Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Qüslun yerinə yetirilməsi

Qüsldə bədənin hər yeri, baş və boyun yuyulmalıdır, istər cənabət qüslu kimi vacib qüsl olsun, istərsə də cümə qüslu kimi müstəhəbb qüsl olsun. Başqa sözlə desək bütün qüsullarda yeganə fərq niyyətdədir.

Qüsl aşağıdakı tərtiblə yerinə yetirilməlİdİr

İzah :

Qüslu iki cür yerinə yetirmək olar: tərtibi və irtimasi. Tərtibi qüsulda əvvəlcə baş və boyun, ondan sonra bədənin sağ yarısı, sonra isə sol yarısı yuyulur.

İrtimasi qüsulda isə bədənin hamısı bir dəfəyə suda qərar tutur. Deməli o vaxt irtimasi qüsl etmək olar ki, bədənin hamısını onun altına aparmaq qədərində su olsun.

Qüsl un düzgün olmasının şərtləri

1-Dəstəmazın səhih olmasında deyilən bütün şərtlər, qüslun da səhih olmasında şərtdir. Yalnız muvalat istisna olunur. Həmçinin bədənin yuxarıdan aşağı yuyulması də şərt deyildir.

2-Üzərində bir neçə vacib qüslu olan şəxs onların hamısının niyyəti ilə bir qüsl edə bilər.

3-Cənabət qüslu almış olan şəxs namaz üçün dəstəmaz almamalıdır. Lakin başqa qüsullarla namaz qılmaq olmaz və dəstəmaz alınmalıdır.

4-İrtimasi qüsldə bədənin hər yeri pak olmalıdır, lakin tərtibi qüsldə bədənin hamısının eyni zamanda pak olması vacib deyil və əgər üç hissədən hər birini qüsl verməzdən qabaq paklasa kifayətdir.

5-Cəbirə qüslu eynilə cəbirə dəstəmazı kimidir, lakin vacib ehtiyata görə onu tərtiblə yerinə yetirmək lazımdır.

6-Vacib oruc tutan şəxs oruc olduğu halda irtimasi qüsl edə bilməz. Çünki oruc tutan şəxs başının hər yerini suya sala bilməz. Lakin əgər unutqanlıq üzündən irtimasi qüsl etsə, səhihdir.

7-Qüsldə bədənin hər bir yerinin əl ilə yuyulması vacib deyil. Belə ki, qüsl niyyəti ilə su bədənin hər yerinə çatsa kifayətdir.

Məssi -meyyit qüslu

1-Əgər bir şəxs bədənin hər hansı bir yerini ölmüş və soyumuş, qüslu verilməmiş bir meyyitin bədəninə vursa məssi-meyyit qüslu etməlidir.

2-Aşağıdakı hallarda insanın bədəninin ölüyə dəyməsi qüslə səbəb olmaz:

*Müharibə meydanında şəhid olan şəxsə; bu şərtlə ki, müharibə meydanında can vermiş olsun.

*Bədəni isti olan, hələ soyumamış ölü.

*Qüslü verilmiş ölü.

3-Məssi-meyyit qüslunu eyni ilə cənabət qüslu kimi yerinə yetirmək lazımdır, lakin məssi-meyyit qüslu edən şəxs namaz qılmaq istəsə, dəstəmaz almalıdır.

Meyyit qüslu

1-Mömin şəxs dünyadan getdikdə, ona qüsl verib kəfənə bükmək, namaz qılıb sonra dəfn etmək bütün mükəlləflərə vacibdir. Əgər bir neçə nəfər bu işi yerinə yetirsə, başqalarının üzərindən götürülür.

2-Meyyitə üç qüsl verilməsi vacibdir:

Birincisi: Sidr qatılmış su ilə;

İkincisi: Kafur qatılmış su ilə;

Üçüncüsü: Xalis su ilə;

3-Meyyit qüslu cənabət qüslu kimidir. Vacib ehtiyat odur ki, tərtibi qüsl mümkün oluncaya qədər ona irtimasi qüsl verilməsin.

Qadınlara məxsus olan qüsullar

Heyz , nifas , istihazə .

1-Qadının doğuş zamanı gördüyü qan nifas qanı adlanır.

2-Qadının aylıq adəti günlərində gördüyü qan heyz adlanır.

3-Qadın heyz, yaxud nifas qanından pak olduğu zaman namaz və paklıqla şərtlənən sair işlər üçün qüsl etməlidir.

4-Qadının gördüyü qanlardan biri də istihazədir və onun bəzi hallarında namaz və təharətə ehtiyaclı olan sair ibadətlər üçün qüsl edilməlidir.