Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHKAM 2
İslamda əhkamın əhəmiyyəti

İslam dini sonuncu və ən kamil din olduğu üçün onun bütün qayda-qanunları insan fitrəti ilə uyğundur və həyatın müxtəlif sahələrində insana nicat yolunu göstərir.

Bəşərin səadəti istər bu dünyada, istərsə də axirətdə gündəlik həyatın müxtəlif sahələrində (həm fərdi və həm də ictimai cəhətdən) islami qayda-qanunlara əməl etməklə birbaşa bağlıdır. İslam dininin nicatverici proqramları əsasən üç mühüm sahəyə ayrılır:

a) Etiqadi proqramlar, yaxud üsuliddin;

b) Əməli proqram və göstərişlər; bunlar firuiddin, yaxud əməli hökmlər adlandırılır.

v) Psixoloji məsələlər, bunlar əxlaq adlandırılır.

Birinci qismdən olan məsələlər insanın əqidə və fikrinin sağlamlaşdırılması ilə əlaqədar proqramlardan ibarətdir ki, mükəlləf şəxs onlar barəsində yəqinə çatmalı, onları dəlil əsasında qəbul edib inanmalıdır. İslamın bu kimi proqramları etiqadi məsələlər olduğundan və onlarda yəqinə çatmağa ehtiyac duyulduğundan onlarda başqasının dediyinə inanmaq (təqlid etmək) düzgün deyildir.

Əməli proqramlardan ibarət olan ikinci qism məsələlər bir sıra əmr və nəhylərdən ibarətdir ki, əmrlərin yerinə yetirilməsi və qadağan olunmuş işlərin tərk edilməsi ilə bizləri tanış edir. Belə proqramlar toplusuna «Əhkam» deyilir.

Mükəlləf şəxs bu kimi əmr və nəhyləri tanıyıb onları dərk etmək üçün müctəhiddən təqlid etməsi gərəkdir.