Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Baxmaq, Evlənmək

Allahın verdiyi nemətlərdən biri də insanın görmə qabiliyyətidir. İnsan bu böyük nemətdən özünün və başqalarının kamal və tərəqqisi yolunda istifadə etməlidir.

Təbiətə və onun gözəlliklərinə baxmaq, başqalarının hüququna təcavüz sayılmazsa, eybi yoxdur. Lakin gözü başqalarına baxmaqdan və özünü də naməhrəmlərin baxışından qorumaq üçün xüsusi qaydalar vardır ki, onların bəzilərini bu hissədə bəyan edirik:

MƏhrƏm vƏ namƏhrƏm

Məhrəm o kəsdir ki, onunla izdivac etmək haramdır və ona baxmaqda, başqa şəxslərlə əlaqədə olan məhdudiyyətlər yoxdur.

Oğlanlara və kişilərə məhrəm olanlar

1-Ana və nənə;

2-Qız və qızın övladı;

3-Bacı;

4-Bacının övladları (bacının qızları);

5-Qardaşın övladları (qardaşın qızları);

6-Bibi (həm özünün bibisi, həm də atasının və anasının bibisi);

7-Xalası (həm özünün xalası, həm də atasının və anasının xalası).

Qeyd olunanlar nəsəbi qohumluq (qan qohumluğu) səbəbi ilə bir-biri ilə məhrəmdirlər. Başqa bir dəstə isə izdivac səbəbi ilə oğlanlara və kişilərə məhrəm olurlar ki, aşağıdakılardan ibarətdir:

1-Qayınana və onun anası;

2-Arvadın (başqa ərindən olan) qızı, hətta öz qızı olmasa belə. Bu şərtlə ki, o qadınla yaxınlıq etmiş olsun.

3-Atanın arvadı (ögey anası);

4-Oğulun arvadı (gəlin).

Qeyd olunan şəxslərdən başqa yerdə qalan bütün qadınlar naməhrəmdir, hətta insanın qardaşının arvadı və arvadının bacısı olsa belə. Baxmayaraq ki, arvadının bacısı (baldızı) ilə izdivac etməsi, onun öz həyat yoldaşı olduğu vaxta qədər haramdır. Yəni iki bacı ilə evlənmək caiz deyildir. Amma birinci bacısı dünyadan getsə, yaxud ona təlaq versə, eybi yoxdur.

Başqalarına baxmaq

1-Ərlə arvad bir-birinin hər bir yerinə, hətta ləzzət məqsədi ilə olsa belə baxa bilərlər.

2-Ər-arvaddan başqa hər bir şəxsin başqasına baxması əgər ləzzət almaq məqsədi ilə olsa haramdır. İstər eyni cinsdən olsunlar, məsələn bir kişi başqa bir kişiyə baxsın, yaxud eyni cinsdən olmasınlar, məsələn kişinin qadına baxması kimi; istər məhrəmlərdən olsun, istərsə də qeyri-məhrəmlərdən. Bədənin hansı bir yerinə baxmağın da fərqi yoxdur.

3-Kişinin qadının bədəninə baxması ləzzət məqsədi ilə olmasa onun xüsusi hökmləri vardır ki, indi onları bəyan edirik.


1-Övrətinə: haramdır

1-Məhrəm-----

2-Övrətdən başqa yerlərə: caizdir

Kişinin qadına baxması -

2-Naməhrəm---

1-Üzünə və biləyə qədər əllərinə: caizdir

2-Bədənin sair üzvlərinə: haramdır

EVLƏNMƏK

1-Bir kəsin həyat yoldaşı olmadığına görə harama düşürsə, məsələn naməhrəmə baxırsa, onun izdivac etməsi vacibdir.

Layiqli həyat yoldaşı

Yaxşı olar ki, insan izdivac etmək istədiyi şəxsin xasiyyətinə, xüsusiyyətlərinə diqqət yetirsin, təkcə onun gözəlliyi və mal-dövləti ilə kifayətlənməsin. Peyğəmbərin (s) nəzərində layiqli həyat yoldaşının xüsusiyyətləri aşağıdakılardır:

*Məhəbbətli olsun;

* İffətli və pak olsun;

* Öz ailəsində əziz olsun;

* Əri qarşısında təvazökar olsun;

* Yalnız öz əri üçün zinətlənib bəzənsin;

* Öz ərinə itaət etsin.

Nalayiq həyat yoldaşın xüsusiyyətləri

Peyğəmbəri Əkrəmdən (s) nəql olunan rəvayətlərdə nalayiq həyat yoldaşın xüsusiyyətləri aşağıdakılar kimi qeyd olunur:

* Öz ailəsində xar olsun;

* Həsədçi və kinli olsun;

* Təqvasız olsun;

* Başqaları üçün bəzənsin;

* Ərinə itaət etməsin.

İzdivac əqdi

1-İzdivacda onun xüsusi siğəsi oxunmalıdır və qızla oğlanın razı olması və bir-birini istəməsi kifayət deyildir. Deməli izdivac əqdinin oxunmadığı vaxta qədər elçilik məhrəm olmağa səbəb deyil və sair naməhrəm qadınlarla heç bir fərqi yoxdur.

2-Əgər izdivac əqdinin bir hərfi səhv oxunsa və nəticədə mənası dəyişsə əqd batildir.