüsusiyyətlərə malik olmadıqları üçün adi davranış qaydalarında və başqaları ilə ünsiyyətdə kobudluğa yol verirlər. Bu da tərəf-müqabilin inciməsinə və narahatçılığına səbəb olur. Bəs bu kimi xoşagəlməz rəftar və davranışların müqabilində nə etmək lazımdır?

Təbiidir ki, bu vəziyyətdə hər şeydən əvvəl insanın zehninə belə bir çıxış yolu gəlir: ya onlarla tamamilə əlaqəni kəsməli, ya da yalnız gözəl əxlaqa malik olan şəxslərlə ünsiyyətdə olmalı. Belə təsəvvür olunur ki, insan yalnız bu yolla öz asayiş və rifahını təmin edə bilər. Qeyd etmək lazımdır ki, bu işi həyata keçirmək qeyri-mümkündür. Çünki, hər bir cəhətdən gözəl xüsusiyyətlərə malik olan və bütün gözəl əxlaqi səciyyələrə yiyələnən belə bir ideal şəxsi tapmaq demək olar ki, qeyri-mümkündür.

ÇIXIŞ YOLU NƏDƏDİR ?

İslam dininin belə bir şəraitdə bizlərə tövsiyə etdiyi şey, daha dəqiq desək, göstərdiyi yol "səbirli və təmkinli" olmaqdır.

Burada üç mühüm məsələyə xüsusi diqqət yetirmək lazımdır:

1. Qəzəbin mahiyyəti və qəzəb qüvvəsindən bəhrələnmək (istifadə etmək) tərzi;

2. İslam dinində səbirli və təmkinli olmağın dəyər və əhəmiyyəti;

3. İslam dininin səbr və təmkinliyə olan baxışı. Həzrət Peyğəmbər (s) və İmamların (ə) başqalarının kobud rəftarlarının qarşısında səbr və təmkinli olmaları.