Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
Gözəl davranış

Cəmiyyətdə gözəl əxlaq nümayiş etdirmək və insanlarla gözəl davranmaq bir çox müsbət nəticələr verir. Onlardan bəziləri o qədər aşkardır ki, əsla izaha heç bir ehtiyacı yoxdur. Buna baxmayaraq Həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql olunmuş hədislərdən istifadə edərək onlardan bir neçəsi haqda söhbət açacağıq. Peyğəmbər (s) buyurur: "Gözəl əxlaq ruzinin artmasına səbəb olur". İmam Əli (ə) buyurur: "Gözəl əxlaq ruzini artırır və dostları bir-birləri ilə munis edir". Yəni, daim bir-birləri ilə səmimi ünsiyyətdə olmalarına səbəb olur.

"Xoşxasiyyət şəxslərlə ünsiyyətdə olmaq istəyənlər və onları sevənlərin sayı çox olar".

"Həqiqətən gözəl əxlaq və davranış ömrü uzun, şəhərləri isə abad edir".

"Günəş dərini qurutduğu kimi, gözəl rəftar da səhv və günahları qurudub aradan aparır. Sirkə balı xarab etdiyi kimi, kobud rəftar da əməlləri məhv edir".

Göründüyü kimi İmamlar (ə) bir tərəfdən bizləri gözəl davranışa sövq edir, digər tərəfdən isə xoşagəlməz rəftar və davranışlardan çəkindirərək bunun nə ilə nəticələnəcəyini çatdırırlar. Peyğəmbər (s) buyurur: "Xoşagəlməz davranış bağışlanmaz bir günahdır". İmam Əli (ə) buyurur: "Kobud rəftar ən pis xüsusiyyətdir".

"Pis davranış həyatın acısı və sağlamlıq üçün bir təhlükədir".

"Kobud rəftar səmimiyyət və mehribançılığı aradan aparır, insanı daim qorxu içində saxlayır".

"Kobud rəftar yaxınları qorxudur, özgələrin nifrətinə səbəb olur".

Peyğəmbər (s) buyurur: "Bu iki xisləti möminlərdə görmək olmaz: paxıllıq və kobud rəftar".