Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Müsafirin namazı

İnsan səfərdə dörd rəkətli namazları iki rəkət (şikəstə) qılmalıdır, bu şərtlə ki, onun səfəri təqribən 44 kilometrə qədər olan səkkiz fərsəxdən az olmasın.

Bir neçə məsələ

1-Əgər müsafir namazı tamam olan yerdən – vətəni kimi – aşağısı dörd fərsəx getsə və dörd fərsəx qayıtsa, bu səfərdə namazını şikəstə qılmalıdır.

2-Səfərə gedən şəxs namazlarını o zaman şikəstə qılmalıdır ki, o öz vətənindən oranın divarlarını görməyəcəyi, azan səsini eşitməyəcəyi qədər uzaqlaşsın. Bu miqdar uzaqlaşmadan qabaq namaz qılmaq istəsə, tamam qılmalıdır.

3-Əgər evləri və divarları olmayan bir yerə səfər etmək istəsə, onda o yerlərin divarının olması təqdirində həmin yerdən görünəcək qədər uzaqlaşsa, namazını şikəstə qılmalıdır.

4-Əgər bir yerə, yolunun biri səkkiz fərsəxdən az, digəri isə səkkiz fərsəx, yaxud ondan çox olan iki yolla getsə, onda səkkiz fərsəx getdiyi yolda namazlarını şikəstə qılmalıdır. Amma səkkiz fərsəxdən az olan yolla getsə namazını dörd rəkətli qılmalıdır.

Aşağıdakı səfərlərdə namaz tamam qılınmalıdır:

1-Səkkiz fərsəx getməzdən qabaq öz vətənindən, yaxud on gün qalmaq istədiyi yerdən keçsə.

2-Əvvəldən səkkiz fərsəxlik səfərə getmək qəsdi olmasa və bu məqsəd olmadan bu məsafəni ötsə; məsələn itirdiyini axtaran şəxs kimi.

3-Yol əsnasında səfər məqsədindən dönsə, yəni dörd fərsəx məsafəyə çatmazdan qabaq qalan yolu getmək fikrindən dönsə.

4-İşi-peşəsi səfər olan şəxs. Məsələn qatar sürücüləri, şəhər kənarında olan maşın sürücüləri, təyyarəçilər və matroslar (onun peşəsi olan səfərlərdə).

5-Haram səfərə gedən şəxs; məsələn ata-ananın əziyyətə düşməsinə səbəb olan səfərlər.

Aşağıdakı yerlərdə namaz tamam qılınır:

1-Vətəndə;

2-On gün qalacağını bildiyi, yaxud qalmağa bəna qoyduğu yerdə;

3-Tərəddüdlə otuz gün qalmış olduğu yerdə; yəni bu müddət ərzində qalması və ya getməsi məlum olmayan və otuz gün ərzində də həmin halda qalan şəxs heç bir yerə getməzsə, bu halda otuz gündən sonra namazı tamam qılmalıdır.

Vətən haradır?

1-Vətən o yerdir (şəhər, yaxud kənd) ki, insan oranı öz iqamətgahı və yaşayışı üçün seçmiş olsun. İstər orada dünyaya gəlmiş olsun və ata-anasının vətəni olsun, istərsə də özü oranı yaşayış üçün seçmiş olsun.

2-İnsanın öz əsl vətənindən başqa yerdə həmişəlik qalmaq məqsədi olmayınca ora onun vətəni hesab olunmaz.

3-Əgər özünün əsl vətəni olmayan bir yerdə bir müddət qalıb, daha sonra başqa yerə getmək istəsə, həmin yer onun vətəni hesab olunmaz. Məsələn təhsil müddətində bir şəhərdə qalan tələbələr kimi.

4-Əgər bir şəxs bir yerdə həmişəlik qalmaq niyyəti olmadan camaatın onu həmin yerin əhalisindən hesab edəcəkləri qədər qalsa, həmin yer onun vətəni hökmünə malik olur.

5-Əgər əvvəllər onun vətəni olan, amma hal-hazırda orada yaşamaq fikrindən döndüyü bir yerə getsə, hətta əgər özü üçün başqa bir vətən də seçməmiş olsa, namazını bütöv qılmamalıdır..

6-Vətəninə qayıdan müsafir, vətəninin divarını gördükdə, azanın səsini eşitdikdə namazını bütöv qılmalıdır.

On gün qalma niyyəti

1-Bir yerdə on gün qalmaq niyyətində olan müsafir əgər orada on gündən artıq qalsa, səfər etmədiyi vaxta qədər namazını bütöv qılmalıdır, yenidən on gün qalmaq niyyəti etməsi lazım deyil.

2-Əgər müsafir on gün qalmaq fikrindən dönsə:

a) Dörd rəkətlik namaz qılmadıqdan qabaq öz fikrindən dönür: Namazı şikəstə qılmalıdır.

b) Dörd rəkətlik bir namaz qıldıqdan sonra öz niyyətindən dönür: Orada olduğu müddətə qədər namazlarını bütöv qılmalıdır.

Namazını bütöv qılmalı olan müsafirlər:

a) Əgər namazı şikəstə qılacağını bilmirdisə: Qıldığı namazlar səhihdir.

b) Səfər hökmünü bilirdi, lakin onun bəzi incəliklərini bilmirdi, yaxud müsafir olduğunu bilmirdisə: Qıldığı namazları yenidən qılmalıdır.

Namazını şikəstə qılan qeyri-müsafir

Namazını bütöv qılmalı olan şəxs şikəstə qılarsa, hər halda namazı batildir.