Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Qəza namazı

İnsan vacib namazlarını onun öz vaxtında qılmalıdır, əgər üzürsüz səbəblərə görə onun namazı qəzaya getsə günahkardır, tövbə edib onun qəzasını yerinə yetirməlidir.

1- İki halda namazın qəzasını qılmaq vacibdir :

a) Vacib namazı onun öz vaxtında qılmamışsa;

b) Vaxt keçdikdən sonra qıldığı namazın batil olduğunu bilsə;

2-Qəza namazı olan bir şəxs onu qılmaqda səhlənkarlıq etməməlidir, amma dərhal yerinə yetirməsi də vacib deyil.

3-İnsanın qəza namazları ilə əlaqədar müxtəlif vəziyyətləri:

* Qəza namazı olmadığını bilir: Heç bir şey ona vacib deyil.

* Qəza namazı olub-olmamasında şəkk edirsə: Heç bir şey ona vacib deyil.

* Qəza namazı olmasına ehtimal verir: Müstəhəbdir ki, ehtiyatən onun qəzasını yerinə yetirsin.

* Qəza namazı olduğunu bilir, lakin onların sayını bilmir, məsələn dörd dənə, yoxsa beş dənə olduğunu bilmir: Az qədəri qılsa kifayətdir.

* Əgər onların sayını bilirsə, lakin unutmuşsa: Az miqdarı qılsa kifayət edər.

* Onların sayını bilir: Qəzalarını yerinə yetirməlidir.

4-Gündəlik namazların qəzalarının tərtiblə qılınması vacib deyildir, məsələn bir şəxs bir gündə əsr namazını, sonrakı gündə isə zöhr namazını qılmamış olsa, əvvəlcə əsr, sonra zöhr namazını qəza etməsi vacib deyil.

5-Qəza namazını camaatla qılmaq olar, istər imam camaatın namazı əda olsun, istərsə də qəza, hər ikisinin də eyni namaz qılması vacib deyil. Məslən əgər sübh namazının qəzasını imam camaatın zöhr, yaxud əsr namazı ilə qılsa işkalı yoxdur.

6-Əgər namazını şikəstə qılmalı olan müsafirin zöhr, əsr, ya işa namazı qəzaya getsə, onu iki rəkətli qılmalıdır, hətta onu səfərdən başqa vaxtlarda da yerinə yetirməli olsa belə.

7-Səfərdə oruc tutmaq olmaz, hətta qəza orucunu belə, lakin qəza namazını səfərdə qılmaq olar.

Əgər bir kəs səfərdən başqa hallarda qəzaya gedən namazları səfərdə qılmaq istəsə zöhr, əsr və işa namazlarını dörd rəkətli qəza etməlidir.

9-Qəza namazını hər bir vaxtda qılmaq olar, yəni sübh namazının qəzasını zöhr və yaxud gecə qılmaq olar.

Atanın qəza namazı

1-İnsan diri olduğu vaxta qədər, hətta öz namazını qılmağa qadir olmasa belə başqası onun namazını qəza edə bilməz.

2-Atanın vəfatından sonra onun yerinə yetirmədiyi namaz və orucların qəzası onun böyük oğluna vacibdir və müstəhəbb ehtiyat odur ki, anasının qəzaya getmiş namaz oruclarını da qəza etsin.

3-Böyük oğulun atanın qəza namazları ilə əlaqədar müxtəlif vəziyyətləri:

a) Atanın qəza namazı olduğunu bilir və:

* Onun sayını da bilir: Onu qəza etməlidir.

* Onların sayını bilmir: Əgər az miqdarı yerinə yetirsə kifayətdir.

* Özünün yerinə yetirib-yetirmədiyində şəkk etsə: Ehtiyat-vacibə görə qəza etməlidir.

b) Atasının qəza namazı olub-olmamasında şəkk edirsə: Ona heç bir şey vacib deyil.

4-Əgər oğul ata-anasının qəza namazlarını qılmaq istəsə, namazın qaydasına əməl etməlidir. Məsələn sübh, məğrib və işa namazlarını uca səslə qılmalıdır.

5-Əgər böyük oğul atasının oruc və namazlarını qəza etməmişdən əvvəl dünyadan getsə, ikinci oğul heç bir şey vacib deyil.