Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Oruc

Orucun tərifi

İslamın insanların ruhi-mənəvi təkamülə çatması üçün nəzərdə tutduğu vacib əməllərdən və illik proqramlardan biri də orucdur. Oruc bundan ibarətdir ki, insan sübh azanından məğrib azanına qədər Allahın əmrini yerinə yetirmək üçün şərhi sonradan veriləcək bəzi işlərdən çəkinsin. Orucun hökmləri ilə tanış olmaq üçün onun növlərini bilmək lazımdır:

VACİB ORUCLAR

Aşağıdakı oruclar vacibdir:

* Mübarək Ramazan ayının orucu;

* Qəza orucu;

* Kəffarə orucu;

* Nəzir vasitəsilə vacib olan oruc;

* Atanın qəza orucu böyük oğula vacibdir.

Haram oruclardan bəziləri

* Fitr bayramının (Şəvval ayının birinin) orucu;

* Qurban bayramının orucu (Zil-həccənin onu);

* Ata-anasının əzab-əziyyətə düşməsinə, inciməsinə səbəb olacaq təqdirdə övladın müstəhəb orucu;

* Ata-ananın qadağan etdiyi təqdirdə övladın tutduğu müstəhəbb oruc (ehtiyat-vacibə görə);

Müstəhəbb oruclar

Haram və məkruh günlərdən başqa ilin bütün günlərində oruc tutmaq müstəhəbdir, lakin bəzi günlərə daha artıq təkid edilmişdir ki, onları aşağıda şərh edirik:

* Hər cümə axşamı və cümə günləri;

* Məbəs günü (Rəbiul-əvvəlin iyirmi yeddisi);

* Qədir-xum bayramı (on səkkizi zil-həccə);

* Peyğəmbər (s)-in milad günü (on yeddisi Rəbiul-əvvəl);

* Ərəfə günü (Zil-həccənin doqquzu); Əgər oruc tutulması o günün dualarının oxunuşuna mane olmazsa.

* Bütün Şəban və Rəcəb ayları;

* Novruz bayramı günü;

* Hər ayın on üç, on dörd, on beşinci günləri.

Məkruh oruclar

* Qonağın ev sahibinin icazəsi olmadan müstəhəbb oruc tutması;

* Ev sahibinin qadağan etdiyi halda qonağın müstəhəbb oruc tutması;

* Atanın icazəsi olmadan övladın müstəhəbb oruc tutması;

* Aşura gününün orucu;

* Ərəfə günündə insanın duaya getməsinin qarşısını alan oruc;

* Qurban, yoxsa Ərəfə günü olduğunu bilmədiyi günün orucu;

Orucun niyyəti

1-Oruc ibadətdir və yalnız Allahın fərmanını yerinə yetirmək üçün tutulmalıdır.

2-İnsan Ramazan ayının hər gecəsində sabahın orucu üçün niyyət edə bilər. Yaxşı olar ki, Ramazan ayının birinci gecəsində bütün ayın orucunun niyyətini etsin.

3-Müəyyən olunmuş vacib orucda orucun niyyəti üzürsüz yerə sübh azanından sonraya qədər təxirə salınmamalıdır.

4-Müəyyən vacib orucda hər hansı üzr səbəbinə görə, məsələn unutmaq, yaxud səfərdə olmağa görə oruc niyyəti etməmişsə orucu batil edən bir iş görməmiş olsa zöhrə qədər oruc niyyəti edə bilər.

5-Orucun niyyətini dildən keçirtmək vacib deyildir, əksinə Allahın göstərişlərini yerinə yetirmək məqsədi ilə sübh azanından məğribə qədər orucu batil edən bir iş görməzsə kifayətdir.

Orucu batil edən şeylər - 1

Oruc tutan şəxs, sübh azanından məğrib azanına qədər bəzi işlərdən çəkinməlidir. Əgər onlardan birini görsə oruc batil olur. Bu işlərin məcmusuna orucu batil edənlər deyilir ki, aşağıdakılardır:

* Yemək və içmək;

* Qatı tozu boğaza çatdırmaq;

* Başın hər yerini suya salmaq;

* Qusmaq;

* Cinsi yaxınlıq etmək;

* İstimna etmək;

* Sübh azanına qədər cənabətli qalmaq.

Orucu batil edən şeylərin hökmləri

v Yemək içmək :

1-Əgər oruc tutan şəxs qəsdən bir şeyi yesə, yaxud içsə orucu batil olar.

2-Əgər bir şəxs dişinin arasında qalan bir şeyi qəsdən udsa orucu batil olar.

3-Ağız suyunu udmaq, çox olsa belə, orucu batil etmir.

4-Əgər oruc tutan şəxs unutduğuna (oruc olduğunu bilmədiyinə) görə bir şey yesə və yaxud içsə orucu batil olmaz.

5-İnsan zəifliyinə görə orucunu yeyə bilməz, lakin əgər onun zəifliyi adətən dözüləsi olmayan vəziyyətdə olsa oruc yeməyinin işkalı yoxdur.

* İynə vurdurmaq :

İynə vurdurmaq, əgər qida maddələri əvəzinə olmazsa, orucu batil etmir, hətta həmin bədən üzvünü keyləşdirsə belə.

v Qəliz tozu boğaza çatdırmaq :

1-Əgər oruc tutan şəxs qəliz tozu boğaza çatdırsa orucu batil olar, istər un kimi yeməlilərin tozu olsun, istərsə də torpaq kimi yeməli olmayanların.

2-Aşağıdakı hallarda oruc batil olmaz:

* Toz qəliz olmasa;

* Boğaza çatmasa (yalnız ağızda yığılsa);

* İxtiyarsız olaraq boğazına çatsa;

* Oruc olmasını unutsa;

* Qəliz tozun boğazına çatıb-çatmamasında şəkk etsə.

v Başın hər yerini suya salmaq :

1-Əgər oruc tutan şəxs başının hər yerini qəsdən mütləq suya batırsa, orucu batil olur.

2-Aşağıdakı hallarda oruc batil deyil:

* Başını səhvən suya salsa;

* Başının bir hissəsini suyun altına salsa;

* Bir dəfə başının yarısını, digər dəfə başının o biri yarısını suyun altına salsa;

* İxtiyarsız olaraq suya düşsə;

* Başqa bir şəxs onun başını zorla suyun altına salsa;

* Başının hər yerinin suyun altına batıb-batmamasında şəkk etsə.

v Qusmaq :

1-Əgər oruc tutan şəxs qəsdən qusarsa, hətta xəstəliyinə görə olsa belə orucu batildir.

2-Əgər oruc tutan şəxs oruc olduğunu unudaraq, yaxud ixtiyarsız olaraq qussa orucu batil olmaz.

v İstimna :

1-Əgər oruc tutan şəxs istimna etsə, yəni özü ilə məninin çölə gəlməsinə səbəb olan bir iş görsə orucu batildir.

2-Əgər məni ixtiyarsız olaraq gəlsə, məsələn yuxuda cünub olsa orucu batil olmaz.