Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Namazın şəkkiyyatı

Bəzən namaz qılan şəxs namazın hissələrini yerinə yetirib-yetirməməkdə şəkk edə bilər. Məsələn təşəhhüdü oxuyub-oxumamasında, bir səcdə, yoxsa iki səcdə etdiyində şəkk edir, bəzən isə qıldığı namazın neçə rəkət olduğunda şəkk edir, məsələn üçüncü, yaxud dördüncü rəkət olduğunu bilmir.

Namazda şəkk ilə əlaqədar xüsusi hökmlər vardır. Onun bütün təfərrüatı ilə qeyd olunması bu kitabın həcminə sığmaz, lakin şəkkin qismlərini və onların hər birinin hökmünü qısa şəkildə bəyan edirik.

Namazın şƏkkiyyatının QİSMlƏri

Namazın hissələrində şəkk

a) Əgər namazın hissələrinin birinin yerinə yetirilməsində şəkk etsə, yəni o hissəni yerinə yetirdiyini, yoxsa yetirmədiyini bilməsə, əgər sonrakı hissəyə daxil olmayıbsa, yəni hələ o hissənin məhəlli keçməyibsə onu yerinə yetirməlidir. Lakin sonrakı hissəyə daxil olduqdan sonra şəkk yaransa, yəni onun məhəlli keçdikdən sonra şəkk etsə, belə şəkkə etina olunmur və namazı davam etdirir, namazı da səhihdir.

b) Əgər namazın bir hissəsinin düzgün olub-olmamasında şəkk etsə, yəni yerinə yetirdiyi hissənin səhih olduğunu, yoxsa səhih olmadığını bilməsə bu halda şəkkinə etina etmir. Yəni o hissənin səhih olduğunu əsas tutur və namazı davam etdirir, namazı da səhihdir.

2- Rəkətlərin sayında şəkk :*

1-Əgər sübh namazı kimi iki rəkətli, yaxud məğrib namazı kimi üç rəkətli namazın rəkətlərin sayında şəkk edirsə, batildir;

2-Əgər bir, yaxud daha artıq rəkətdə şəkk etsə namazı batildir;

3-Əgər namaz əsnasında neçə rəkət qıldığını bilməsə namazı batildir;

* Etina olunmamalı şəkklər :

1-Müstəhəbb namazlar;

2-Camaat namazında (bunun izahı gələcəkdir);

3-Namazın salamından sonra; əgər namaz qurtardıqdan sonra rəkətlərin, yaxud hissələrin barəsində şəkk yaransa, namazı yenidən qılmaq lazım deyil;

4-Namazın vaxtı keçəndən sonra; əgər namazın vaxtı keçəndən sonra namazı qılıb-qılmaması barədə şəkk etsə, onu qılmaq lazım deyil;

4 rƏkƏtli namazların rƏkƏtlƏri sayındakı şƏkk

Qeydlər

1-Namazda qılınan və ya yerinə yetirilən hər şey namazın hissəsidir.

2-Əgər namaz qılan şəxs namazın bir hissəsinin qılıb-qılmadığında şəkk etsə, məsələn ikinci səcdəni yerinə yetirib-yetirmədiyini bilməsə bu halda sonrakı hissəyə daxil olmayıbsa, o hissəni yerinə yetirməlidir. Amma əgər sonrakı hissəyə daxil olubsa öz şəkkinə etina etməməlidir.

Deməli, əgər oturan halda və təşəhhüdə başlamadığı bir zaman bir səcdə, yoxsa iki səcdə etməsində şəkk etsə, daha bir səcdə etməlidir. Amma təşəhhüd əsnasında, yaxud ayağa qalxdıqdan sonra şəkk etsə, səcdəni etməsi lazım deyil və namazı davam etdirməlidir, namazı da səhihdir.

3-Namazın hər hansı bir hissəsini yerinə yetirdikdən sonra, məsələn “Həmd”i oxuduqdan, yaxud onun bir kəlməsini dedikdən sonra düzgün yerinə yetirib-yetirmədiyində şəkk etsə öz şəkkinə etina etməməlidir və həmin hissəni yenidən oxuması lazım deyil. Namazı davam etdirməlidir və səhihdir.

4-Rəkətdə şəkk, yəni namaz əsnasında qılınmış rəkətlərin sayında şəkk etsə, məsələn təsbihatı oxuyan zaman üçüncü, yoxsa dördüncü rəkət olduğunu bilməsə.

5-Əgər müstəhəbb namazların rəkətlərinin sayında şəkk etsə, bənanı ikiyə qoyur, çünki vitr namazından başqa bütün müstəhəbb namazlar iki rəkətlidir. Deməli əgər bir ilə iki, yaxud iki ilə ondan artıq rəkətlər arasında şəkk yaransa, bənanı ikiyə qoyur və namazı səhihdir.

6-Camaat namazında əgər imam camaat şəkk etsə, lakin məmum şəkk etməsə və misal üçün “Allahu əkbər” deməklə imamı başa salsa, imam camaat öz şəkkinə etina etməməlidir (həmçinin əgər məmum şəkk etsə, lakin imam şəkkdə olmasa, imam necə namaz qılırsa o da həmin cür qılmalıdır və namazı səhihdir).

7-Əgər namazı batil edən şəkklərdən biri qarşıya çıxsa, bir az fikirləşməlidir: əgər bir şey yadına düşməsə və şəkk olduğu kimi qalsa, namazı pozsun və təkrarən yenidən qılsın.

Ehtiyat namazı

1-Ehtiyat namazı vacib olan hallarda, məsələn üçlə dörd arasındakı şəkkdə namazın salamından sonra onun formasını pozmadan, namazı batil edən bir işləri görmədən ayağa qalxmaq, azan və iqamə demədən təkbir demək və ehtiyat namazı qılmaq lazımdır.

Ehtiyat namazının sair namazlarla fərqi

* Onun niyyəti dildə deyilməməlidir;

* Surəsi və qunutu yoxdur (iki rəkətli olsa belə);

* Həmd ahəstə səslə oxunmalıdır (vacib ehtiyata görə);

2-Əgər bir rəkət ehtiyat namazı vacib olsa, səcdələrdən sonra təşəhhüd oxunur və salamlar deyilir. Əgər iki rəkət vacib olsa, birinci rəkətdə təşəhhüd-salam deyilməməli, bir rəkət də (təkbirətul-ehram olmadan) əlavə edilməli və ikinci rəkətin axırında təşəhhüd oxuyub salamları demək lazımdır.

Səcdeyi-səhv

1-Səcdeyi-səhvin vacib olduğu hallarda, məsələn dördlə beş rəkət arasında oturan halda şəkk qarşıya gəldikdə, namazın salamından sonra səcdəyə gedib belə demək lazımdır. Bismillahi billah, əllahummə səlli əla Muhəmmədin ali Muhəmməd”.

Daha yaxşı olar ki, belə deyilsin: “Bismillahi billah, əssəlamu ələ ykə əyyuhən-Nəbiyyu rəhmətullahi bərəkatuh”. Sonra qalxıb oturmalı, yenidən ikinci dəfə səcdəyə getməli və həmin zikrləri təkrar etməlidir. Daha sonra oturub təşəhhüd və salamı oxumalıdır.

2-Səcdeyi-səhvdə təkbirətul-ehram yoxdur.