Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
Təharət

Birinci fəsildə qeyd olunduğu kimi İslamın əməli proqramların məcmuəsi əhkam adlandırılır. Onlardan bir qismi vaciblərdir. Vacib əməllərin ən mühümü və ən əsaslısı isə namazdır.

Namazla əlaqədar məsələləri üç qismə bölmək olar:

1-Müqəddimati işlər;

2-Müqərrinati işlər;

3-Namazı batil edən işlər.

Müqəddimati işlər : Namaz qılan şəxs namazdan qabaq həmin işlərə əməl etməlidir.

Müqərrinati işlər : Namazın içinə aid olan məsələlərdir, o cümlədən təkbirətül-ehramdan salama qədər olan işlər.

Namazı batil edənlər : Bu, namazı batil edən şeylər barəsindədir.

Namazın müqəddimati işləri

Bu böyük ibadətin yerinə yetirilməsindən öncə namaz qılan şəxsin diqqət mərkəzində olan məsələlərdən biri təharət və paklıqdır.

Namaz qılan şəxs öz bədən və paltarının nəcis şeylərdən paklamalıdır. Nəcasətin özü və nəcis əşyaların paklanma yollarını öyrənmək üçün onları bəyan edirik:

Nəcis şeyləri tanımaq üçün İslamın ümumi bir qaydasına diqqət yetirin:

Təharət təmizlikdən, nəcasət isə çirklilikdən ayrı bir məsələdir. Bir şey təmiz ola bilər, amma İslam hökmləri nəzərindən pak olmaya bilər. İslam həm təharəti, həm də paklığı istəmişdir. Yəni insan həm özünün paklıq və təmizliyinə, həm də öz yaşayış mühitinin paklıq və təmizliyinə diqqət yetirməlidir. İndi təharət barəsində söhbətə başlayırıq.

1-İnsanın, həmçinin qanı atıcı, əti haram olan bütün heyvanların bövl və ğaiti nəcisdir.

2-İnək və qoyun kimi əti halal olan heyvanların, atıcı qanı olmayan ilan və balıq kimi heyvanların bövl və ğaiti pakdır.

3-Əti məkruh olan heyvanların, o cümlədən ulaq və at kimi heyvanların bövl və ğaiti pakdır.

4-Qarğa kimi əti haram olan heyvanların (quşların) fəzləsi nəcisdir.

Ölü heyvanın hökmləri

1-Ölü insan, hətta təzə ölmüş olsa və bədəni soyumamış olsa belə bütün bədəni – dırnağı, tükü və dişləri kimi ruhsuz olan hissələri istisna olmaqla – nəcis olur. Yalnız aşağıdakı şəxslər istisnadır:

a) Döyüş meydanında şəhid olan şəxs;

b) Qüsl verilmiş insan (üç qüslu tamam olan).

Murdar olmuş heyvan

1-Atıcı qanı olmayan heyvanın ölmüşü, balıq kimi pakdır;

2-Atıcı qanı olan heyvanın ölüsünün ruhsuz hissələri, o cümlədən tükü, buynuzu pakdır. Ruh olan hissələri məsələn, dərisi və əti nəcisdir.

Qanın hökmləri

1-İnsanın və atıcı qanı olan hər bir heyvanın, o cümlədən toyuq, qoyun və s.-nin qanı nəcisdir.

2-İlan və milçək kimi atıcı qanı olmayan heyvanların qanı pakdır.

3-Bəzən yumurtanın içində müşahidə olunan qan nəcis deyildir, lakin ehtiyat vacibə görə onu yeməkdən çəkinmək lazımdır. Əgər qanı yumurtanın sarısı ilə bir-birinə qatışdırsalar və aradan getsə, o sarını da yeməyin eybi yoxdur.

4-Dişlərin dibindən gələn qan, əgər ağız suyu ilə qarışıb aradan getsə pakdır, bu halda ağız suyunu udmağın da işkalı yoxdur.