Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏXLAQ
İslamda elm və alim

İslam dini həyatın bütün sahələrində olduğu kimi, təlim və təhsil sahəsinə də xüsusi diqqət yetirmişdir. Peyğəmbərə (s) nazil olan ilk ayələrdə Allah-taala yaradılışın necəliyi haqda xəbər verdikdən sonra, bəşəriyyətə bəxş olunan ilk nemətin məhz elm olmasını buyurur.

“[ Ya Peyğəmbər ! Qurani - kərimi bütün məxluqatı ] yoxdan yaradan Rəbbinin adı ilə [ Bismillah deyərək ] oxu !

O , insanı laxtalanmış qandan yaratdı .

[ Ya Peyğəmbər !] Oxu ! Sənin Rəbbin ən böyük kərəm sahibidir !

O Rəbbin ki , qələmlə [ yazmağı ] öyrətdi .

O Rəbbin ki , insana bilmədiklərini öyrətdi ”.

Allah-taala elm sahiblərini başqalarından üstün tutur:

“... Allah da sizdən iman gətirənlərin [ xüsusilə ] elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın ...”

“... Kimə hikmət bəxş edilmişsə , ona çoxlu xeyir ( əbədi səadət ) verilmişdir ...”

Hikmətə nail olmağın yollarından biri də elm və agahlıq əldə etməkdir.

“... Elmdə qüvvətli olanlar isə : « Biz onlara iman gətirdik , onların hamısı Rəbbimiz tərəfindəndir », - dedilər ...”

Ondan əvvəl elmə çatmış kəslər yanlarında Quran oxunduğu zaman üzü üstə səcdəyə qapanarlar ”.

“... Allahdan bəndələri içərisində ancaq alimlər qorxar ...”

PEY Ğ ƏMBƏRİN ( s ) KƏLAMLARINDA ELM ALİMİN DƏYƏRİ

«Allah-taala xeyir və səadətini istədiyi şəxsləri öz dinində idrak və düşüncə sahibi edər.

“Ümmətimin alimləri Bəni-İsrail peyğəmbərləri ilə bərabərdirlər”.

“Alimlər peyğəmbərlərin varisləridir”.

“Göylərdə və yerdə olanların hamısı alimlərin bağışlanmasını istəyər”.

“Alimlər insanları peyğəmbərlərin gətirdikləri şəriətlə hidayət etdikləri, mücahidlər isə peyğəmbərlərin gətirdiklərinin təlim olunmasının keşiyində durduqları üçün peyğəmbərlik məqamına ən yaxın olan kəslərdir”.

“Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanı ilə ölçülər”.

“Həqiqətən yer üzünün alimləri göydəki ulduzlara bənzəyərlər. Onların gecənin qaranlığında dəniz və quruda saçdıqları işıqla insanlar öz yollarına davam edər, söndükdə isə yolu azmaq təhlükəsi ilə qarşılaşarlar”.

Allah-taala İbrahimə (ə) vəhy edərək buyurdu: “Ey İbrahim! Həqiqətən Mən Özüm aliməm, alimləri də sevirəm”.

“Bir alimin ölümü bir qəbilənin ölümündən daha ağırdır”.

“Alimlərin məqamı abid və pəhrizkarların məqamından yetmiş dəfə ucadır. Onlar arasındakı məsafə o qədər böyükdür ki, çapar atlar bu iki məqamın arasını yetmiş ilə qət edərlər. Alimlərin onlardan üstün olmaları bundan irəli gəlir ki, abidlər ibadətlə məşğul olduqları bir halda, şeytan bidətçilik məqsədilə onları haqq yoldan azdırmaq istərkən, yayılmaqda olan bidətin qarşısını məhz alimlər alarlar”.

PEY Ğ ƏMBƏRİN ( s ) KƏLAMLARINDA ŞA G İRD

TƏLƏBƏLƏRƏ VERİLƏN QİYMƏT

“Elm öyrənmək hər bir müsəlmana vacibdir”.

“Elm Çində olsa belə öyrənin. Çünki elm öyrənmək hər bir müsəlmana vacibdir”.

“Allah-taala elm dalınca gedib onu əldə edən şəxslərə iki mükafat, elm dalınca gedib onu əldə edə bilməyənlərə isə bir mükafat bəxş edər”.

“Allahın cəhənnəm odundan nicat tapmış şəxsləri görmək istəyənlər tələbələrə nəzər salsın. And olsun canım əlində olan Allaha! Elə bir tələbə yoxdur ki, elm əldə etmək üçün alimlərin yanına gediş-gəliş etdikləri zaman atdıqları hər bir addımda bir illik ibadətin savabını qazanmamış olsun. Atdığı hər bir addımın müqabilində Cənnətdə onunçün bir ev tikilər. Üzərinə qədəm basdığı yer belə Allah-taaladan onun bağışlanmasını istər. Gününü başa vurmaqla Allah-taala onun bütün günahlarını bağışlayıb əfv edər. Mələklər şəhadət verərlər ki, onlar Allahın cəhənnəm odundan nicat verən kəslərdir”.

“Elmə yiyələnənlər sanki gündüzləri oruc tutub gecələrini ibadətlə keçirərlər. Elmdən nəyisə öyrənmək onun üçün Əbu Qubeys dağı boyda qızıl ehsan etməkdən daha xeyirlidir”.

“Elm məqsədilə evindən çıxan şəxs qayıdanadək Allah yolunda olar”.

“Nadanlar arasında olan tələbə, ölülər arasında olan diriyə bənzəyər».

“Elm öyrənərkən dünyasını dəyişən tələbə şəhadətə nail olmuş olar”.

“İslamın dirçəlişinə səbəb olan, elmə yiyələnən şəxslərlə Cənnətdə peyğəmbərlər arasında yalnız bir dərəcə fasilə olar”.

“Mələklər tələbələrin əldə etdiklərini elmə razılıq əlaməti olaraq öz qanadlarını onların ayaqları altına salarlar”.

“Elm öyrənmək məqsədilə səfərə çıxan şəxsləri Allah-taala Cənnətin yollarından birinə hidayət edər”.

Nəql olunmuş hədislərdən birində deyilir:

Bir gün Peyğəmbər (s) məscidə daxil olub orada bəzilərinin ibadət, bəzilərinin də elm öyrənməklə məşğul olduğunu görüb buyurur: “Onlar ibadət edib Allahı çağırır, bunlar isə elm öyrənməklə nadan və cahilləri həqiqətdən agah edirlər. Mən də Allah tərəfindən elm öyrədib həqiqəti agah etmək üçün göndərilmişəm”.

Peyğəmbər (s) sözlərini bitirib elm öyrənənlərə tərəf gedir.

VALİDEYNİN HÜQUQU

İslam dini ictimai bir dindir. Onun davamçıları Allaha xatir bir-birlərini sevir və səmimi dostluq əlaqələri qururlar.

Bu dərsdən etibarən valideyn-övlad, möminlər və saleh insanlar, qohum-əqrəba, ər-arvad, dost-tanış və qonşuların qarşılıqlı olaraq bir-birinin üzərində olan hüquqları haqda söhbət açacağıq.