Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (2)
Səfərdən məqsəd və onun qoyduğu müsbət nəticələr

Səfər bir çox insanların həyatında müxtəlif məqsədlər üçün həyata keçirilir. Məqsədlər müxtəlif olduğu üçün onlardan bə’ziləri faydalı, bə’ziləri isə mənfi xarakter daşıyır. Eyni zamanda bunu bir növ ünsiyyət və əlaqə forması da hesab edə bilərik.

Bu səbəbdən də islam dini bu məsələyə iki yöndən nəzər salır:

1. Şər’i;

2. Əxlaqi.

İslam dini səfərlərin halal və haram olduqlarını və bütün bunları nəzərə alaraq, namaz və orucla bağlı olan məsələlərdə müsəlmanların üzərinə düşən vəzifələri əvvəlcədən müəyyən etmişdir. Lakin əxlaqi nöqteyi-nəzərdən insanın başqaları ilə, xüsusilə yol yoldaşı olduğu şəxslərlə bərqərar etdiyi ictimai əlaqələr, dostluq münasibətləri və səfər boyu riayət edilməsi lazım olan əxlaq normaları haqda dəyərli tövsiyələr edir.

Bu dərsimizdə mə’sum imamların kəlamlarından istifadə edərək, ilk növbədə edilən səfərlərdən məqsəd, daha sonra verdiyi müsbət nəticələr, növbəti dərsimizdə isə səfər zamanı riayət olunması zəruri olan əxlaq qaydaları haqda söhbət açacağıq.

S ƏFƏRDƏN MƏQSƏD

1 ELM V Ə TƏHSİL

Müsbət xarakterli səfərlərdən biri də elm və təhsil, xüsusilə ibrət alaraq ilahi nişanələri seyr edib, dini maariflə tanışlıq xarakteri daşıyan səfərlərdir. Allah-taala Qur’ani-kərimdə buyurur:

«[Ya M ə h ə mm ə d!] De ki: Yer ü z ü n ü g ə zib Allah ı n m ə xluqat ı yaratma ğ a ilk ə vv ə ld ə n n ə c ü r ba ş lad ığı na bax ı n. Sonra da Allah axir ə t h ə yat ı n ı yaradacaqd ı r. [Birinci yarad ı l ış dan sonra ikinci yarad ı l ış g ə l ə c ə kdir]. Allah h ə r ş ey ə qadirdir!» ( Яnkяbut-20.)

Başqa bir ayədə buyurulur:

«M ə g ə r onlar yer ü z ü nd ə g ə zib dola ş m ı rlarm ı ki, d üşü n ə n q ə lbl ə ri [b ə sir ə t g ö zl ə ri], e ş id ə n qulaqlar ı olsun?...»( Hяcc-46.)

Göründüyü kimi, Allah-taala keçmiş ümmətlərin itaətsizlik üzündən şəhər, kənd və qəsrlərinin viran olduğunu bəyan etdikdən sonra, Özünün müt’i bəndələrini yer üzünü seyr edərək, özlərindən əvvəlkilərin aqibətindən ibrət almalarını əmr edir. Allah-taala Qur’ani-kərimin bir neçə ayəsində bu mətləbə işarə edərək buyurur:

«[Ey m ü s ə lmanlar!] Sizd ə n ə vv ə l bir ç ox vaqi ə l ə r [ibr ə tli ə hvalatlar] olub ke ç mi ş dir. İ ndi yer ü z ü n ü dola şı b haqq ı t ə kzib ed ə nl ə rin aqib ə tinin nec ə oldu ğ unu g ö r ü n.» ( Ali-Иmran-137.)

Nəhl surəsinin 36 və Ən’am surəsinin 11-ci ayəsi, eləcə də Ğafir-21, Yusif-109, Rum-9, Fatir-44 və Məhəmməd surəsinin 10-cu ayələri həmin mə’nanı daşıyır.

Peyğəmbər (s) buyurur: «Elm və təhsil məqsədilə evindən xaric olan şəxslər qayıdanadək Allah yolunda olarlar».

Başqa bir yerdə buyurur: «Allah elmə yiyələnmək ümidi ilə səfərə çıxan şəxsləri cənnətə aparan yollara yönəldər».

2. D İNİN QORUNMASI

Tarix boyu mö’minlərdən bir çoxu yaşadıqları yerlərdə zalım və sitəmkarların zülmündən yaxa qurtarıb din və əqidələrini qorusunlar deyə, öz vətənlərini tərk etmiş və müxtəlif məntəqələrdə sakin olmuşlar. İslam nöqteyi-nəzərindən bu, səfər etməkdən ən gözəl məqsəd və «hicrətin» ən başlıca nümunəsi hesab olunur.

Allah-taala Qur’ani-kərimdə sitəmkarların zülmləri nəticəsində din və əqidələrindən əl çəkmiş zəif iradəli insanları danlaq atəşinə tutaraq buyurur:

«M ə l ə kl ə r ö z n ə fsl ə rin ə z ü lm ed ə nl ə rin canlar ı n ı alark ə n [onlara] dey ə c ə kl ə r: Siz [hicr ə t zaman ı ] n ə v ə ziyy ə td ə idiniz? Onlar s ö yl ə y ə c ə kl ə r: Biz yer ü z ü nd ə z ə if [aciz] k ə sl ə r idik! [M ə l ə kl ə r d ə onlara]: Allah ı n torpa ğı geni ş deyilmidi ki, siz d ə hicr ə t ed ə ydiniz? –dey ə c ə kl ə r...» ( Nisa -97.)

Bir çox ayələrdə isə Allah-taala Öz doğma yurd-yuvalarını tərk etmiş sadiq mö’minlərə böyük mükafatlar və’d edərək buyurur:

«Allah yolunda hicr ə t ed ə n şə xs yer ü z ü nd ə ç oxlu s ığı nacaq v ə geni ş lik [bolluq] tapar. Kim evind ə n çı x ı b Allaha v ə Onun Pey ğə mb ə rin ə t ə r ə f hicr ə t ets ə , sonra is ə [m ə nzil ba şı na ç atmadan] ö l ü m onu haqlasa, h ə min şə xsin m ü kafat ı n ı Allah Ö z ü ver ə r..»( Nisa-100.)

3. H ƏCC VƏ ZİYARƏT

Səhhət və maddi vəziyyəti imkan verən şəxslər ömürlərində bir dəfə Kə’bə evinə gələrək Həcc ziyarətini yerinə yetirməlidir. Həmçinin maddi vəziyyəti imkan verdiyi təqdirdə, Peyğəmbəri (s) və mə’sum imamları (ə) ziyarət etməlidir. Həcc ziyarəti məqsədilə edilən səfərlər insan mə’nəviyyatına olduqca böyük tə’sir bağışlayır.

4. QAZANC

İslam dininin tövsiyə etdiyi xoşməramlı səfərlərdən biri də ehtiyacların ödənilməsi üçün qazanc məqsədli edilən səfərlərdir.

İmam Sadiq (ə) buyurur: «Həzrət Davuda nazil olmuş hikmətlə dolu olan nidalardan birində deyilirdi: «İnsan öz yurd-yuvasını yalnız üç halda tərk etməlidir: 1. Axirət dünyası üçün Allah Rzası qazanmaq; 2. Maddi ehtiyacları tə’min etmək; 3. Haram olmayan dünyəvi ləzzətlərdən bəhrələnmək.»

S ƏFƏRİN VERDİYİ MÜSBƏT NƏTİCƏLƏR

Peyğəmbər (s) buyurur: «Səfərə çıxın ki, daim özünüzü yüksək əhval-ruhiyyəli hiss edəsiniz, səfərə çıxın ki, gördüyünüz yerlərdən bəhrələnəsiniz.»

«Səfərə çıxın ki, var-dövlət əldə etməsəniz də, dünya görüşünüz artsın.»

«Səfərə çıxın ki, bədəniniz sağlam, ruziniz də bol olsun».

Əli (ə) səfərin beş müsbət nəticə verdiyini hesab edir:

1. Gəzinti, istirahət və mə’nəvi rahatlıq;

2. Maddi ehtiyacların tə’min olunması;

3. Elmə yiyələnmək;

4. Əxlaq və müxtəlif adət-ən’ənələrlə tanışlıq;

5. Böyüklərlə ünsiyyət.

Deməli, səfər insanların həm mə’nəvi, həm də maddi inkişafına səbəb olur. Belə ki, müxtəlif ölkə və şəhərləri seyr etməklə insan bir çox adət-ən’ənələrlə tanış olur, onlarla maddi mənafeyinə müsbət tə’sir göstərəcək ictimai, siyasi, mədəni, ticarət və s. əlaqələr qurur. Bunu da qeyd edək ki, tarix boyu müsəlmanlar öz yurd və yuvalarını məcburi olaraq tərk etməklə hicrət etdikləri məntəqələrin əhalisini islam din və mədəniyyəti ilə tanış etmiş və onların böyük bir hissəsini islama də’vət etməyə nail olmuşlar. Nəticədə böyük ölkə və şəhərlərin əhalisi islamı qəbul edərək islam ölkələrinin əsasını qoymuşlar.

DƏRSİN XÜLASƏSİ

Elm və təhsil, maddi ehtiyacların tə’min olunması, din və əqidənin qorunması, Həcc və müqəddəs övliyaların ziyarət olunması məqsədilə edilən səfərlər islam nöqteyi-nəzərindən yüksək qiymətləndirilir.

SUAL VƏ TAPŞIRIQLAR

1. Dini tə’limlərlə tanış olmaq məqsədilə edilən səfərlər hansı yönümlərdə həyata keçirilməlidir?

2. Qur’ani-kərim hansı səfərləri tövsiyə edir?

3. Allah-taala Qur’ani-kərimdə zalımların təzyiqinə mə’ruz qalmış və onların zülmünə dözərək öz vətənlərini tərk etməyənlərə qarşı necə münasibət bəsləyir?

4. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisə istinad etməklə, hansı hallarda hicrət etməyin zəruri olmasını bəyan edin.

5. Səfərin verdiyi müsbət nəticələri bəyan edin.

S ƏFƏR ZAMANI RİAYƏT OLUNAN QAYDA-QANUNLAR

Səfər tədarükü görən hər bir şəxs səfərə çıxmazdan əvvəl yol yoldaşı ilə əlaqəli olan bir neçə məsələyə diqqət yetirməlidir:

1. YOL YOLDA ŞININ SEÇİLMƏSİ

Səfərə çıxan hər bir şəxs səfərin həm maraqlı, həm də təhlükəsiz olması üçün özünə yol yoldaşı seçməlidir. Beləliklə o, özünə həm köməkçi, həm də yeni yoldaş qazanmış olur. İmam Cə’fər Sadiq (ə) buyurur: «Peyğəmbər (s) buyurardı: «İnsanların ən pisinin kim olduğunu bilmək istəyirsinizmi?» Dedilər: Bəli, ey Allahın peyğəmbəri. Buyurdu: «O kəsdir ki, yola tək çıxmış, yoldaşlarından öz köməyini əsirgəmiş və öz xidmətçiləri ilə kobud davranmış olsun».

Başqa bir hədisdə buyurur: «Peyğəmbər (s) bu üç şəxsi lə’nətləyərdi: Yol azuqəsini tək yeyənləri, evdə tək yatanları və səhrada tək səfərə çıxanları».

Peyğəmbər (s) buyurur: «Əvvəl yol yoldaşını seçin, sonra səfərə çıxın».

Eyni zamanda yol yoldaşının kimliyinə diqqət yetirilməli, səfərə münasib şəxslər seçilməlidir. Çünki qarşılıqlı tə’sir qoyma hallarından biri də səfər zamanı yol yoldaşları ilə bərqərar olunan yoldaşlıq münasibətlərindən irəli gəlir. Bunun üçün də səfər zamanı xoş tə’sir bağışlayan şəxslərlə yol yoldaşı olmaq lazımdır.

Həzrət Əli (ə) buyurur:

«Hörmətlə yanaşdığınız, lakin sizə qarşı həmin münasibəti bəsləməyənlərlə yol yoldaşı olmayın».

2. HAQLAR IN ÖDƏNİLMƏSİ

Səfərə çıxmazdan əvvəl hər bir şəxs ailə üzvlərinin və ya himayəsində olan şəxslərin maddi təlabatını ödəməli, borclu olduğu şəxslərə öz borcunu qaytarmalı, buna imkanı olmadığı təqdirdə isə, bu işə öz yaxınlarını vəsiyyət etməlidir. Eyni zamanda bu işə ilahi hökmlərin icrasında da böyük diqqət yetirmək lazımdır.

3. YOL AZUQ ƏSİ

Yola çıxmazdan əvvəl səfər boyu istifadə olunacaq yemək-içmək azuqəsi tədarük görmək lazımdır. Əks təqdirdə, səfər olduqca məşəqqətli və başqalarının narahatçılığına səbəb olacaqdır. Peyğəmbər (s) buyurur: «İnsanın şərəf və böyüklüyünə dəlalət edən şeylərdən biri də səfər zamanı yola azuqə götürməsidir».

Başqa bir hədisdə buyurur: «Sünnəmdən biri də cəm halda səfərə çıxarkən müsafirlərin hər biri öz xərcini əvvəlcədən ayırmasıdır. Çünki bu, hər bir insana ucalıq və şərəf nəsib edir». Yə’ni, müsafirlərin hər biri bərabər olaraq yol xərclərini öz aralarında bölməli və beləliklə həm yol xərci az olan şəxslərin təhqir olmasına, həm də başqalarının onun xərcini ödəməsinə yol verməməlidir. Belə bir şəraitdə müsafirlər yüksək əxlaqa malik olacaqlar.

4. Z İKR VƏ DUA

Yaxşı olar ki, müsafirlər yola çıxmazdan əvvəl Allahın adını zikr edib öz səfərlərini Qur’an, ayətül-kürsi və ya mə’sum imamlardan (ə) nəql olunmuş dualarla başlasınlar. Nəql olunmuş rəvayətlərdən birində səfər zamanı imam Sadiq (ə)-ın bu duanı oxuduğu göstərilir: «İlahi! Yolumuzu uğurlu və asan et və sağlamlığımızı daha da artır».

Başqa bir rəvayətdə deyilir: İmam Sadiq (ə) hər hansı bir işə başlamazdan əvvəl bu ayəni oxuyardı:

«...Bunlar ı biz ə ram ed ə n Allah pak v ə m ü q ə dd ə sdir! [ Ə g ə r Allah ı n k ö m ə yi olmasayd ı ] bizim onlara g ü c ü m ü z ç atmazd ı ».

Daha sonra yeddi dəfə «subhanəllah», yeddi dəfə «əlhəmdu lillah», yeddi dəfə də «la Ilahə illəllah» deyərdi.

İmam Rza (ə) buyurur:

«İstər səfər üçün, istərsə də adi hallarda evinizdən çıxmaq istərkən deyin: Allahın adı ilə! Allaha iman gətirib Ona arxalandım. Allah necə istəsə, elə də olacaqdır. Ondan böyük və əzəmətli qüdrət sahibi yoxdur».

5. S ƏDƏQƏ

İslam dininin tə’kidlə tövsiyə etdiyi məsələlərdən biri də səfərin uğurlu keçməsi üçün yola çıxmazdan əvvəl yoxsul və imkansızlara maddi yardımın olunmasıdır. Belə ki, nəql olunmuş bir çox rəvayətlərdə sədəqə verməklə səfər zamanı bir çox təhlükələrin qarşısının alındığı göstərilir.

Peyğəmbər (s) buyurur: «Sədəqə bəlaları dəf edir».

«Sədəqə yetmiş növ şər və pisliklərin qapısını bağlayır».

«Sədəqə ən azı cüzam xəstəliyi kimi yetmiş növ dərd-bəlanı insandan dəf edir».

«Sədəqə ağır ölümün qarşısını alır».

6. ANLA ŞIQLIQ

Səfər zamanı müsafirlər bir-biri ilə gülərüz və mehribanlıqla davranmalıdırlar. Çünki kobud rəftar, anlaşılmazlıq və qaraqabaqlıq əxlaq normalarına zidd olmaqla yanaşı, səfərin olduqca ağır və dözülməz keçməsinə də səbəb olur.

Peyğəmbər (s) buyurur: «Iki nəfər bir-biri ilə həmsöhbət olduğu zaman daha mülayim davranan şəxs daha çox savab qazanaraq Allahın nəzərində daha sevimli olar».

Başqa bir hədisdə buyurur: «Müsafirlərə xas olan əxlaqi xüsusiyyətlərdən biri də yol azuqəsinin başqalarına verilməsi və yol yoldaşları ilə gözəl davranaraq günaha yol vermədən zarafat etmələridir.»

Əli (ə) buyurur: «Ədəb və mə’rifət sahibi olan müsafirlərə xas olan xüsusiyyətlər bunlardan ibarətdir:

1. Yol azuqəsini başqalarına təklif etmək;

2. Yol yoldaşları ilə az müxalifət etmək;

3. Harada olursa olsun, Allahı yad etmək».

İmam Cə’fər Sadiq (ə) buyurur:

«Mürüvvət sahibi olan müsafirlər bu xüsusiyyətlərə malik olarlar:

1. Yol azuqəsini yol yoldaşlarına təklif etmək;

2. Allahın narazılığına səbəb olan zarafat etməmək;

3. Yol yoldaşları ilə müxalifət etməmək;

4. Ayrıldıqdan sonra yol yoldaşlarına xoşagəlməz sözlər deməmək».

Başqa bir hədisdə buyurur: «Loğman oğluna tövsiyə edərək dedi: «Səfərə çıxdığınız zaman yoldaşlarınla bütün işlərdə məsləhətləş və onlara bolluca sevinc bəxş et. Yol azuqəndən onlara da təklif et, onlar da səni öz süfrələrinə də’vət etdikdə də’vətlərini qəbul et və səndən kömək istədikdə köməyini onlardan əsirgəmə».

7. H ƏDİYYƏ GƏTİRMƏK

Nəql olunmuş rəvayətlərdə el-obasını tərk etmiş müsafirlərə cüzi də olsa, gözü yolda olan ailə üzvləri üçün hədiyyə və sovqatlar gətirmək tövsiyə edilmişdir.

Peyğəmbər (s) buyurur: «Sizlərdən hər hansı biriniz səfərə çıxdığınız zaman el-obanıza qayıtdıqda qırıq daş parçası olsa belə, ailəniz üçün hədiyyələr gətirin».

Dediklərimizlə yanaşı, müsafirlərin üzərinə müəyyən vəzifələr də düşür. Məsələn, yola düşməzdən əvvəl iki rük’ət namaz qılıb Allah-taaladan səfərinin uğurlu olmasını diləməlidir. Sonra qohum-əqrəba və dost-tanışları ilə vidalaşıb onlarla halallaşmalıdır. Peyğəmbər (s) bu haqda buyurur: «Üç nəfər səfərə çıxdıqda aralarından bir nəfər rəhbər və bələdçi tə’yin olunmalıdır.»

Bunu da qeyd edək ki, karvana rəhbər tə’yin olunan şəxs üzərinə düşən vəzifənin öhdəsindən məs’uliyyətlə gəlməli və ona tabe olan şəxslərin qayğısına qalaraq çətinliklərinin aradan qaldırılmasında əlindən gələni əsirgəməməlidir.

Peyğəmbər (ə) buyurur: «Hər bir qövm və dəstənin başçısı səfər zamanı onların xidmətçisi olmalıdır.»