Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (2)
Dua və ziyarətin qaydalari

1. DUA

ALLAH I TANIMA

Dua edən hər bir şəxs aləmlərin Rəbbi və hər şeyə qadir olan Allaha iman gətirməlidir. Peyğəmbər (s) bu haqda buyurur: «Allah-taala buyurur: Kim Məndən bir şey istəsə, xeyir və zərərin Mənim əlimdə olduğunu bilsə, duasını qəbul edərəm».

İmam Kazim (ə) buyurur: «Səhabələr imam Sadiq (ə)-dan soruşdular: Nə üçün etdiyimiz dualar qəbul olunmur? İmam (ə) buyurdu: Çünki tanımadığınız şəxsi çağırırsınız!?»

2. ALLAHA ÜMİD BƏSLƏNİLMƏLİDİR

Bir qədər əvvəl «Allaha həm qorxu, həm də ist əklə [ümidlə] dua edin» ayəsinə işarə etdik. Yə’ni, əgər Allaha ümid bəsləyirsinizsə, bilin ki, O, istəklərinizi həyata keçirəcəkdir.

Peyğəmbər (s) buyurur:

«Dualarınızın qəbul olunacağını yəqin etdiyiniz bir halda Allahı çağırın».

İmam Cə’fər Sadiq (ə) buyurur: «Dua etdiyiniz zaman belə güman edin ki, hacətiniz evinizin kənarında hazırdır». (Yə’ni, qəbul olunacağını yəqin bilin).

3. D İGƏR VASİTƏLƏRƏ ÜMİD BƏSLƏNİLMƏMƏLİDİR

Dua edən şəxs öz hacətini Allahdan dilədiyi zaman yalnız və yalnız Ona ümidvar olmalı və digər vasitələrə ümid bəsləməməlidir. İmam Cə’fər Sadiq (ə) buyurur: «Dualarınızın Allah dərgahında qəbul olunmasını istəyirsinizsə, yalnız Ona ümidvar olun və camaata əsla ümid bəsləməyin».

4. Q ƏLBİ HAZIRLIQ

Dua edən hər bir şəxs Allah dərgahına saf niyyətlə üz tutmalı və öz istəklərini səmimi qəlb ilə çatdırmalıdır. İmam Cə’fər Sadiq (ə) buyurur: «Allah, qəflət içində olan qəlblərdən duaları qəbul etməz. Elə isə Allah dərgahına dua etdiyiniz zaman qəbul olunacağını yəqin bilin».

5. AH-NAL Ə

Dua edərkən insanın Allah qorxusundan ağlayıb ah-nalə etməsi, onun aləmlərin Rəbbinə möhtac olduğuna dəlalət edir. İnsan belə etməklə tam ciddiliklə istək və arzularını büruzə verə bilər. Deməli, dua edən hər bir şəxs öz ehtiyacını Allah dərgahında kiçilərək ürək yanğısı ilə büruzə verməlidir. İmam Cə’fər Sadiq (ə) buyurur: Qəlbiniz yumşaldığı zaman dua edin, çünki qəlb saflaşmadan yumşalmır».

6. DUALAR A ALLAHIN ADI ILƏ BAŞLAMAQ LAZIMDIR

Peyğəmbər (s) buyurur: «Allahın adı ilə başlanan dualar rədd olunmur».

Ümumiyyətlə, hər bir müsəlman özünün bütün işlərini Allahın adı ilə başlamalıdır.

7. M ƏDH [TƏ’RİF] VƏ SƏNA

İnsan dua etməzdən əvvəl Allahı Ona layiq olan adlarla mədh və tə’rif etməlidir. İmam Cə’fər Sadiq (ə) buyurur: «Allahı mədh və tə’rif etmədən olunan dualar naqisdir və heç bir nəticə vermir».

8. PEY ĞƏMBƏR (S) VƏ ONUN ƏHLİ-BEYTİNƏ SALAVAT VƏ SALAM

Allahı gözəl adlarla vəsf etdikdən sonra yaxşı olar ki, insan həzrət Məhəmməd (s) və onun Əhli-beytinə salavat və salam göndərsin.

Peyğəmbər (s) buyurur: «Mənə salavat və salam göndərməniz dualarınızın qəbul və əməllərinizin saflaşmasına səbəb olacaqdır.»

İmam Cə’fər Sadiq (ə) buyurur: «Peyğəmbər (s) və onun Əhli-beytinə salam və salavat göndərməyincə dualarınız Allah dərgahına ucalmır».

9. PEY ĞƏMBƏR (S) VƏ ONUN ƏHLİ-BEYTİNƏ TƏVƏSSÜL

Peyğəmbər (s) və onun mə’sum Əhli-beyti (ə) Allahla insanlar arasında rəhmət və mərhəmət vasitəsi olduqları üçün, onlar Allah dərgahında şəfaət etməyə ən layiqli şəxslərdirlər. Mö’minlər Allah dərgahından öz hacətlərini dilədikləri zaman onların böyüklüyünə and verir və onları özləri ilə Allah arasında şəfaətçi qərar verirlər.

10. G ÜNAHA IQRAR

İnsan öz istək və hacətlərini diləməzdən əvvəl özünün Allah qarşısında aciz, peşiman və günahkar olduğuna iqrar etməlidir. İmam Cə’fər Sadiq (ə) buyurur: «And olsun Allaha! Günahına iqrar etməyincə kimsənin günahı bağışlanmır.»

11. YEM ƏK VƏ MƏ’NƏVİ PAKLIQ

Allah-taala hədisi-qüdsidə Peyğəmbərə (s) buyurur: «Sənin vəzifən dua etmək, Mənim üzərimə düşən isə dualarını qəbul etməkdir. Qazancı haram yolla olanlardan başqa, kimsənin duası Məndən gizli qalmır».

Peyğəmbər (s) buyurur:

«Dualarının qəbul olunmasını istəyənlər yemək və qazancını halal yolla əldə etməlidirlər.»

12. İSRAR

İnsan dua edərkən öz istək və arzularından tez əl çəkməməli, Allahın rəhmət dərgahından bir an da olsun, ümidini qırmamalıdır. İnsanın bu işdə israr etməsi onun Allaha tam əmin və güvənməsindən xəbər verir. İstək və arzularının qəbul olunmasına ümid bəsləməyənlərin bu soyuq rəftarı, onların Allaha e’timad etməmələrinə dəlalət edir. Nəql olunmuş bir çox hədis və rəvayətlərdə müsəlmanlara dualarının qəbul olunmasında mümkün qədər çox israr etmələrinə tövsiyə olunur. Peyğəmbər (s) buyurur:

«Həqiqətən dualarının qəbul olunmasında israr edənləri Allah-taala çox sevər».

13. DUALAR BİRLİKDƏ OLUNMALIDIR

Yaxşı olar ki, dualar cəm və kütləvi halda olunsun. İmam Cə’fər Sadiq (ə) buyurur: «Atam (imam Baqir (ə)) kədərli olduğu zaman qadın və uşaqlarını başına yığıb dua edər, onlar da amin deyərdilər».

14. DUA ƏMƏLLƏ BİRGƏ OLMALIDIR

Dua etməklə yanaşı, insan daim zəhmətə qatlaşmalı və imkanlarından bacardığı qədər istifadə etməlidir. Əli (ə) bu haqda buyurur: «Əməlsiz dua kamansız oxa bənzər». (Nяhcцl-bяlaья, 330-cu hikmяt.)

15. G ƏLİB ÇATAN DUALAR

Yaxşı olar ki, insan Allah dərgahına üz tutduqda mə’sum imamlardan (ə) bizlərə gəlib çatmış dualardan istifadə etsin. Ən gözəl ifadələr və ən gözəl diləklər məhz onların etdikləri dua və kəlamlarda nəzərə çarpır. Kumeyl, Səbah, Əbu Həmzə Sumali, Şə’ban ayının münacatları və bu kimi dualar hər bir müsəlmanın mə’nəvi saflığına müsbət tə’sir göstərir. Bütün bunlarla yanaşı, insan dua edərkən təharətli olmalı, dəstəmaz alıb üzü qibləyə dayanmalı, zaman və məkanının münasib olub-olmamasına diqqət yetirməlidir.

Z İYARƏTİN QAYDALARI

1. Q ÜSL VƏ TƏHARƏT

Müqəddəs övliyaların qəbrini ziyarət etmək istəyən şəxslər yaxşı olar ki, bədən və paltarlarının təmizliyinə diqqət yetirib qüsl alsınlar.

2. Q İBLƏYƏ TƏRƏF DURMAQ

Ziyarət zamanı yaxşı olar ki, ziyarətçi üzünü qibləyə tərəf tutsun.

3. ƏDƏB VƏ EHTİRAM

Müqəddəs şəxslərin özlərini ziyarət edərkən qarşılarında hörmət və ehtiram göstərildiyi kimi, qəbirlərini ziyarət etdikdə də həmin ehtiramı qoruyub saxlamalı və yüksək əxlaq nümunəsi nümayiş etdirmək lazımdır.

4. Z İYARƏTGAHLAR

Yalnız salam verməklə olsa belə, yaxşı olar ki, rəvayətlərdə qeyd olunan yerlər ziyarət olunsun.

5. Z İYARƏT NAMAZI

Ziyarət etdikdən sonra yaxşı olar ki, ziyarət niyyəti ilə iki rük’ət ziyarət namazı qılınsın. Bunu da qeyd edək ki, ziyarət namazları yalnız mə’sum imamlar (ə) üçün qılınmalıdır.

6. QUR’AN T İLAVƏTİ

Ziyarət etdikdən sonra yaxşı olar ki, Qur’an oxunub övliyaların ruhuna hədiyyə edilsin.

DƏRSİN XÜLASƏSİ

İnsan dua edərkən bütün varlıqlardan əlaqəsini kəsərək, yalnız Allahın rəhmət dərgahına ümid bəsləməlidir. Duaya Allahın adı ilə başlamalı, istək və hacətləri diləməzdən əvvəl Peyğəmbər (s) və onun Əhli-beytinə salavat və salam göndərilməlidir. İstək və hacətləri dilədikdə, israr edərək duaların qəbul olunmasına ciddi yanaşılmalıdır. Eyni zamanda dualarının nəticəsini görməyənədək haram qazanc və yeməklərdən uzaq olmağa çalışmalıdır. Bütün bunlarla yanaşı, duaların qəbul olunmasında Peyğəmbər (s) və onun Əhli-beytinə təvəssül olunmasına xüsusi diqqət yetirmək lazımdır.

SUAL VƏ TAPŞIRIQLAR

1. Edilən dualarda Allahtanıma nə kimi rol oynayır?

2. Dua edərkən insan hansı hissləri keçirməlidir?

3. Dua etdikdə insan nə üçün başqalarından ümidini kəsməlidir?

4. Dua etməzdən əvvəl nə kimi işlər görmək lazımdır?

5. Dua edərkən nə üçün Peyğəmbər (s) və mə’sum imamlara təvəssül edilməlidir?

6. Nəql olunmuş hədis və rəvayətləri nəzərə alaraq, deyin görək kimlərin duası qəbul olunmur?