Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Namazın vaxti

Təharət məsələlərini öyrəndikdən sonra namazı qılmaq üçün hazırlaşırıq.

Namazın məsələləri və hökmləri ilə tanış olmaq üçün əvvəlcə qeyd etmək lazımdır ki, namaz ya vacibdir, ya da müstəhəbb. Vacib namazlar da iki qismdir: Onların bəziləri gündəlik vəzifədir və gecə-gündüz ərzində xüsusi vaxtlarda yerinə yetirilməlidir. Onlardan bəziləri isə bəzi vaxtlar müəyyən hadisələr səbəbi ilə vacib olur və gündəlik proqram deyildir. Vacib namazlarla tanış olmaq üçün aşağıdakı cədvələ diqqət yetirin.

gündƏlik namazların vaxtları

Gündəlik namazlar beşdir və onların məcmusu on yeddi rəkətdən ibarətdir.

Sübh namazı: iki rəkət;

Zöhr namazı: dörd rəkət;

Əsr namazı: dörd rəkət;

Məğrib namazı: üç rəkət;

İşa namazı: dörd rəkət;

Gündəlik namazlarla əlaqədar qarşıya çıxan ilk sual budur ki, bu namazlar hansı vaxtda qılınmalıdır.

Sübh namazının vaxtı – sübh namazından gün çıxan vaxta qədər;

Zöhr və əsr namazlarının vaxtı – şəri zöhrdən məğribə qədər;

Məğrib və işa namazının vaxtı – məğribdən gecə yarısına qədər.

İzah :

Sübh azanın vaxtı

Sübh azanına yaxın vaxtlarda günçıxan tərəfdən bir ağartı əmələ gəlib yuxarı doğru hərəkət edir, buna “birinci fəcr” deyilir. Bu ağlıq yayıldığı zaman ikinci fəcr və sübh namazının ilk vaxtı olur.

Zöhr

Əgər taxta parçasını, yaxud başqa bir şeyi şaquli istiqamətdə yerə batırsaq, onun kölgəsi özünün ən az miqdarına çatıb sonra artmağa başladığı vaxt şəri zöhr və zöhr namazının ilk vaxtı olur.

Məğrib

Gün batdıqdan sonra məşriq tərəfdən yaranan qırmızılıq aradan getdiyi zaman məğrib olur.

Gecə yarısı

Əgər günəşin batdığı vaxt ilə sübh azanı arasında olan zaman fasiləsini iki yerə bölsək, onun yarısı gecə yarısı və işa namazının axır vaxtı sayılır.

Namaz vaxtlarının hökmləri

1-Gündəlik namazlardan başqa namazların xüsusi vaxtları yoxdur, onların qılınması, hansı səbəblə vacib olubsa, o zamana bağlıdır.

Məsələn: Ayət namazı zəlzələ baş verməsi, gün və ay tutulması, yaxud müəyyən hadisələr zamanı, meyyit namazı müsəlman bir şəxsin dünyadan getdiyi zaman vacib olur. Bunların hər biri öz yerində geniş şəkildə bəyan ediləcəkdir.

2-Əgər namazın hamısı vaxtından əvvəl qılınarsa, yəni qəsdən namazı onun şəri vaxtından əvvəl başlasalar batildir.

Əgər namaz öz vaxtında qılınarsa, şəriət istilahında ona “əda” namazı deyilir.

Əgər namaz vaxtı keçəndən sonra qılınarsa, şəriət istilahında “qəza” namazı adlanır.

3-İnsanın namazı vaxtın əvvəlində qılması müstəhəbdir. Əvvəl vaxta nə qədər yaxın olsa, bir o qədər yaxşıdır. Amma onun təxirə salınması müəyyən səbəblərə görə, məsələn gözləyib namazı camaat ilə qılmaq istəsə, bu istisna olunur.

4-Əgər namazın vaxtı az olsa və onun müstəhəbb əməllərini yerinə yetirəcəyi təqdirdə namazın bir hissəsi qəzaya gedəcəksə, onun müstəhəbblərini tərk etmək lazımdır. Məsələn əgər qunut tutacağı surətdə vaxt keçəcəksə, qunut tutmamalıdır.