Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Namazın tərcüməsi

Allahu əkbər

Allah böyükdür.

Əşhədu əl - la ilahə illəllah

Şəhadət verirəm ki, Allahdan başqa bir məbud yoxdur.

Əşhədu ən - Muhəmmədən Rəsuləllah

Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın Rəsuludur.

Əşhədu ən - Əliyyən əmirəl - momininə vəliyyullah

Şəhadət verirəm ki, həqiqətən Əli (ə) möminlərin əmiri və Allahın vəlisidir.

Həyyə ələs - səlat

Tələsin namaza

Həyyə ələl - fəlah

Tələsin səadətə tərəf

Həyyə əla xəyril - əməl

Tələsin xeyir əmələ tərəf

Qəd qamətis - səlat

Namaz bərpa olur

Allahu əkbər

Allah böyükdür.

La ilahə illəl - lah

Allahdan başqa məbud yoxdur

NAMAZIN TƏRCÜMƏSİ

Təkbirətul - ehram :

Allahu əkbər

Allah hər kəsdən və hər şeydən böyükdür.

Həmd ( Fatihə ) surəsi :

Bismillahir - rəhmanir - rəhim

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Əl - həmdu lil - lahi rəbbil aləmin .

Həmd (şükür və tə’rif) olsun Allaha - aləmlərin Rəbbinə,

Ərrəhmanir - rəhim .

(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,

Maliki yəvmid - din .

Haqq-Hesab (qiyamət) gününün sahibinə!

İyyakə - budu iyyakə nəstəin .

Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

İhdinəs - siratəl mustəqim .

Bizi doğru (düz) yola yönəlt!

Siratəl - ləzinə ən - əmtə əl ə yhim .

Ne’mət verdiyin kəslərin yoluna!

Ğəyril məğzubi əl ə yhim vələz - zallin .

Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Tövhid ( İxlas ) surəsi

Bismillahir - rəhmanir - rəhim

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Qul huvəl - lahu əhəd .

(Ya Peyğəmbər!) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);

Allahus - səməd .

Allah (heç kəsə, heç nəyə) möhtac deyildir!

Ləm yəlid ləm yuləd .

O, nə doğmuş, nə də doğulmuşdur!

ləm yəkul - ləhu kufuvən əhəd .

Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!

R u kunun zikri :

« Subhanə rəbbiəl əzimi bihəmdihi »

Öz böyük Allahıma sitayiş edirəm və pak və münəzzəh sanıram.

Səcdənin zikri :

« Subhanə rəbbiəl əla bihəmdihi »

Öz uca və əzəmətli Allahıma sitayiş edirəm və pak və münəzzəh sanıram.

Təsbihati ərbəə :

Subhanəllahi vəlhəmdu lillahi la ilahə illəllahu vəllahu əkbər .”

Allah pak və münəzzəhdir, sitayiş ona məxsusdur, yaradan Allahdan başqa tanrı yoxdur, Allah hər şeydən böyükdür.

Təşəhhüd :

Əşhədu əlla ilahə illəllah ,

Şəhadət verirəm ki, Allahdan başqa bir məbud yoxdur.

Vəhdəhu la şərikə ləh ,

O, təkdir və heç bir şəriki yoxdur.

əşhədu ənnə Muhəmmədən əbduhu rəsuluh .

Və şəhadət verirəm ki, Muhəmməd Allahın quludur və elçisidir.

Əllahummə səlli əla Muhəmmədin ali Muhəmməd

Allahım Muhəmmədə və onun ailəsinə salam salavat göndər.

Salam :

Əssəlamu ələykə əyyuhən - Nəbiyyu rəhmətullahi bərəkatuh .

Allahın salamı , rəhmət bərəkəti üzərinə olsun Ya Peyğəmbər !

Əssəlamu əl ə yna əla ibadillahissalihin ;

Allahın salamı bizə ( namaz qılanlara ) Allahın saleh bəndələrinə olsun !

Əssəlamu ələykum rəhmətullahi bərəkatuh ;

Allahın salamı sizə rəhmət bərəkəti üzərinizə olsun !