Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Ayət namazı, Müstəhəbb namazlar

Vacib namazlardan biri də ayət namazıdır, o, asiman və yerdə baş verən bəzi hadisələr zamanı vacib olur. Məsələn:

* Zəlzələ;

* Ayın tutulması;

* Günün tutulması;

* İldırım, şimşək, qara-qırmızı yellər və sair, belə ki, camaatın əksəriyyəti qorxsun.

Ayət namazının qılınma qaydası

1-Ayət namazı iki rəkətdir və hər rəkətində beş ruku vardır.

2-Ayət namazında hər rukudan əvvəl Həmd və Quranın digər bir surəsi oxunur. Bu halda iki rəkətin məcmusunda on Həmd və on surə oxunur. Lakin bir surəni beş yerə bölərək hər rukudan qabaq onun bir hissəsini oxumaq da olar. Bu halda iki rəkətdə iki Həmd və iki surə olacaqdır.

Burada ayət namazında İxlas surəsinin necə bölüşdürülməsini bəyan edirik:

* Birinci rəkət

Həmd və Bismillahir-rəhmanir-rəhim: ruku

Qul huvəllahu əhəd: ruku

Əllahus-səməd: ruku

Ləm yəlid vələm yuləd: ruku

Vələm yəkun ləhu kufuvən əhəd: ruku

Sonra səcdə edilir və ikinci rəkət üçün ayağa qalxılır.

* İkinci rəkət

İkinci rəkət də eynilə birinci rəkət kimi qılınır, daha sonra təşəhhüd və salam deməklə namaz sona yetirilir.

Ayət namazının hökmləri

1-Əgər ayət namazına səbəb olan səbəblərdən biri bir şəhərdə baş verərsə, yalnız həmin şəhərin camaatı ayət namazı qılmalıdır və sair yerlərdə olanlara vacib deyildir.

2-Əgər ayət namazının bir rəkətində beş dəfə həmd və surə oxunsa, digər rəkətində isə bir Həmd oxunub, surəni beş yerə bölsələr namaz düzgündür.

3-Müstəhəbdir ki, ikinci, dördüncü, altıncı, səkkizinci, onuncu rukulardan sonra qunut oxunsun. Əgər onuncu rükudan qabaq bir qunut oxunsa da kifayətdir.

4-Ayət namazının rukularından hər biri rükndür. Belə ki, səhvən və ya qəsdən artırılıb-azaldılsa namaz batildir.

5-Ayət namazını camaatla qılmaq olar. Bu halda həmd və surələri yalnız imam camaat oxuyacaqdır.

Müstəhəb b namazlar

1-Müstəhəbb namazlara nafilə deyilir.

2-Müstəhəbb namazlar çoxdur və onların hamısının qeyd olunması bu kitaba sığmaz. Lakin çox əhəmiyyət kəsb etdiyinə görə onlardan bəzilərini qeyd edirik.

Gecə namazı

Gecə namazı on bir rəkətdir və aşağıdakı ardıcıllıqla qılınır:

İki rəkət: Gecə nafiləsi niyyəti ilə

İki rəkət: Gecə nafiləsi niyyəti ilə

İki rəkət: Gecə nafiləsi niyyəti ilə

İki rəkət: Gecə nafiləsi niyyəti ilə

İki rəkət: Şəf nafiləsi niyyəti ilə

Bir rəkət: Vətr nafiləsi niyyəti ilə

Gecə namazının vaxtı

1-Gecə namazının vaxtı gecə yarısından sübh azanına qədərdir və yaxşı olar ki, sübh azanına yaxın vaxtlarda qılınsın.

2-Müsafir və gecə namazını gecə yarısından sonra qılmağı çətin olan şəxs onu gecənin əvvəlində qıla bilər.

Gündəlik namazların nafilələri

Gecə-gündüz ərzində qılınan on yeddi rəkət namazın iyirmi üç rəkət nafiləsi vardır ki, onları da qılmağın çox savabı vardır. O cümlədən sübh namazının ondan qabaq qılınan iki rəkətdən ibarət nafiləsidir ki, onun çox fəziləti vardır.

Ğüfeylə namazı

Müstəhəbb namazlardan biri də məğrib namazından sonra qılınan ğüfeylə namazıdır.

Ğüfeylə namazının qılınma qaydası

Ğüfeylə namazı iki rəkətdir, birinci rəkətində həmddən sonra surənin əvəzinə aşağıdakı ayə oxunur:

zənnuni iz zəhəbə muğazibən zənnə ən lən nəqdirə ələyhi nada fizzulumati ən la ilahə illa ənt , subhanəkə inni kuntu minəzzalimin , fəstəcəbna ləhu nəccəynahu minəl - ğəmm , kəzalikə nuncil - muminin .”

İkinci rəkətdə isə həmddən sonra surənin yerinə aşağıdakı ayə oxunur:

indəhu məfatihul - ğəybi la yələmuha illa hu , yələmu ma fil - bərri vəl - bəhri ma təsqutu min vərəqətin illa yələmuha , la həbbətin fi zulumatil - ərzi la rətbin la yabisin illa fi kitabin mubin .”

Qunutda isə bu dua oxunur:

Allahummə inni əsəlukə bi məfatihil - ğəybilləti la yələmuha illa ənt , ən tusəlliyə əla Muhəmmədin Ali - Muhəmməd , ən təfələ bi kəza kəza . Allahummə əntə vəliyyu neməti , vəl - qadiru əla təlibəti , tələmu hacəti , əsəlukə bi həqqi Muhəmmədin Ali - Muhəmməd , ələyhi ələyhimussəlam ləmma qəzəytəha li .”