Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Nəcis torpağın suya çəkilməsi

Torpağın paklanma qaydası

Məsələ 1: Nəcis olmuş divar da nəcis olmuş torpaq kimi paklanır.

Məsələ 2: Yeri paklayan zaman əgər sular cari olsa və quyunun içinə getsə, yaxud o yerdən çölə çıxsa suyun cərəyan etdiyi hər yer paklanır.

Torpaq

1-Əgər ayağın, yaxud ayaqqabının altı yol gedərkən nəcis olsa və yerə toxunduğuna görə onun nəcasətləri aradan getsə, pak olur. Deməli yer yalnız ayağın və ayaqqabının altını paklayır, həm də gərək:

* Torpaq pak olsun;

* Torpaq quru olsun (nəm olmasın);

* Yalnız torpaq, qum, daş, kərpic və bu kimi şeylərdən olan yer paklayıcı sayılır.

Məsələ : Əgər ayağın və ya ayaqqabının altının yerə sürtülməsi nəticəsində nəcasət aradan qalxarsa pak olur, lakin daha yaxşı olar ki, heç olmazsa on beş addım yol gedilsin.*

Gün əş

Günəş də sonradan qeyd olunacaq şərtlər daxilində aşağıdakı şeyləri paklayır:

* Yeri;

* Bina və onda işlədilən qapı-pəncərə kimi şeyləri;

* Bitkilər və ağacları.

Günəşin paklayıcı olmasının şərtləri

* Nəcis şey o qədər yaş olmalıdır ki, bir şey ona toxunduqda o da yaş olsun;

* Günəşin saçması ilə qurusun; Əgər rütubətli qalsa pak olmaz;

* Pərdə və bulud kimi şeylər günəşin saçmasına mane olmasın. Amma əgər çox nazik olsalar və günəşin saçmasının qarşısını almasa eybi yoxdur;

* Günəş onu təklikdə qurutmuş olsun, misal üçün küləyin köməyi ilə qurutmamış olsun;

* Günəş saçarkən onda nəcasətin eyni olmasın; Deməli əgər nəcasətin eyni olsa günəşin saçmasından qabaq aradan qaldırılmalıdır;

* Divarın, yaxud yerin zahirini və batinini bir dəfəyə qurutmuş olsun; Deməli əgər onun üz tərəfini bu gün, daxilini isə sabah qurutsa, yalnız onun üz hissəsi pak olur.

Məsələ : Əgər yer də bu kimi şeylərlə nəcis olsa, lakin rütubətli olmasa onun üzərinə müəyyən qədər su, yaxud onun rütubətli olmasına səbəb olan başqa bir şey tökülməli, sonra günəş ona saçmalıdır. Bu zaman onu pak edər.

İslam

Əgər kafir şəhadət kəlmələrini desə müsəlman olur və islamı qəbul etməsi səbəbi ilə onun bütün bədəni (hətta təri və ağzının suyu belə) pak olur.

Şəhadət kəlmələri: Əşhədu ənla ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah.

Nəcasətin eyninin aradan qaldırılması

Aşağıdakı iki halda əgər nəcisin eyni aradan qaldırılsa, nəcis şey paklanır və suya çəkməyə ehtiyac yoxdur:

1-Heyvanın bədəni: Məsələn nəcasət yeyən toyuğun dimdiyindən nəcis aradan qaldırıldıqdan sonra dimdiyi pak olur.

2-İnsanın bədəninin batini: Ağzının, burnunun və qulağının içi kimi.

Deməli, əgər dişlərin dibindən qan gəlsə və yaxud bir nəfər nəcis yemək yesə, ağzında nəcis yemək qalıqları və qan olmasa, yaxud ağzın suyu ilə qarışaraq aradan gedəcək miqdarda az olsa pakdır.