Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Qəsb, And, Yalan, Qeybət

Qəsbin tərifi

Qəsb – insanın nahaqdan və zülm üzündən başqasının malını, yaxud hüququnu mənim-səməsinə deyilir.

Qəsb böyük günahlardandır. Qəsbkar qiyamət günü ağır əzabla üzləşəcək.

Qəsbin hökmləri

1– Qəsbin bütün növləri haramdır və böyük günahlardan sayılır.

2– Əgər insan bir şeyi qəsb etsə, haram iş görməkdən əlavə, onu sahibinə qaytarması da vacibdir. Əgər həmin mal tələf olsa, onun əvəzini verməlidir.

3 – Əgər qəsb olunmuş malı xarab etsə, onu gərək təmir əlhaqqı ilə bir yerdə sahibinə versin. Əgər yenidən düzəlişetmə malın qiymətini aşağı salarsa, əvvəlki ilə müqayisədə fərqi ödəsin.

4 – Əgər qəsb olunmuş malı dəyişib əvvəlkindən daha yaxşı bir şəklə salsa, (məsələn, qəsb olunmuş velosipedi təmir etsə) mal sahibi də malını həmin şəkildə istəsə, malını ona qaytarmalıdır. Çəkdiyi zəhmət üçün mal sahibindən muzd ala bilməz. Eyni zamanda həmin malı sahibinin icazəsi olmadan əvvəlki vəziyyətə qaytarmağa da haqqı yoxdur.

AND İÇMƏK

1-Əgər bir şəxs yaradan tanrının (Allah, Xuda kimi) adlarından birinə and içsə ki, filan işi görəcəm və ya tərk edəcəm, ona əməl etməsi vacibdir. Məsələn and içə ki, oruc tutacam və ya siqareti tərk edəcəm.

2-Əgər qəsdən öz andına əməl etməsə kəffarəsini verməlidir. Andın kəffarələri aşağıdakılardan ibarətdir:

* Bir qul azad etmək.

* 10 fəqiri doyuzdurmaq.

* 10 fəqiri geydirmək. (paltarla təmin etmək).

Əgər bunlardan heç birini yerinə yetirə bilməsə üç gün oruc tutmalıdır.

3-Əgər bir kəs düz olan bir şeyə and içərsə, onun andı məkruhdur. Lakin yalan bir şeyə and içərsə haramdır və böyük günahlardan hesab olunur.

Yalan

1– Yalan danışmaq haram işlərdən və böyük günahlardan sayılır.

2– Çox mühüm bir iş üçün məsələn, bir nəfərin öldürülməsinin, yaxud ailənin dağılmasının qarşısını almaq üçün yalan danışmağın eybi yoxdur.

Qeybət

Bir nəfərin xoşagəlməz bir işini, ya xüsusiyyətini, başqalarının bilməsini istəmədiyi halda, xəbərdar olmayanlara söyləmək, onun arxasıyca danışmaq «qeybət» sayılır.

Qeybətin hökmləri

1-Qeybət həm danışana, həm də eşidənə haramdır.

2-Əgər bir nəfər başqa birisinin qeybətini etdikdən sonra peşman olub tövbə etsə, haqqında qeybət etdiyi şəxsin özünə bu haqda deməsi lazım deyil.

3-Bir şəxs namaz qılmırsa, lakin günahını da aşkar etmirsə onun qeybətini etmək caiz deyildir. (Baxmayaraq ki, onu əmr be məruf etmək lazımdır).

ÜZÜ QIRXMAQ

1- Üzü qırxmaq istər ülgüclə olsun istərsə də maşınla ehtiyati-vacibə görə haramdır.

Sual: 18, 19 yaşlarında olan bir gənc üzündə tük bitsin və ya yaxşı tüklənsin deyə iki-üç dəfə üzünə ülgüc vura bilərmi?

Cavab: Ehtiyati-vacibə görə üzü qırxmamalıdır. Lakin üzdə tük bitməyincə ülgüc vurmanın maneçiliyi yoxdur.