Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Əhdə vəfalı olmaq

İctimai əlaqələrin bərqərar olunmasında hər bir müsəlmana zəruri olan digər əxlaqi xüsusiyyətlərdən biri də əhdə vəfalı olmaqdır.

Qurani-Kərimin bir çox ayələrində və məsum imamlardan nəql olunmuş hədislərdə bu məsələyə böyük əhəmiyyət verilmişdir. Bağlanılan bütün əhd-peymanlara əməl etməyi Quran vacib hesab edir:

"...Əhdə vəfa edin. Çünki [insan] əhd barəsində [qiyamət günü] cavabdehdir. [İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suallara tutulacaqdır]".

"Ey iman gətirənlər! Əhdlərə sadiq olun...".

Əhd-peymana əməl olunmasının zəruri olduğunu qeyd etməklə yanaşı, onun pozulmamasına da ciddi xəbərdarlıq edilir:

"Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz (vədə verirsiniz)?..."

Bağlanılan əhd-peymana istər fərdi olsun, istərsə də ümumi, istər müsəlmanlarla olsun, istərsə də müşrik və kafirlərlə, vəfalı olmaq hər bir müsəlmana vacibdir. Allah-taala Qurani-Kərimdə Peyğəmbərə (s) xitab edərək buyurur:

"...Onlarla əhdinizə axıra qədər [müddəti bitənədək] vəfa edin...".

İmam Sadiq (ə) buyurur:

"Üç halda heç kəsin üzrü qəbul olunmaz:

1. Əmanəti öz sahibinə qaytarmayanın (mal sahibinin əməli-saleh bir şəxs olub-olmamasından asılı olmayaraq);

2. Kimliyindən asılı olmayaraq əhdinə vəfa etməyənin;

3. Ata-anaya yaxşılıq etməyənin (istər onlar əməli-saleh olsun, istərsə də yox)."

ƏHDƏ VƏFA ETMƏYİN ƏHƏMİYYƏTİ

Əhdə vəfalı olmağın zəruriliyi və nə qədər əhəmiyyətli olduğu artıq bizə bəlli oldu. İndi isə baxaq görək islam nöqteyi-nəzərindən digər mənəvi dəyərlərlə yanaşı əhdə vəfalı olmağın nə kimi əhəmiyyəti vardır?

Burada bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. Qurani-Kərimdə deyilir:

"O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar [onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər]".

Peyğəmbər (s) bu haqda buyurur:

"Allaha və Qiyamət gününə iman gətirmiş hər bir şəxs verdiyi vədəyə əməl etməlidir".

Əli (ə) buyurur:

"Möminlərin nişanələrindən biri də onların əhdə vəfalı olmalarıdır."

"Dinin sütunlarından biri də əmanətə və əhdə vəfa etməkdir".

Qurani-Kərimin başqa bir ayəsində əhdə vəfa etmək əməli-saleh insanların xüsusiyyətlərindən biri kimi göstərilir:

"Yaxşı insanlar əhd-peyman bağladıqda ona vəfalı olarlar".

Başqa bir ayədə Allah-taala Həzrət İsmayıla (ə) vəsf edərkən buyurur:

"[Ya Məhəmməd!] Quranda İsmaili də yada sal! O öz vədinə sadiq və [Bizim tərəfimizdən öz ümmətinə] göndərilmiş bir peyğəmbər idi".

Həzrət İsmayılın (ə) peyğəmbərliyindən də əvvəl onun əhd-peymana sadiq olduğu göstərilir. Belə ki, nəql olunmuş hədislərdən birində deyilir:

"Həzrət İsmayıl (ə) günlərin bir günü onunla görüşmək istəyən bir şəxslə görüş yeri təyin edir. O Həzrət vədinə əməl edərək hər gün həmən yerə gedir və həmən şəxsi gözləyir. Lakin bir il ardıcıl getməsinə baxmayaraq, həmən şəxsi görə bilmir. Onu görənlər harada olduğunu və nə üçün vədəsinə xilaf çıxdığını soruşurlar. Həmən şəxs nəhayət Həzrət İsmayılın (ə) yanına gəlib görüşü unutduğu üçün bu müddət ərzində gəlmədiyini bildirir. Həzrət İsmayıl (ə) təmkinlə onu dinləyib buyurur: «And olsun Allaha! Əgər bu gün də gəlməsəydin, ömrümün sonuna qədər buraya gələcəkdim».

Bu əhvalatdan sonra Həzrət İsmayıla (ə) "Sadiqul-vəd" ləqəbi verildi".

2. İmam Sadiqdən (ə) nəql olunmuş hədislərdən birində əhdə vəfalı olmaq hər bir müsəlmanın üzərinə düşən vəzifələrdən biri kimi göstərilir:

"Mömin möminin qardaşıdır. Göz təki ona yol göstərər və heç vaxt haqqını mənimsəyib xəyanət etməz. Vədə verdiyi zaman aldatmadan əhdinə sadiq qalar".

Əli (ə) buyurur:

"Əhdə vəfalı olmaq sədaqətlə yanaşı olmalıdır. Və mən əhdə vəfadan möhkəm bir şey təsəvvür etmirəm. İnsan Allahın hüzuruna qayıdacağını bildiyi halda başqalarına qarşı necə hiylə işlədə bilər?!"

Elə bir dövranda yaşayırıq ki, hiyləgərlik zirəklik hesab olunur və nadan insanlar bu şəxsləri zirək və bacarıqlı adlandırırlar. Görəsən onlar bundan nə kimi mənfəət əldə edirlər? Allah onları öldürsün! Şübhəsiz ki, [həqiqi] zirək və bacarıqlı insanlar hiyləgərliyin yolunu bilmirlər. Lakin ilahi yasaq və qadağalar onları bu işdən çəkindirir. Bunu bacarsalar da heç vaxt həyata keçirmirlər. Lakin, dinlə heç bir əlaqəsi olmayan şəxslər öz gündəlik həyatlarında dəfələrlə bu çirkin işə əl atarlar.

İmanı zəif olanlar, dinə inam və etiqadı olmayan şəxslər heç nədən çəkinmədən öz əhd-peymanlarına sadiq qalmaz və çox asanlıqla hər şeyi alt-üst etməyə hazır olarlar. Bu bir həqiqətdir ki, Allaha iman gətirmiş əməli-saleh şəxslər müxtəlif bəhanələrə əl atıb verdikləri vədəyə əsla xilaf çıxmazlar.

Bu səbəbdən də müşriklərin bağladıqları əhd-peymanlara riayət etməmələrinə baxmayaraq, Həzrət Peyğəmbər (s) onların ardı-arası kəsilməyən təzyiqlərinə dözür və onlarla bağladığı əhd-peymanları pozmurdu.

Nəhayət Tövbə surəsinin ilk ayəsi nazil oldu və müşriklərə çox ciddi xəbərdarlıq edildi:

"[Bu], Allahdan və Onun Peyğəmbərindən saziş bağladığınız müşriklərə [onlarla olan əhdlərin pozulması, əlaqələrin kəsilməsi haqqında] xəbərdarlıqdır!"

Tövbə surəsinin bu və sonrakı ayələri nazil olduqdan sonra bir neçə qəbilələr istisna olmaqla, müsəlmanlarla müşriklər arasında bağlanılan əhd-peymanlara bir dəfəlik son qoyuldu.

3. İstər Həzrət Peyğəmbər (s), istərsə də onun davamçıları olan məsum imamlar (ə) müsəlmanların bağladıqları əhd-peymanlara və öz vədələrinə sadiq qalmalarına təkid etmiş və onların pozulmasına yol verməmələrini tövsiyə etmişlər.

Peyğəmbər (s) bunu hətta münafiqlərin xüsusiyyətlərindən biri kimi qiymətləndirib buyurur:

"Üç şey münafiqlərin xüsusiyyətlərindəndir:

1. Bir şey danışdıqları zaman yalan söyləyərlər;

2. Bağladıqları əhd-peymanı pozarlar;

3. Verilən əmanətlərə xəyanət edərlər."

Əli (ə) Malik Əştərə verdiyi göstərişlərin birində buyurur:

"Camaata vədə verdiyin zaman öz əhdinə sadiq qal. Çünki əhdə vəfa etməmək Allahla insanlar arasında düşmənçiliyə [insanların Allahdan uzaq düşmələrinə] səbəb olur. Allah-taala buyurur:

"Etməyəcəyiniz bir şeyi demək Allahın qəzəbinə səbəb olur".

İmam Sadiq (ə) buyurur:

"Möminin öz din qardaşına verdiyi vədə, kəffarəsi olmayan nəzir kimidir. (Yəni, verilmədikdə kəffarə ilə əvəz etmək olmur). Əhdini pozmuş şəxs Allahın qəzəbinə gələrək Onunla müxalifət etmiş olur. Allah-taala Öz kitabında buyurur:

"Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz. Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar".

Əli (ə) buyurur:

"Öhdəsindən gələ bilməyəcəyin hər hansı bir şey haqda əhd-peyman bağlama".

"Yerinə yetirəcəyiniz şeyin öhdəsindən gələcəyinə əmin olmayınca vədə verməyin".