Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Səcdənin vacibatı

Zikr :

Səcdədə hər hansı zikr deyilsə kifayətdir, lakin vacib ehtiyat budur ki, zikrin miqdarı üç dəfə “Subhanəllah”dan, yaxud bir dəfə “Subhanə rəbbiəl-əla və bihəmdih”dən az olmasın.

HƏrƏkƏtsizlik

1-Səcdədə vacib zikrlər deyilən zaman bədən hərəkətsiz olmalıdır.

2-Əgər alnı torpağa çatmazdan və bədəni sakitləşməzdən əvvəl qəsdən zikri desə namaz batildir. Əgər unutqanlıq üzündən olarsa, yenidən bədənin aram olduğu halda zikr deməlidir.

başı SƏcdƏdƏn qaldırmaq

1-Birinci səcdənin zikri qurtardıqdan sonra qalxıb oturmaq, bədən sakit olduqdan sonra ikinci dəfə səcdəyə getmək lazımdır.

2-Əgər zikr tamam olmazdan qabaq qəsdən başını səcdədən götürsə, namazı batildir.

Yeddi üzvün yerdƏ olması

1-Əgər səcdənin zikrini deyən vaxt yeddi üzvdən birini qəsdən yerdən qaldırsa, namaz batildir. Amma zikr demədiyi bir zamanda alından başqa digər üzvləri yerdən götürsə və yenidən qoysa eybi yoxdur.

2-Əgər ayağın baş barmağı ilə birlikdə başqa barmaqlarını da yerə qoysa eybi yoxdur.

SƏcdƏ üzvlƏrinin eyni sƏviyyƏdƏ olması

1-Namaz qılanın alnının yeri dizlərinin yerindən dörd bağlı barmaqdan artıq uca və ya alçaq olmamalıdır.

2-Ehtiyat vacibə görə namaz qılanın alnının yeri ayaq barmaqlarının qoyulduğu yerdən də dörd bağlı barmaqdan artıq alçaq və ya hündür olmamalıdır.

Alnı üzərinə səcdə edilməsi səhih olan şeylərin üstünə qoymaq :

1-Səcdədə alnı torpağa, yaxud torpaqdan göyərib yeməli və geyməli olmayan şeylərə qoymaq lazımdır.

2-Üzərinə səcdə edilməsi səhih olan şeylərin bəzi nümunələri:

* Torpaq;

* Daş

* Qum;

* Bişmiş palçıq;

* Gəc;

* Taxta;

* Çəmənlik;

SƏcdƏnin hÖkmlƏri

1-Mədəndən çıxarılan qızıl, gümüş, əqiq və firuzə kimi şeylərə səcdə etmək səhih deyildir.

2-Allahdan başqası üçün səcdə etmək haramdır.

3-Yerdən göyərib heyvanların yemi olan ot və saman kimi şeylərə səcdə etmək səhihdir.

4-Pambıq və sair kimi şeylərdən hazırlansa belə kağıza səcdə etmək səhihdir.

5-Səcdə etmək üçün hər şeydən yaxşı həzrəti Seyyidüş-şühəda (ə)-ın türbəti, ondan sonra isə aşağıdakı tərtiblərdir:

* Torpaq;

* Daş;

* Bitki.

6-Əgər birinci səcdədə möhür alına yapışsa və möhürü götürüb yerə qoymadan yenidən həmin halda səcdəyə getsə namaz batildir.

Adi qaydada səcdə edə bilməyən şəxsin vəzifəsi

1-Alnını səcdəyə çatdıra bilməyən bir şəxs bacardığı qədər əyilməli və möhürü balış kimi uca bir şeyin üzərinə qoyub səcdə etməlidir. Lakin əllərinin içi, dizləri və ayağının baş barmaqlarını adi qaydada yerə qoymalıdır.

2-Əgər əyilə bilmirsə səcdə üçün oturmalı və başı ilə işarə etməlidir. Amma vacib ehtiyata görə möhrünü yuxarı qaldırmalı və alnını onun üzərinə qoymalıdır.

Səcdənin bəzi müstəhəbb əməlləri

1-Aşağıdakı hallarda təkbir demək müstəhəbdir:

* Rükudan sonra və birinci səcdədən əvvəl;

* Birinci səcdədən sonra oturub bədəni hərəkətsiz olan vaxtda;

* İkinci səcdədən əvvəl, oturduğu halda və bədənin hərəkətsiz olduğu zaman;

* İkinci səcdədən sonra;

2-Səcdələri uzatmaq müstəhəbdir.

3-Birinci səcdədən sonra bədən hərəkətsiz olduğu zaman “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” demək müstəhəbdir;

4-Səcdələrdə salavat çevirmək müstəhəbdir;