Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Namazın vacibatı

1-Namaz “Əllahu əkbər” deməklə başlanır və “Salam”la sona çatır;

2-Namazda yerinə yetirilən işlər ya vacibdir, ya da müstəhəbb;

3-Namazın vacibatı 11 şeydir, onlardan bəziləri rükn, bəziləri isə qeyri-rükndur;

Rükn ilə qeyri rükn arasındakı fərq

Namazın rüknləri onun əsas hissələri sayılır. Belə ki, onlardan biri yerinə yetirilməsə, yaxud artırılsa, hətta unutmaq üzündən olsa belə namaz batildir.

Namazın digər vaciblərinin yerinə yetirilməsi vacib olmasına baxmayaraq, unutqanlıq üzündən azaldılsa, yaxud artırılsa, namaz batil deyil.

Namazın vacibatının hökmləri

Niyyət

1-Namaz qılan şəxs namazın əvvəlindən axırına qədər namaz qıldığını bilməli və onu Allahın əmrini yerinə yetirmək üçün etməlidir.

2-Niyyətin dillə deyilməsi vacib deyildir, lakin dillə deyilsə də eybi yoxdur.

3-Namaz hər növ riyakarlıqdan və özünü göstərməkdən uzaq olmalıdır. Yəni namazı yalnız Allahın əmrini yerinə yetirmək üçün qılmaq lazımdır. Belə ki, namazın hamısı, yaxud bir qismi Allahdan başqası üçün olsa batildir.

Təkbirətul-ehram

Əvvəldə qeyd olunduğu kimi namaz “Əllahu əkbər” deməklə başlanır, buna təkbirətul-ehram deyilir. Çünki məhz bu təkbiri deməklə namazdan əvvəl caiz olan işlər, məsələn yemək, içmək, gülmək, ağlamaq namaz qılan şəxsə haram olur.

Təkbirətul ehramın vacibatı

1-Ərəbcə düzgün deyilməlidir;

2-”Əllahu əkbər” deyən zaman bədən hərəkətsiz olmalıdır;

3-Təkbirətul-ehram elə deyilməlidir ki, əgər heç bir maneə olmazsa özü eşitsin, yəni çox ahəstə deməsin;

4-Vacib ehtiyata əsasən həmin təkbiri ondan qabaq deyilən sözə birləşdirməsin;

Müstəhəbdir ki, təkbirətul-ehram deyən zaman, eləcə də namaz arasındakı sair təkbirləri deyən zaman əllər qulağın dibinə qaldırılsın.

Qiyam

Qiyam – ayaq üstə dayanmağa deyilir, bu iş bəzi hallarda namazın rüknüdür və onun tərk edilməsi namazı batil edir. Lakin ayaq üstə namaz qıla bilməyən şəxslərin vəzifəsi gələcək məsələlərdə qeyd olunacaqdır.

Qiyamın hökmləri

1-Təkbirətul-ehramdan əvvəl və onu dedikdən sonra təkbirətul-ehramın qiyam halında deyilməsinə yəqin olacağı qədər ayaq üstə dayanmaq vacibdir.

2-Rukudan əvvəlki qiyam o deməkdir ki, ayaq üstə dayandıqdan sonra rükuya getsin. Deməli əgər rükunu unudaraq qiraətdən sonra səhvən səcdəyə getsə və səcdəyə çatmazdan əvvəl xatırlasa tam ayaq üstə dayanmalı, sonra rukuya getməli, daha sonra səcdələri yerinə yetirməlidir.

3-Ayaq üstə olarkən aşağıdakı işlərdən çəkinmək lazımdır:

* Bədəni hərəkət etdirmək;

* Hər hansı tərəfə əyilmək;

* Bir yerə, yaxud bir şeyə söykənmək;

* Ayaqları çox aralı qoymaq;

* Ayaqları yerdən qaldırmaq;

4-Namaz qılan şəxs qiyam halında hər iki ayağını yerə qoymalıdır. Lakin bədənin ağırlığının hər iki ayaq üstündə (bərabər şəkildə) olması vacib deyil, əgər ağırlığı birinin üstünə düşsə də işkalı yoxdur.

5-Heç bir vəch ilə ayaq üstə namaz qıla bilməyən şəxs oturmalı və üzü qibləyə namaz qılmalıdır. Əgər oturan halda da namaz qıla bilməsə, uzanan halda qılmalıdır.

6-Rukudan sonra tam qalxıb düzəlmək, sonra səcdəyə getmək vacibdir. Əgər bu qiyam qəsdən tərk edilsə, namaz batildir.